Ardını oxu...
Ukraynın Luqansk vilayətində rusiyalı hərbçi əsgər yoldaşlarını öldürməkdə şübhəli bilinərək saxlanılıb. Müstəntiqlərin fikrincə, o, öldürdüyü hərbçiləri metal qəfəsə yığaraq, qapısını bağlayıb və ora döyüş qumbarası atıb.

Lent.az Rusiya telegram kanallarına istinadla bildirir ki, aprelin 25-də hərbi müstəntiqlər 42 yaşlı hərbçi Vladimir Z-yə qarşı cinayət işi açıblar. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, kişi 2024-cü ilin iyul ayının sonunda Donetskdəki müvəqqəti dislokasiya məntəqələrindən birində üç əsgər yoldaşı ilə mübahisə edib. Həmin gün Vladimir öz əsgər yoldaşlarına – 35 yaşlı Artem K., 37 yaşlı Roman Ç. və 23 yaşlı Maksimum M.-yə cəbhə bölgələrinə ərzaq çatdırmağı əmr edib.

Onlar tapşırığı yerinə yetirməkdən imtina ediblər və Vladimir tabeliyində olanları cəzalandırmaq istəyib. İlkin məlumata görə, o, onları metal qəfəsə yığaraq, qapını bağlayıb və sancağı çəkərək içəri F-1 döyüş qumbarasını atıb. Partlayış nəticəsində hər üç əsgər çoxsaylı qəlpə yaraları alıb. Onlardan biri yerindəcə, digər ikisi isə az sonra dünyasını dəyişib.

Bir neçə aydan sonra Vladimirə qarşı ümumi təhlükəli şəkildə adam öldürmə, həmçinin iki və ya daha çox şəxsi öldürməyə cəhd maddələri ilə cinayət işi açıldı. O, saxlanılıb.
 
Ardını oxu...
İsrail Müdafiə Qüvvələri (İDF) Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığında yerləşən strateji hədəfə zərbələr endirib.

Bu məlumatı İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.

Rəsmi məlumatlara görə, hücumlar Dəməşqin mərkəzində, dövlət başçısının iqamətgahına yaxın ərazidə həyata keçirilib. Netanyahu bildirib ki, bu əməliyyatlar İsrailin təhlükəsizliyini təmin etmək və bölgədə İranın nüfuzunun qarşısını almaq məqsədi daşıyır./Musavat.com
 

Ardını oxu...
  

İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz birgə bəyanat yayaraq, Dəməşqdə prezident sarayı yaxınlığındakı hədəfə zərbə endirildiyini açıqlayıblar.

Musavat.com xəbər verir ki, onların bəyanatını “Times of Israel” qəzeti yayıb.

Bəyanatda bildirilir: "Bu, Suriya rejiminə açıq siqnaldır. Biz Dəməşqin cənubuna qoşun göndərilməsinə və ya druz icması üçün hər hansı təhlükəyə imkan verməyəcəyik".

Qeyd edək ki, iki gün əvvəl İsrail Dəməşqin Sahnaya qəsəbəsində druzlara qarşı əməliyyat keçirən Suriya təhlükəsizlik qüvvələrinə zərbə endirib.

Musavat.com

 
 
 
Ardını oxu...
Daimi olaraq mətbuatda bir mənzilin bir neçə nəfərə satılması və qalmaqallı açıqlamaları ilə gündəmə gələn tikinti maqnatı, iş adamı, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı daha bir şikayət yayımlanıb.

Sitat.info xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Elnur Nağıyev 16 yanvar 2024-cü ildə Saray qəsəbəsində “Şərur MTK”ya məxsus “Jasmin Park” yaşayış kompleksindən ipoteka krediti ilə mənzil götürüb.

Kreditin ödənişi zamanı ona bir neçə ay gecikmənin problem olmadığı bildirilib. Vətənin keiyində dağlarda xidmət keçən zabit keçən bir il ərzində kreditin ödənişini vaxtında edib və heç bir problem olmayıb.Bu ilin mart ayında isə zabit xidmətdə olduğu dövr ərzində ödənişi etdiyini, hər dəfə Bakıya gələ bilmədiyini ona ya hesab nömrəsi və yaxud kart hesabına ödəniş etməyə şərait yaradılmasını istəyib. Lakin şirkətdən belə bir ödəniş növünün olmadığını, pulları yalnız Hollywood şadlıq sarayının ikinci mərtəbəsinə gələrək ödəməli olduğunu qeyd ediblər

