Ardını oxu...
DogruXeber.az: - Hər bir ölkənin təhsil sahəsində əldə etdiyi inkişafın göstəricisi, təlim-tərbiyə prosesində tətbiq olunan yeniliklərin varlığı və s. daim diqqət mərkəzində duran məsələlərdən biri olub. Unutmaq olmaz ki, təhsil sahəsi ölkələrin siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Belə bir səbəbdən də, daha çox suveren dövlətlərdə təhsilin inkişafına xüsusi önəm verilir. Ona görə də, ölkəmizin təhsil sahəsində əmələ gələn problemləri aradan qaldırmaq, daha uğurlu naliyyətlər əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 19 iyun 2009-cu il tarixdə “Təhsil haqqında” Qanunu təsdiq etmişdir. O halda sual oluna bilər ki, görəsən ölkəmizin təhsil sahəsində çalışan hər kəs, ələlxüsus vəzifə sahibi olan şəxslər ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Təhsil haqqında” Qanunun lazımi tələblərini yerinə yetirirlərmi? Yoxsa, həmin Qanunun əhəmiyyətinə heç bir halda məhəl qoymurlar? Adicə bir faktı qeyd edək ki, bu yöndə media üzərindən apardığımız araşdırmalardan, redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, vaxtilə Sumqayıt təhsilinə rəhbərlik etmiş, hal-hazırda isə Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhər sektorunun müdiri vəzifəsini daşıyan Arzu xanım Alızadə, məhz ötən illərdəki fəaliyyəti dövründə elə bir qanunsuzluqlara imza atır ki, baş verənləri görüb eşidən hər kəs ya “kar”, ya da ki, “kor” olub. Toxunacağımız mövzu da oxşar problemlərlə bağlı olduğundan, baş verənləri bu gün geniş ictimaiyyətin diqqətinə çatdırmağı, sanki özümüz üçün borc bildik.

Ardını oxu...

Məlumdur ki, hər bir şəhər və rayonda olduğu kimi, bir neçə gün bundan öncə Sumqayıt şəhərinin orta təhsil müəssisələrində də 1-ci sinif rus sektoruna şagirdlərin qəbulu zamanı, Sumqayıt şəhər sektorunun əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın iştirakı ilə müsabiqə-imtahanlar keçirilirdi. Qeyd edək ki, sektorun metodisti Günay xanım da təşkil olunmuş komissiyanın üzvü olur. Daxil olan məlumatlara görə keçirilən müsabiqə-imtahanlar zamanı ona digər metodistlər Nərmin və Ülviyyə xanım, həmçinin sabiq şöbə müdiri Arzu xanım Alızadə valideyinlərdən pul alıb şagird tapşırırlar. Sonra bəlli olur ki, sabiq şöbə müdiri valideyinlərdən aldığı pulları bir kimsəyə vermir və o, əldə etdiyi pulları təkbaşına mənimsəmək üçün, məhz ŞİH-nin məsul şəxslərinin, ələlxüsus Fəzail müəllimin adından sui-istifadə etmək qərarına gəlir. Elə ki, baş verən belə bir qanunsuzluq əməlləri araşdırılır, o zaman o, “Mən ŞİH-nin məsul şəxslərinin tapşırıqları əsasında xahişlər etmişəm” deyir. Yəni, Arzu xanım Alızadə bununla onu sübut etmək istəyir ki, guya o, hansısa valideyindən pul almayıb. Bu da “gopalogiya”dan başqa bir şey olmur. Metodistlər Nərmin və Ülviyyə xanım isə, valideyinlərdən əldə etdikləri pulları əvvəlcədən əldə olunmuş razılıq əsasında komissiyanın üzvü Günay xanımla bölürlər.

Xeberfakt.az xəbər portalına daxil olan digər məlumatlara görə, keçirilən müsabiqə-imtahanlar zamanı hər şagirdin valideyni 250 manat məbləğində “xərcə salınır”. Elə ki, qol qoyulan belə bir qanunsuzluq əməlləri ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəisi İlhamə xanım Abdullayeva lazımi məlumatları əldə edir, o halda o, bu işin araşdırılmasını müavini Coşqun müəllimə həvalə edir. Həngamələrlə bağlı komissiyanın üzvü Günay xanıma o, bir neçə sual verir. Az sonra o da bəlli olur ki, daxil olan məlumatların hər biri tamamilə düz, dəqiq məlumatlardır. Bundan sonra Sumqayıt şəhər sektorunun “əlçatmaz, ünyetməz” müdiri Arzu xanım Alızadənin başı üzərində “qara buludlar” dolaşmağa başlayır. Çünki, idarənin rəisi İlhamə xanım Abdullayeva baş verənlərlə bağlı şəhər sektorunun rəhbərindən yazılı izahat tələb edir. O halda Arzu xanım “Mənim belə bir işlərdən xəbərin olmayıb, komissiyanın üzvləri başımın üstündən iş görüblər. Mən cəmi onlara 5 nəfər şagird tapşırmışam ki, həmin şagirdləri müsabiqə-imtahanlardan keçirin” deyir. Şəhər sektoru rəhbərinin belə bir açıqlamasından sonra, Coşqun müəllimə ona “Günah birbaşa səndədir, çünki sən rəhbərsən” cavabını verir.

