Ardını oxu...
Petr Oleşçuk: “Kimsə Trampı hədələdiyi üçün onun istefa verəcəyini təsəvvür etmək mümkün deyil”

Miçiqan ştatından Demokratlar Partiyasının konqresmeni Şri Tanedar ABŞ Konqresinin Nümayəndələr Palatasına Prezident Donald Trampa qarşı impiçment təqdim edib. Xüsusilə, Prezidenti bəzi dövlət idarələrinin maliyyəsini qanunsuz olaraq kəsməkdə və aqressiv tarif siyasəti yürütməkdə ittiham edir. Amma konqresmenin istəyinə çatacağına – Trampın impiçmentinə nail olunacağına inam azdır.

Ukraynalı politoloq Petr Oleşçuk hesab edir ki, impiçment təklifi - Prezidentə vəzifəsinin ilk 100 gününün sonuna qədər kəskin hücumlar - Amerika siyasi ənənəsində qeyri-adidir. Analitik yazdığı məqalədə qeyd edib ki, ABŞ-da qeyri-rəsmi olaraq qəbul edilir ki, yeni Prezidentin özünü sübut etmək üçün ən azı yüz gün vaxtı var və bu müddət ərzində siyasi rəqibləri adətən onu tənqid etmirlər: “Trampın prezidentliyinin ikinci müddətinin təkcə onun impiçmenti təklifi ilə deyil, həm də kütləvi etirazlarla başlaması fəaliyyətinə mənfi yanaşıldığından xəbər verir”.

Oleşçuk hesab edir ki, bu mərhələdə, çox güman ki, impiçment təklifi faydasızdır: “Bəli, demokratlar respublikaçı Prezidentin vəzifədən kənarlaşdırılması prosesinə başlayacaqlar. Çünki onlar artıq Konqresə seçki kampaniyasına başlayıblar. Nümayəndələr Palatasına seçkilər 2026-cı ilin payızında keçiriləcək. İndi onların bu seçkilərdə qisas almaq üçün böyük imkanları var. Ona görə də Trampı aktiv şəkildə tənqid edəcək, etiraz aksiyaları keçirəcək, müxtəlif səbəblərdən onun uzaqlaşdırılmasından danışacaqlar. Üstəlik, söhbət Konqresdəki sadə çoxluqdan yox, əhəmiyyətli dərəcədə daha çox səsdən gedir. Təsəvvür etmək çətin deyil ki, bir Prezidentin namizədliyini irəli sürən və səs toplayan partiyanın ona qarşı səs verməsi üçün nə etmək lazımdır. Demokratların impiçment danışıqlarının Trampın siyasi mövqelərinə hər hansı əhəmiyyətli təsir göstərdiyini təsəvvür etmək də çətindir”.

“Doğrudan da biz onun reytinqinin aşağı düşdüyünü görürük. Ancaq eyni zamanda, impiçment vasitəsilə ona hücum etmək Trampa öz tərəfdarlarını daxili düşmənlər və daxili təhdidlər mövzusu ətrafında səfərbər etməyə imkan verəcək. Deyəcək ki, “görün lənətə gəlmiş qlobalist demokratlar, “dərin dövlət” mənim islahatlarıma necə qarşı çıxırlar, onların uğurlu olacağından qorxurlar. Biz məqsədimizə doğru irəliləyirik və bu əclaflar bizə mane olmaq istəyirlər”. Nəzərə almaq lazımdır ki, impiçment prosesinin başlanması mütləq bu prosesin uğurla nəticələnməsi demək deyil”, - politoloq qeyd edib.

Analitikin sözlərinə görə, ABŞ-ın 47-ci Prezidentinin vəzifədən uzaqlaşdırılması mövzusu daha çox gündəmə gətiriləcək: “Çox səs-küylü bəyanatlar, ittihamlar səslənəcək. Amerika siyasəti həmişə yüksək səs-küylü olub. Güman edirəm ki, Tramp hətta ona qarşı başlanmış impiçmentlərin sayına görə tarixə düşə bilər. Amma kimsə Trampı hədələdiyi üçün onun istefa verəcəyini təsəvvür etmək mümkün deyil. Tramp Nikson deyil. Beləliklə, növbəti dörd il ərzində o, ABŞ Prezidenti olaraq qalacaq”.

Müəllif: Turan Abdulla

Ardını oxu...
  

Qazaxıstan hökumətinin Rusiyanın tanınmış ictimai-siyasi personalarına sanksiya tətbiq etməsinin arxasında ciddi səbəblər durur.

Bu, xəfif məsələ olsaydı, indiyə qədər Moskva ilə həmişə ehtiyatlı keçinən, Kremlin xətrinə dəyəcək açıqlamalar verməyən rəsmi Astana artıq şimaldan gələn açıq təhdidlərə təhəmmül edə bilmir.

Son bir-iki ilə qədər belə şey olmayıb. Hətta 1997-cı ildə eks-prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə ölkənin paytaxtı cənubdakı Almatıdan köhnə vaxtlarda “rus qalası” sayılan Akmolinsk - Selinoqrad-Akmola-Astanaya köçürüləndə və RF prezidenti Boris Yeltsin bunun altında duran əsl məqsədin nə olduğunu bilərək Nazarbayevdən izahat tələb edəndə qazax lider zarafata salaraq bu xüsusda narazılıq yaranmasının qarşısını almışdı.

Son illərdə isə Gürcüstana, Ukraynaya, Moldovoya, Ermənistana diş qıcayan Rusiyada güclənməkdə olan neoimperializm ambisiyaları fonunda Qazaxıstan da hədəfə gəlib.

Sanksiya altına düşən “ruslar” (onların bəziləri milliyyətcə rus deyil) müxtəlif vaxtlarda müxtəlif auditoriyalarda Qazaxıstanın dövlət suverenleyinə, eləcə də qazaxların dövlətçilik ənənələrinə dil uzadıblar.
Bu şəxslər əsasən aşağıdakılardır: Tina Kandelaki, Tiqran Keosayan, Aleksandr Duqin, Pyotr Tolstoy, Vyaçeslav Nikonov, Yevgeni Fyodorov, Konstantin Zatulin, Yevgeni Primakov.

Tina Kandelaki jurnalist-aparıcıdır, Kremlin meqafonunu tutanlardandır.

Tiqran Keosayan məşhur propoqondaçı, özünü ruslardan daha artıq rus kimi aparmağa çalışan Marqarita Simonyanın əridir. Bu ikili özlərini “rus dövlətçiliyinin qoruqçusu” elan ediblər. Qazaxıstanın sanksiya siyahısında Simonyanın adının olmaması onu göstərir ki, o, Qazaxıstana qarşı sözlərini ölçüb-biçib.

Aleksandr Duqin son illərdə Kremlin baş ideoloqu statisuna yiyələnib, müsahibələrində, çıxışlarında hər zaman “rus dövlətçiliyi”ndən, Rusiyanın tarixi əzəmətini bərpa etməyin zəruriıiyindən, onun Avrasiyada əsas sahibi olmaq haqqından danışır. Duqinə görə, postsovet ölkələrin müstəqilliyi şərti xarakter daşımalıdır və onlar hər zaman Moskvadan idarə olunmalıdırlar.

O, konkret olaraq 2022-ci ildə Qazaxıstanda hakimiyyət əleyhinə iğtişaşlar başlayanda hadisəyə münasibət bildirərək baş verənlərin Qazaxıstanın üçtərəfli (Çin, Rusiya və Qərblə münasibətlər) siyasət aparmasına bağlamış, demişdi ki, Astana Moskvadan uzaqlaşdıqca problemləri çox olacaq.

“Bəzi məqamlarda Qazaxıstan hakimiyyəti müəyyən iqtisadi modellərdən istifadə etməyə davam etsə də, Moskvanı ikinci dərəcəli tərəfdaş hesab edirdi.,- deyə Duqin Qazaxıstan hakimiyyətini inteqrasiyanı təşviq etmək əvəzinə, sabotaj etməkdə suçlayıb. Onun fikrincə, Qazaxıstan “səmərəli Avrasiya inteqrasiyası və Moskva ilə yaxınlaşma əvəzinə” getdikcə daha çox milli, lokal korrupsiya proseslərinə meyllənib.

Duqinin bu və digər fikirləri, təbii ki, o zaman Qazaxıstan rəhbərliyinə xoş gəlməmişdi və onun bu ölkəni həmişə Kremlin təsir dairəsində görmək istəməsi etiraz doğurmuşdu.

Duqinin “arzuolunmaz şəxslər” siyahısında olmasının səbəbi budur.

