Ardını oxu...
  

Dövlət başçısı İlham Əliyevin “Ermənistan rəhbərliyinin İcmanın nümayəndələrini qəbul etməsini gözləyirik” çağırışına reaksiyalar: “Dünya ictimaiyyəti də bu məsələyə diqqət ayırmağa başlayıb...”

Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində dünya birliyinin Qərbi Azərbaycan məsələsini artıq beynəlxalq gündəliyə daxil etdiyini vurğulayıb. 

“Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir. Təəssüf ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, "böyük Ermənistan" xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalı, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır. Ermənistan qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Bu məsələ ilə əlaqədar Ermənistan rəhbərliyinin İcmanın nümayəndələrini qəbul etməsini gözləyirik", - Prezident vurğulayıb.

Dövlət başçısı bir daha vurğulayıb ki, qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyil və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir: “Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir”.

Ardını oxu...

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təməlli sülh olmadığı sürəcdə uduzan yalnız Ermənistanın özü olacaq: “Qərbi azərbaycanlıların öz doğma dədə-baba yurdlarına qayıtması, əjdadlarının məzarlarını ziyarət edə bilməsi onların ən təbii hüquqlarından biridir və Ermənistan rəhbərliyi gec-tez bu hüququn realizəsinə şərait yaratmalı olacaq. Eyni zamanda tərəfimizdən sərgilənən dinc təşəbbüslər kimsəni qorxutmamalı, ərazi iddiası kimi anlaşılmamalı, beynəlxalq hüququn təməl prinsiplərinə uyğun şəkildə atılan addım kimi qiymətləndirilməlidir. Bir ara Paşinyan Ermənistan Konstitusiyasındakı ziddiyyətlərlə bağlı məsələlərin tezliklə aradan qalxacağını söyləmişdi. Hətta referendum açıqlaması vermişdi. Amma sonradan səsi-sorağı çıxmadı. Yəqin ya hamiləri buna mane oldu, ya da revanşistlərin təpkisi ilə üzləşdi. Hərçənd ki, Ermənistan rəhbərliyi də, hökuməti də, xalqı da bir şeyi gec olmadan anlamalıdır ki, məlum düzəlişlər edilmədən, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları aradan qalxmadan heç bir təməlli sülhdən söhbət gedə bilməz. Təməlli sülh olmadığı sürəcdə isə uduzan yalnız Ermənistanın özü olacaq. Üstəlik, bütün etaplarda və zaman kəsiklərində. 30 il torpaqlarımızı işğal altında saxlayıb nə qazandılar? Heç nə! Axırda biz nə dediksə, biz necə deyirdiksə, elə oldu. Qərbi Azərbaycana qayıdış məsələsi də bax bu cür olacaq. Yəni Azərbaycan tərəfi nə deyirsə, necə deyirsə, Ermənistan dövləti həmin deyilənlərlə nəhayətində razılaşacaq. Sadəcə, bizim məqsədimiz budur ki, vaxt itirməyək, məsələni tezləşdirək, zamanı sürətləndirək. Ona görə də Paşinyan bu haqda ciddi-ciddi düşünməli, qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını beynəlxalq hüququn prinsiplərinə, göstərişlərinə uyğun şəkildə təmin etməlidir. Həm də təcili və gec olmadan”.

Ardını oxu...

Mürvət Həsənli

Qərbi Azərbaycan İcmasının qurucularından biri, qurumun Qəyyumlar Şurasının sədri Mürvət Həsənli Paşinyanın başqa çıxış yolunun qalmadığını vurğuladı: “Cənab Prezident bu açıqlamaları ilə Qərbi Azərbaycan məsələsində son nöqtəni qoydu və bu məsələdə Azərbaycanın qəti mövqeyini dünyaya bir daha nümayiş etdirdi. Qayıdış olmadığı sürəcdə bu məsələnin gündəliyimizdə daim qalacağını da qeyd etdi. Biz qərbi azərbaycanlılar olaraq o anı həsrətlə gözləyirik. Düşünürəm ki, Paşinyanın başqa çıxış yolu da qalmayıb. O, Qərbi Azərbaycan İcmasının rəhbərliyi ilə görüşməli və bu məsələni müzakirə etməlidir. Zatən sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri də qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmasıdır. Bunu erməni baş nazir yaxşı anlamalıdır. Artıq dünya ictimaiyyəti də bu məsələyə diqqət ayırmağa başlayıb. Düşünürəm ki, burada Qərbi Azərbaycan İcmasının yarandığı gündən bu günə qədər göstərdiyi fəaliyyət də mühüm rol oynayır. Biz o torpaqlara qayıdacağıq dedikdə, başqa bir ölkənin ərazisinə iddia irəli sürmürük. Bu bir tarixi faktdır ki, o torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Tarixdən məlumatlı olanlar yaxşı bilir ki, Qərbi Azərbaycan ərazisi mərhələ-mərhələ necə Ermənistan tərəfə keçib. Ermənistanın paytaxtı belə Azərbaycan şəhəridir. Biz mərhələ-mərhələ həmin torpaqlarımıza yenidən sahib çıxacağıq. Bu barədə qəti şəkildə ümidsiz deyilik”. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 


Ardını oxu...
  

