Ardını oxu...
Hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında Azərbaycan hərbçilərinin Moskvada Qələbə Paradının məşqində çəkilmiş kadrlarını yayıb.

Kadrlarda Moskvanın mərkəzi küçələrində addımlayan hərbçilərimizin “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarını səsləndirdiyi görünür.

Qeyd edək ki, mayın 9-da Azərbaycan hərbçiləri Böyük Vətən Müharibəsində qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda iştirak edəcəklər.
Ardını oxu...
Rusiyanın Kursk vilayətinin Qluşkovo qəsəbəsində təxliyə elan edilib.

Oxu.Az xəbər verir ki, bu barədə qəsəbənin başçısı Vasili Xudyakov sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Qəsəbədə vəziyyətin mürəkkəbləşməsi ilə əlaqədar olaraq, hazırda orada olan sakinlər müvəqqəti olaraq təxliyə edilməlidirlər".

Onun sözlərinə görə, təxliyə işlərini hərbi qulluqçular həyata keçirəcəklər. Bununla belə, V.Xudyakov mürəkkəbləşmiş vəziyyətin nədən ibarət olduğunu açıqlamayıb.

Daha əvvəl verilən məlumata görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Kursk vilayətinə hücumları nəticəsində üç nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.
Ardını oxu...
"Eyni zamanda Ukrayna Silahlı Qüvvələri cəbhənin bir sıra hissələrində əks-hücumlar həyata keçirir..."

Rusiya qoşunları Lıman, Kuraxovo və Velikaya Novoselka yaxınlığında irəliləyib.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Rusiya qoşunları cəbhədə hücumlarını davam etdirir və şərqdə beş istiqamətdə lokal uğurlar əldə edib. Eyni zamanda Ukrayna Silahlı Qüvvələri cəbhənin bir sıra hissələrində əks-hücumlar həyata keçirir.

Hesabatda deyilir ki, düşmən Kupyansk, Lıman, Siversk, Çasov Yar, Toretsk və Pokrovsk istiqamətlərində hücumlarını intensivləşdirib. "Rusiya qoşunları son günlərdə Lıman, Siversk, Novopavlovka, Kuraxovo və Velikaya Novoselka rayonlarında irəliləyiş əldə edib", - analitiklər qeyd edir.

Məlumata görə, mayın 2-si və 3-də Kursk vilayətində döyüşlər davam edib, Rusiya qoşunları bu ərazidən Ukrayna qüvvələrini çıxarmağa çalışır. Eyni zamanda Rusiya qoşunları Sumı vilayətinin şimalında hücum əməliyyatlarını davam etdirir, lakin irəliləyə bilmir.

Xarkov vilayətində isə işğalçılar Volçansk yaxınlığında hücum edib, lakin ISW-nin məlumatına görə, burada da uğur əldə etməyib. Pokrovsk istiqamətində Rusiya ordusu ciddi itkilər verir, gündə azı 150 hərbçi həlak olur. Onlar 9 may tarixinədək Dnepropetrovsk vilayətinə doğru irəliləməyə çalışır.

Rusiya bu istiqamətdəki qüvvələrini ya Kursk istiqamətindən köçürməklə, ya da səfərbərlik yolu ilə gücləndirib. Eyni zamanda Pokrovsk istiqamətində, xüsusilə Boqatır və Svobodnoye Pole bölgələrində Ukrayna ordusu düşmənin sursat anbarlarını atəşə tutub və əks-hücumlar həyata keçirib.

Cəbhənin cənub istiqamətlərində də, xüsusilə Qulyaypole, Orexov və Zaporojyenin qərb hissəsində döyüşlərin intensivliyi yüksək olaraq qalır. Ukrayna Silahlı Qüvvələri düşmənin texnikasını və hava hücumundan müdafiə sistemlərini məhv etməkdə davam edir. Xüsusilə ölkənin cənubunda BUK-M3 zenit-raket kompleksinə zərbə endirilib.

Ukraynada müharibə - son xəbərlər

Hərbi ekspert Sergey Jdanovun fikrincə, işğalçılar iyun-iyul aylarında Lıman istiqamətindən, həmçinin Kramatorsk və ya Pokrovsk istiqamətindən hücum əməliyyatına hazırlaşır, məqsəd Slavyansk-Kramatorsk aqlomerasiyasını mühasirəyə almaq və ələ keçirməkdir.