Baş verən belə bir qanunsuzluq olaylarından sonra o da bəlli olur ki, hələ də Sumqayıt şəhər sektorunun müdiri Arzu xanım Alızadənin dərrakəsindən, məhz köhnə idarəçiliyin, köhnə təfəkkürün, köhnə yanaşmaların elementləri heç də xilas ola bilməyib. Ona görə də o, bu kimi məsələlərlə bağlı mövqeyini belə bir formada ifadə edir. Adicə bir məqama da diqqət yetirək ki, 44 günlük Vətən savaşının davam etdiyi günlərdə və ondan sonrakı vaxtlarda cənab Nazir tərəfindən TŞ-nin bütün müdirlərinə vakant iş yerlərinin ilk növbədə şəhid ailələrinə, qazilərə, onların ailələrinə, veteranlara verilməsi ilə bağlı lazımi tapşırıqlar verilir. Arzu xanım isə Nazirin bu yöndə verdiyi tapşırıqlara əvəz etmək əvəzinə o, düşünüb-daşındığı addımlarını atır. Məsələn, o, vəzifəsinin səlahiyyətlərindən sui-istifadə edir və təkcə müharibə dövründə Sumqayıtdakı təhsil müəssisələrinə müəyyən məbləğ “haqq-hesab”ın qarşılığında 8 nəfər şəxsi “zavuç” təyin edir. Bundan əlavə o, 7 nəfər qeyri-ixtisas sahibi olan şəxsləri də müəyyən məbləğ “haqq-hesab”ın müqabilində ayrı-ayrı məktəblərə psixoloq təyin edir. Baxmayaraq ki, belə bir addımın atılması birbaşa “Təhsil haqqında” Qanunla qadağan olunur. Bu da onu sübut edir ki, Arzu xanım Alızadə üçün Qanunun istənilən tələbi o qədər də əhəmiyyətli deyil.

Sumqayıt şəhər sektorunun xanım müdirinin qol qoyduğu qanunsuzluqlardan biri də, məhz onun doğma qardaşının həyat yoldaşını 4 saylı məktəbə laborant vəzifəsinə, başqa bir qohumunu isə 2 saylı məktəbdə eyni vəzifəyə təyin etməsi olur. Düzdür, o, çox keçmir ki, qardaşının həyat yoldaşını 4 saylı məktəbdən 25 saylı məktəbə “transfer” etməyi bacarır. Daxil olan məlumatlarda o da bildirilir ki, Arzu xanım şöbə müdiri olan vaxtlarda daşıdığı vəzifəsinin imkanlarından daim sui-istifadə edir və özünə bağlı olan şəxsləri daha çox 1, 25, 24, 3, 17, 12, 32, 33 saylı məktəblərə, hətta “Təfəkkür” liseyinə də yerləşdirir. O, belə bir yolla, yəni həmin şəxslərin vasitəsilə “minbir oyun” qaydaları qurur, hətta hansı direktorla problemi əmələ gəlibsə, həmin şəxslərdən istifadə edib direktora qarşı şər-böhtan kompaniyası həyata keçirir, “torba tikdirir”, daha çox var-dövlət qazanmaq üçün yuxarı sinif şagirdlərinin dərsdən yayınmalarına şərait də yaradır. Bu gün Arzu xanım Alızadə lazımınca səlahiyyət sahibi olmasa da, o, yenə də dədə-baba idarəçiliyinin incəliklərindən əl çəkmək niyyətində deyil. Çünki, o, bu gün sektor müdiri olduğu üçün məktəb direktorları, bağça müdirələri arasında müəyyən şaiyə xarakterli məlumatlar yaydırır ki, guya o, yoxlamalar təşkil etdirəcək, sözə baxmayanlara cəza verdirəcək. Yəni, fakt ondan ibarətdir ki, bu cür idarəçiliyin tətbiqi Arzu xanımın məfkurəsinə o qədər hopub ki, bu gün də o, köhnə idarəçiliyinin tətbiqindən əl çəkmək niyyətində deyil. Yəni, bu xanımın başlıca məqsədi hansı yolla olursa-olsun pul qazanmaqdır, var-dövlət əldə etməkdir.

Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, görəsən Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəisi İlhamə xanım Abdullayeva, Sumqayıt şəhər sektorunun “əlçatmaz, ünyetməz” müdiri Arzu xanım Alızadənin əməllərinə göz yumacaq, yoxsa ona “dur, zaman çoxdan keçib” deməyi bacaraqcaq? İnanırıq ki, sektor müdirinin bugünə kimi qol qoyduğu əməllər lazımi səviyyədə araşdırılarsa, o halda hər kəs analoqu olmayan cinayət hadisələrinin də şahidi olacaq. Odur ki, həm gözləyək, həm də izləyək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Hörmətli oxucular! Bu yöndə araşdırmamız davam edəcək. Yəqin ki, çox yaxın günlərdə geniş ictimaiyyəti şoka salabiləcək yeni məlumatlarla da məlumatlandıracağıq. Bizi izləyin!
Xeberfakt.az
Ardını oxu...
Deyəsən, millətə quzu əti yeməməyi məsləhət görüb ətin bahalaşmasını əsaslandırmağa çalışan, ölkədə firavan həyatın varlığını sübutlamaq üçün vətəndaşın evindəki məişət texnikalarını nümunə kimi göstərən deputatlarımızın QAFA TƏRZİNƏ nazirlərimiz də ayaq uydurmağa başlayıb. DİA.AZ bildirir ki, hər halda, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun son paylaşımını başqa cür qəbul etmək olmaz...

Ardını oxu...
Göründüyü kimi, Qırğızıstanın səfər etdiyi 61-ci ölkə olduğunu qeyd edərək, kimin nə qədər ölkədə olduğunu soruşurmuş kimi sosial-sorğu keçirən nazirimiz də yəqin ölkə əhalisinin böyük əksəriyyətinin nəinki Biləcəridən o yana getməməsindən, hətta evinin qapısından çıxa bilməsi üçün cibində pulunun olmamasından xəbərsizdir. Hər halda, bunun başqa adı yoxdur...

Qeyd edək ki, faktı diqqətə çatdıran tanınmış jurnalist Cavanşir Həsənli özü nazirin məzəsinə aşağıdakı şərhi verib:

"Gənclər və idman nazirimiz Fərid Qayıbov bekarçılıqdan facebookda sorğu keçirir. Lütfən aktiv iştirak edin..."

P.S.....
 
Ardını oxu...
Payız-qış mövsümündə infeksion və xroniki xəstəliklərin artması dərmana olan tələbatı artırır. Ölkədə isə ciddi problemlərdən biri də dərman qıtlığı ilə bağlıdır. Fərqli dövrlərdə məsələnin həlli istiqamətində xarici şirkətlərin Azərbaycanda zavodlar açacağı, dərman bazarını zənginləşdirmək üçün müxtəlif ölkələrlə ticarət əlaqələrinin genişləndiriləcəyi barədə fikirlər səsləndirilsə də, belə görünür ki, ortada hələ də nəticə yoxdur.

Azərbaycana dərman ixrac edən Rusiya və Ukrayna arasında müharibənin uzun müddət davam etməsi isə əhali üçün vəziyyəti daha da qəlizləşdirib. Azərbaycana dərman idxalını həyata keçirən Ukraynanın əczaçılıq sənayesində infrastruktur problemləri var. Bu vəziyyətin ölkədə dərman defisitinə gətirib çıxarması gözlənilən idi, o səbəbdən alternativ bazarlar tapmalı idik. Çünki bu müharibənin nə vaxt bitəcəyi, Ukraynada bu infrastrukturun nə vaxt bərpa olunacağı, onun sonrakı statusunun necə olacağı bəlli deyil. Vəziyyət gündən-günə pisə doğru gedir. Ekspertlərə görə, dərman biznesi ayrı-ayrı qrupların monopoliyasında olduğundan vəziyyətin düzəldilməsi qəlizdir. İndiki vəziyyətdə dərman qıtlığı təkcə müharibə ilə əlaqədar deyil, problemin kökü daha dərindir. Ölkədə dərman monopoliyası var. Biznesmenlərə, imkanlı şəxslərə imkan verilmir ki, müstəqil şəkildə dərman preparatlarını Çin, Hindistan kimi ucuz istehsalçılardan alsınlar.

Parlamentin son iclasında bu məsələ müzakirə olunub. Rüfət Quliyev deyib ki, “Adrenalin” adında dərmanın olmaması səbəbindən cərrahiyyə əməliyyatı dayandırılıb. “Bu gün hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu problemin mövcudluğunu təsdiqləyib: “ Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Bir ay içərisində Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır”.

Səhiyyə Nazirliyindən bildirilib ki, istənilən şirkət dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: “Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı "niyə apteklərdə yoxdur və niyə gətirilmir" sualına cavab olaraq bildirildi ki, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir". Dərman monopoliyasına qarşı nə etməli? Azərbaycanda niyə dərman sənayesi inkişaf etmədi?