Diqqətli oxucular fikir vermiş olarlar: qüdrətli dövlətlərin rəhbərləri ikitərəfli görüşlər keçirəndə çox zaman kostyumları eyni rəngdə olur, qalstuklarını həmrəng seçirlər: ya boz, ya tünd göy, ya da tünd qırmızı
Bu, təsadüfi şey deyil. Rəhbərlərin köməkçiləri, protokol məmurları bu xırda incələyi öncədən razılaşdırırlar. Yəqin ki, hansısa mənası da var – yəni liderlərin hər ikisi uzlaşma, razılaşma, bir-biriylə anlaşma tərəfdarıdırlar.

Ardını oxu...

Bu ilin fevral ayının sonlarında ABŞ prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenskinin Ağ Evin oval otağında baş tutan görüşməsinin qalmaqalla bitməsi, əslində protokol pozuntusu üzündən deyildi, bu, bəhanələrdən biri oldu. ABŞ tərəfi amerikalı jurnalistin diliylə Zelenskiyə kostyum geyməməsini, qalstuk taxmamasını irad tutdular, o da lazımi cavabı verdi, ancaq Tramp da, onun müavini Ceyms Devid Vens də isterik şəkildə Zelenskini onlara hörmət etməməkdə suçladı.

Ardını oxu...

Bu, yuxarıda deyildiyi kimi, bəhanəydi. Əsas məsələ Zelenskini, kriminal jarqonla desək, “sındırmaq”, Rusiyaya təslim olmağa vadar etmək idi. Tramp və Vens bunu bacarmadılar, nəticədə bu hadisə dünya mediasına “dress-kod qalmaqalı” kimi çıxdı. Ayrıca həmin görüşdə Tramp da, Vens də özlərini “kriminal avtoritet” kimi aparmışdılar. Bu, dialoqun tonundan və görüşdən çəkilmiş şəkillərdən aydınca sezilirdi.

Ardını oxu...

Budur, Trampın Səudiyyə Ərəbistanında vəliəhd şahzadə (faktiki dövlət başçısı) Məhəmməd bin Salmanla keçirdiyi görüşdə şahzadə dünyanın baş dövlətinin qarşısında əynindəki milli əba və yalın ayağındakı çəkələklə oturub. Başqa ölkələrdə bu geyimi adətən hovuz kənarında, saunada geyinirlər. Ancaq Trampın protokol xidməti, nə ağ, nə qara, bu “dress-kod”a hər hansı bir irad bildirməyib. Ona görə ki, ortalıqda çoxmilyardlıq mənfəət sövddələşməsi var, “dress-kod” vaxtı deyil.

Ardını oxu...

Bundan əvvəl Hindistanın baş naziri Narendra Modi də Donald Trampla görüşündə qalstuksuz, milli hind paltarı geyərək qatılmışdı və bu, yenə də hər hansı bir irada səbəb olmamışdı. Hətta Tramp özü boynuna Modinin şərfinin eynisini atmışdı.

Görünür, Ağ Evdə protokol qaydalarına baxanlar anlayırlar ki, hər ölkənin, xalqın öz iqliminə və adət-ənənəsinə uyğun geyimi var və onlar Vaşinqtonda, ya da öz paytaxtlarında ABŞ prezidenti ilə görüşdükləri üçün Avropasayağı kostyum geyməyə məcbur deyillər.

Ardını oxu...

Məsələn, heç bir mühüm, taleyüklü görüş və ya möhtərəm həmsöhbət İranın ali dini lideri ayətullah Xamneyinin ənənəvi əbadan imtina edərək kostyum geyməsinə səbəb ola bilməz. Mümkün deyil.

Ardını oxu...

İran lideri Esvatininin kralı III Msvati deyil ki, başqa vaxt, öz xalqının qarşısında, el şənliklərində yarıçılpaq gəzsin, amma ABŞ və Avropa dövlətlərinin rəsmi şəxsləri ilə görüşəndə şıq kostyum geysin və adi və ya kəpənək qalstuk taxsın.

Ardını oxu...

Ukrayna prezidenti Zelenskinin isə haqqını vermək lazımdır. O, “dress-kod” təzyiqinə məruz qalsa da, Trampla ikinci görüşündə bu “səhv”ini düzəltməyə cəhd etmədi, yenə də görüşə xaki rəngli jemperlə qatıldı.
Bu, liderin xarakterinin göstəricisi olmaqla yanaşı, Ukraynanın heç kəsə təslim olmaq fikrində olmadığının siqnalıdır.

Ardını oxu...

İndilərdə Trampın qalstukunun rəngi Putinun qalstukunun rənginə uyğundur. Nə vaxtsa görüşsələr, onların geyiminin uyğunluğu gözə çarpacaq. Tramp və komandası arada özünü “sülh danışıqları üzrə konstruktiv mövqe tutmayan Putin”ə hiddətlənmiş göstərsə də, heç iki gün keçmir, Ukraynaya zərbə olacaq bəyanat verir, qərar qəbul edirlər.

