Mübariz Mənsimovun oğlu üzərində atasının rəsmi olan xalça toxutdurdu, pulunu vermədi - MÜRACİƏT
Bakı şəhər sakini A.Ə.Mikayılov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Saytımız vasitəsilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova müraciət edən şikayətçinin fikirlərini olduğu kimi dərc edirik:

“Hörmətli Mübariz Mənsimov!

Mən 42 ilin riyaziyyat müəllimi olmaqla yanaşı, həmçinin 20 ildir xalçaçılıqla məşğul oluram.

Qeyd edim ki, yaxın bir dostumun vasitəsilə mərhum atanızın 40 mərasimində iştirak etmişəm. Biz oğlunuz Məcidin oturduğu stolun arxasında əyləşdik. Bir az söhbətdən sonra mən oğlunuza özümü təqdim etdim və xalçaçılıqla məşğul olduğumu bildirdim. Daha sonra “istəyirsiniz ki, xalça üzərində babanızın, nənənizin və atanızın birgə şəkli toxunsun?”, - deyə ondan soruşdum. Bu zaman Məcid bundan məmnun ola biləcəyini söylədi. Qiymətlə bağlı da razılaşma oldu və mən oğlunuzdan hazır olduqdan sonra xalçanı hara çatdırmaq lazım olduğunu soruşdum. Həmin vaxt o, mənə özünün və şirkətin mətbuat xidmətinin rəhbəri olan Fidan xanımın əlaqə nömrəsini verdi.

Hörmətli Mübariz Mənsimov!

Kimsəyə sirr deyil ki, bu cür xalçaların toxunması üçün həm çox pul tələb olunur, həm də çox əziyyətli işdir. Şəxsən özüm sifariş verdikdə isə, təhvil alacağım xalçaların ən xırda nöqtəsinə kimi analiz edirəm.

Xalçanın tikilişinə başlamamış əmin olmaq üçün oğlunuz Məcidə zəng vurdum. Tanışlıq verib, xalçanı toxutdurmağa başladığımı diqqətinə çatdırdım. O isə, yenə əvvəl kimi, boyük məmnuniyyətlə qəbul edəcəklərini bildirdi.

Beləliklə, xalça hazır olduqdan sonra - 7 dekabr, 2023-cü ildə təyyyarə ilə İstanbul şəhərinə getdim. Oradan taksi ilə "Palmali" şirkətinin ofisinə yola düşdüm. Təhlükəsizlik xidmətinin əməkdaşlarına Məcid bəylə görüşmək istədiyimi bildirdim. Dedilər ki, o, şirkətdə olmur. Bu zaman “məni Mübariz bəylə görüşdürün”, - dedim. Sizin də şirkətdə olmadığınızı dedilər. Nəhayət, məni telefon vasitəsilə Fidan xanımla danışdırdılar. Ona məlumat verdikdən sonra bildirdi ki, “xalçanı qoyun, gedin oteldə dincəlin, sizi dəvət edəcəyik”. Xalçanı şirkətdə qoyub çıxdım və Şişlidə günü 50 dollardan olan otelə yerləşdim.

3 gün gözlədim, xəbər olmayınca, yenidən şirkətə yaxınlaşdım. Bu dəfə də şirkətdə heç kəsin olmadığını dedilər. Bu səbəbdən də bilet alıb, Bakı şəhərinə qayıtmağa məcbur oldum.

Bir neçə gün sonra mobil telefonuma SMS vasitəsilə mesaj gəldi. Xalçanın neçəyə başa gəldiyini soruşurdular. Bildirdim ki, xalça 6 min dollara başa gəlib. Yəni təkcə toxunmasına 8 min manat pul vermişəm, xalça hazır olana kimi - 3 ay yarım gedib-gəlmişəm. Hər dəfə gedəndə toxucu xanımları mükafatlandırmışam. Beləliklə, xalçanın maya dəyəri 6 min dollar olub. Onu da əlavə etdim ki, “müəllim də üstündə nə verər-verər”.

Bu zaman Fidan xanım mənimlə bazarlıq etməyə başladı. Dedi ki, yox, bu qədər ola bilməz, bahadı. Ona başa salmağa çalışdım ki, media əməkdaşı olduğunuz üçün hansısas xalçanın neçəyə başa gəldiyini bilə bilməzsiniz.

Məlumat üçün bildirim ki, xalçanın 60 faizi ipək, 40 faizi isə yundur. Bu xalçaya müzeydə də baxış keçirilmişdi, orada da dedilər ki, çox qiymətli bir əl işidir. Toxunuşunu da bəyəndilər. Həqiqətən də xalça çox gözəl toxunub.

Fidan xanıma onu da bildirdim ki, mən hələ xalça toxuyanların, bu işdə zəhməti olanların pulunu verməmişəm, onlara ödəniş edilməlidir. Bundan sonra dedi ki, sizə yardım olunacaq. Çox vaxt keçmədən zəng vurdular ki, get, “Şərur İnşaat”dan pulunu götür. Getdim, amma mənə cəmi 3 min dollar verdilər. Həmin pulu da borclu qaldığım bəzi şəxslərə verdim.

Bir müddət sonra yenidən Fidan xanımla əlaqə saxladım. Dedim ki, “Fidan xanım, 3 min dollar bu xalçanın qiymətinin heç yarısı deyil, xahiş edirəm müəllimə bildirin, pulumu versin”.

2024-cü ilin iyun ayında Mənsimov qardaşları atalarına il verirdilər. Orda Mübariz bəyin qardaşı Mayis müəllimlə görüşdüm. Bir müddət sonra İçəri şəhərdə, Cümə məscidi ilə üzbəüz ofisdə Mübariz Mənsimovun bacısı oğlu Paşa müəllimlə görüşdüm. O, Fidan xanımı çağırdı. Fidan xanım əvvəl məni tanımadı, sonradan xatırladığını söylədi. O, yenə eyni sözləri təkrar edərək, xalçanın qiymətinin çox baha olduğunu bildirdi. Bu zaman qeyd etdim ki, “vallah, Məcid bəy razılıq verməsəydi, heç bu addımı atmazdım”. Bundan sonra Paşa müəllim dedi ki, “ya müəllimin pulunu verin, ya da xalçasını geri verin. Əvvəl verdiyiniz 3 min dolları isə, xalçanı qaytarsanız belə, almayın ondan”. Məndə fikirləşdim ki, eybi yox, xalça qayıtsa, saxlayaram, Mübariz Mənsimov Azərbaycana nə vaxt gəlsə, onun özünə verərəm.

Hörmətli Mübariz Mənsimov!

Əminəm ki, mənim pulumun kəsilməsindən, get-gələ salınmağımdan sizin xəbəriniz yoxdur. Bu baxımdan, sizdən xahiş edirəm ki, mənim müraciətimi cavabsız qoymayın”.

Məsələ ilə bağlı "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov və mətbuat xidmətinin rəhbəri Fidan xanımla əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1743709931_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1743709931_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1743709932_3.jpg
 
 
 

Bölmənin digər xəbərləri

18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir

Dünyapress TV

Xəbər lenti