İqtisadçı ekspert Xalid Kərimli dedi ki, ötən il Azərbaycana 21 566 ton dərman gətirilib, bunun dəyəri 408 milyon 633 dollar olub: “Bu, 408 milyonluq dəyərdə Rusiyanın payı 6.9 faizdir. Ukraynanın payı isə 4.3 faizdir. Əsas dərmanı gətirdiyimiz ölkələr Rusiya, Ukraynadan başqa Türkiyədir. Azərbaycana təqribən 19.1 faiz dəyərində dərman Türkiyədən gətirilir. Belarus 2.3 faiz, Almaniya 9.3 faiz, Fransa 8 faizdir. Hindistan 6.6 faizdir. İtaliya 5.8 faizdir. Çin cəmi 1.5 faizdir. Amma dərmanların çəkisinə baxanda birinci yerdə Rusiya gəlir. Rusiyadan və Ukraynadan gələn dərmanlar daha ucuzdur. Bunun da əsas səbəbi odur ki, logistika baxımından dərmanlar Rusiyadan daha rahat gətirilir. Daha dəyərli dərmanları isə təyyarə ilə dünyanın bütün ölkələrindən gətirmək olur. Ukraynadakı vəziyyət ortadadır, artıq 8 aydan çoxdur bu vəziyyət davam edir. Amma Səhiyyə Nazirliyinin də bu sahədə tədbir görməməyi ortadadır. Dərman gətirmək o qədər də asan məsələ deyil. Düzdür, Səhiyyə Nazirliyi çox rahat şəkildə deyir ki, dərmanları özəl şirkətlər gətirir. Amma dərman kartof , ya da qarpız, avtomobil deyil ki, özəl sektor bunu rahat şəkildə götürüb gəlsin. Bunun üçün dərmanların təsdiq edilməsi lazımdır. Bu işlə məşğul olan şirkətlərin lisenziyalaşdırılmış olması lazımdır. Dərmanların hər birinin tərkibi, uyğunluğunu Səhiyyə Nazirliyinin müvafiq qurumları təsdiq etməlidir. Avtomatik olaraq Səhiyyə Nazirliyinin burada böyük səlahiyyətləri ortaya çıxır. Hansısa qruplar isə dərmanlar üzrə bazarı öz aralarında bölüşdürür. Monopoliya olma ehtimalı bu sahədə böyükdür. Burada da məmurların rolu daha artıqdır. Səhiyyə Nazirliyi nə etməlidir? Bir az operativ fəaliyyət göstərməli idi, baş verə biləcək bu problemləri qarşılamaq üçün gözləməməli idi ki, Ukraynadan dərman alan şirkətin dərmanı qurtarsın, o da buna reaksiya versin. İdarəetmənin əsas o ağıllılığı problemi qabaqcadan görüb həll etməsidir. Bunu cəmiyyət hiss etməsin. Problemi həll etmək üçün dərmanları əhaliyə baha qiymətə satmaq da çıxış yolu deyil. Təcili surətdə digər dərman şirkətlərinin nümayəndələri ilə görüşüb bu dərmanların alternativ bazarlardan sürətli gəlişi, yoxlanması, təsdiqi proseslərini operativ həll etmək lazımdır. İkincisi, ümumi bazarı tənzimləmək üçün dərman biznesində müəyyənləşdirilmiş qruplar arasında monopoliyanın aradan qaldırılması üçün yeni oyunçuları bura cəlb etmək lazımdır. İmkan vermək lazımdır ki, digər şəxslər də bununla məşğul ola bilsin. Bu bazarda həm dərman bolluğunu artıracaq, həm də qiymətlərin tənzimlənməsinə gətirib çıxaracaq. Burada məsələ ondan ibarətdir ki, qiymətləri tənzimləyən qurum Tarif Şurasıdır. 10 mindən çox dərman var ki, onların qiymətini Tarif Şurası müəyyənləşdirir. Bazara sərbəstlik, imkan verilməlidir ki, özü tənzimlənsin, bu zaman dərmanlar da ucuzlaşa bilər”.

Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının dosenti, professor Aydın Əliyev dedi ki, əsas məsələ dərmanların keyfiyyətidir: “Camaat deyir, həkimə getdim, müalicə olunmadım. Soruşan yoxdur ki, axı bu dərmanı həkim gətirməyib?! Təbii ki, mən də istəyirəm ki, həmin dərman zavodları tez açılsın. Çox sevinərdik ki, dərman sənayesi işə düşsün. Burada iki məsələyə diqqət edilməlidir. Birincisi, Azərbaycanın özündə hansı bitkilərdən təbii dərmanları ala bilərik. Dərman sənayesi üzrə yerli istehlakçıların yerli məhsul istehsal etməsi, həm də yeni iş yerlərinin açılması deməkdir. Dərman istehsalı böyük sənayedir. Burada alimlər, bioloqlar, mühəndis, baytar, aqronom, kimyaçı, bir sözlə, hamı iştirak edir. Görün nə qədər yeni iş yerləri deməkdir. Bu, dövlətin problemidir, təbii ki... Bunlar həll olunmalıdır. Rəqabət sistemi qurulmalıdır. Rəqabət olmayanda ayrı-ayrı işbazlar istənilən sahəni ələ alırlar. Yoxsa bir, ya da beş nəfərdən asılı vəziyyətə düşürük”.