Bu arada Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Ehtiyatda olanlar Şurasının rəhbəri İvan Timoçko qeyd edib ki, rusiyalılar Dnepropetrovsk istiqamətində uğurlu strateji səviyyəli hücum əməliyyatı keçirmək iqtidarında deyil. Onun sözlərinə görə, işğalçılar hətta Pokrovsk və Mirnoqrad (Donetsk vilayəti) istiqamətlərində hücum üçün kifayət qədər qüvvə toplaya bilmir.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, İsrailə məxsus qırıcı təyyarələr mayın 2-nə keçən gecə Dəməşq və Həma ətrafında 8 hədəfə hava zərbələri endirib.

Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, yerli mənbələr həmin vaxt Türkiyənin dəstəklədiyi Sultan Murad və Süleyman Şah briqadalarına məxsus bazaların da İsrailin hədəfləri arasında olduğunu bildirib.

İddia olunur ki, Türkiyə ordusuna məxsus F-16-lar da İsrail əməliyyat keçirərkən Suriyanın şimalına keçib.

“Yerli mənbələrin məlumatına görə, Türkiyə qırıcıları İsrail təyyarələrinin fəaliyyət göstərdiyi bölgədə patrul uçuşları həyata keçirib. F-16-lar vasitəsilə İsrail təyyarələrinə xəbərdarlıq siqnalları göndərildiyi və pilotlar arasında qısa müddətli radio əlaqəsinin qurulduğu iddia edilir. Hər iki tərəf münaqişədən yayınıb”, - nəşr yazır.
Qeyd edək ki, Türkiyə ordusu daha əvvəl İsrail tərəfindən hədəf alınan T4 və Həmadakı hava qüvvələrinə məxsus bazalarda fəaliyyət göstərir.

“Sözcü” yazır ki, İsrail Türkiyənin Suriya hava məkanında olmasını “riskli” hesab edir:

“İddialara görə, daha sonra İsrail bölgəyə qırıcılardan ibarət ikinci heyəti göndərib. Eyni gündə ümumilikdə 14 döyüş təyyarəsi Suriyanın bölgədəki hava məkanında patrul həyata keçirib. İddialara görə, İsrail ordusunun baş qərargahı ABŞ-dəki Tramp administrasiyasına bildirib ki, növbəti belə hal olarsa, Türkiyəyə məxsus qırıcılar hədəfə alınacaq. Ankara rəsmi açıqlama verməyib”.
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Suzemski rayonundakı “Strela” zavodunu “Qrad” MLRS-dən istifadə edərək atəşə tutub.

"Mash" "Telegram" kanalının verdiyi məlumata görə, atəş nəticəsində iki mühafizəçi yüngül xəsarət alıb.

İlkin məlumata görə, zərbələr zavodu tamamilə məhv edib.

RBC-Ukraynanın məlumatına görə, bu zavod Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlıdır.

Obyekt transformatorların, boğucuların, hamar gərginlik tənzimləməli avtotransformatorların, induksiya rulonlarının və müdaxilənin qarşısını alan filtrlərin istehsalında ixtisaslaşıb.
 
Ardını oxu...
“Rusiya buna təhrik edilsə də, Ukraynada nüvə silahından istifadə etmədən xüsusi əməliyyatı uğurla başa çatdırmaq üçün bütün lazımi qüvvələrə malikdir”.

Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin VGTRK jurnalisti Pavel Zarubinlə söhbəti zamanı deyib.

“Bizi təxribat cəlb etmək istəyirdilər, səhv etməyimizi gözləyirdilər. Bayaq dediyiniz silahlardan (nüvə silahı – red.) istifadə etməyə ehtiyac yoxdur. Ümid edirəm buna ehtiyac olmayacaq. Bizim kifayət qədər gücümüz və resurslarımız var ki, 2022-ci ildə başlanmış işləri Rusiyaya lazım olan nəticə ilə məntiqi sonluğa çatdıraq”, - Putin bildirib.
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələrinin Krım ərazisində həyata keçirdiyi əməliyyat nəticəsində daha bir Rusiya hərbi təyyarəsi məhv edilib.

APA "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, bu, son 24 saat ərzində vurulan ikinci təyyarədir.
 
Ardını oxu...
Ukraynada müharibə davam etdiyi üçün Rusiya hərbi itkilərə görə yeni rekordla üzləşə bilər. Bu il, proqnozlara görə, əsgərlər arasında itkilərin sayına görə Moskva üçün ən çətin il olma riski var.

Bu barədə Britaniya Müdafiə Nazirliyi X (Twitter) səhifəsində məlumat yayıb.