RF Dövlət Dumasının deputatları Pyotr Tolstoyun, Dumanın beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vyaçeslav Nikonovun, Yevgeni Fedorov və Konstantin Zatulinun, eləcə də Dövlət Dumasının keçmiş deputatı Yevgeni Primakovun adının “qara siyahı” da olması onların Qazaxıstana qarşı çıxışları ilə bağlıdır.

Tolstoy Ukraynadan sonra Qazaxıstanın Rusiya üçün “növbəti problem” ola biləcəyini deyib, Almatının “rusların tikdiyi Vernı şəhəri” olduğunu bildirib və Qazaxıstanın Rusiyadan uzaqlaşmaq üçün özünə tarix uydurmağa cəhddə ittiham edib.

Federal televiziyada çıxış edən Nikonov Qazaxıstan deyilən bir ölkənin mövcud olmadığını bəyan edib, müasir Qazaxıstan ərazisinin “Rusiya və SSRİ-nin hədiyyəsi” olduğunu bildirib. Fyodorov Nikonovun bəyanatlarını dəstəkləyib və Rusiyanın Qazaxıstandan əraziləri geri qaytarmasını tələb etmək hüququna malik olduğunu bildirib. Bundan əlavə, o deyib ki, Qazaxıstan SSRİ-ni beynəlxalq hüquqa uyğun olaraq tərk etməyib və bu, onun dövlətçiliyinin "tamamilə qanuni olmadığını" göstərir.

Konstantin Zatulin 2022-ci ildə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin mövqeyini kəskin tənqid edib, onun özünü “müstəqil dövlət” elan edən “DXR” və “LXR”-ni tanımaqdan imtina etməsini pisləyib. Deputat ərazi iddialarına eyham vuraraq bildirib ki, tam tərəfdaşlıq olmadıqda “Ukraynada olduğu kimi hər şey mümkündür”.

1990-cı ilin yanvarında Bakıda törədilən qırğına rəhbərlik edən Yevgeni Primakovum eyni ad-soyadıı nəvəsi isə Qazaxıstan hakimiyyətini “millətçilərin rus dilinə qarşı hərəkətləri”ni cəzalandırmamaqda ittiham edib, Qazaxıstanın informasiya naziri Əsgər Umarovu “rusofob pislik” adlandırıb.

Göründüyü kimi, bu qırğı-quzğunlar Qazaxıstanın suverenliyini, onun müstəqil siyasət yeritməsini, dünya birliyinə inteqrasiya olunmasını həzm edə bilmir və ona qarşı təhdid sovururular. Onların əsas istinad nöqtəsi Qazaxıstanın şimalında yaşayan ruslardır. Bu nasist düşüncəli insanlar düşünürlər ki, Qazaxıstanın şimalında yaşayan əhalini separatçı hərəkata başlamağa təhrik edə bilərlər və Qazaxıstan bundan qorxaraq Kremlə boyun əyməlidir.

Əslində bu şəxslər digər postsovet ölkələrə də eyni arşın və düşüncə ilə yanaşırlar. Ümumiyyətlə, Rusiya isteblişmentində bu niyyətdə olanlar çoxdur və sayları getdikcə artır. Onlar digər postsovet ölkələri də “SSRİ-dən qanuni şəkildə çıxmamaq”da ittiham edirlər və dediklərindən belə anlaşılır ki, SSRİ Rusiyanın kontoru imiş.

 


“Görünən gerçək olsaydı, elmə gərək qalmazdı”

 (Marks)

Son aylar marksizm nəzəriyyəsi haqda danışmaq sanki dəbə düşüb. Onlardan ikisi daha yaddaqalan olub. Amerikalı milyarder Corc Sorosun oğlu Aleks dədəsinin təxminən 60 milyon civarında dollarını “dempartiya”nın uğursuz namizədi Kamala Harrisin seçkisində batırdıqdan sonra gözlənilmədən Karl Marksı yada salmışdı. O, tanınmış nəşrlərdən birinə  Marksın “dünyada tarixi hadisələrin iki dəfə-birinci dəfə faciə, ikinci dəfə fars kimi təkrarlanır” aforizmini Trampa aid etmişdi. 

Ardını oxu...

Soros və onun kimilərin quyruq acıları bəllidir,  Trampa “yüklənmək” burada sadəcə, bir epizoddur, çünki onlar əslində bolşevik və burju inqilablarını rəngini “narıncıya” dəyişən meomarksistlərdir. Marksizmin iqtisadi doktrinası zatən çürük idi, ona görə fıs çıxdı, amma Soros kimilərinin əllərində cəmlənən kapital onlara uzun illər istənilən ölkənin daxilinə sızmağa, orada möhkəmlənməyə və oyuncaq hakimiyyətlər qurmağa, eləcə də “mənəvi(əslində mənəviyyatsız) prisiplərini” yeritməyə imkan verdi. 

Ardını oxu...

Keçmiş SSRİ sakinləri kimi bizə vəd edilən sosializm qurulmadı, kapitalist ölkələrdə də Marksın proqnozlaşdırdığı “proletar inqilabları” da arzu olaraq qaldı, əvəzində sovet imperiyası çökdü.  İndi ümumi rəy belədir ki, klassik marksizm “rəhmətə gedib”, onun yerinə isə son illər dünyanın ən sivil ölkələrində belə təhlükə kimi ortaya çıxan sol(liberal) ideologiya, ifrat-millətçilik yayılır, həm də çox sürətlə. Şübhə yoxdur ki, bu ideologiyalar da marksizim-leninizmin bəzi dağıdıcı nəzəriyyələri kimi çox zərərlidir.

Hamı məəttəl qalıb ki, axı, Tramp niyə hakimiyyətə ikinci qayıdışından sonra Amerikanın tanınmış universitetləri ilə mübarizəyə girişib, malliyyələrini kəsir, nəzarəti gücləndir və sair. Səbəb sadədir: çünki Harvard da daxil Amerika universitetləri son onilliklərdə təkcə solçuların deyil, “göyqurşağı bayrağı” altında birləşənlərin də qalalarına çevrilib, hətta təhlillərə görə, məhz təhsildə çox dərin kök salıb.  Yeri gəlmişkən, “Gülən məktəbləri”, yəni FETÖ-nun dövlətin içinə sızma, təbliğat metodları bu baxımdan unikal hesab oluna bilər, şübhəsiz ki, bu təşkilatlanmada onları ideoloji liderləri marksist-leninçi nəzəriyyələrdən də “qidalanmışdılar”.   

Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill də ötən həftə çıxışlarının birində “filosof və iqtisadçı” kimi tanıtdığı Karl Marksın kitablarını oxumağa çağırış etdi. Krill özü oxumuş dini liderdir, Rusiya “dərin dövlət”inə bağlılığı var,  nə dediyinə həmişə diqqət edən adamdır. Rusiya provoslavların dini lideri hesab edir ki, Marksı əvvəla, müasir dövrün çağırışlarını daha yaxşı başa düşmək üçün oxumaq lazımdır. Kirilin ikinci izahata daha maraqlıdır. Onun sözlərinə görə, Marksın nəzəriyyələrini oxumaq “düşməni gözdən tanımaq üçün lazımdır”. Burada patriarxın nə demək istədiyi haqda işarələr çoxdur. Amma biri haqda daha net danışmaq olar: Qərb dünyasının ailə dəyərlərinə uzatdığı “əl”. Rusiyanı dəyərlərdən dağıtmaq planı haqda təkcə dini liderləri deyil, prezident Putin də bir neçə dəfə açıq danışıb. Onların dediyinə görə, lideral dəyərlər adı altında Rusiyada xüsusilə ailə insitutunu dağıtmaq üçün çoxsaylı cəhdlər olub. Buna görə də Rusiya Konstitusiyasında tələsik ailə anlayışını qanuniləşdirildi: “Ailə kişi və qadının birgə nikahıdır”. Bu kimi zərərli xarici təhlükələrlə mübarizədə provoslav kilsəsinin rəhbəri daima dövlətə ciddi dəstək verir.

Ardını oxu...

Şeyxin(Allahşükür Paşazadə) xətrinə dəyməsin, “liberal dəyərlərin” Azərbaycana ayaq açmasına qarşı mübarizədə nə özü, nə təmsil etdiyi QMİ-nin ardıcıl mövqe sərgiləməsi, yəni dövlətə xüsusi dəstəyi nəzərə çarpmır. Sovet hökuməti yanlış olaraq marksiz-leniniçi nəzəriyyələri  ateizmin təbliğində istifadə edirdi, ola bilsin, bu səbəbdən Şeyx o zərərli kitabları zamanında oxumayıb. Amma Krillin dediyi kimi, indi elə zaman yetişib ki, düşməni həm də gözdən(yəni pisliyini etməməmişdən öncə) tanımaq lazımdır.    