Farmakoloq dərmanların keyfiyyəti məsələsinə də toxunub: “Mən dərmanlara canlı varlıq kimi baxıram. Dərmanın keyfiyyətsizi o deməkdir ki, o dərmanın vaxtı keçib, o dərmanın tərkibində olan ionlar, atomlar, ayrı-ayrı bioloji aktiv maddələr artıq insan bədənində enerjini dəyişdirə bilmir. Dərmanlar bədəndə enerjini artırır, ya azaldır. Bu enerjini dəyişdirə bilmirsə, deməli, keyfiyyətsizdir. Yəni cansız canlıya can verə bilməz. Amma dərman canlı olduğuna görə canlı orqanizmə, xəstəliklərə kömək edir. O cansız dərmanlar Azərbaycana niyə buraxılır?! Çıxış yolu ancaq yeni zavodların açılmağıdır”.
“Yeni Müsavat”
 
Ardını oxu...
Bir müddət öncə Aztelekom və Baktelecom yüksək internet sürətlərinə keçidlə bağlı GPON texnologiya əsasında fiber optik internetin tariflərini qaldırıb. Daha yüksək sürətlərə uyğun da nisbətən yüksək tariflər təsdiqlənib.
Biz son zamanlar RİNN tərəfindən yüksək sürətli, keyfiyyətli internetə keçidlə bağlı Bakı ətrafında və regionlarda sistemli olaraq aparılan işləri təqdir etsək də indiki anda bir müddət aşağı sürətlərin də əlçatan olmasını təklif etmişdik.
İndi, bu qiymətlərin necə fromalaşmasını araşdırdıqda qəribə situasiya ilə rastlaşdım.
Görünən odur ki, hər iki operator GPON istifadəçisi üçün bahalı, 110 manat civarında Nokia və ya Huawei fiber optik modemini təklif dir.
Bildiyim qədər operatorların özləri bu modemi daha baha qiymətə alırlar.
Bu texnologiya ilə internetə qoşulan istifadəçinin digər modemi seçmək imkanı yoxdur. Bu cür bahalı modemləri operatorlar özləri vətəndaşlara təqdim edir.
Nə üçün belə bir haqsız mühit var ?
Məlumdur ki, Aztelekom və Baktelecom əsasən Huawei və NOKİA texnologiyalarından istiafdə edir.
RİNN-in indiki rəhbərliyindən xeyli əvvəl bu şirkətlərin adı çəkilən operatorlarla müqavilələri var.
Həmin illərdə bu şirkətlərə milyonlarla vəsait ödənərək avadanlıq və texnologiyalar alınıb. Bu müqavilələrə görə operatorlar digər texnologiyalardan istifadə edə bilməzlər.
Yəni, nə operatorlar, nə də istifadəçi eyni xüsusiyyətli , 30-40 manat civarında olan fiber optik modemdən istifadə etsə bu şəbəkədən internet əldə edə bilməyəcək.
Düşünürəm ki, bu yolverilməzdir.
Belə çıxır ki, adı çəkilən şirkətlərlə bağlanan müqavilələr antiinhisar qanunvericiliyə ziddir. Maraqlıdır ki, yeni rəhbərlik də bu müqavilələri analiz etmədən, necə deyərlər “baş ağrıtmadan” elə onlar əsasında əməkdaşlığı davam etdirirlər.
Fikrimcə, bunlar yenidən nəzərdən keçirilməlidir.
Haqsız rəqabət mühiti, bahalı interneti yaradan bütün amillər Antiinhisar tərəfindən nəzərdə saxlanılmalıdır .
Antiinhisar Dövlət Xidmətinin "Bir bina bir provayderindir" məsələsinə dərhal reaksiya verməsi təqdirəlayiqdir. Bununla belə göründüyü kimi sektorda bir çox sahələrdə problemlər qalmaqdadır.
Yeri gəllmişkən, dünyanın hər yerində ölkə üzrə vahid bir telekommunikasiya qurumu var.
Yəni, dünyanın heç yerində “Ankara telecom”, “Tbilisi telecom” kimi qurumlar yoxdur.
Yalnız bizdə Aztelekom-la yanaşı Baktelekom da var.
Görünür ki, keçmişdə kimisə vəzifəyə qoymaq üçün, yaxud da daha gəlirli olanı ayırmaq üçün də vahid formada olan qurumu iki yerə parçalayıblar.
Əlbəttə, hər ikisi təbii inhisarçıdır.
Amma bunların vahid bir qurumda birləşdirilməsi, gücləndirilməsi və gələcəkdə özəlləşdirilməyə də vahid bir formada çıxarılması daha doğru addım olardı.
Fikrimcə, Antiinhisarın bu məsələləri də nəzərə alması doğru olardı.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
"Azərbaycann Reallığı"na vətəndaş Kərimov Əbdüləli tərəfindən şikayət ünvanlanıb.

Şikayətdə bildirilir:

Hörmətli media nümayəndələri!

