![]() |
![]() ![]() ![]() |
|
İslandiya hakimiyyəti öz müdafiə strategiyasını nəzərdən keçirmək və həmçinin ABŞ-nin Qrenlandiyaya iddiaları ilə bağlı vəziyyətə görə Avropa İttifaqı ilə üzvlük danışıqlarını bərpa etmək imkanlarını araşdırmaq istəyir.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqına mümkün üzvlük məsələsi 2027-ci ildə referenduma çıxarılacaq. Həmin vaxta qədər İslandiya hökuməti öz hərbi strategiyası ilə bağlı qərar vermək niyyətindədir.
"İslandiyada hərb sahəsinə heç vaxt ictimai dəstək olmayıb və mən yaxın gələcəkdə də bunun olacağını düşünmürəm", - nəşr İslandiyanın Baş naziri Kristrun Frostadottirdən sitat gətirib. "Lakin bu o demək deyil ki, biz aktiv müdafiəyə malik ola bilməyəcəyik. Müdafiə vacibdir", - o əlavə edib.
Frostadottir əlavə edib ki, islandiyalılar Reykyavikin sıx əlaqələrinin olduğu Qrenlandiyada baş verənləri diqqətlə izləyirlər.
Pakistan və Hindistan arasında sərhəd gərginliyi yenidən alovlanıb. Pakistan ordusu Lipi bölgəsində Hindistan ordusuna məxsus iki blok-postu məhv edib.
Məlumatlara görə, əməliyyat Pakistan Silahlı Qüvvələrinin dəqiq zərbələri nəticəsində uğurla başa çatıb.
Musavat.com xəbər verir ki, Hindistan ordusuna məxsus iki mühüm postun sıradan çıxarıldığı bildirilib. Hədəf alınan mövqelər, bölgədə Hindistan ordusunun fəaliyyətini ciddi şəkildə zəiflədib.
Əməliyyatdan sonra sərhəd bölgəsində vəziyyətin daha da gərginləşdiyi qeyd olunur. Hər iki tərəf qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirib. Hazırda bölgədə atəşkəs rejiminin pozulması səbəbindən əlavə tədbirlər görülür.
Hadisə ilə bağlı hələlik hər iki tərəfdən rəsmi itki sayı açıqlanmayıb. Pakistan ordusunun əməliyyatı və Hindistan tərəfinin cavab tədbirləri barədə əlavə məlumatların veriləcəyi gözlənilir.
Musavat.com
Ukrayna Müdafiə Nazirliyi “18–24 Müqaviləsi” proqramı çərçivəsində vətəndaşların könüllü əsaslarla xidmət edə biləcəyi daha səkkiz hərbi birliyin adını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu proqram 18 ilə 24 ay müddətində xidmət etməyi nəzərdə tutur və iştirakçılara sosial təminat, əməkhaqqı və təcrübə imkanları təqdim edir.
Proqrama yeni qoşulan briqadalar bunlardır:
47-ci ayrı mexanikləşdirilmiş briqada “Mağura”
54-cü mexanikləşdirilmiş briqada – hetman İvan Mazepanın adını daşıyır
3-cü ayrı zirehli “Dəmir” briqadası
82-ci desant-hücum “Bucovina” briqadası
34-cü sahil mühafizəsi briqadası
103-cü ərazi müdafiə briqadası – mitropolit Andrey Şeptitskinin adını daşıyır
108-ci ərazi müdafiə briqadası
127-ci ərazi müdafiə briqadası
Qeyd edək ki, “18–24 Müqaviləsi” proqramı Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyət tərkibini gücləndirmək və peşəkar kadrlarla təmin etmək məqsədi daşıyır. Müdafiə Nazirliyi daha çox gənci bu proqrama qoşulmağa çağırır.
Musavat.com