Analitiklərin fikrincə, 2022-ci ildə genişmiqyaslı işğalın başladığı gündən bəri Rusiya ölən və yaralananlar da daxil olmaqla, təxminən 950 min əsgər itirib. Təkcə 2025-ci ilin ilk dörd ayında itkilərin təxminən 160.000 nəfərə çatdığı təxmin edilir.

Bu temp davam edərsə, 2025-ci il itkilər baxımından əvvəlki illəri üstələyə, hər il artan itkilərin sabit tendensiyasını davam etdirə bilər.

Ukrayna Baş Qərargahının məlumatına görə, bu ilin aprelində Rusiya ordusu gündə orta hesabla 1200-dən çox insan itirib ki, bu da ayda təxminən 36 min nəfər təşkil edib. Mart ayında bu rəqəmlər daha da yüksək olub – gündə təxminən 1300 nəfər. Ən çətin aylar 2024-cü ilin son ayları olub, Ukraynanın yeni ərazilərini ələ keçirmək cəhdləri zamanı gündəlik itkilər 1600 nəfərə çatıb.

Britaniya kəşfiyyatı qeyd edir ki, əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya hələ də ciddi hərbi uğur əldə etməyib.

Rusiya prezidenti Vladimir Putinin mayın 9-na kimi “atəşkəs” elan etməsinə baxmayaraq, cəbhədə döyüşlər qızğın olaraq qalır.Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski xüsusilə Donetsk və Dnepropetrovsk vilayətlərində düşmən fəallığının artdığını bildirib.

Mayın 3-nə olan Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya ordusunun ümumi itkiləri artıq 955 min nəfərdən çoxdur. Təkcə son 24 saat ərzində düşmənin daha 1170 əsgəri öldürülüb.
Ardını oxu...
Paşinyan hökumətinin velosipedi təzədən “kəşf etmək” cəhdləri davam edir. Bu isə sırf zaman itkisi olmaqla yanaşı, Ermənistan adlı simvolik dövlətə yaxşı heç nə vəd etmir və edə bilməz. Azərbaycanla barışıq məsələsində astagəlliyin altını ilk növbədə kapitulyant ölkə çəkə bilər və çəkəcək. Çünki təcrid durumunda, dalanda qalan o.

Bir yandan 2025-ci il üçün rekord həddə hərbi büdcə (1.7 milyard dollar) müəyyən edib, o biri yandan Ermənistan konstitusiyasından qonşulara qarşı torpaq iddiası ilə bağlı müddəaları çıxarmağa tələsməməklə, bunun əvəzində quru boşboğazlıq etməklə dünyanın gözündə sülhpərvər kimi görünmək mümkün deyil. Ermənistan, erməni xalqı sülh istəyirmi? Bu sual hələ də açıq qalır. Sülh istəyirsə, onda təcili referenduma gedib öncə öz davakar konstitusiyasına sülh konstitusiyasına çevirsin, görək çevirirmi?..

Bu arada məlum olub ki, Ermənistanda orduya məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılması təklif edilir. “Joqovurd” qəzetinin yazdığına görə, hakim “Mülki müqavilə” partiyasından olan deputat Hayk Sarkisyan müvafiq qanunvericilik təşəbbüsü ilə çıxış edib. Yəni təklif bilavasitə baş nazir Nikol Paşinyadan gəlir.

Təklifdə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər, həmçinin “Dövlət rüsumu haqqında” qanuna və Ermənistan Cinayət Məcəlləsinə əlavələr daxildir. Xidmətdə olmanın yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına kimi vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi təklif olunur. Bu məbləğ hərbi xidmətdən yayınan 27 yaşından yuxarı vətəndaşlara cinayət məsuliyyətindən yayınmağa imkan verəcək.

Mənbənin bildirdiyinə görə, təşəbbüsdə məqsəd çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaqdır...

Əslində əsas hədəf elə bu. Çünki 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən, ardınca (2023, sentyabr) “artsax” nağılının tam bitməsi və statusun gorbagor olmasından sonra erməni cəmiyyəti faktiki apatiya və natamamlıq kompleksi içindədir. Onsuz da xarici ölkələrə köç etməyə meylli olan bu toplum sabaha heç bir ümidi qalmadığı, o sırada sülh, yoxsa savaş məsələsində qeyri-müəyyənlik davam etdiyi üçün sürətlə Ermənistanı tərk etməkdədir. Həm də birdəfəlik və çox vaxt ailəlikcə.