Trampın Qətərdən “hədiyyə olaraq” 400 milyon dollarlıq təyyarə alması isə onun özünün və hakimiyyətinin əsl mahiyyətini ortaya qoyur. Qədimlərdə belə aktların adı “güclü dövlətin zəif dövlətdən bac-xərac alması” olub, indi “hədiyyə” deyirlər.

Araz Altaylı, Musavat.com

Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı təxribatçı açıqlamalar verib.

O, keçmiş “Dağlıq Qarabağ” probleminin nizamlanmasına dair danışıqları prosesinin unudulmuş bəzi detallarını açıqlayıb. Rusiyalı nazir qeyd edib ki, heç kim Rusiyanı günahlandıra bilməz. Çünki ən azı 20 il ərzində həm Prezident Putin, həm də sabiq prezident Medvedyev sülh danışıqları yolu ilə ədalətli yanaşmanı təmin edən həll yollarını təbliğ ediblər.

Lavrovun sözlərinə görə, ilk addım kimi Azərbaycanın 7 rayonundan 5-dən imtina etmək, aralıq mərhələ kimi isə Kəlbəcər və Laçın rayonlarının saxlanılması, “Dağlıq Qarabağ”ın yekun statusu ilə bağlı qərarın uzun illər və mahiyyətcə gələcək nəsillərə saxlamaq təklif edilib.

Nazir bildirib ki, baş verənlər kompromis təkliflərin rədd edilməsinin nəticəsidir. “Lakin formuldan imtina etmək hüququ həyata keçirilib”, - nazir əlavə edib.

Qeyd edək ki, Sergey Lavrov 2011-ci ildə Rusiyanın ozamankı prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə irəli sürülmüş Kazan formulu adlanan “yol xəritəsi”ndən söz açıb. Həmin vaxt sözügedən təklif Azərbaycanın maraqlarına tam cavab verməsə də, Ermənistan 5 rayonu geri qaytaraqdan imtina etmişdi.

Bu baxımdan, məsuliyyət Ermənistanın üzərinə düşür. Ancaq Lavrovun 14 il öncə mövcud olmuş və tarixin arxivinə qovuşmuş bir məsələni yenidən gündəmə gətirməsi anti-Rusiya əhval-rusiyyəsinin artdığı Ermənistan ictimai rəyini dəyişməyə hesablanmış siyasi avantüra hesab oluna bilər.

Azərbaycanın 7 rayonunun işğaldan azad olunmasının 5-ci ili yaxınlaşır. Bu ilin sentyabr ayında isə Azərbaycanda erməni separatizminin tamamilə ləğvinin iki ili tamam olacaq. Artıq Ermənistan-Azərbaycan, “Dağlıq Qarbağ” münaqişəsi keçmişdə qalıb.

Azərbaycanın ərazi bütövlüyü və işğaldan azad edilmiş bütün ərazilərdə dövlət suverenliyi bərpa edilib. Buna baxmayaraq, Lavrov postmünaqişə dövrünün reallıqlarından kənara çıxmaqla dolayısı ilə Rusiyanın vasitəçilik məsələsinin vacibliyini qabaratmağa çalışır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında Lavrov regionun problemlərinin yerli və ən yaxın qonşu ölkələr tərəfindən həll edilməli olduğunu deyib. Bununla da rusiyalı nazir Azərbaycan-Ermənistan sülh danışıqlarının yenidən “Moskva platforması”na qaytarmağın zəruriliyinə işarə edib.

Lavrovun bu baxımdan tarixə siyasi ekskursiya edərək “Dağlıq Qarabağ”ın statusu məsələsini yenidən gündəmə gətirməsi təsadüfi deyil. Görünür, Lavrov Rusiyanın vasitəçiliyi və ya iştirakı ilə sülh danışıqlarının keçirilməsinə Nikol Paşinyan hökumətinin razılıq verməsi müqabilində Qarabağdan könüllü köçmüş ermənilərin qaytarılması və “statusu” məsələsini qaldırmağa hazır olduğuna dair mesaj verir.

Təbii ki, bu cür iddialar regiondakı mövcud geosiyasi konyukturla tamamilə ziddiyyət təşkil etdiyindən, inandırıcı görünmür. Amma Rusiya fəaliyyətsiz də olsa, ATƏT-in Minsk qrupunun həmsədri mandatına sahib olduğundan Ermənistanı siyasi orbitinə qaytarmaq üçün müəyyən ümidverici jestlər edir.

Bu da öz növbəsində, 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşan Ermənistan hakimiyyətinə daxili siyasi auditoriya ilə manipulyasiya etmək imkanı yaradır. Eyni zamanda, Rusiya xarici işlər nazirinin belə təxribatçı açıqlamaları Minsk qrupunun ləğvinə dair Azərbaycanın tələblərindən yayınmaq üçün Paşinyan hökumətinin əlini gücləndirir.

Seçkilərdə revanşist müxalifət üzərində qələbə qazanmağa çalışan və siyasi reytinqi xeyli zəifləmiş Nikol Paşinyan Rusiyanın dəstəyini əldə etmək istəyir. Ona görə də perspektivdə Rusiya və Ermənistan arasında müşahidə olunan siyasi yaxınlaşmanın və bu cür avantürist açıqlamaların verilməsi istisna edilmir.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Ardını oxu...
  

Bu yaxınlarda Ermənistan parlamentində “atası azərbaycanlı olan” Robert Köçəryanla bağlı vitse-spiker Akop Arşakyanın “tarixə ekskurs” etməsi keçmiş prezidenti necə qeyzləndiribsə, “dirilərək” aktiv siyasətə qayıdıb. Dədəsinin türklərin törəməsi olduğu barədə parlamentdə deyilənlərdən havalanan Köçəryanın deputat oğlu Levon da özünü saxlaya bilməyib, vitse-spikerə “it balası!” demişdi, ara qarışmışdı.

Bundan əvvəl köçəryançılar Nikol Paşinyanı türklərə casusluq etməkdə ittiham etmişdilər, indi cavablarını alırlar. Davamı olacaq. Spiker Alen Simonyan cinayətkar Köçəryanın yenidən damlanacağının anonsunu edib. İndi baş verənlər hələ “jurnaldır”, Ermənistanın 2026-sı bir başqa olacaq.

 Ardını oxu...

Röbert Köçəryanın dişləri zaman-zaman qana batdığı üçün növbəti dəfə hay qanı tökməkdən çəkinmir. (Hələ biz Xocalı canisinin türklərə tutduğu divanlardan danışmırıq. İddialara görə, onun türklərə nifrətinin kökündə vaxtilə anasının azərbaycanlı ilə yaxınlığı barədə təkzibolunmaz fakt dayanır, odur ki, kökümüzü kəsməyə hazırdır...)

Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanı 1997-ci ildə hakimiyyətdən devirib, qanunsuz şəkildə onun kürsüsünə sahiblənən Robert Köçəryan, üstündən iki il keçəndən sonra, 1999-cu ilin 27 oktyabrında parlamentin gülləboran edilməsi ssenarisini hazırlayanlardan idi. O vaxt Köçəryan əl-ayağına dolaşan parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələtdirdi. Silahlı dəstənin başçısının sabiq “Daşnaksutyun” üzvü, 1988-1990-cı illərdə tələbələr hərəkatı fəalı, “Qarabağ hərəkatı”nın aktivlərindən biri Nairi Hunanyanın olması çox şeyi deyirdi.

 Ardını oxu...

Robert Köçəryan hakimiyyəti Qarabağ klanının digər üzvü Serj Sərkisyana (yeri gəlmişkən, onun da atasının azərbaycanlı olması barədə ciddi iddialar var) ötürən zaman da azı 10 nəfər etirazçını qətlə yetirdi. 2008-ci ilin 1 martında törədilən cinayətlər bu günə qədər tam şəkildə araşdırılmayıb. Nikol Paşinyan 2018-ci ildə Sorosun dəstəyi ilə Sərkisyanı devirib, hakimiyyəti ələ alandan sonra Qarabağ klanının liderlərinin əl-ayağını bir yerə yığmağa nail olmuşdu, Köçəryan, Sərksiyan, Ohanyan və digərləri ya həbsxanaya salındılar, ya da məhkəmə kluarlarında aylarla süründülər. Hətta Vladimir Putinin dostu olması da, Köçəryanı uzun müddət xilas edə bilməmişdi. Budur, 2026-cı il parlament seçkiləri ərəfəsində Robert Köçəryan yenidən ortaya çıxıb, meydan oxuyur. Dişində şirə qalıb, düşünür ki, bu dəfə də istədiyinə nail olacaq, Paşinyanı devirib, ya özü, ya da dəstəklədiyi kimsə Ermənistana rəhbərliyi ələ alacaq.

Bir müddət öncə Köçəryanın Rusiyaya səfər etməsi, gizli görüşlər keçirməsi, həmçinin Paşinyan hakimiyyətinin Avropa İttifaqına yaxınlığı fonunda eks-prezidentin Kremlə “quyruq bulaması”, Ermənistanın nicatının Rusiyaya bağlılıqda olduğunu uca səslə bəyan etməsi məram-məqsədi ortaya qoyur. Rusiya üçün doğma olan bir ünvanda, Gümrüdə Paşinyanın partyasının mer seçkisini uduzması Köçəryanı xeyli həvəsləndirib. Hətta bu günlərdə o, Serh Sərkisyan, digərləri ilə koalisiyanın mümkün ola biləcəyindən də danışmağa başlayıb. Beləcə, müxalifləri Paşinyan üçün ciddi sürprizlər hazırlaya bilərlər. Təbii ki, Nikol Paşinyan da bu proseslərə biganə deyil, anlayır ki, Rusiyanın adamlarının hakimiyyətə qayıdışı, yaxud gəlişi onun həyatı bahasına başa gələ bilər. Paşinyan hətta bunu da bilməmiş deyil ki, parlamentdəki müzakirələr zamanı əli “Kalaşnikov”lu köçəryançılar zala daxil ola və avtomat güllələrini onun qarnına doldura bilərlər. Ölkəsinin terror ölkəsi olduğunu yaxşı bilir.

Ardını oxu...