Amma şükür ki, Azərbaycanda “düşməni gözdən tanıyan”  lider var. Prezident İlham Əliyev hələ yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində hakimiyyətə qayıdan Trampın ölkəsində üzləşə biləcəyi “liberal təhlükələr” haqda danışmışdı. Həmin çıxışında Prezident “Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri - bunları təbliğ edir” demişdi. Prezident  bundan əvvəl Rusiya televiziyasına müsahibəsində də demişdi ki, ənənəvi dəyərlərə münasibətdə Azərbaycan Trampla “bir qayıqdadılar”.

Ardını oxu...

Təsadüfi deyil ki, Prezident Əliyev çıxışlarının birində xarici təhlükələr haqda danışarkən xalq üçün "əlverişsiz" olsada, sərhədlərin bağlı olmasını "milli təhlükəsizliklə” izah edib: “Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədlərin bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır.”

Ardını oxu...

Görünür ki, hazırkı dünya reallığında təhlükələrdən sığortalanmaq üçün Marksı oxumaq yetərli deyil...

Nazim SABİROĞLU,
Musavat.com

Ardını oxu...
ABŞ-ın çəkilməsi ilə yaranmaqda olan “təhlükəsizlik boşluğu” Avropa Birliyinin gələcək taleyini və geosiyasi statusunu müəyyən edəcək olduqca ciddi sınaqdır... Əgər, “qoca qitə” bu boşluqdan çıxmaq üçün alternativ müdafiə sistemi qurmağı bacarmazsa, Avropa Birliyinin sonu görünməyən “qaranlıq tunelə” girə biləcəyi də qətiyyən istisna deyil...
ABŞ və Avropa Birliyi arasında kifayət qədər ciddi problemlər mövcuddur. Tramp adminitrasiyasının xarici siyasəti isə bu problemlərin əsas qaynağı və dərinləşmə səbəbidir. Belə ki, Ağ Ev son vaxtlar ABŞ-ın Avropadakı hərbi və siyasi mövcudluğunu tədricən azaltmağa yönəlik planları ön plana keçirtməyə çalışır. Nəticədə beynəlxalq münasibətlər sistemində diqqətə layiq tendensiyalar daha qabarıq şəkildə ortaya çıxmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın avanqard rolunu oynadığı bu dəyişiklik prosesi yalnız beynəlxalq təhlükəsizlik balansına təsir göstərmir, həm də Avropa Birlinin və NATO-nun gələcək taleyi barədə yenidən düşünmək ehtiyacı yaradır. ABŞ-ın bu istiqamətdəki siyasi kursu bir neçə əsas aspekt üzrə təhlil oluna bilər. Bu məsələdə hərbi aspekt Qərb siyasi dairələrini narahat edən əsas istiqamətlərdən biridir. Çünki ABŞ uzun onilliklər boyunca Avropa qitəsinin təhlükəsizliyinin əsas təminatçısı olub.

NATO-nun aparıcı hərbi gücü kimi, ABŞ Almaniyada, İtaliyada, Böyük Britaniyada və digər Avropa ölkələrində yüz minlərlə əsgər yerləşdirib. Son 20 ildə bu hərbi qüvvələrin sayı tədricən azaldılmağa başlayıb. Bu prosesin əsas səbəblərindən biri də qlobal prioritetlərin dəyişməsi ilə birbaşa bağlıdır. ABŞ Çini əsas strateji rəqib kimi müəyyənləşdirərək, əsas diqqətini məhz Asiya-Sakit Okean regionuna yönəldib.

Digər tərəfdən, son dövrlərdə Ağ Ev administrasiyaları NATO-ya üzv dövlətlərin öz müdafiə xərclərində iki faizlik minimum göstəriciyə əməl etməməsindən narazı olduqlarını qətiyyən gizlətmirdilər. Ancaq Tramp administrasiyası bu narazılığı ABŞ və NATO üzvləri, xüsusilə də, Avropa Birliyi ölkələri qarşısında kəskin problem kimi qabartmağa üstünlük verir. Və Ağ Evin yeni sahibi Donald Tramp bu prinsipiallığını ilk növbədə ABŞ vətəndaşları arasında xaricdə hərbi mövcudluğa sərf olunan fahtastik vəsaitlərlə bağlı narahatlıq üzrəindən arqumentləşdirir.

Ancaq bununla belə, Rusiya-Ukrayna müharibəsi kontekstində keçmiş Bayden administrasiyasının Şərqi Avropada - xüsusilə də Polşa və Baltikyanı ölkələrdə ABŞ-ın hərbi mövcudluğunu müvəqqəti olaraq, artırdığı da inkaredilməz reallıqdır. Bu isə onu göstərir ki, indiki prosesin xarakteri tam hərbi geri çəkilmə olmaya da bilər və onu daha çox yenidən yerləşdirmə və savaş resurslarının optimallaşdırılma cəhdi kimi dəyərləndirmək mümkündür.

f6df85b568-Avropa-amerika-silahlarindan-imtina-edir.jpg (212 KB)

Təbii ki, ilk baxışdan, “geri çəkilmə” kimi görünən bu prosesin iqtisadi aspekti də var, ticarət, fantastik xərclər və geoiqtisadi prioritetlərdə yeni hədəflərin ortaya çıxması kimi önəmli faktorları əhatə edir. ABŞ-ın xarici hərbi bazalarının saxlanılmasına milyardlarla dollara xərclənir. İndi Tramp administrasiyası maliyyə yükünü nisbətən azaltmaq niyyətinə düşüb. ABŞ üçün ticarət və texnologiya baxımından, gələcəyin iqtisadi bazarları isə Cənub-Şərqi Asiya və Hind-Sakit okean regionunda cəmləşir. Rəqəmsal vergi, enerji siyasəti və texnoloji tənzimləmələr sahələrində ABŞ və Avropa Birliyi arasında fərqli yanaşmalar da müşahidə olunur və bu, iqtisadi əməkdaşlığı ciddi şəkildə çətinləşdirir.

Maraqlıdır ki, ABŞ-ın “qoca qitə”dən çəkilmə prosesinin arxasında siyasi faktorlar da gizlənir və Avropa Birliyini indi müstəqilləşmə barədə düşünmək məcburiyyətində qalıb. Hər halda, Tramp administrasiyasının son davranışları Avropa Birliyi məkanında təhlükəsizlik və xarici siyasətdə daha müstəqil olmaq istəyini gücləndirib. Bu, “strateji muxtariyyət” anlayışında ifadə olunur. Fransanın təşəbbüsü ilə gündəmə gələn bu yanaşma Avropa Birliyinin NATO-dan tam ayrılmasını nəzərdə tutmur, ancaq ABŞ-dan daha az asılı olmasını hədəfləyir.

Ancaq Avropa Birliyi üçün bu, o qədər də asan hədəf deyil və onun qarşısında olduqca ciddi problemlər də mövcuddur. Çünki bu quruma üzv ölkələr arasında qarşıya qoyulmuş yeni hədəfə münasibətdə müəyyən fikir ayrılıqları var. Polşa, Baltikyanı ölkələr və Şimali Avropa dövlətləri ABŞ-ın təmin etdiyi təhlükəsizlik zəmanətini əvəzolunmaz sayırlar və Fransanın “muxtariyyət” çağırışlarına ehtiyatla yanaşırlar. Və Avropa Birliyi daxilində kollektiv müdafiə sahəsində koordinasiyasının zəifliyi ucbatından ortaq qərar hələ çox uzaq görünür.

2025-03-06-16-17-57yMrUHW4OEIVcnbrupVK4_file.jpg (70 KB)

Məsələ ondadır ki, ənənəvi hərbi müttəfiq ABŞ-ın “qoca qitə”dən çəkilmə planları Avropa Birliyini müxtəlif alternativlərin axtarılmasına vadar edir. Əsas alternativlərdən biri kimi hazırda Avropa Müdafiə İttifaqının yaradılması təklif olunur. Avropa Birliyi çərçivəsində vahid komanda strukturu və müdafiə büdcəsi ideyası hələ tam reallaşmasa da, hər halda bu istiqamətdə ilkin addımların atılmasına başlanılıb. Eyni zamanda, Fransa-Almaniya tandeminin sürətlə gücləndirilməsi də çıxış yollarından biri hesab olunur. Yəni, Avropanın hərbi təhlükəsizlik sistemində bu iki ölkənin liderliyi həlledici xarakter daşıya bilər, halbuki bu məsələyə yanaşmalar arasındakı kəskin ziddiyyətlər prosesə əngəl törədir.