“Mən hər dəfə Bakıya gələ bilmədiyimi desəm də buna razı olmadılar. Ödənişi mütləq Hollywood şadlıq sarayının ikinci mərtəbəsinə gələrək ödəməli olduğumu israrla bildirdilər.Bu günə qədər 19800 AZN pul ödəmişəm. Lakin indi şirkət bizdən 3 günlük gecikmə üçün 25 min manat əlavə pul istəyir. Bir sözlə onlar qanun şahdır demirlər, bu şirkət bütün qanunları, mənəvi dəyərlərə tüpürərək qanun bizik deyirlər. Bəzən məcbur qalıb bir neçə ayın pulunu öncədən ödəyirəm. Mən dağlarda postda xidmətdə olan bir zabitəm. 20 illik xidmətim dövründə qazandığım yalnız bu evdir. Ailəmin rahat yaşaması üçün mən məcburən ipoteka kreditinə girməli oldum. Amma “Şərur MTK” şirkəti, nə də onun sahibi İsfəndiyar Axundovun Azərbaycan zabitini dəyər vermədiyinin bir daha şahidi oldu. Dünən aprelin 29-da hərbçi dostlarla problemi yerində həll etmək üçün Hollywood şadlıq sarayında İsfəndiyar Axundovun qəbulunda olduq. İş adamı guya bizə yaxşılıq edəcəyini deyib kağıza rəqəm yazaraq bizə qaytardı. Mühasibatlıqda məlum oldu ki, iş adamı qiyməti daha 5000 manat artırıb. Bir sözlə İsfəndiyar Axundov zabitlərin onun otağına gəlməsini belə özünə həqarət bilərək qiyməti artırdı. Bu Azərbaycan qanunlarını ayaq altına atmaqdır. Mənə deyirlər ki, ya 3 gün ərzində 25 min manat ödə, ya da evi başqasına satırıq.” -mayor Elnur Nağıyev bildirib.

Azərbaycan ordusunda 20 il qüsursuz xidmət edən bir çox medallarla təltif edilən, mayor Elnur Nağıyev Azərbaycan mediasından dəstək istəyib.

“Mənə dəstək olun. Min bir əziyyətlə əldə etdiyim və bu gündə kreditini ödədiyim evimin əlimdən alınmasına imkan verməyin”- mayor Elnur Nağıyev Azərbaycan mediasından dəstək istəyib.
 
Ardını oxu...
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb. Atəş səsləri Cammu bölgəsindəki beynəlxalq sərhəd xəttində eşidilib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Baş naziri Narendra Modi aprelin 29-da hərbçilərə "tam operativ azadlıq" verib.

Bildirilir ki, əgər indiyədək hər iki tərəf yalnız atıcı silahlar və ağır pulemyotlardan istifadə edirdisə, artıq artilleriya vasitələri də işə salınıb.

Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.
 
Ardını oxu...
"Bannaya Usadba" elit hamam kompleksində güclü yanğın. Rublevkada? Deputatlar pəncərədən tullanır? Artıq yanğın 1500 kvadratmetr ərazini bürüyüb. Yeddi hamam yanır. Hadisə yerində 50-dən çox xilasedici və 15 texnika işləyir. Yanğının söndürülməsinə iki “Ka-32” helikopteri cəlb olunub. ⚡️Sankt-Peterburqun (RF) Pulkovo hava limanında "Xalça" planı təqdim olunub, - Rusiya mediası! Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir. Doqquz təyyarə uçuşda gecikir.
Ardını oxu...
Rusiya Federasiyasının bir neçə bölgəsində 9 May paradları keçirilməyəcək. Belə ki, Kursk, Belqorod, Bryansk və Lipetsk vilayətlərində paradlar tamamilə ləğv olunub.

Moderator.az xəbər verir ki, bu barədə hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, pilot-instruktor Roman Svitan bəyan edib. Məlumatı "glavred.info" nəşri yayıb.

Onun sözlərinə görə, paradların ləğvi yalnız təhlükəsizlik məsələləri deyil. Başlıca səbəblər bunlardır:

- Kremlin əsas diqqəti yalnız Moskvadakı parada yönələcək;

- Rusiyada paradlar üçün kifayət qədər hərbi texnika qalmayıb;

- İşğalçılar Ukrayna pilotsuz uçuş aparatlarının zərbələrindən ehtiyat edir.

Roman Svitanın sözlərinə görə, hazırda Rusiya bütün köhnə texnikasını Ukraynada cəbhəyə cəlb edib, yeni texnika isə yayda planlaşdırılan hücum əməliyyatlarına hazırlanır.