Bu günlərdə Ermənistan Baş Prokurorluğunun Robert Köçəryan və onun ailəsinin daşınar - daşınmaz əmlaklarının dövlətin xeyrinə müsadirə edilməsi tələbini irəli sürməsi də eks-prezidentin dilini kəsilməsinə hesablanıb. Ermənistanın baş prokuroru Anna Vardapetyan deyib ki, “Köçaryan ailəsinin 22 daşınmaz əmlak, iki daşınmaz əmlak almaq hüquqü, 2 avtomobil, 3 milyon ABŞ dollarından çox vəsait, 985 milyon dram məbləğində alınmış istiqrazlar, 1,4 milyon ABŞ dollarından çox depozitlər,15 hüquqi şəxsdə iştirak, 4 milyon dollar, 8,3 milyard dram, 261 milyon rubl və təxminən 590 min avro məbləğində kreditlərin qaytarılmasını tələb etmək hüququ və dəyəri 3,8 milyard dramdan və 20 milyard dramdan çox olan daşınmaz əmlakın alınması üçün xərclərin Ermənistan Respublikası xeyrinə müsadirə olunmasını tələb edir”. Amma bu təhdid, yaxud əmlak müsadirəsi Levonu küncə sıxacaqmı? Bu arada Sergey Lavrov – Kələntaryanın İrəvana səfəri də “beşinci kolon”a əlavə nəfəslik verib.

Ermənistanda nələr baş verəcək, hakimiyyətdə kim olacaq, bu, Ermənistanın və ordakı hayiların problemidir. Ancaq əgər sülhü pozmaq istəyən hansısa qüvvə hakimiyyətə gələcəksə, bu halda Ermənistanın taleyi sual altına düşə bilər və hansısa hind silahı Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməz! Azərbaycan bəyan edib: sülh müqaviləsi Ermənistanla bağlanacaq, Paşinyan və yaxud qeyrisinin olması bizi o qədər də maraqlandırmır. Lakin Robert Köçəryan, Serj Sərkisyan və bu kimi digərləri istisnadır. Çünki onlar hələ Xocalı soyqırımına və digər cinayətlərə görə Azərbaycana cavab verməlidirlər! Elə bu günlərdə Bakıda davam edən məhkəmə prosesində həmin canilərin adları çəkilir, cinayətləri etiraf olunur. Bir müddət əvvəl erməni jurnalist Natali Aleksanyan demişdi ki, Köçəryanı, Sərkisyanı və Ohanyanı Bakıda hakim qarşısına çıxarmaq lazımdır. Paşinyan onları Bakıya təhvil versə, özünü də, ölkəsini də xilas etmiş olar...

Ardını oxu...

Dişi qana batmış, gözlərini qan örtmüş Robert Köçəryan çox da həvəslənməsin və 44 günlük müharibədən sonra edilən xəbərdarlığı xatırlasın. 2023-cü ilin 23 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev Ağdamdakı Cümə məscidinin qarşısında sözünü demişdi.

Ardını oxu...

Sitat:

“Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandır bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir”.

Bu sözlər həm də o deməkdir ki, Köçəryan, Sərkisyan və digər canilər, siçan kimi gizlənənlər bir daha hakimiyyət görməyəcəklər, bu xəbərdarlığı sırğa edib kar qulaqlarından assınlar!!!

Ardını oxu...Elşad PAŞASOY
 
 
 
Ardını oxu...
Putin bildirib ki, Rusiya Ukrayna ilə atəşkəsin əldə olunması və ümumi nizamlama prinsiplərini əhatə edən memorandum üzərində işləməyə hazırdır.
Onun sözlərinə görə, Ukrayna ilə atəşkəs yalnız müvafiq razılaşmalar əldə olunarsa mümkün ola bilər.
Putin əlavə edib ki, Moskva və Kiyev bütün tərəfləri qane edəcək kompromislər tapmalıdır:"Ukraynadakı döyüşlər dayandırılmalıdır, lakin sülhə gedən yolları müəyyənləşdirmək vacibdir".
Bu Trampın gözlədiyi nəticə deyil. Çünki nə atəşkəs, nə də şəxsi görüş barədə konkret razılaşma əldə olunub.
Tramp hər nə qədər bu gün mövqelərin yaxınlaşdığını iddia etsə də, vəziyyəti onun üçün əlverişli saymaq çətindir — bu, hər kəsə bəllidir. Avropalılar isə Trampa deyəcəklər: “Biz səni xəbərdar etmişdik, indi sanksiyaları işə salmaq vaxtıdır.”
Top indi Trampın tərəfindədir, əsas odur ki, bu topu öz qapısına vurmasın(həmişəki kimi).
Kamran Cəfərov
TEREF
 
Ardını oxu...
“Müstəqil dövlətçiliyin qorunması xalqın ümumi iradəsinə çevrilib”

ABŞ-də yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus Rusiya KİV-lərində Azərbaycan əleyhinə başlanan son kampaniyaya münasibət bildirib. Siyasi ekspert bu hücumların Prezident İlham Əliyevin 9 May – Qələbə Günü tədbirləri üçün Moskvaya getməməsindən sonra başladığını qeyd edir və bunu Kremlin ideoloji yanaşmasının bariz nümunəsi kimi qiymətləndirir.