Bütün bunlar onu göstərir ki, ABŞ-ın Avropadan çəkilməsi qlobal güc balansının sürətlə dəyişməkdə olduğuna real örnəkdir. Bu proses Avropa Birliyinə daha çox hərbi-siyasi məsuliyyət və təhlükəsizlik arxitekturasının yenidən qurulması üçün faktastik məbləğlərdə maliyyə xərcləri vəd edir. Ona görə də, “qoca qitə” ABŞ-ın boşluğunu doldurmaq üçün həm siyasi iradə, həm də institusional koordinasiya barədə düşünməli olacaq. ABŞ-ın çəkilməsi ilə yaranmaqda olan bu təhlükəsizlik boşluğu Avropa Birliyinin gələcək taleyini və geosiyasi statusunu müəyyən edəcək olduqca ciddi sınaqdır.

Belə anlaşılır ki, ABŞ Avropa Birliyi üçün “təhlükəsizlik vakumu” yaradır. Əgər, “qoca qitə” bu vakumdan çıxmaq üçün alternativ müdafiə sistemi qurmağı bacarmazsa, Avropa Birliyinin “qaranlıq tunelə” girə biləcəyi qətiyyən istisna deyil. Çünki ortaq müdafiə sistemi yaradılmayacağı təqdirdə, üzv dövlətlər öz təhlükəsizlik problemini təkbaşına həll etmək məcburiyyətində qalacaqlar. Və bu isə siyasi ziddiyyətlərin də dətinləşməsi ilə Avropa Birliyinin ümumiyyətlə, xaos vəziyyətinin təsiri altında dağıla biləcəyi barədə ehtimalları ön plana keçirə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
 
Ardını oxu...
“Mənim də balam xaricdə təhsil alsın, qonşudan geri qalmayım” iddiası ilə bəzən özümüzü “yandırırıq”. Özü də hazırda bu sahədə necə deyərlər, “mövsüm” açıq elan edilib, ehtiyatlı olun.

Bu yaxınlarda bir həmkarım zəng edib ki, bəs bir şirkət (bir azdan daha geniş yazacağam) məndən xeyli pul alıb, amma uşağın xaricdə təhsil məsələsi düzəlməyib. Ona bircə kəlmə söz dedim ki, əgər öz haqqını qoruya bilməsən, fırıldaqçıların bir jurnalisti aldatmasına imkan versən, bu günə kimi mediadan “yediyin çörəyi” sənə halal etmərəm. Bu, təzədən oyandı elə bil, səhəri yazdı ki, gedib pulumu dava-savaşla aldım. Afərin! Amma onun yaşadığı stressin, aldadılmağın gətirdiyi utancın təbii ki, kompensasiyası yoxdur.

Övladınızın ayağını sərhəddən kənara qoyub, hansısa universitetin qapısından içəri girməsi belə inanın ki, hələ xaricdə təhsil almaq deyil. Amma heç sərhədin qapısına çata bilməyənlər də var. Anlayıram, insanlarımızın hamısının bu sahədə ciddi-ciddi araşdırma aparmaq imkanları yoxdur. Amma bu barədə mediada dayanmadan yazırıq, bir çoxlarınız heç olmasa arada bir gözünüzü Tik-tok-dan çəkib yerli kütləvi informasiya vasitələrini də oxusanız, fırıldaqçılar pullarınızı mənimsəməz.

Demək, xaricdə təhsil adı altında əsasən insanları necə aldadırlar? Tələbələrə deyirlər ki, sən qəbul olunmusan, amma universitetə qeydiyyatının təmin etmirlər. Əvvəlcədən söz verirlər ki, vizadır, getdiyi ölkədə tələb olunan tibbi sığortadır, filandır bunlar hamısı bizlikdir. Lakin vaxt-vədə yetişəndə dayanırlar kənarda. Viza prosesində o qədər gecikmələr olur ki, gənc hətta qəbul olubsa belə, universitetdən atılır bayıra. İnsanlar aylarla şirkətə ayaq döyüb, yalançı vədlərlə ovudulur, sonra biləndə ki, bunu aldadıblar şirkət ödənişi geri qaytarmır ki, mən səninlə bağlı nə qədər kağız-kuğuz işlətmişəm, yazışmalar aparmışam. Bu zaman valideyn də haqlı olaraq deyir ki, “başına dəysin sənin o işinin ki, sonda nəticə yoxdur”. Düz də deyir. Mən hələ onların yerinə olsam, aylarla ora gəlib-getdiyim nəqliyyat vasitəsinin xərcini, üstəlik aldığım mənəvi travmanın kompensasiyasını da istəyərəm. Görsəm ki, vermirlər gedərəm məhkəməyə. Onu da deyim ki, ölkəmizdə bu istiqamətdə məhkəmələr də az olmayıb.

Bu barədə ən çox "Pilgrim Education" şirkətinin adına rast gəlirik. Gənc xanımımız Xanım Camalovanın şirkətlə məhkəməlik olması uzun müddət sosial şəbəkələrdə gündəm, mediada manşet oldu.

Belə ki, tələbə Xanım Camalova xaricdə təhsillə bağlı sənədləşmə işlərinin görülməsi üçün "Pilgrim Education” (əvvəlki adları Career Guide MMC) şirkəti ilə xidməti müqavilə imzalayıb. Elə yuxarıda barəsində danışdığım həmkarımın da pulunu zorla aldığı bunlar idi. İndi qayıdaq “şirkətin əvvəlki adı” məsələsinə. Bir çoxları görürlər ki, köhnə adlarının reytinqi o qədər aşağı düşüb ki, özlərinə yeni ad seçirlər. Ona görə, sizlər də gözü açıq olun, müraciət etdiyiniz şirkətin bir keçmişini də araşdırın.

Bundan başqa, mediadan tanış olduğumuz "ABC Təhsil Mərkəzi" adlı şirkətin də əməlləri unudulmadı. Şirkətə qarşı bir neçə tələbə tərəfindən məhkəmə iddiaları qaldırılıb. Camaat nədən şikayətçi idi? Ödənişlərin geri qaytarılmırdı, saxta sənədlər təqdim olunmuşdu. Bu cür məhkəmələrin siyahısını xeyli uzada bilərik. Biz sadəcə nümunə gətirdik ki, bu cür proseslər Azərbaycanda mövcuddur. Yəni, sizə havadan danışmırıq.

Yazıq valideyn bəlkə də o ödənişi bir yerə toplamaq üçün neçə-neçə qapı döyüb. İnsanların arzuları ilə oynamaq, zənnimcə günahların ən böyüyü olmalıdır.

Burda valideynin üzərinə də ciddi məsuliyyət düşür. Şirkətlərin fəaliyyətini araşdırın, əlinizə hər hansı bir sənəd adı ilə kağız parçası verilirsə, onu bir hüquqşünasa da göstərin, təhsil nazirliyinin sonradan həmin universitetin diplomunu tanıyacağından əmin olun, ödənişlər üçün mütləq və mütləq rəsmi qəbz tələb edin, qəbul olduğunuz universitetlə birbaşa özünüz də əlaqə saxlayın. Bəlkə sizi aldadırlar? Ən azından bunları etsəniz aldanma riskini minimuma endirəcəksiniz. Elə edin ki, həm pulunuzdan, həm də universitet xəyallarınızdan məhrum olmayın. Yuxarıda sadaladıqlarımı yoxlamaq üçün, sizə lazım olan sadəcə kompüter və ya ağıllı telefondur. Dönə-dönə məlumatları yoxlayın. Yoxsa sizə deyəcəklər ki, nəinki sizi universitetə qəbul etdirəcəyik, hələ yataqxanada yer də alacağıq. Sonra məlum olur ki, heç universitetin yataqxanası mövcud deyilmiş. Bu da bir qohumun başına gəlib.

Deməli belə, “uşağı xaricə oxumağa göndərəcəm” deyib özünüzü fırıldaqçılara yem etməyin. Artıq etmisinizsə, heç olmasa bizim saytın ünvanına bir şikayət göndərin, sizin yerinizə onlarla biz savaşaq. Onsuz da öyrəncəli canıq...