28 oktyabr 2017 ci ildə, Bakı şəhəri N.Nərimanov rayonu, Firdovsi Məmmədov küç 11, mən 14; 15 də daimi ailəmizlə yaşadıqımı, evin pilot layihə əsasında sökülmüşdür.

"İnteks" rəhbərindən DAHA BİR ŞİKAYƏT...

Pilot layihəni icra edən yani evimizi söküb tikən şirkət "İnteks"MMC olub.

Bizə evimizin söküntüsü zamanı özünü şirkətin səlahiyyətli nümayəndəsi kimi təqdim edən, Fərid Şabanov adlı şəxs verdiyi vədləri, göstərdiyi formal avropa stilli, italyan oboylu yüksək keyfiyyətli təmirli şəkillərlə bizi evimizdən çıxarmaqa razı saldı.

Təəssüflər olsun ki, bu verilən vədlər elə vəd olaraqda qaldı.

Lakin bina 3 il müddətində rəsmi müqavilə ilə hazır olacaqı deyilsdə 3 ildən sonram illərlə gecikərək sonda tikintisi başa çatmaq üzrə olduqu halda bizim iştirakımız olmadan, bizə düşən iki mənzili verdilər. Biz bizə düşən mənzilə baxış keçirmək istəsəkdə, hər dəfəsində süni maneələr yaradaraq mənzilə baxmaq şansının hələ olmadıqını bildirdilər.

Lakin bir müddətdən sonra, guya bizə avropa standarlarına cavab verəcək mənzilimizi ortaya çıxardılar,

Vətəndaş iddia edir ki,mənzilə daxil olanda mənzildə avropa standarlarından başqa, italyan oboylarından, başqa mənzildə keçmiş SSR zamanındaki standartlara cavab verən bir mənzillə qarşılaşdıq.

Mən mənzili qəbul etmədim ona görə ki, mənim keçmiş mənzilimdə hər bir otaqda pəncərə var idi, eyvan var idi, və təmirim isə əla vəziyyətdə idi.

Şirkətdən tələb etdiyim haqlı haqqımnan mənə verilən vəd düşəcək mənzili istəsəmdə, onlar israrla bildirdilər ki, budur istəyirsən yaşa! İstəyirsən imtina et! Hara istəyirsən şikayətini bildir!

Vətəndaş iddia edir ki, bu şəxslərə bildirdikdə ki, Fövqalada hallar naziri Kəmaləddin Heydərova şikayət edəcəm,Baş prokuror Kamran Əliyevə şikayət edəcəm. İnteks MTK İcraçı direktoru Fərid Şabanovun cavabı isə arxayınlıqla belə olub:"Kəmaləddin Heydərov kimdi? Baş prokuror kimdi?" Elə eləmə ki səni məhkəmələrdə süründürüb sənə düşən payıda əlindən alım.

Etibarlı mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki, "İnteks"MTK iş adamı kimi tanınan Ruslan Məmmədova aiddir.Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə Ruslan Məmmədov bir vaxtlar bir iki dövlət məmurları ilə biznes ortaqlıqı olduquda bildirilir.

İş adamı Ruslan Məməmdov şirkəti "İnteks"MTK bir çox vətəndaşları şikayətlərə səbəb olacaq qədər incidir narazıçılıqlar yaradir, buna şahid olmaq elədə çətin deyil. İnternet resurslarında "İnteks"MTK yazıb axtarış verə bilərsiz və əldə etdiyiniz nəticələrdən edilən şikayətlərdən haraylardan agah ola bilərsiz. //"Azərbaycann Reallığı"//
 

  
Ardını oxu...
Sumqayıt şəhərində yerləşən “ESTELL PARFUMERY COSMETİCS” mağazasında istifadə müddəti bitmiş məhsullar satılır.
Teref.az xəbər verir ki, bu barədə Elmira adlı xanım vətəndaş xəbəraz.az saytına müraciətində bildirib.
Məlunata görə, 31 avqust 2022-ci il tarixində Cəfər Cabbarlı 91B ünvanında fəaliyyət göstərən “ESTELL PARFUMERY COSMETİCS” mağazasından alış-veriş edən xanım xoşagəlməz hadisə ilə üzləşib.

Belə ki, Elmira xanım aldığı məhsulun üzərinde istehlak müddətinin olmadığını görüb.

Həmçinin, müştəriyə alış-veriş qəbzinin verilmədiyi də bildirilir.

Qeyd edək ki, iddialar arasında məhsulların bir çoxunun saxta olduğu da yer alır.