Buna görə də Rusiyada paradlar keçirmək üçün faktiki olaraq texnika yoxdur. Üstəlik, paradlarda istifadə olunacaq hərbi texnika da Ukrayna dronlarının hücum hədəfinə çevrilə bilər. Svitan qeyd edib ki, Kremlin bütün diqqəti yalnız Moskvadakı parada yönələcək və regionlarda böyük tədbirlər olmayacaq.

Onun sözlərinə görə, "istənilən meydanda qırmızı bayraqla qaçmaq onlar üçün "qələbə" sayılır. Lakin bütün diqqət Moskvadakı parada cəmlənəcək. Əslində, bizim də o tədbirdə iştirakımız lazım idi".

Rusiyanın 9 May planları - bəlli olanlar

Bundan öncə məlumat verilib ki, Kremlin 9 Mayda Avropa İttifaqından bir qonaq qəbul etməyə hazırlaşır. Slovakiya baş naziri Robert Fico xəbərdarlıqlara baxmayaraq Moskvaya səfər etməyi planlaşdırır.

Nəşr yazır ki, paraddan əlavə, Rusiya 9 Maya qədər Kursk vilayətini Ukrayna qüvvələrindən tam təmizləməyi planlaşdırır. Bunun üçün Sumı vilayətindən hücum əməliyyatı nəzərdə tutulur.

Lakin Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı İvan Stupak hesab edir ki, Rusiya ordusunun 9 Maya qədər cəbhədə əhəmiyyətli irəliləyiş əldə etməsi real görünmür.
Ardını oxu...
İsrail HƏMAS-ın beşillik atəşkəs təklifini rədd edib.

Bu barədə yüksəkvəzifəli Təl-Əviv rəsmisinə istinadən məlumat yayılıb.

İsrail rəsmisi bildirib ki, bir sıra ərəb ölkələri də Qəzza zolağında müharibənin beş il müddətinə dayandırılması təklifi ilə çıxış edirlər, lakin heç kim HƏMAS-ın atəşkəsdən yararlanaraq gələcəkdə İsraillə qarşı daha intensiv şəkildə müharibə aparmayacağına zəmanət verə bilməz.
 

Ardını oxu...
  321  28.04.2025 10:29  Gündəm A  A 

Pakistan və Hindistan arasında gərginlik sürətlə artır. Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində baş vermiş silahlı hücum nəticəsində 26 mülki şəxsin həyatını itirməsindən sonra Hindistan cavab olaraq İndus hövzəsində su axınını dayandıraraq Pakistana su göndərilməsinin qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu hadisələr fonunda Türkiyə, içində SİHA-ların (silahlı pilotsuz uçuş aparatları) da yer aldığı hərbi texnika və silah-sursat daşıyan 6 ədəd hərbi yük təyyarəsini Pakistana göndərib.

Silahlı toqquşmalar 

Qanlı hücumdan sonra tərəflər qarşılıqlı ittihamlarla çıxış edərək, uzun illər sonra ilk dəfə sərhəd bölgəsində açıq silahlı toqquşmaya giriblər. Regionda vəziyyətin gərginliyi davam edir. Həm Hindistan, həm də Pakistanın nüvə silahlarına sahib olması isə beynəlxalq ictimaiyyətin narahatlığını daha da artırır.

Ardını oxu...

Hücum turistlərin ölümü ilə başladı

Hadisələr Hindistanın idarə etdiyi Cammu və Kəşmirin Pahalgam bölgəsində 22 aprel tarixində baş verən silahlı hücumla başlayıb. Həmin hücum nəticəsində 26 turist həyatını itirib, çox sayda insan isə yaralanıb. Hindistan hücumda Pakistanı günahlandıraraq, İndus Suları Müqaviləsini dayandırıb və Pakistan diplomatlarını ölkədən çıxarmağa qərar verib. Eyni zamanda, Pakistana qarşı viza xidmətlərini də ləğv edib.

Türkiyədən səssiz dəstək

"Türkiyə" qəzetinin xəbərinə görə, Türkiyə Ordusu tərəfindən Pakistana göndərilən 6 hərbi yük təyyarəsində silah, raket və PUA-lar yerləşdirilib. Pakistanlı rəsmilər "Türkiyə səssiz, lakin əsl dəstək nümayiş etdirir. Bizi izləməyə davam edin" açıqlaması ilə Ankaraya təşəkkür ediblər.

Hindistan və Pakistan ordusu qarşılıqlı atəş açır

Son iki gündə Hindistan və Pakistan hərbçiləri arasında atışmalar davam edir. Hindistan Ordusu bildirib ki, Pakistan tərəfdən açılan atəşə cavab olaraq, gecə yarısı sərhəddəki Pakistan postlarına qarşılıq verilib. Pakistan tərəfi hələlik rəsmi açıqlama verməyib.