Ramiz Yunus bildirir ki, Prezident İlham Əliyevin 9 May tədbirlərində iştirakdan imtina etməsindən sonra sanki komanda ilə Rusiya mediasında Azərbaycana qarşı növbəti isteriya başladı.

Onun fikrincə, bu kampaniyada yalnız tarixi faktların təhrifinə deyil, həm də Azərbaycanın müstəqil xarici siyasətinə açıq hədə-qorxulara yer verilir.

“Rusiya mediasında təkcə Azərbaycan-Rusiya münasibətlərinin son dövrlərinə dair təhriflərə deyil, həm də Azərbaycanın müstəqil siyasətinə birbaşa təzyiqlərə şahid oluruq”, – deyə Yunus vurğulayır.

Siyasi təhlilçi hesab edir ki, Kreml hələ də SSRİ dövrünün ideoloji düşüncə tərzindən çıxa bilməyib: “Kreml ideoloji maşını ilə məşğul olanlar hələ də Sovet İttifaqı paradiqmasında yaşayır. Halbuki bu gün Azərbaycanla diktə dili ilə danışmağın heç bir mənası yoxdur. Bunu yalnız Moskva deyil, Tehran, Brüssel, Paris və Vaşinqton da başa düşməlidir”.


Ramiz Yunus Azərbaycan Prezidentinin Avropada apardığı yüksək səviyyəli diplomatiya ilə bu yanaşmanın artıq keçərli olmadığını vurğulayır: “Prezident İlham Əliyevin Albaniyada Avropa İttifaqı liderləri və Fransa Prezidenti ilə görüşü bunun bariz sübutudur”.

Ramiz Yunus Rusiya ictimai rəyini formalaşdıran dairələrə Azərbaycan xalqının tarixi yaddaşını xatırladır və vurğulayır ki, keçmişdə edilən ədalətsizliklər unudulmayıb: “Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını, 1992-ci ilin Xocalı soyqırımını – rus ordusunun 366-cı alayının erməni silahlılarına verdiyi dəstəklə törədilmiş qətliamı, həmçinin birinci Qarabağ müharibəsində Rusiyanın Ermənistanı necə dəstəklədiyini yaxşı xatırlayır”.

Təhlilçi Putin dövründə Rusiyanın Ermənistana milyardlarla dollarlıq silah göndərməsini və bu silahların bir qisminin tamamilə pulsuz verilməsini də xatırladır: “Putin hakimiyyəti dövründə Ermənistana verilən milyardlarla dollar dəyərində silahlar – həm də pulsuz şəkildə – heç vaxt unudulmayacaq faktlardır”.


Ramiz Yunus bildirir ki, İkinci Qarabağ müharibəsində də Rusiya Ermənistanı tək buraxmayıb: "Azərbaycan xalqı yaxşı bilir ki, 44 günlük müharibə zamanı Rusiya İrandan hava yolu ilə Ermənistana silah göndərirdi. Bu fakt heç vaxt unudulmayacaq”.

O, həmçinin Azərbaycan mülki təyyarəsinin Rusiya raketi ilə vurulmasını və bu məsələdə Moskvanın qeyri-konstruktiv mövqeyini də Rusiyanın imperialist siyasətinin göstəricisi kimi təqdim edir.

Siyasi təhlilçi vurğulayır ki, Kreml həm SSRİ dövründə, həm də müasir dövrdə öz imperiya siyasətini davam etdirir. O, bunu Qarabağ, Abxaziya, Cənubi Osetiya, Pridnestroviye, Gürcüstan və Ukrayna hadisələri ilə əsaslandırır: “SSRİ dövründə Qarabağda, Abxaziyada və Tsxinvalidə necə davranırdılarsa, indi də eyni cür davranırlar. Putinin siyasəti də bu xətti davam etdirir – 2008-ci ildə Gürcüstana qarşı aqressiya, 2014-cü ildə Krımın ilhaqı və Donbasdakı qırğın, və nəhayət, Ukraynaya qarşı tammiqyaslı müharibə”.

Ramiz Yunus bildirir ki, artıq nə Azərbaycan, nə də digər postsovet ölkələri keçmişə qayıtmaq niyyətində deyil. Onun fikrincə, bu gün Azərbaycan cəmiyyəti tam konsolidasiyadadır və müstəqil dövlətçiliyin qorunması xalqın ümumi iradəsinə çevrilib: “Azərbaycan və onun cəmiyyəti tarixdən nəticə çıxarıb. Biz keçmişə qayıdışa heç vaxt imkan verməyəcəyik. Bu gün ölkəmizdə müşahidə olunan güclü ictimai konsolidasiya bunun ən yaxşı göstəricisidir”.

Ramiz Yunus Rusiya rəhbərliyinə və onun informasiya aparatına rus tarixçisi Vasili Klyuçevskinin məşhur fikrini də xatırladır: “Tarix öyrətmir, o, ondan dərs ala bilməyənləri cəzalandırır”.
 