Mözvu ilə bağlı daha ətraflı videoreportajı təqdim edirik:

 
Ardını oxu...
“Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, dəyəri 17 min 324 manat olan 2 tender müsabiqəsinin qalibləri “Smart 86 Corp” MMC (VÖEN – 1102638431) və “Rn Corp 22” MMC (VÖEN – 1102636981) olub.
Məlumat üçün bildirək ki, hər iki şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. Nizamnamə kapitalları 10 manat olan şirkətlərdən biri (“Rn Corp 22”) 20.06.2022-ci il, digəri (“Smart 86 Corp”) isə 22.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
“Rn Corp 22” MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğlu, “Smart 86 Corp” MMC-nin qanuni təmsilçisi isə Sultanova Vüsalə Vaqif qızıdır.
Bu iki şəxs qeyd olunan ünvanda qeydiyyatda olan daha bir-neçə şirkətə rəhbərlik edirlər. Məhərrəmov Rövşən Baladadaş oğlu "Orlondo Az” MMC-yə (VÖEN- 1102637081), Sultanova Vüsalə Vaqif qızı isə “Delta 10 LT” MMC (VÖEN-1102638281), “Yaşam 88 LT” MMC (VÖEN-1102638301), “SL 99 Corp” MMC (VÖEN – 1102638151) və “Smart 86 Corp” MMC-yə (VÖEN – 1102638431) rəhbərlik edir.
Qeyd edək ki, bu şirkətlər də təsis olunduqadan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olublar.
Məsələn, "Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat, iki ay sonra isə Qazax Dövlət Sosial İqtisad Kollecinin keçirdiyi 31 min 300 manat dəyərində tender müsabiqəsində qalib olub. “Delta 10 LT” MMC isə AMEA-nın 16 min 584 manatlıq tender müsabiqəsində qalib olub.
Məlumdur ki, cəmi bir ay əvvəl yaranan şirkətin təcrübəsi ola bilməz. “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsinin tələbinə görə tenderdə iştirak edən şirkətlərin müvafiq sahədə peşəkarlığı, təcrübəsinin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalıdır.
Bu şirkətlərlə bağlı diqqət çəkən əsas məqamlardan, daha doğrusu şübhəli məqamlardan biri odur ki, başqa ünvanlarda da bənzər adlarda şirkətlər təsis olunub və bu şirkətlərdə əsasən tenderlərdə qalib olurlar.
Aşağdakı cədvəldə bənzər adlarda və fərqli ünvanlarda qeydı alınan şirkətlər verilib:

Ardını oxu...
Bu şirkətlərin qeydiyyatda olduğu ünvanlarda və digər ünvanlarda (ünvanların bəziləri saxtadır) qısa müddət ərzində bənzər adlarda və eyni şəxslərin rəhbərlik etdiyi yüzlərlə şirkət açılıb...
 
 
 
Ardını oxu...
  • Araşdırma / İqtisadiyyat
-A+

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi tenderdə “NT Texno” MMC qalib gəlib. 

Asiya.az xəbər verir ki, müsabiqəyə səbəb “S.M.A.R.T” Məqsədlər üzrə Fəaliyyət Planı 3.1-ci bəndi 2022-ci il ərzində qazandığı uğurlara görə istedadlı uşaqların mükafatlandırılması üzrə tədbirin təşkili olub. Bu məqsədlə 30 300 manat sözügedən şirkətə köçürüləcək.

Bura bir günlük məkanın kirayəsi, uşaqlar üçün kofe fasiləsi, (hərçənd uşaqlara niyə kofe içirdiblər, anlaşılan deyil) bir günlük zalın tərtibatı, 15 dəqiqəlik video çarx, banner, çanta, bloknot, skrin ekran daxildir.

Və 30 mindən çox vəsait ayrılır. Yuxarıda sadalanan məsələlərin xərci isə heç 5 min etməməlidir. O zaman komitə, onun rəhbəri Bahar Muradova bu pulu hansı istiqamətlərə sərf edib?//tia.az

Ardını oxu...
Tarixən əhalisi azərbaycanlı olan Başkənd kəndinin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdülər. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. Ərazisi 61 km² olan Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə “Arsvaşen”adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. 1905-1906-cı illər, 1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu həmin ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi.

İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin qarşı tərəfin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı. Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnik Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Ermənilərin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Erməni silahlı birləşmələrinin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, erməni tərəfinin 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 BMP və və digər texnikası məhv edildi. Beləliklə, Başkəndin ərazisi də daxil olduqda 1229 km² ərazisi olan Gədəbəy rayonunun ərazisi artaraq 1290[4] km² oldu…

İndi Başkənddə başqa “müharibə” başlayıb. Bu dəfə Azərbaycan hərbçiləri ilə Azərbaycan polisi arasında. Başkənd sakinlərinin verdikləri məlumata görə, kənddə əkin əkən sakinlər vaxtilə ermənilərin çəkdikləri köhnə yeraltı su borularını aşkarlayıblar. Hər birinin uzunluğu 5 metr, diametri 300 mm olan, ümumi sayı 43 ədəd, və 215 metr uzunluğu olan «asinkovı» boruları çıxarıb yol çəkilişinə istifadə etməyə cəhd göstəriblər. Bu vaxt hadisə yerinə hərbçilər gəlib və boruların daşınmasını qadağan ediblər. Kənd sakinləri polisi çağırıblar. Hadisə yerinə Gədəbəy Rayon Polis Şöbəsinin Saratovka qəsəbəsi üzrə Polis Bölməsinin rəisi Yaşar İsmayılov da gəlib. Bu vaxt Yaşar müəllimlə «MTO-nun zampaliti» arasında insident yaşanıb. Zabit rəisə, əəəə deyə qışqıranda, Yaşar İsmayılov yumruqla onu təhqir edən zabitin ağzını partladıb. Daha sonra hər iki tərəfdən – yəni, həm hərbçilərdən yeni dəstə, həm də polis naryadı gəlib və aralarında əməlli-başlı əlbəyaxa çarpışma düşüb. Sakinlərin sözlərinə görə, dalaşanların sayı 100-ə yaxın olub. Boruları maşından düşərkən xəta baş verib. Hərbçilər arasında yaralananlar olub. Hadisə yerinə bir neçə təcili yardım maşını gəlib.(Hadisənin tam videosu var. Bəzi səbəblərə görə təqdim edə bilmirik)

Hazırki vəziyyət belədir ki, hərbçilər öz postlarını buraxıb ermənilərdən qalan boruları mühafizə edirlər. Yəqin ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı boruların aqibətinin müəyyənlkəşdirilməsini təmin edəcək. Lakin kənddə dolaşan başqa bir məlumata görə, borulara keçmiş briqada komandiri, hazırda də məsul vəzifədə çalışan Oruc adlı komandir əl qoyub və hərbçilərə də göstərişi o verdirib.

Həmin boruların dəyərini İcra Hakimiyyətin məsul şəxsləri 14000 manata dəyərləndiriblər.



Mövzuya qayıdacağıq.

Deryaz.az

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"ADAU-nin Daxili Nəzarət şöbəsinin müdiri Namiq Cəfərov sabiq rektor İbrahim Cəfərovu necə idarə edirdisə, indi də rektor əvəzi Zəfər Qurbanovu idarə edir.

Çox maraqlıdır ki, Namiq Cəfərov 2018-ci ildən nazir İnam Kərimovun təşəbbüsü ilə ADAU-nin Daxili Nəzarət şöbəsinə müdir təyin edilib. Təyinatından indiyə qədər Namiq Cəfərov sabiq rektor İbrahim Cəfərovla birlikdə şərikli biznesləri olmuşdur. Hətta mexanizasiya korpusunun qardrovunu ləğv edərək orada kafe açaraq Namiq Cəfərovun idarəsinə vermişdir.

Bundan başqa sabiq rektorla əkinçilik və digər biznesləri belə olmuşdur. Rektor əvəzi təyin olunan Zəfər Qurbanov təyin olunan gündən bu günə qədər Namiq Cəfərov, Zəfər Qurbanovun yanında gəzir və ADAU-nin idarəçiliyində fikirlərini diktə edir.

Zəfər Qurbanov Basarkeçər rayonunun Qanlı kəndindən olduğu kimi Namiq Cəfərovda Basarkeçər rayonunun Qanlı kəndindəndir.

ADAU nin proffessor müəllim heyyətinin bildirdiklərinə görə Zəfər Qurbanovla, Namiq Cəfərov yaxın qohumdurlar. Yaxın qohumluq əlaqələrinə görədə rektor əvəzi bütün məsələri Namiq Cəfərovdan məsləhət alır. Bu qohumluq əlaqəsindən istifadə edərək Namiq Cəfərov ADAU nun tələbə qəbulu üzrə məsul katibi Telman Musayevə 1 noyabır peşə bayramı münasibəti ilə fəxri ad verdirmək istəyir. Telman Musayev bu günə qədər tələbə qəbuli ilə bağlı bir çox maxinasiyalar edərək universitetə qanunsuz tələbə qəbul etmişdir. Hətta bir müddət əvvəl Dövlət İmtahan Mərkəzinin nüfuzunu ləkələməyi və DİM də işləyən bir qurup vəzifəlilərlə əlbir olaraq universitetə tələbə qəbullarında maxinasiyalar edərək külli miqdarda pul əldə etməsi barədə mətbuatda məqalələr və şikayyətlər dərc olunmuşdu. Hətta sabiq rektor İbrahim Cəfərov rüşvət və qanunsuz qəbulla bağlı Telman Musayevi işdən azad etmək isdəsədə Namiq Cəfərovun təkidi ilə vəzifədə qalmışdır. ADAU nə heç bir əməyi keçməyən Telman Musayevə fəxri adın verilməsində Namiq Cəfərov yaxın qohumu rektor əvəzi Zəfər Qurbanova təkitlə Telman Musayevə fəxri adın verilməsini istəyir.
Biz ADAU-nin professor müəllim heyyəti olaraq inanırıq ki bu ədalətsiz yanaşmaya Nazir İnam Kərimov "dur" deyəcək...

ADAU nin professor müəllim heyəti"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 //Turantv.az//

Dünyapress TV

Xəbər lenti