Səbinə Əvəzqızı - LENT.AZ
 
 
 
Ardını oxu...
“Rusiya sülh istəməsə, biz sanksiyalar tətbiq edəcəyik, Ukrayna istəməsə, silah verməyi dayandıracağıq” düsturu dalana dirənib

ABŞ Prezidenti Donald Tramp vəzifədə olduğu 100 gün ərzində ABŞ-ın əvvəlki administrasiyaları tərəfindən edilmiş bütün rekordları qırdığı ilə öyünüb. Seçki kampaniyasının şüarları arasında o, Ukraynada sülhün əldə edilməsi mövzusuna böyük diqqət ayıraraq, “24 saat ərzində” sülhü bərpa edəcəyi vədini vermişdi. Bununla belə, Trampın prezidentliyinin ilk 100 günündən sonra Ağ Ev növbəti 100 gün üçün planlar hazırlayır və digər məsələlərlə yanaşı, sülh danışıqlarını da bu siyahıya daxil edir.

Əslində ABŞ Prezidenti danışıqları necə başa vuracağını anlamır. Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə Romada görüşü Kremldən müharibə tərəfdarının ritorikasının artmasına səbəb oldu. Şoyqu və Patruşev Avropa ilə gələcək müharibənin tonunu təyin etdilər. Lakin onlar bir mühüm məsələni də nümayiş etdirdilər: Ağ Ev danışıqlardan çıxmasını gecikdirir, çünki sadəcə bunu necə edəcəyini başa düşmür.

Yəqin ki, Trampın reytinqindən başlamalıyıq. Reytinqin düşməsi Ağ Evə təsir etməyə bilməz. Rusiya və Ukrayna arasında dəstək balansı isə seçiciləri açıq şəkildə sevindirmir. Bu o demək deyil ki, sabah növbəti reytinq azalması baş verməyəcək.

Axı “Rusiya sülh istəməsə, biz sanksiyalar tətbiq edəcəyik, Ukrayna istəməsə, silah verməyi dayandıracağıq” düsturu dalana dirənib. Kreml sülh istəmir, amma sanksiyaların tətbiqi hələ çox uzaqdadır. Ukrayna ilə isə kəşfiyyatsız beş gün davam edən “hadisə” ABŞ-ın hərbi lobbisinə təsir etdi və bu, ən yaxın tərəfdaşlarının Amerika silahlarından imtina etmək barədə düşünməyə başlamasına səbəb oldu. Üstəlik, unutmamalıyıq ki, biz daha geniş ABŞ-Avropa İttifaqı-Ukrayna danışıqlar prosesinin bir hissəsiyik.

ABŞ Prezidenti Donald Tramp açıq şəkildə Rusiyaya qarşı kəskin dönüş istəmir, çünki buna hazır deyil. O və ətrafı Ukrayna məsələsini ikitərəfli formatda tənlikdən çıxarmaq fikrini açıq şəkildə bəyənir. Amma hələlik bu prosesi sanksiyalarla ləngidir.

Sanksiyalardan danışarkən yadda saxlamalıyıq: 2025-ci ildə Putin üçün sanksiyaların ləğvi deyil, yenilərinin tətbiqi daha vacibdir. Sanksiyaların ləğvi maksimum proqramdır. Ona görə də hazırda Trampla dialoqun əsas məqsədi mövcud status-kvonu saxlamaqdır.

Məntiqlə, indi Trampla razılaşmaq və sanksiyaları ləğv etmək Putinin maraqlarına uyğundur. Bu fikri onun ən yaxın ətrafı, ilk növbədə, Çemezov, Patruşev, Kiriyenko, Kovalçuks və Uşakov dəstəklədi. Ona görə də Trampla dialoqu davam etdirmək üçün hesab edirəm ki, müəyyən əlavə iqtisadi təkliflər verilə bilər. Amma belə görünür ki, bu sahəyə cavabdeh olan Dmitriyevin fəaliyyətində Rusiya bürokratiyasının əsas oyunçularının italyan tətili baş verir. Buna ayrıca nəzarət etmək lazımdır, çünki Dmitriyevin xüsusi variantı var - Putinlə şəxsi söhbət.

Digər məqam Putinin ilkin şərt olmadan ikitərəfli danışıqlar ideyasıdır. Bu tələdir. Axı belə danışıqlara girmək Ukrayna-Rusiya-ABŞ-Avropa İttifaqı formatından heç bir təminatsız çıxmaq deməkdir. Bu cür danışıqlar yalnız bütün tərəflər atəşkəsin əsas prinsipləri barədə razılığa gəldikdən sonra mümkündür. Amerikalıların bu ideyanı təbliğ etməyə başlamaması çox vacibdir. İndi bizim üçün əsas təhlükələrdən biri də budur. Amerika auditoriyası üçün informasiya kampaniyası isə ilk növbədə bu məsələyə yönəlməlidir.

Ümumiləşdirsək, indi belə görünür ki, danışıqların davam etdirilməsi Ağ Evin hansısa qeyri-standart addımlar tapa bilib-bilməyəcəyindən asılıdır. Əgər bacarmasa, - çox güman ki, bacarmayacaq - Tramp vəziyyətdən necə çıxmağın yolunu axtaracaq.

Bizim əsas məqsədimiz Vaşinqtonla mübahisə etməmək və ABŞ-Aİ danışıqlarının təhlükəsizlik və siyasi perimetri çərçivəsində qalmaqdır. Bu ssenarinin əsas olduğuna dair lakmus sınağı Putinin 30 günlük atəşkəsdən imtina etməsi olacaq. Əgər o, sülhə razılaşarsa, - bu ehtimal azdır - bu, müəyyən imkanlar açsa da, danışıqları ləngitmək taktikasının davamı demək olacaq.

Müəllif: Vadim Denisenko – Ukraynalı politoloq.

Mənbə: UNİAN

Tərcümə AYNA.AZ-a məxsusdur.
Ardını oxu...
Azərbaycanda bəzən elə adamlar elə sözlər danışır və özlərini elə əhəmiyyətli adam hesab edir ki, söz tapmırsan. Ağlım kəsəndən “Rusiya dağılacaq” sözünü eşidirəm. Nəinki dağılır, hətta göz görə-görə Ukraynanı dağıdır. Bəziləri çıxıb deyir ki, həyatımı Rusiya ilə mübarizəyə həsr etmişəm. Normalda adam sual verməz, ancaq bu o qədər iddialı sözdür ki, sual verməmək olmur. Nə etmisən? Cavabı da təxminən belə olur: “dilim döndükcə, Rusiyanı tənqid edirəm”. Yəni sözlə. Cavaba güləndə də deyir ki, hüd-hüd quşu misalı. Ayə, o quş dimdiyində tonqalı söndürmək üçün su aparıb, sən nə etmisən əməl olaraq? Sənin danışığına Rusiyanı boş ver, heç öz ölkəndə ciddiyə alan yoxdur.
Baxırsan, partiya sədridir. Deyir, SSRİ-ni dağıtmışıq. Sual verirsən ki, soruşmaq ayıb olmasın, sən SSRİ qurmuşdun ki, SSRİ-ni də dağıtmısan? Bəziləri hələ də elə bilir ki, mitinqə çıxıb bağırmaqla haranısa dağıtmaq olar. Yaxın tarixdə bir hadisəyə diqqət çəkim: “Əsgər ölümlərinə son” aksiyaları keçirilirdi. Hamısında iştirak etmişəm. Hələ də çoxları elə bilir ki, Səfər Əbiyev o aksiyalara görə vəzifəsindən azad edilib. Səfər Əbiyev vəzifəsindən necə azad olunmasını araşdırıb, dəqiqləşdirəndən sonra proseslərə baxışım da dəyişib.
Rusiyanı qoyaq bir kənara, özümüzə umac ova bilmirik, cənubdakı soydaşlarımıza əriştə kəsməklə məşğuluq. Biri İranı dağıdıb Cənubi Azərbaycan qurur, biri Cənubi Azərbaycanı şimala birləşdirir. Biri də çıxıb onlardan soruşmur ki, siz nə istəyirsiniz? Şüara bax, a kişi, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun”. İstəyir, adına “Təbriz mafiyası” de, istəyir, “Təbriz klanı” – səni bir oturumda yeyər, özündən də xəbərin olmaz. Cənubdakı azərbaycanlılar pis-yaxşı min illərdir bir yerdə, bir sistem altında yaşayır. Biz gah çarın, çar gedib SSRİ-nin, SSRİ də gedib müstəqil olandan sonra hər cür yad zir-zibilin içərisində yaşamışıq. Maraqlı xüsusiyyətimiz var, hara giririksə, kanalizasiya deşiyindən giririk, ona görə də zir-zibil içərisində boğuluruq. Bir yandan, Qərbin özündə dəyər sayılmayan “dəyərlər”i yediriblər, bir yandan da Türkiyənin serial həyatını. Təhsilin yox, ailə dəyərlərin aşılanıb, eyforiyadan depressiyaya düşmüsən, çıxış yolun bilmirsən, partiyaların yox, məzhəbin bəlli deyil, ancaq sağa-sola ağıl öyrət. Partiyalar yox niyə deyirəm? Ölkədə müəyyən sayda partiyalar var. İqtidar partiyası ilə müxalif partiyaların hamısının ideologiyası birdir – sağ mərkəzçilik. Görünüb ki, sağla solun mübarizəsi gedər, bizdə sağ mərkəzçilərin davası gedir. Hakim partiyaya baxırsan, bir də vəzifələrə təyinatlara, görürsən, böyük marketlər şəbəkələri daha çox kadr yetişdirir, dövlət partiyalardan çox şirkətlərdən kadrlar yığır. Məzhəbə gələk: Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Ramazan bayramını hava limanında keçirir. Bayram namazının videosu da başqa yerdən gəlir. Nə isə…
Görünüb ki, politoloq, siyasi şərhçi, icmalçı təhlil edər, analiz verər. Bizimkilər asıb-kəsməklə məşğuldur. Biri Rusiyaya barmaq silkələyir, biri İrana kəllə atır. Bu yaxınlarda bir dostumuz deyir, ona kitab təqdim ediblər. Kitabın adı təxminən belə olub “Qlobal siyasətdə Azərbaycanın rolu, nə bilim nə”. Deyir, təqdim edən şəxsə dedim ki, ay qardaş, qlobusda Azərbaycan rəqəmlə göstərilir, nə siyasət, nə rol? Cavabında təbii ki, gözün döyüb. Balaca dövlətik, manevrlərlə, oyunlarla başımızı saxlayırıq. Manevrlə, lazım olan dövlətlərlə münasibətləri sıxlaşdıraraq, fürsətlərdən yararlanaraq ərazi bütövlüyünü təmin etmisən. Başqa nə olsun?!
Fürsət demişkən, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri baş tutdu. Kifayət qədər pozitiv bir səfər oldu. Azərbaycan Pezeşkianın prezidentliyindən maksimum istifadə etməli, yararlanmalıdır.
Bəzən deyirlər ki, cənubdakılar bizə birləşməlidir. Birini özünə birləşdirmək üçün ən azı cəlbedici olmalısan. Soruşmaq ayıb olmasın, sən nə qədər cəlbedicisən, cazibədarsan? Yenə göz döydürəcək sual.
Bəzən deyirlər, ideologiya dönəmi bitib. Baxırsan, bunu deyən şəxslərin beyət etdiyi dövlətlərin hamısının bir ideologiyası var. İdeologiya deyəndə də özünə, hazırkı durumuna adekvat olmalıdır. Qarabağ Azərbaycan xalqı üçün adekvat ideologiya idi, bitirdi. İndi tapılacaq, işlənəcək ideologiya da adekvat olmalıdır. Misal üçün İranı, Rusiyanı dağıtmaq üzərində baş sındırmaqdansa, lap baş sındırsan da onu dağıdacaq güc sən olmayacaqsan, ondansa. Ermənistanı, Gürcüstanı öz içində əritmək üzərində baş sındır. Onsuzda Cənubi Qafqaza vahid bir region kimi baxırlar, niyə də vahid olmasın?!
Səxavət Məmməd
 

