Qida Təhlükəsizliyi İnstitutunu “Plastprof” MMC ilə işbirliyi qurmağa nə sövq edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs tərəfindən heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması əlaqədar 11.02.2025-ci il tarixində keçirilmiş açıq tenderə yekun vurulub və “PLASTPROF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilmişdir. MMC ilə 466.690,00 manat məbləğində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur.

Qeyd edək ki, bu Qida Təhlükəsizliyi İnstitutunun sözügedən MMC ilə ilk işbirliyi deyil. İnstitut xırdabuynuzlu və iribuynuzlu heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması üzrə 25.07.2024-cü ildə “PLASTPROF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 460.200 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Tenderin şərtlər toplusuna görə “Plastprof” MMC İnstitutu 100.000 cüt xırdabuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka ilə, 350.000 cüt isə iribuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka ilə təmin etməli olub.

Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutu sözügedən şirkətlə bir satınalma müqaviləsi də 23.01.2024-cü ildə bağlayıb. Bu müqavilənin şərtlərinə görə “Plastprof” MMC 589.964,6 manata iribuynuzlu heyvanlar üçün nömrələnmiş 500 min cüt vizual birka, atlar və dəvələrin identifikasiyası üçün istifadə olunan 3 min ədəd radiotezlikli nişanlanma vasitələri ilə təmin etməli olub.

Göründüyü kimi Qida Təhlükəsizliyi İnstitutu ötən il “Plastprof” MMC ilə ümumi dəyəri 1 050 164 manat olan iki satınalma müqaviləsi bağlayıb. Hazırda 466.690,00 manat məbləğində bir satınalma müqaviləsinin bağlanılması da gözlənilir.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Plastprof” MMC Qida Təhlükəsizliyi İnstitutunun verdiyi müsabiqə elanından cəmi bir ay əvvəl – 3 oktyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi isə 7 noyabr 2023-cü il tarixində elan olunub. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nazim Hikmət, ev 26/76, m. 30-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğludur. MMC-nin ilk qanuni təmsilçisi Hüseynov Mirhəbib Etibar oğlu olub.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Bunlardan əlavə Qida Təhlükəsizliyi İnstitutu Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarının tələblərini də ciddi şəkildə pozub. Belə ki, keçirilən müsabiqədə maliyyə imkanlarının və oxşar təcrübələrin qiymətləndirilməsinə dair tələblərin “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”na demək olar əməl olunmayıb.

Qeyd edək ki, “Plastprof” MMC qısa müddətdə dövlət qeydiyyatına alınmasına baxmayaraq Kənd Təsərrüfatı Nazirliyinə tabeli Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə dərman, sarğı ləvazimatları və materiallarının satınalınması və bioloji aktivlərin alınması üzrə iki müqavilə, Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün pestisid və gübrələrin satınalınması üzrə 126.357,79 manat məbləğində satınalma müqavilələri bağlayıb.

MMC ötən ilin dekabrında “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsi ilə xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə vaksinlərin satınalınması üzrə 797.614,96 manat məbləğində, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti ilə ting və toxmacarların yetişdirilməsi, salınmış yaşıllıqlara düzgün agro texniki qulluq göstərilməsi üçün tələb olunan gübrələrin və dərman preparatlarının satın alınması üzrə 99.938,1 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi “Plastprof” MMC ayrı-ayrı dövlət qurumlarının keçirdiyi müxtəlif satınalmaların qalibi olub. Maraqlıdır Qida Təhlükəsizliyi İnstitutunu nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlə işbirliyi qurmağa sövq edən nədir?

Qalib şirkət haqqında yeganə məlumat oldur ki, MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğlu 20 Noyabr 2023-cü il tarixində Nərimanov rayonu, Ələsgər Qaibov ev 12, m. 1222 ünvanında dövlət qeydiyyatına alınan “Optimus Auto” MMC (VÖEN -1506599781) adlı şirkətin də qanuni təmsilçisidir.

Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutunun direktoru Əli Nəbiyevdir. 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş Əli Nəbiyev Ədliyyə Nazirliyində, “Azərbaycan Dəmir Yolları” QSC-də müxtəlif vəzifələrdə çalışıb. 21 iyul 2023-cü ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?

Dünyapress TV

Xəbər lenti