Gözlənilir ki, Avropa İttifaqı ilə viza rejiminin yumşaldılmasından sonra köç proses daha intensiv xarakter alacaq. Nə vaxtadək humanitar yardıma, qəpik- quruşa göz dikmək olar ki? Bu da diqqətçəkicidir ki, gedənlər arasında Qarabağdan könüllü köç edənlər də var. Təbii ki, onların arasında çağırış yaşlı olanlar kifayət qədərədir...

Bütün bu neqativləri, - üstəgəl, ölkə üzrə doğum sayının azalması fonunda, - hakimiyyətdəkilər görməyə bilməz. Ancaq çağırış yaşının 37-ə çatdırılması da ordunun şəxsi heyətini komplektləşdirmək üçün çıxış yolu ola bilməz. Nəzərə alsaq ki, hələ də Azərbaycana revanşist planlardan əl çəkməyən Ermənistanın peşəkar ordu qurmaq imkanları zəifdir, o zaman ölkədən köçü səngitməyin yalnız bir yolu qalır – vaxt itirmədən Azərbaycan və Türkiyə ilə hərtərəfli normallamaya və sərhədlərin açılmasına müvəffəq olmaq.

Kasıb Ermənistan əhalisinin boğazından kəsib yeni müharibə hazırlığına böyük vəsaitlər xərcləməkdənsə, cırtdan bir ölkə üçün ən doğru, ən rasional yol bu. Qalır bunu ermənilərin hakimiyyət, cəmiyyət və müxalifət olaraq, elliklə dərk eləməsi. Zaman amansızdır və gözləmir...

Analitik xidmət,
Musavat.com
 
Ardını oxu...
İkinci dünya müharibəsi zamanı və ümmumiyyətlə müharibə tarixində baş vermiş ən genişmiqyaslı (təqribən 2.2 milyon şəxsi heyət) və ən qanlı (1.7 milyon nəfər ölü, yaralı və itkin) döyüşlərdən biri hesab olunan Stalinqrad döyüşü barədə çoxumuz bilirik. 23 avqust, 1942 – 2 fevral, 1943-cü illərdə baş verən bu döyüşün taleyinin həll edilməsində azərbaycanlıların rolunu danmaq olmaz.
Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmişdir. Təkcə 1600-dən artıq azərbaycanlı “Stalinqradın müdafıəsi uğrunda” medalı ilə təltif olunmuşdur. Çoxlarına sirr deyil ki, Verxmatın xarici hərbi bölüklərindən biri də Azərbaycan legionu idi. Azərbaycan legionerlərinin başlıca qərargahı Polşa ərazisində yerləşirdi. Legionerlərin ümumi sayının 36 mindən 65-70 minədək olduğu göstərilməkdədir. 1942-ci ilin payızından Polşa və Ukraynada formalaşmış legionerlərin döyüş taburlarından da Qafqaz və Stalinqrad ətrafındakı döyüşlərdə istifadə etdilər. Azərbaycanlılardan ibarət olan 804-cü tabur almanların 49-cu dağ korpusunun 4-cü dağ atıcı diviziyasına göndərildi. Maraqlı burası idi ki, Stalinqradın müdaifəsi zamanı küçə, məhəllədə döyuşlər gedirdi.
Tədqiqatçı Christopher Ailsby, Wladyslaw Anders və bu sahədə ciddi tədqiqatları olan Antonio J. Muñoz əsərlərində qeyd edirlər ki, iki əks cəhbədə xidmət edən azərbaycanlılar Stalinqrada üz-üzə gəlirlər. Alman ordusunda xidmət edən azərbaycanlılar onlara qarşı Azərbaycanlılardan ibarət bölüyün olduğunu bilirdilər. Alman zabitlərinin əmrlərinə baxmayaraq Vermaxtın əsgərləri olan azərbaycanlılar öz soydaşlarına güllə atmaq istəmirdilər. Əmrə tabe olmadıqlarına görə alman zabitləri azərbaycanlı əsgərləri güllələmişdilər. Buna baxmayaraq sona qədər öz qardaşlarına güllə atmaq istəməyən Vermaxtın zabitləri sonda azərbaycanlı diviziyanı Qafqazda Suxumi istiqamətindəki yüksək dağ rayonlarına göndərdi. Bu diviziyanın geri çəkilməsi isə bir neçə əsas starteji yerlərin sovetlərin əlinə keçməsinə səbəb oldu ki, II dünya müharibəsinin taleyinə ciddi təsir etdi. Stalinqrad sovetlər tərəfindən azad edilir.
Zaur Əliyev, dosent
 

Dünyapress TV

Xəbər lenti