Azərbaycanda axtarışda olan biznesmen danışdı -
General Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən, xüsusi xidmət generallarının səs-küylü korrupsiya işi və MTN-in ləğvindən sonra iş adamı və İT şirkətlərinin sahibi Ayaz Kərimov da cinayət məsuliyyətinə cəlb edilib.

Musavat.com xatırladır ki, onun barəsində 2015-ci ildə cinayət işi açılıb və barəsində İnterpol xətti ilə axtarış elan olunub. İstintaq orqanlarının məlumatına görə, Ayaz Kərimov E.Mahmudovun oğlu Anar Mahmudovun şəriki olub. O vaxtkı Rabitə Nazirliyinin keçirdiyi bir neçə tenderin qalibi olmuş "Caspian Telekommunications" şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir.

Rabitə Nazirliyində baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə Ayaz Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, "Harley Devidson" markalı motosiklet 12.500 manat, "AKEY" MMC-nin adına rəsmiləşdirilmiş "Maserati Quatroporte" markalı avtomobil 155.733.8 manat, "Jaguar XJ" markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1742916526_2.jpg

İş adamı Ayaz Kərimov uzun illər sonra sükutu pozub. O, Mahmudovların fəaliyyəti və onların ofşor şirkətlər vasitəsilə ölkədən milyardlarla vəsait oğurlanması sxemindən xəbərdar biridir.

Haqqın.az-ın əməkdaşı Azərbaycanda hələ də barəsində cinayət işi olan Ayaz Kərimovla Bolqarıstanın paytaxtı Sofiyada görüşüb. A.Kərimov 2002-ci ildən Kanada vətəndaşıdır.

Bakıda anadan olan biznesmen rus dilində keçən müsahibədə bəzi ilginc iddialar səsləndirib. Məsələn, deyib ki, İnterpol hələ 2018-ci ildə onun barəsində axtarış qərarını ləğv edib, onun indi sərbəst hərəkət etməsi üçün xüsusi çətinlik yoxdur. Amma onu Azərbaycanda hələ də axtarırlar və barəsindəki cinayət işinə xitam verilməyib.

Biznesmen deyib ki, əslində təhdid yolu ilə Mahmudovları onun "Caspian Telekommunications" şirkətinə şərik ediblər. Belə məlum olub ki, biznesmen onun oğlu vasitəsilə o vaxt MTN rəhbəri olan atasına bahalı hədiyyələr də göndərib. Bunlar isə rəsm əsərləri və xalçalar olub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1742916526_3.jpg
Onun dediyinə görə, Azərbaycanda şərikli işlətdikləri restorana görə vergi borcu Mahmudovun oğlunun onu aldatmasına görə yaranıb, belə ki, onun verdiyi pulları dövlətə ödəməyib. Keçmiş şəriki indi heç bir əlaqələri qalmayan generalın oğlunun ən çox yatırımlarının İspaniya olduğu barədə xəbərləri təsdiqləyib. Onun təxminlərinə görə, Mahmudovlar ölkədən bir neçə yüz milyonu qanunsuz olaraq ölkədən çıxarıblar.

Ayaz Kərimov onu da deyib ki, Eldar Mahmudov vəzifədən çıxarıldıqdan bir neçə il sonra oğlu ilə münasibətləri ilə pisləşib. Onun iddiasına görə, Eldar Mahmodovun oğlu günlərin birində onu Kiprdə hətta döymək də istəyib.

Barəsində hələ də cinayət işi və axtarış qərarı olan A.Kərimov Azərbaycana qayıdıb Mahmudovlar haqda gerçəkləri danışmaq istədiyini də istisna etməyib.

Bölmənin digər xəbərləri

17 İyun 2025 İranda mühasirədə qalan türk müğənnidən XƏBƏR VAR
17 İyun 2025 İsraildə əhaliyə sığınmaq barədə təlimat verilib.
17 İyun 2025 Narahatlıq yaradan xəbər – Görünməz təhlükə ikiqat artdı…
16 İyun 2025 Keçmişimizi unudmamalıyıq...
16 İyun 2025 Dəliliyə qalib gələn dahi: “oyun kralı”nın acı aqibəti
16 İyun 2025 Gəncədə orta yaşlı kişi odlu silahla qətlə yetirilib
16 İyun 2025 Qəbələdə DƏHŞƏTLİ QƏTL
16 İyun 2025 Sibir meşələrində 42 il insan üzü görmədən yaşadılar
16 İyun 2025 Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət
15 İyun 2025 Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
15 İyun 2025 İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
14 İyun 2025 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
14 İyun 2025 Bu gün məzun olan şəhid övladları - SİYAHI
14 İyun 2025 Bu gün məktəblərdə “Son zəng” çalınacaq
14 İyun 2025 Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
14 İyun 2025 Jurnalist Əhməd Vəliyevin bankından narazıdır: Bunu sələmçilər belə etmirlər
14 İyun 2025 Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
14 İyun 2025 Bakının mərkəzində yol çökdü — FOTO
14 İyun 2025 Əlikram Bayramovun bir aydan çoxdur axtarılan qardaşı oğlu tapılıb
14 İyun 2025 Müharibələr nəticəsində məcburi köçkünlərin sayı rekord həddə çatıb

Dünyapress TV

Xəbər lenti