Ardını oxu...
  

Ermənistanda "barıt çəlləyi" partlamaq üzrədir, dağıdıcı daxili savaş bu "ölkə"ni uzunmüddətli xaosa məhkum buraxacaq... Parçalanmış erməni toplumunda silahlı toqquşmalar baş versə, Ermənistanda təxminən Suriyadakı vəziyyət təkrarlanmış olacaq...

Cənubi Qafqazda geopolitik situasiyanın böyük sürətlə dəyişməkdə olduğu müşahidə edilir. Bu regionda artıq əvvəlki geopolitik şərtlər qətiyyən keçərli deyil. Azərbaycanın tarixi hərbi zəfəri ilə yekunlaşmış 44 günlük İkinci Qarabağ savaşından sonra yeni status-kvo yaranıb. Və bu, birmənalı şəkildə Ermənistanın əleyhinə yönəlmiş situasiyadır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan savaşda biabırçı məğlubiyyətə uğrasa da, uzun müddət Ermənistanın inkişaf perspektivlərinin önünü açmaq şansına malik idi. Bunun üçün Azərbaycanla yekun sülh sazişinin imzalanması və Ermənistanı blokada şəraitindən çıxarılması yetərli ola bilərdi. Və bununla da, Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə normal münasibətlər şəraitində iqtisadi əməkdaşlıq imkanları qazanmış olardı.

Ancaq Paşinyan hakimiyyəti bu şansdan istifadə etməyi bacarmadı. Belə ki, rəsmi İrəvan Azərbaycanın şərtləri daxilində yekun sülh sazişinin imzalanmasına yönəlik addımlar atmaq əvəzinə Qərbə inteqrasiya kimi avantürist variant üzrə hərəkət etməyə üstünlük verdi. Halbuki, Paşinyan hakimiyyəti də Ermənistanın heç vaxt Qərbə inteqrasiya edə bilməyəcəyini anlayırdı. Və nəticədə Qərb siyasi iradə mərkəzlərinin, xüsusilə də, Avropa Birliyinin geopolitik müstəmləkəsinə çevrilməkdən başqa heç nəyə nail olmadı.

Ardını oxu...

Digər tərəfdən, Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya kursu üzərindən Ermənistana yeni beynəlxalq himayədarlar axtarışı Rusiya ilə münasibətləri ciddi şəkildə korladı. Ancaq ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişi ilə Qərbə inteqrasiya kursu birmənalı şəkildə Ermənistanın əleyhinə çevrilmiş oldu. Belə ki, ABŞ Bayden adminstrasiyası dönəmində Ermənistana verdiyi siyasi-ideoloji dəstəyi geri çəkdi. Avropa Birliyi isə ABŞ-ın imtina etdiyi Ermənistana ənənəvi dəstəyini zəiflətdi. Və indi Ermənistan yenidən himayədarsız qalaraq, təhlükəsizlik problemləri ilə üz-üzədir.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin mövcud situasiyada yenidən Rusiyanın "təhlükəsizlik çətiri" altına geri dönüş üçün can atdığı barədə məlumatlar mövcuddur. Həmin məlumatlara görə, baş nazir Nikol Paşinyan tezliklə Moskvaya gedərək, Rusiya ilə münasibətləri normal məcraya qaytarmağa çalışacaq. Kremlin son vaxtlar Ermənistana yönəlik açıq mətnli təhdidlərindən sonra, Qərbin dəstəyini itirmiş Ermənistan üçün Rusiyanın himayəsi altına qayıtmaqdan başqa çıxış yolu qalmayıb. Və bu, həm Ermənistan, həm də Paşinyan hakimiyyəti üçün yeganə optimal variant hesab olunur.

Məsələ ondadır ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri sürətlə yaxınlaşır. Buna paralel olaraq, Rusiyaya bağlı olan radikal-revaşist müxalifət düşərgəsi də fəallaşmağa başlayıb. Erməni kilsəsinin və Qarabağ klanının nəzarəti altında olan bu düşərgədə parlament seçkilərinə qədər Paşinyan hakimiyyətinin devrilməsi üçün artıq planların qurulduğu barədə məlumatlar mövcuddur. Və beynəlxalq dəstəyi zəifləmiş Paşinyan hakimiyyətinin ölkədaxili siyasi rəqibləri qarşısında tab gətirmə imkanları o qədər də ümidverici görünmür.

Ardını oxu...

Onu da nəzərə almaq lazımdır ki, rəqib radikal düşərgə Paşinyan hakimiyyətini hətta terrorla da təhdid edir. Üstəlik, Ermənistannı tamamilə qarışdıra biləcək qarşıdurma ssenarilərinə də start verilib. Bu ssenarilərdə isə Azərbaycanın Qarabağ regionundan könüllü şəkildə Ermənistana köçmüş ermənilərə xüsusi yer ayrılıb. Hazırda bu aqressiv qruplaşma tədricən fəallaşdırılmaqdadır.

Hər halda, son vaxtlar Qarabağdan köçmüş ermənilər küçə və meydanlarda daha tez-tez siyasi şüarlarla peyda olmağa başlayıblar. Hətta bu qruplaşmanın rəhbərləri İrəvanda toplantı keçirərək, Paşinyan hakimiyyətini birbaşa küçə döyüşləri ilə təhdid ediblər. Onlar yeni koordinasiya şurası yaratdıqlarını və Paşinyan hakimiyyətinə qarşı açıq mübarizəyə başladıqlarını bəyanlayıblar: "Sosial tələblərimiz yerinə yetirilməsə, hər an küçə döyüşlərinə başlaya bilərik".

