b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_8ce548616f9e55ab45a6f4731c3a05e4.jpeg
 

İran ilə İsrail arasında gərginliyin davam etdiyi bir vaxtda Tehranın əsas müttəfiqlərindən olan Rusiya bölgədəki vəziyyətin yumşaldılması üçün diqqətçəkən diplomatik təklif irəli sürüb.

Musavat.com xəbər verir ki, Kreml tərəflər arasında atəşkəs razılaşması əldə olunacağı təqdirdə İranın əlindəki zənginləşdirilmiş uranın Rusiyaya daşınması seçiminə açıq olduqlarını bəyan edib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “Hürriyet” qəzetinə açıqlamasında bildirib ki, Moskva İran-İsrail münaqişəsində vasitəçilik missiyasını öz üzərinə götürməyə hazırdır.

Onun sözlərinə görə, Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında keçirilən telefon danışığında da bu məsələ müzakirə olunub və Rusiya öz təşəbbüsünü qarşı tərəflərə çatdırıb.

Peskovun açıqlamasında qeyd olunub:

“Rusiya prezidenti Vladimir Putin İranla İsrail arasında atəşkəsin əldə olunması və danışıqlara qayıdılması üçün səyləri dəstəkləyir. Bu məqsədlə İranın nüvə proqramının təhlükə yaratmadığını sübut etmək üçün Tehranın əlindəki zənginləşdirilmiş uranın Rusiyaya daşınması təklifi gündəmdədir. Biz bu seçimi açıq saxlayırıq və müvafiq razılaşma əldə olunacağı təqdirdə hərəkətə keçməyə hazırıq”.

Maraqlıdır ki, bu diplomatik təşəbbüs fonunda İran da Moskva ilə münasibətlərdə mühüm addım atıb.

Məsud Pezeşkianın ilin əvvəlində Rusiyaya səfəri zamanı imzaladığı strateji tərəfdaşlıq sazişi İran parlamenti tərəfindən təsdiqlənərək qüvvəyə minib.

İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Tehranda keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verərək bildirib:

“Rusiyayla imzaladığımız strateji saziş artıq parlamentin ratifikasiyasından keçib və bu gündən etibarən tam hüquqi qüvvəyə minib”.

Sazişin detalları açıqlanmasa da, sənədin iki ölkə arasında hərbi sahədə sıx əməkdaşlıq və təhlükəsizlik məsələlərində birgə fəaliyyət mexanizmlərini əhatə etdiyi bildirilir.

Analitiklər hesab edirlər ki, bu razılaşma bölgədə İran-Rusiya ittifaqının daha da gücləndirilməsi istiqamətində atılmış növbəti ciddi addımdır.

Qeyd edək ki, İsrail tərəfi İranın nüvə proqramına qarşı sərt mövqeyini davam etdirir və Tehranı regionda sabitliyi pozmaqda ittiham edir.

Məhz bu səbəbdən də Moskvanın təklifi İsrail üçün nə dərəcədə qənaətbəxş olacaq, hələlik bəlli deyil. Diplomatik dairələr isə bu təşəbbüsün yaxın günlərdə intensiv müzakirələrə səbəb olacağını proqnozlaşdırır.

Musavat.com

Bölmənin digər xəbərləri

17 İyun 2025 İsrail İranı vurmazdan 2 saat əvvəl TÜRKİYƏNİ xəbərdar edibmış - ŞOK DETALLAR
17 İyun 2025 Eyni anda ölkədəki HƏR KƏSƏ göndərildi - ŞOK yaradan mesajda GÖRÜN NƏLƏR YAZILIB
17 İyun 2025 Gundemxeber.Az » Dünya » Tramp: "Emmanuel Makron Həmişə Hər Şeyi Səhv Başa Düşür" Tramp: "Emmanuel Makron həmişə hər şeyi səhv başa düşür"
17 İyun 2025 Qərbi Azərbaycan Xronikası: "Aşağı Necili sakinləri daim ermənilərin ayrı-seçkiliyi ilə üzləşiblər"
17 İyun 2025 SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı
17 İyun 2025 İran İsrailin gizli hərbi bazalarının 3D görüntülərini paylaşıb
17 İyun 2025 Trampdan sərt çağırış: “Hamı dərhal Tehrandan çıxsın!” – “İran razılaşmalı idi!” -TƏCİLİ!
17 İyun 2025 "İran boğazı bağlayarsa, qlobal bazar PARTLAYA bilər!" - İqtisadçıdan ŞOK TƏHLİL
17 İyun 2025 Amerika hərəkətlənir - ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq
17 İyun 2025 RUSİYANIN “TƏŞƏKKÜR MƏDƏNİYYƏTİ” - Təyyarəmizə görə üzr istəməyən Kremlin bugünkü təşəkkürünə ehtiyacımız varmı?
17 İyun 2025 "İran danışıqları istəyir, amma danışıqlara daha əvvəl başlamalı idi"
17 İyun 2025 “Mossad”dan film kimi əməliyyat: İsrail agentləri aylarla....
16 İyun 2025 Netanyahudan ŞOK AÇIQLAMA: İsrail İran kəşfiyyatının rəhbəri Məhəmməd Kazemini zərərsizləşdirib
16 İyun 2025 Xameneinin ətrafı Rusiya ilə təmasa keçdi: Ölkədən getmək təklif edilir - Sensasiya
16 İyun 2025 İrandan güclü qaçqın axını gəlir VİDEO
16 İyun 2025 İran nüvə bombasını bu qruplara ötürmək istəyirdi - Netanyahu
16 İyun 2025 Tramp: ABŞ İsrail-İran münaqişəsinə müdaxilə edə bilər
16 İyun 2025 Polis gibi giyinmişler... ABD Minnesota Eyalet Meclisi Başkanı Hortman ve eşi öldürüldü
16 İyun 2025 Hindistanda qəzaya uğrayan təyyarənin pilotunun son sözləri: "Düşürük"
16 İyun 2025 Pekin İranın yanındadır: - Pekin İsrailə qarşı kəşfiyyat məlumatlarını Tehranla bölüşə bilər

Dünyapress TV

Xəbər lenti