57 saylı məktəbin direktoru İTTİHAM OLUNUR - GÖRÜN, NƏLƏR VAR...
"Nərimanov rayonu 57 nömrəli məktəbin direktoru Aytən Sadıqova məktəbin təmirini tamamlamayan Elm və Təhsil Nazirliyindən “heyfini” şagirdlərdən və müəllimlərdən topladığı pullarla çıxır". Bu ittihamlar "DİA-AZ"a göndərilən müraciətdə yer alıb.

Müəllimlərdən birinin adından yazıldığı deyilən müraciətdə daha sonra bildirilir: "İllərlə məktəbdə əziyyət çəkərək yetişdirdikləri şagirdlər pul qarşılığında direktor Aytən Sadıqova tərəfindən rəfiqə olduğu direktorların məktəbinə yönəldilir, nəticədə məktəbdə şagirdlərin azalıb digər məktəblərə paylanması direktorun yeni tədris ilində daha böyük məktəbə rotasiya olunmasına kömək edəcəkdir.

Buna səbəb isə 57 nömrəli məktəbin qəzalı vəziyyətdə olduğu üçün bir müddət əvvəl təmirə bağlanmasıdır, şagirdlərin qonşu məktəblərə, 178 və Ekologiya Liseyinə yerləşdirilməsi direktorun işini asanlaşdırmış, məktəbdə təlim-tədris prosesininə nəzarət zəifləmiş, 9-11 sinif şagirdlərinə hazırlığa getmələri üçün pul qarşılığında icazələr verilmiş, həmçinin qonşu məktəblərdən 9-10 sinif şagirdləri 57 nömrəli məktəbə yerdəyişmə etmişdir.

Təkcə bu tədris ilində qonşu məktəblərdən 18 nəfər şagird 9-10 sinfə yerdəyişmə etmişdir. Maraqlıdır, belə bir vəziyyətdə olan məktəbə qonşuluqdakı daha prestijli məktəblərdən şagirdlər niyə yerdəyişmə etsinlər ki. Səbəbi məlumdur, “münbit” mühit həmin şagirdlərin hazırlığa getmələrinə kömək edəcək..."

Qeyd edək ki, Aytən Sadıqova ilə bağlı qeyd olunanlar bununla bitmir və növbəti yazımızda əlavə iddiaları təqdim edəcəyik. Bizi izləməyə davam edin...

MÜRACİƏTİN DAVAMI VAR...
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?

Dünyapress TV

Xəbər lenti