Göründüyü kimi, parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyəti üçün fəlakət ssenarisi artıq işə salınmaq üzrədir. Əslində, Qarabağdan Ermənistana köçmüş ermənilərin əvvəl-axır hakimiyyət uğrunda ölkədaxili qarşıdurmada alət kimi istifadə olunacaqları qətiyyən şübhə doğurmurdu. Bu qruplaşmanın Azərbaycan ərazisində çoxsaylı terror törətdikləri inkaredilməz reallıqdır. Yəni bu qruplaşma hərbi cinayətlər törətmək təcrübəsinə malikdir. Üstəlik, bu qruplaşmanın çox sayda odlu silaha sahib olduğu bildirilir. Və Paşinyan hakimiyyəti onların əlindəki silahların müsadirə edilməsinə hələ də nail olmayıb.

Ardını oxu...

Digər tərəfdən, Qarabağdan Ermənistana köçən separatçı ermənilərin Rusiya kəşfiyyatının nəzarətində olduqları da hər kəsə məlumdur. Yəni həm xarici kəşfiyyat, həm də erməni kilsəsi və Qarabağ klanı bu silahlı qruplaşmanı Paşinyan hakimiyyəti ilə küçə döyüşlərinə hazırlayır. Bu vəziyyətdən isə Paşinyan hakimiyyəti yalnız Rusiyanın sayəsində xilas ola bilər. Əks halda, Ermənistanın bir "barıt çəlləyi" kimi partlama ehtimalı tamamilə realdır.

Məsələ ondadır ki, Ermənistan Paşinyan hakimiyyətinə qədər yalnız Qarabağ klanı tərəfindən idarə olunub. Ona görə də, Paşinyan hakimiyyətindən ciddi şəkildə narazı olan yerli ermənilər Qarabağ klanına nifrət edir. Yəni, yerli ermənilərin Ermənistanın yenidən Qarabağ klanı tərəfindən işğal olunmasına seyrçi qalacağını düşünmək sadəlövhlük olardı. Və bu səbəbdən də, Ermənistanda yerli və gəlmə ermənilər arasında silahlı toqquşmaların ola biləcəyini elə indidən də təxmin etmək mümkündür.

Əgər, Paşinyan hakimiyyəti Kremllə anlaşmağa nail olmazsa, onda bu silahlı toqquşmanın qalibi məhz Rusiya tərəfindən müəyyən edilə bilər. Bu halda, Paşinyan hakimiyyətinin devrilmə ehtimalı daha inandırıcı görüntülər alacaq. Ancaq buna paralel olaraq, parçalanmış erməni toplumunda silahlı toqquşmalar Ermənistanı təxminən Suriyadakı vəziyyətə məhkum buraxa da bilər. Və bu, o deməkdir ki, Ermənistanda "barıt çəlləyi" partlamaq üzrədir, erməni toplumunu yaxın gələcəkdə dağıdıcı daxili savaşa bağlı xaos gözləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Ardını oxu...

 
 
 
Ardını oxu...
Balakən rayonun Qazma kənd sakini Bayramov Famil Aslan oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident. Sizin məhkəmə və icra şöbəsi islahatları barədə qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər Azərbaycanda insan hüquq və azadlıqları üçün göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Və çox təəssüflə bildirməliyəm ki, Azərbaycan Respublikası dövlətinin təmsil edən notarial orqanın sənədinin icra olunmaması üçün Balakən İcra Şöbəsində şəxsi maddi maraqlarının təmin edilməsi nəticəsində aparılan uğurlu məhkəmə islahatlarına kölgə salmaq istəyənlər vardır. Belələrindən ən təhlükəlilərindən Balakəni İcra Şöbəsinin icra məmuru hesab edilən Bəhruz adlı birisidir.

Bir daha xatırlatmaq istərdik ki, mən həmkəndlim olan Məmmədova Rahilə Məhəmməd qızına 2024-cü ilin əvvəlində mənə şəxsi fındıq bağının satılması şərtilə əvvəlcədən ona Balakən Notariat kontorunda 7000 ( yeddi min manat) borc müqaviləsi imzalayaraq vermişdim. Daha sonra da 1000 manatı onun oğlu olan Sərkərov Pərviz Məmməd oğluna da notarius vasitəsilə vermişdim. Lakin necə oldusa bu ana və oğul fikirlərindən vaz keçdilər. Və mənə 2000 manat qaytardıqdan sonra qalan 6000 manat pulumu 1 ildən çoxdur ki, qaytarmaq istəmirlər. Mən notariat kontoru rəisinə şikayət etdim. O da məsklənin həll edilməsi üçün Balakən İcra Şöbəsinə göndərdi. Rahilənin hazırda əmək pensiyası 950 manat olduğu halda Balakən İcra Şöbəsinin icra məmuru olan Bəhruz bildirdi ki, fevral ayından sizə onun kartından 450 manat tutularaq ödənişlər olacaq. Məsələnin tezbazar həlli üçün 200 manat da aldı. Lakin mart atyında da dedi ki, guya pensiyalar gecikir. Pul ödəniləcək. Yenə ödənilmədi. Bu ilin aperlində isə cavab verir ki, bəs Rəhilə xanım aldığı pensiyadan 950 manat təqaüdün 450 manat tutlmasından Balakən rayon Məhkəməsinə şikayət edib və məhkəmə də dərhal icraatı dayandırıbmış. Ona görə ödəniş olmayacaq. Budur, Bəhruz son iki həftədir ki, telefon zənglərimə də cavab vermir.

Bu məsələlərdən 2 ay qabaq isə Rahilənin Ekologiya Nazirliyində Meşələrin İnkişafı Depertamentində işləyən oğlu Çərkəsov Rəşad Məmməd oğlu mənimlə şəxsi telefon danışığı zamanı bildirdi ki, bizim sizə hər ay cəmi 100-150 manat ödəmək imkanımız var. Razısansa razılaş,deyilsənsə get hara istəyirsən şikayət et. Biz də öz bildiyimiz edəcəyik. Mən razılaşmadım. Onlar istəyirdilər ki, mən şikayəti geri götürüm bu ailə də bir iki ay 100- və 120 manat verib işi dələduzcasına həll etsinlər. Bildirim ki, Rahilənin qardaşı da ETSN-də uzun müddət yüksək vəzifədə işləyib və oğlunu da dayı olaraq bu nazirliyə soxuşdurub. İndi də birbaşa Balakən İcra Şöbəsi məmuru Bəhruzla gizli sövdələşərək pulumu qaytarmamaq üçün məhkəməyə müraciət edib hakimlə gizli sövdələşməyə gediblər. Çünki Rəşad məni xəbərdar etmişdi ki, mənim adamlarım var Və bu işi bildiyimiz kimi həll edəcəyik. Bəli, bu gün Rəşadın dedikləri təsdiqini tapır.

Mən hələ 2024-cü ilin iyul ayında Balakən rayon Prokurorluğuna müraciət edərək Rahilə və oğlu Pərvizin mənim etimadımdan süi-istifadə edərək guya mənə fındıq bağı verəcəklərini söz verərək 6000 manat pulumu ələ keçirmişlər. Sonradan mənə məlum olmuşdur ki, Rahilə bu pullarla başqa başqa şəxslərə ( Şəkidə, Yevlaxda və Bakıdan olan ) təqaüd düzəltmək adı altında pullarını mənimsəyərək dələduzluq etmiş Və buna görə də verilən şikayətlər əsasında mıəsələn, Evlax rayon Məhkəməsi onun barəsində keçən ilin dekabrında 2 ay həbs qəti imkan tədbiri seçmişdir. Hal hazırda da Balakən və Şəki Məhkəmələrində də onun barəsində verilən şikayətlərə baxılmaqdadır. Son nəlumata görə isə Rahilənin oğlu Pərviz Bakı şəhərində verilən şikayətlərə görə saxlanılmışdır. Bu nəticəyə gəlirəm ki, Rahilə məndən dələduzluqla aldığı pullarla dələduz oğlu Pərvizin həbsdən azad olunması üçün zərəçəkmişlərə verməyə məcbur olmuşdur.

Cənab Prezident və cənab Ədliyyə naziri Sizlərdən xahiş edirəm ki, Rahilə və oğullarının mənəvə digərlərinə qarşı törətdikləri dələduzluq əməlləri araşdırılaraq hüquqi qiymət verilməsinə, onlarla gizli sövdələşmələr edən Balakən rayon məhkəmə hakimi və Balakən rayon İcra Şöbəsinin icra məmuru Bəhruzla bağlı da şəxsi nəzarətiniz altında araşdırmalara başlanmasına göstəriş verə və mənə dəymiş ziyanın ödənilməsinə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən təşəkkürümü bildirirəm".
 