Ardını oxu...
Bizə uşaqlıqdan öyrədirdilər ki, haqlı olan hər zaman üstün olur, xeyir həmişə şərə qalib gəlir, ədalət daim zəfər çalır. Biz bunlara inanaraq böyüdük, amma böyüdükcə də Dünyada bu tezislərin işlək olmadığını aydın şəkildə dərk etməyə başladıq. Azərbaycan 1-ci Qarabağ svaşında uduzmuşdu, torpaqlarımız işğal altında, suverenliyimiz yarımçıq idi. Haqlı olan, işğala məruz qalan biz idik, beynəlxalq hüquq bizdən yana idi – amma, haqlı olmaq kifayyət etmirdi, güclü olmaq lazım idi. Azərbaycan gücləndi, ordusunu “ruslaşmadan” təmizlədi, işlək ittifaqlar qurdu, ancaq bundan sonra həm haqlı, həm də qalib oldu.
Tarixi fəlsəfi haşiyə.
Din tarixçilərinin bəziləri öz kitablarında maraqlı bir nüansa diqqət çəkirlər – Xiristianlığın müqəddəs kitabı(ları) İsa Peygəmbərin çarmıxa çəkilməsindən 30-90 il arası yazılmağa başlayıb. İlkin versiyaların hamısında İsa Peygəmbəri çarmıxa, ölümə göndərən Roma İmperiyasının yerli hakimi-mütləqi, Ponti Pilatı rəhimli bir insan kimi təsvir edirdilər. İsa Peygəmbəri çarmıxa yerli yahudi din xadimlərinin göndərdiyini vurğulayırdılar. Hətta, “Lukanın İncili”-də belə bir mətn də var: “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O (Ponti Pilat), üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? Mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır, Ponti Pilat onların təkidi ilə qatili zindandan buraxmağı, İsanı isə onların ixtiyarına verməyi qərara alır”.
Yəni, ilk müqəddəs mətnlərdə Roma İmperiyasını günahkar çıxartmırdılar, halbuki, Roma İmperiyası üsyankarlara, elə yəhudilərə qarşı çox amansız idi. İlk mətnləri yazanlar niyə belə davranırdılar – cavab sadədir, qorxurdular, Roma İmperiyası çox güclü, Xiristianlıq isə çox zəif idi, onlar mətnlərdə, müasir dillə desək, “tezislərlə” davranır, GÜCLÜ olan Roma İmperiyasını, onun yerli hakimi Ponti Pilatı günahsız göstərməyə çalışırdılar, bütün günahı yəhuri din adamlarının üzərinə yıxmaqla, daha ZƏİF olanları hədəfə gətirirdilər.
Sonrakı əsrlərdə ədəbiyyatda da bu çox geniş yayılmışdı, məsələn, Bulqakovun məşhur "Master ve Marqarita” əsərində Ponti Pilat çox pozitiv bir personaj idi.
Nədən bunları yazdım – ta qədimdən güc faktoru haqlı-haqsız dilemmasından daha üstün, güc həmişə ilk nəzərə alınan faktor və kimin haqlı olub-olmaması gücün kimin əlində olduğundan çox asılı olub.
21-ci əsrdə də, təəssüf ki, heç nə dəyişməyib: Ukrayna TAM haqlıdır, Ukraynanın istəkləri TAM hüquqa və HAQQA söykənir, amma haqlı olmaq qalib olmaq anlamına gəlmir. Güclü olan diktə edir və bu tarix boyu həmişə belə olub.
Qəhrəman Ukrayna xalqı indi ciddi bir qərar verməlidir – haqlı olduqları qədər güclü olmaq üçün müharibəni atəşkəslə dayandırmalı, güclənməli, elə bir sistem qurmalıdırlar ki, post-Putin dönəmində haqlı olduqları məsələlərdə qalib də ola bilsinlər...
Natig Jafarli
TEREF
 
Ardını oxu...
  

Ukraynada ehtiyatda olan polkovnik Elxan Nuriyev "TV Müsavat"ın canlı efirində qonaq olub və Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib məqamlara toxunub.

Musavat.com xəbər verir ki, Nuriyev verilişdə Rusiyanın real vəziyyəti ilə bağlı mühüm açıqlamalar verib. 

Onun sözlərinə görə, Rusiya dalana dirənib.

Ətraflı videoda:

Musavat.com

Ardını oxu...
Vaşinqtonun hədəfləri var: Tramp Şaraa ilə görüşərək dünyaya mesaj verdi

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq səfəri çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb. Görüş hər iki liderin səfər çərçivəsində olduğu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilib. Sözügedən görüşün detalları ictimaiyyətə açıqlanmasa da, müzakirə edilən əsas məsələlərin Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti, Suriyada keçid dövrü və beynəlxalq əməkdaşlıqla bağlı olduğu güman edilir. Əl-Şaraa uzun müddət beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan bir fiqur olaraq qalsa da, bu görüş onun legitimlik qazanmaq istiqamətindəki mümkün addımı kimi dəyərləndirilir.

Bu, Trampın Yaxın Şərqdə yeni və səs-küylü addımı kimi qiymətləndirilir. Şaraa illər uzunu qlobal terroçu kimi kimi tanınıb. Tramp isə keçmiş cihadçı ilə əl sıxıb, gülümsəyərək kamera qarşısında çay içib. ABŞ lideri Şaraanı “cavan, yaraşıqlı və güclü keçmişi olan böyük biri” adlandırıb. Tramp keçmiş cihadçını “hər şeyi yoluna qoyacaq şəxs” kimi tərifləyib.