Diplomatik böhran dərinləşir

Hindistan Pakistan vətəndaşlarına verilmiş bütün vizaları ləğv edib, İslamabaddakı Pakistan diplomatik heyətinə məhdudiyyətlər qoyub. Pakistan isə Hindistanla bütün ticarət əlaqələrini dayandırıb, hava məkanını bağlayıb və İndus hövzəsinə ediləcək istənilən müdaxiləni “müharibə səbəbi” kimi qiymətləndirəcəyini bəyan edib.

Ardını oxu...

Kəşmir münaqişəsinin tarixi

Kəşmir bölgəsi 1947-ci ildən bu yana Hindistan və Pakistan arasında mübahisəli ərazi olaraq qalır. Hindistan bölgənin bir hissəsinə, Pakistan isə digər hissəsinə nəzarət edir. 2019-cu ildə Hindistan Cammu və Kəşmirin yarı muxtar statusunu ləğv edərək birbaşa Yeni Dehliyə tabe etdikdən sonra tərəflər arasında gərginlik daha da artmışdı.

Nüvə səviyyəli təhlükə

İki nüvə dövlətinin qarşıdurması, regionda və dünyada ciddi narahatlığa səbəb olub. Son hadisələr diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxaracaq səviyyəyə çatıb. Beynəlxalq ictimaiyyət tərəfləri sakitləşməyə çağırsa da, vəziyyətin nə zaman sabitləşəcəyi hələ də məlum deyil.

Toğrul İSMAYIL,
Musavat.com

Ardını oxu...
   

Kim Çen In Rusiyanın Kursk vilayətində Ukraynaya qarşı istifadə etdiyi Şimali Koreya döyüşçülərinin “ədalət uğrunda” vuruşduqlarını və qəhrəman olduqlarını deyib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, onun sözlərini Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb: "Haqq uğrunda mübarizə aparanların hamısı qəhrəman və Vətən şərəfinin nümayəndələridir".

Koreya Fəhlə Partiyasının (WPK) Mərkəzi Hərbi Komitəsi (KHK) öz növbəsində qeyd edib ki, KXDR-dən olan döyüşçülər yüksək döyüş ruhu və kütləvi qəhrəmanlıq nümayiş etdirərək, “Ukraynada neonasist qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfələr veriblər”. Əməliyyatın başa çatması, WPK Mərkəzi Hərbi Komissiyasının bəyanatında deyildiyi kimi, Rusiya ilə KXDR-in güclü hərbi tərəfdaşlığını nümayiş etdirdi ki, bu da “iki ölkə xalqları arasında müttəfiqlik, qardaşlıq münasibətlərinin ən yüksək strateji səviyyəsidir”.

“İki ölkənin - KXDR və Rusiya Federasiyasının silahlı qüvvələrinin bir səngərdə çiyin-çiyinə, qan tökərək qazandığı əvəzsiz qələbə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələri tərəfindən doqquz aydır işğalına son qoydu və Rusiyanın Qərb dövlət qüvvələri və Ukrayna xüsusi təyinatlı qüvvələrinin hərbi-siyasi avantürist cəhdlərinin qarşısını aldı. əməliyyat”, - WPK Mərkəzi Hərbi Komissiyası əlavə edib. Pxenyan qeyd edib ki, “Rusiyanın suverenliyinə və təhlükəsizliyinə kobud surətdə qəsd edən düşmən qüvvələrin hərbi qəzəbi” KXDR və Rusiyanın “beynəlxalq ədalətə nail olmaq və bütün dünyada sülhü qorumaq”, eləcə də “imperializmin zorakılığı və tiranlığı” ilə mübarizə üzrə birgə məqsədinə təhdiddir: "Kim Çen In müəyyən edib ki, silahlı qüvvələrimizin müharibədə iştirakı iki ölkə - KXDR və Rusiya arasında ənənəvi dostluq və həmrəyliyi monolit şəkildə möhkəmləndirmək, hər iki ölkənin inkişafı və çiçəklənməsinə zəmanət vermək və KXDR-in şərəfini qorumaq üçün müqəddəs bir missiyadır".

Kim Çen In əlavə edib ki, yaxın vaxtlarda Pxenyanda Kursk vilayətində işğalçı orduya dəstək berən KXDR döyüşçülərinə abidə ucaldılacaq.

Musavat.com

 
 
 

Dünyapress TV

Xəbər lenti