Ardını oxu...
  

Azərbaycan və İran prezidentlərinin tarixi görüşündə barəsində danışılan ən mühüm məsələlərdən biri də Araz dəhlizi oldu.

Prezident İlham Əliyevin çıxışında bu məsələyə geniş yer ayırması təsadüfi deyildi. Dövlət başçısı bildirdi ki, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir. Prezident xüsusi vurğuladı ki, həm bölgəmizdə, həm dünyada, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Sitat: “Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq. Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil.

Ardını oxu...

Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək. Təbii olaraq, bu layihənin ərsəyə gəlməsində əsas rol yenə də bizim ölkələrimizin üzərinə düşür və bu istiqamətdə Azərbaycan tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün inşası demək olar ki, hazırdır, o cümlədən sərhəd-keçid məntəqəsinin inşası prosesi gedir. Əgər hər şey istədiyimiz kimi olsa, bu ilin sonuna qədər avtomobil körpüsü istismara verilə bilər”.

Azərbaycan və İran arasında gərginlik yaradan və gərginliyi körükləyən qüvvələr – belə qüvvələr İranın daxilində də kifayət qədərdir – həm də Araz üzərindən atılması nəzərdə tutulan körpüyə qarşı idilər.

Xatırlayırsınız yəqin, Araz çayı sahilləri boyunca Azərbaycanı təhdid edən hərbi təlimlər də keçirmişdi İran ordusu.

Ardını oxu...

Baxmayaraq ki, İranın 12 dövlətlə quru sərhədləri olduğu halda, ən etibarlı sərhəd Azərbaycanladır.

Amma bütün bunlara, həm də Azərbaycanın dost və mehriban qonşuluq siyasətinə rəğmən, İrandakı radikal qruplaşmalar ölkəmizə qarşı təhdidlərlə çıxış edirdilər. Amma dövlətimiz, dövlət başçımız hər zaman təmkinli davrandı, ali dəyərləri uca tutdu. 44 günlük Vətən müharibəsindən sonra, 2020-ci ilin 16 noyabrında Prezident İlham Əliyevin Xudafərinə səfəri zamanı, burada Azərbaycanın dövlət bayrağını qaldıran zaman Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırması da ali dəyərlərin bariz nümunəsi idi.

Baxmayaraq ki, sonrakı dönəmlərdə İrandan Azərbaycana qarşı elə Araz boyunca təhdidlər oldu, Tehrandakı səfirliyimizdə terror törədildi, amma Azərbaycan qətiyyətli, prinsipial mövqeyini davam etdirməklə yanaşı, yenə də körpülərin yandırılması istiqamətində addımlar atmadı, əksinə, elan etdiyi siyasətinə uyğun şəkildə körpülərin bərpası və qurulmasına önəm verdi. Bu siyasət qalib gəldi.

2024-cü ilin 19 mayında Prezident İlham Əliyev və İran lideri Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşdülər və Arazın hər iki sahilini birləşdirən, rəmzi mənası böyük, həm də iqtisadi əhəmiyyət kəsb edən layihənin, su bəndinin açılışında iştirak etdilər. O görüşdə çox mühüm anlaşmalar əldə olunmuşdu. Baş verən helikopter qəzasından, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmasından sonra əldə olunan razılaşmaların arxa plana keçə biləcəyi narahatlığı yaratmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olarkən belə demişdi: “O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək”. 

Prezident İlham Əliyevin dediyi kimi oldu: Araz üzərindən salınan körpü artıq hazırdır. Bir müddət öncə Azərbaycan və İran rəsmiləri körpüyə baxış keçirdilər. Bu, Ağbənd istiqamətindən İran ərazisindən keçməklə avtomobil yolunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək körpüdür.

Ardını oxu...

O ki qaldı dəmir yolu körpüsünə, Prezident İlham Əliyev Pezeşkianla birgə iştirak etdiyi Forumda bildirdi ki, bu məsələ də müzakirə mövzusudur.

Ardını oxu...

Sitat: “Biz dəmir yolumuzu artıq gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilərik və təbii olaraq İran ərazisində dəmir yolu inşası da nəzərdə tutularsa, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizi olacaq. Yəni, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər var. Birincisi, Azərbaycan-İran arasındakı dostluq, ikincisi, qarşılıqlı siyasi iradə, üçüncüsü bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi məsələsi. Bu, yəni, əsas məsələlərdən biri olan layihədir”.

Bu da növbəti işlərin anonsu, yol xəritəsidir. Azərbaycan özü Avropa və Asiya arasında çox mühüm körpüdür. Diqqət edin, Azərbaycan Çin Xalq Respublikası ilə münasibətləri yüksək səviyyədə inkişaf etdirir. Çinin Urumçu şəhəri ilə Azərbaycanın Naxçıvan şəhərinin qardaşlaşması, Pekinin Azərbaycana yüksək səviyyədə dəstəyi son nəticədə Zəngəzur dəhlizinin açılmasına təkan verəcək! Orta Dəhlizi Zəngəzur dəhlizi olmadan təsəvvür etmək mümkün deyil, Ermənistan minlərlə km-lik Avropa və Asiya arasında yolun 43 km-ni bağlı saxlamaq hünərində deyil! Azərbaycan bu məsələdə də səbr edir, artıq 5-ci ildir 2020-ci ilin 10 noyabr bəyannaməsinin 9-cu bəndinin icrasını gözləyir. Amma paralel şəkildə fəaliyyətini də davam etdirir. Araz dəhlizi Zəngəzur dəhlizinə alternativdir və işlərin sürətlə davam etməsi Ermənistanı ciddi şəkildə düşündürməlidir. Eyni zamanda Azərbaycan-İran münasibətlərinin irəliləməsinə, Araz dəhlizinin realaşmasına qısqanc yanaşanlar da ciddi şəkildə düşünsünlər və Zəngəzur dəhlizinin mümkün qədər tez işlək hala gətirilməsi üçün Ermənistana təzyiq göstərsinlər! Əks halda itirən Azərbaycan olmayacaq, çünki Gürcüstan yolunun ardınca, Araz dəhlizinin də reallaşması Ermənistanın növbəti dəfə dalanda qalmasını şərtləndirəcək.

Avrasiya məkanında Azərbaycanın yeri və tranzit imkanları - Şimal-Cənub dəhlizi, Bakı-Qusar istiqamətində yeni yollar, Kəlalə-Ağbənd layihəsi, onun Arazın üstündən keçməsi ilə faktiki layihənin “Araz dəhlizi” ilə leksikona daxil olması, Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutunun yaranması və onun üstünlükləri çox böyükdür. Bu marşrut Qara dəniz və Fars köhfəzini birləşdirəcək. Üstəlik, Rəşt-Astara dəmiryolunun tikintisi, Azərbaycanın özünün dəmiryolu infrastrukturunu yeniləməsi və bunun həm də region dövlətləri arasında əlaqələrin inkişafına müsbət təsiri nəhəng perspektivlər vəd edir. Hər iki prezidentin dediyi kimi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin reallaşdırılması potensialına malik ölkələrin fürsətlərdən yararlanmasının alternativi yoxdur.

Ardını oxu...

Zəngəzur dəhlizi nə qədər tez açılacaqsa, Ermənistan bir o qədər tez irəli düşəcək, durumunu yaxşılaşdıracaq, künc-bucaqda boyun bükməyəcək. Eyni zamanda Araz dəhlizinin reallaşmasından, həm avtomobil, həm də dəmiryolu xətlərinin tikilməsindən sonra İrandakı mühafizəkarların da Zəngəzur dəhlizi ilə bağlı qara-qorxuları azalacaq. Bir anlıq təsəvvür edin, normal münasibətlər bərqərar olur, bir qatar Arazın o tayından – Araz dəhlizi ilə, bir qatar da Arazın bu tayı ilə - Zəngəzur dəhlizi ilə mənzil başına tələsir. Azərbaycan tarix yazır: Araz dəhlizi Zəngəzur dəhlizini qabaqladı, itirən biz deyilik, dalanda qalanlar düşünsün! Yük daşımalarını rahat və minimum itkilərlə ünvanına çatdırmaq üçün alternativlərin çox olması əlavə imkanlar yaradır. Burada təşviş doğuracaq, hay-küy salacaq, daş atıb, baş yaracaq nə var ki?..   

Ardını oxu...Elşad PAŞASOY

Dünyapress TV

Xəbər lenti