Xarici ekspertlər bildirir ki, Tramp açıq şəkildə Şaraanın liderliyini dəstəkləyir və Suriyaya qarşı onilliklərdir mövcud olan Vaşinqton sanksiyalarını ləğv edir və bir jestlə dünya ictimaiyyətinə mesaj göndərir.

Analitiklərin qənaətincə Trampın bu addımlarının səbəbi stratejidir. Bildirilir ki, Tramp bu addımı ilə regionda Rusiya və İranın mövqeyini sarsıtmaq, Çin investisiyalarına qarşı ABŞ investisiyalarına yol açmaq, eyni zamanda, Səudiyyə Ərəbistanı ilə Türkiyənin bölgədəki mövqeyini gücləndirmək istəyir. Ekspertlər hesab edirlər ki, Suriyadakı yeni hökumət Vaşinqton üçün həm yeni iqtisadi fürsət, həm də siyasi gedişlər üçün tarixi şansdır. Belə ki, ABŞ Suriyanmın 400 milyardlıq bərpa planında Amerikanın aparıcı rol oynamasında, bölgədə yenidən lider statusu qazanmasını hədəfləyir.
Ardını oxu...
Digər tərəfdən, “Anadolu” agentliyi bildirir ki, daha geniş formatda onlayn görüş də keçirilib. Bu virtual sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Suriya keçid dövrü Prezidenti Əhməd əl-Şaraa iştirak ediblər. Onlayn formatda keçirilən bu yüksək səviyyəli danışıqlarda regional təhlükəsizlik, enerji təhlükəsizliyi, humanitar yardım və Suriyanın gələcək idarəetmə modeli kimi mövzuların əsas müzakirə predmeti olduğu bildirilir.

Analitiklər pərdəarxası narahatlıqları da qeyd edirlər. “Reuters” yazır ki, keçmiş cihadçı rejimin insan azadlıqlarına yanaşması hələ də sual altındadır. Trampın mesajı isə aydındır: əgər bir terrorçu keçmişini arxada qoyub ABŞ-la işləmək istəyirsə, Vaşinqton ona şans verir. Bu həm Vaşinqtonun praqmatik yanaşması, həm də Trampın razılaşma ustası olmasının nümayişidir. Ekspertlər hesab edirlər ki, bu, Tramp üçün təkcə Suriyada deyil, ümumilikdə Yaxın Şərqdə yeni düzən yaratmaq cəhdidir. Xarici media yazır ki, masanın bir tərəfində oturan ABŞ lideridirsə, digər tərəfində oturan keçmiş cihadçıdır və davam edir: “Tarix belə ironiyalarla zəngindir. Bir vaxtlar terrorçu damğası ilə axtarılan, başına on milyon dollar vəd edilən şəxs, indi sabitliyin ümidinə çevrilib.

Müəllif: Turan Abdulla
 
 
 
Ardını oxu...
Bir neçə gün öncə Naxçıvana yağan güclü dolu və daha sonra yaranan sel əkin sahələrinə ciddi ziyan vurub. Ən çox ziyan görən isə, Şahbuz və Babək rayonlarındakı təsərrüfat sahələri olub. Bu barədə danışan fermerlər "DİA-AZ"a müraciətlərində onlara vəd olunan dövlət dəstəyindən hələ də xəbər olmadığını deyirlər.

Xatırladaq ki, Aqrar Sığorta Fondunun Naxçıvan filialının rəhbəri Sərxan Məmmədov bir neçə gün əvvəl açıqlama ilə çıxış edib qeyd etdi ki müraciətlər yekunlaşdıqdan sonra dolu nəticəsində zərər görmüş sığortalı fermerlərə dəymiş ziyan ödənəcək. Amma fermerlər iddia edir ki, iki həftədir müraciətlər birib, amma hələ də ödəmələrdən xəbər yoxdur və olmayacaq da. Sadəcə olaraq, Aqrar Sığorta Fondunun Naxçıvan filialının rəhbəri Sərxan Məmmədov bu yolla dövlət büdcəsindən öz cibinə PUL TRANSFER EDƏCƏK...

Qeyd edək ki, Sərxan Məmmədov açıqlamasında bildirib ki, ziyan gözləmə müddətində bitdikdən, müraciətlər yekunlaşdıqdan sonra müstəqil ekspert sahələrə baxış keçirilərək dəyən ziyanın məbləğini dəqiqləşdirəcəklər. Fermerlərsə deyir: "Dəyən ziyan bəllidir, sadəcə neə şişirtməyin yolunu axtarırlar. Hər zaman belə olub".

Naxçıvanlı fermerlər eyni zamanda vurğulayır ki, sığortalı olmalarına baxmayaraq, söz verilsə də bundan öncəki təbii fəlakətlərə görə dəymiş ziyan bu günə kimi ödənməyib: "Yəni danışılanlar nağıl və nöcbəti BÜDCƏ TALANI üçün rəvacdır..."
 

Dünyapress TV

Xəbər lenti