“İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” - VİDEO
“İsrail və İran arasında hazırda yaşanan gərginlik bəhanə edilərək, Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığı hədəf alınıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Haber Global” televiziyasında yayımlanan süjetdə qeyd olunub.

Bildirilib ki, sözügedən xəbərlər Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin görüşündən əvvəl yayılır.

Belə ki, iki ölkə lideri nə zaman görüş keçirəsi olsa, eyni dairələr səfərbər olaraq hərəkətə keçirlər: “Təxribatçılar həqiqətləri və Azərbaycanın rəsmi açıqlamalarını görməzdən gəlirlər. Azərbaycanı İsrailyönlü göstərməyə çalışan bu qruplar Türkiyə ictimaiyyətini qıcıqlandırmağa çalışır. Oxşar bir ssenari qısa müddət əvvəl də həyata keçirildi. İşğaldan azad edilən Laçında inşa olunan Laçın Beynəlxalq Hava Limanı mayın 28-də iki ölkə liderinin iştirakı ilə açıldı. Həmin vaxt da Azərbaycan Prezidenti İlham Əliyevə qarşı dezinformasiyalar dərc edildi, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüldü. İndi isə üfüqdə digər bir vacib görüş var. Belə ki, 6 fevral zəlzələlərindən sonra Azərbaycanın dəstəyi ilə inşası tamamlanan “Azərbaycan Məhəlləsi”nin təhvil verilməsi mərasimi keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bu mərasimdə birlikdə iştirak edəcəklər. Bu görüş öncəsi qardaşlıq əlaqələri bir daha hədəf alınır”.

O da qeyd olunub ki, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq bağı keçmişdə olduğu kimi, bu gün də sarsılmaz şəkildə davam edir: “Media üzərindən həyata keçirilən qarayaxma kampaniyalarına baxmayaraq, bu dostluq hər ötən gün daha da güclənir. İftiralar bu qardaşlığı poza bilməyəcək”.

 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb etdi
18 İyun 2025 ABŞ və Böyük Britaniya danışıqlarında kuryoz hadisə Trampı üzr istəməyə məcbur etdi
18 İyun 2025 Xameneyi Heydər Əliyev görüşündən bir yarpaq
18 İyun 2025 Konqresə ABŞ-nin İsrail-İran müharibəsində iştirakını qadağan edən qətnamə təqdim edildi
18 İyun 2025 Əgər İsrail bu zərbələrə davam edərsə… - Pezeşkian
18 İyun 2025 Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani
18 İyun 2025  Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq - KİV
18 İyun 2025 Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub - KİV
18 İyun 2025  Çin İsrailin İrana hücumlarından narahatdır
17 İyun 2025 Putindən İran üçün sürpriz plan: DÜNYA bu təkliflə ÇALXALANIR
17 İyun 2025 İsrail İranı vurmazdan 2 saat əvvəl TÜRKİYƏNİ xəbərdar edibmış - ŞOK DETALLAR
17 İyun 2025 Eyni anda ölkədəki HƏR KƏSƏ göndərildi - ŞOK yaradan mesajda GÖRÜN NƏLƏR YAZILIB
17 İyun 2025 Gundemxeber.Az » Dünya » Tramp: "Emmanuel Makron Həmişə Hər Şeyi Səhv Başa Düşür" Tramp: "Emmanuel Makron həmişə hər şeyi səhv başa düşür"
17 İyun 2025 Qərbi Azərbaycan Xronikası: "Aşağı Necili sakinləri daim ermənilərin ayrı-seçkiliyi ilə üzləşiblər"
17 İyun 2025 SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı
17 İyun 2025 İran İsrailin gizli hərbi bazalarının 3D görüntülərini paylaşıb
17 İyun 2025 Trampdan sərt çağırış: “Hamı dərhal Tehrandan çıxsın!” – “İran razılaşmalı idi!” -TƏCİLİ!
17 İyun 2025 "İran boğazı bağlayarsa, qlobal bazar PARTLAYA bilər!" - İqtisadçıdan ŞOK TƏHLİL
17 İyun 2025 Amerika hərəkətlənir - ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq
17 İyun 2025 RUSİYANIN “TƏŞƏKKÜR MƏDƏNİYYƏTİ” - Təyyarəmizə görə üzr istəməyən Kremlin bugünkü təşəkkürünə ehtiyacımız varmı?

Dünyapress TV

Xəbər lenti