Bağlı sərhəd, baha bilet: İnsanlar necə gedib-gələcək? - HƏQİQƏTƏN DƏ...
Quru sərhədlərinin bağlı olması və təyyarə biletlərinin bahalılığı ilə bağlı məsələyə bir neçə dəfə toxunsaq da, hələ bu sahədə irəliləyiş müşahidə edilmir.

Uzun müddətdir ki, quru sərhədləri bağlıdır və mövcud vəziyyətdən “faydalanan” AZAL ötən dövrdə qiymətlərin artırılması ilə məşğul olub. Qeyd edək ki, Türkiyədə zəlzələ baş verərkən belə, oradakı vətəndaşlarımıza, tələbələrə güzəşt olunmadı. Artıq qış mövsümünün başa çatdığını nəzərə alsaq, dünya ölkələri hazırda yay turizm mövsümünə hazırlaşır. Azərbaycan isə mövcud vəziyyət, yəni quru sərhədlərinin bağlı olması və təyyarə biletlərinin bahalılığı səbəbindən minlərlə turist gəlmək imkanından məhrum olacaq ki, bu da milyonlarla vəsaitin itirilməsi deməkdir.

Onu da vurğulayaq ki, bu sahədə yaranmış problemlər Milli Məclisdə də qaldırılmasına baxmayraq, hələ də öz həllini tapmır.

Uzun müddətdir ki, bağlı qalan quru sərhədləri və baha qiymətə təyyarə biletləri ilə bağlı məsələ həllini tapacaqmı və bu barədə hökumətə təkliflər olunubmu?

Millət vəkili Fazil Mustafa da bugünlərdə Milli Məclisdə çıxışında bildirib ki, Azərbaycan Hava Yollarının (AZAL) təyyarə qiymətlərinin azaldılması ilə bağlı məsələ qaldırılıb, amma hələ də nəticə yoxdur:

“Qiymət bahalığına görə tələbələrimiz tətilə gələ bilmədilər, zəlzələdə həyatlarını itirdilər. Eyni zamanda, hər bir vətəndaşın ölkəyə qayıtmaq hüququ var. Lakin sərhəd bağlıdır və vətəndaşlarımız ölkəyə qayıda bilmirlər. Biz dəfələlərlə məsələ qaldırmışıq ki, heç olmasa tələbələləri AZAL-ın yanlış siyasətinə qurban verməyək. Başa düşürük, AZAL “göydən düşüb”, onun fəaliyyətinə müdaxilə etmək olmur. Lakin heç olmasa, tələbələrin quru sərhədlər vasitəsilə gəlib-getməsinə şərait yaratmaq lazımdır".

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov da bildirib ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur:

“Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür.

2022-ci ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda prepandemiya göstəricilərinə çatmaq hədəflənməlidir. Digər tərəfdən, Azərbaycana gələnlərin əksəriyyətinin qonşu ölkələrin payına düşdüyünü nəzərə alsaq, epidemoloji vəziyyət nəzərə alınmaqla quru sərhədlərin mərhələli şəkildə açılması məqsədə uyğun olardı. Bu turizmin inkişafına töhvə verməklə yanaşı, vətəndaşlarımızın xaricə daha asan və az xərc ilə getməsinə də imkan yaradar”.

Millət vəkili Tahir Rzayev Cebhe.info-ya bildirib ki, quru yolların bağlanması bir neçə il öncə müəyyən səbəblərdən baş verdi:

“Bu, həmin dövrdə çox doğru bir tədbir idi və pandemiyanın yayılmaması, ölkəyə təxribatçı qrupların gəlməməsi kimi amillərlə bağlı idi. Artıq xeyli müddətdir ki, quru sərhədlərin bağlı olması vətəndaşlarda müəyyən narazılıqlar yaradır. Mən də quru yolların açılmasının tərəfdarıyam. Ancaq görünür ki, dövlət daha ciddi faktlara əsaslanır və qur sərhədin açılmasını ləngidir. Heç bir dövlət öz gəlirlərindən imtina etməz. Yaz gəlir, ölkəyə turistlər gəlməli, eləcə də küllü miqdarda xarici valyuta daxil olmalıdır. Eləcə də ölkə vətəndaşlarının xaricə səfərləri də mühüm amildir.

Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Vətən müharibəsində qalib gəlsə də, bizə qarşı çox ciddi təpkilər, diversiya qrupları, təxribatlar var. Fikrimcə, onların qarşısının alınması üçün bu yola əl atılır. Məsələn, Laçın dəhlizi bağlanılıb, ancaq ermənilər görün hansı yollarla silah daşıyırlar. Bu gün heç kim bu təxribatlardan sığortalanmayıb. Ona görə də dövlətin müəyyən təhlükəsizlik orqanları bu barədə ciddi fikirləşirlər və quru sərhədlərinin açılmasını məqbul hesab etmirlər”.

Millət vəkilinin fikrincə, vacib olan insanlar bu yollardan mütləq istifadə etməlidirlər:

“Məsələn, xəstələr, tələbələr, digər qrup insanlar var ki, onlar üçün imkan yaradılmalıdır və quru yolundan istifadə etməlidirlər. Türkiyədə zəlzələ baş verərkən orada təhsil alan tələbələrimiz əziyyət çəkdilər. Həmin dövrdə quru sərhədlər açılmalı və onlara imkan yaradılmalı idi. Bu gün kütləvi hərəkət üçün icazə verilmirsə, bu, dövlət siyasətidir. Görünür, müvafiq orqanların əlində əsaslar var ki, bu yolların açılmasına hələ də icazə vermirlər. Ancaq elə bilirəm ki, bu problem öz həllini tapacaq. AZAL da qiymətləri ucuzlaşdırmalıdır.

Belə bir şəraitdə qiymətlərin artırılması insanların ürəyincə deyil. Qiymətlərin artırılması heç kimə xeyirli deyil, ancaq həmin şirkətlərə xeyirlidir. Görünür, onlar öz işlərini düzgün qura bilmirlər, ona görə də qiymətlərin artırılmasını lazım bilirlər. Nəyə görə qonşu ölkələrdə qiymətlər aşağı olmalıdır, bizdə isə əksinə, baha? Mən qiymətlərin artırılmasının tərəfdarı deyiləm. Ona görə də AZAL bu sahədə ciddi düşünməlidir”.
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti