Əlilliyi olan olan şəxslərin reabilitasiyasına , müalicəsinə qadağa qoyulub  -
Əlillərin hüquqlarının qorunması BMT konvensiyası ilə, yerli qanunvericilik aktları ilə doğrulansa da, Azərbaycanda bu hüquqa sayğısız yanaşılması getdikcə bütün sahələrdə özünü göstərir. Təsəvvür edin, işləyən yaşa görə pensiyaçıların , güzəştli şərtlərlə vaxtından əvvəl pensiyaya çıxanlar da içində olmaqla ,pensiyaları hər 6 ildən bir yenidən hesablanır , hazırda qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ olan şəxslərin də 6 il işlədikdə pensiyalarının yenidən hesablanması qüvvəyə minib, amma işləyən əlillərin əlillik pensiyalarının yenidən nəinki 6 ildən bir, heç 26 ildən də bir hesablanmır. Bəlkə 65 yaşına çatdıqdan sonra, bəlkə 71 yaşına çatdıqda əlillərin pensiyaları yenidən hesablandı. “Bəlkə”ni ona görə işlədirik ki, eldə deyildiyi kimi, “əkiblər , bitməyib”, sağlamlıq imkanları 65 yaşına çatmağa yalnız “bəlkə” imkan verər. Bir yandan da, artıq əlillərin reabilitasiyasına, müalicəsinə də qadağa qoyulub. Özü də reabilitasiyaya , tibbi təminata cavabdeh olan qurumların özləri tərəfindən.
2018-ci ilin 31 mayına kimi əlillərin dövlət tibb müəssisələrində bütün növ tibbi xidmətlərdən pulsuz yararlanması “Əlillərin sosial müdafiəsi haqqında” 25.08.1992 tarixli qanunun tələbi idi. 4 ildən çoxdur dövlət tibb müəssisələrini seçmək hüququ göndərişi verən tibb müəssisələrinin üzərinə qoyulub. Düzdür, əvvəllər də qanuna əməl edilmirdi, oliqarx - məmurların dövlət qospitallarında əlilin hətta əl – ayağının amputasiyası 5-10 minə başa gəlirdi. Şikayətlər, axırı, sonucunu verdi. Bir- iki il olar, ümumiyyətlə, bütün dövlət qospitalları, Respublika Diaqnostika Mərkəzi, Dövlət Tibb Universitetinin müalicə müəssisələri , ..., siyahı uzundur hamısı “özəl” adı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “ixtiyarına verilib”. Heç bir əlilə də “özəl” dövlət tibb müəssisələrinə göndəriş verilməsi təmin olunmur ki, Dövlət Agentliyi xərcə düşəcək. Özbaşınalığa baxın, əlilin canı çıxır, dövlət (agentliyi) əlini cibinə salmır ki, pulu gedincə, əlilin canı getsin. Hərbi əlillərə gəldikdə isə durum dözülməzdir. “Hərbi qulluqçuların statusu” haqqında qanunun tələblərinə uyğun olaraq hərbi əlillərin hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə dövlətin hərbi tibb müəssisələrinin birgə “hərbi dələduzluğu” sonucunda qospitallar, hərbi- güc poliklinikaları da “özəlləşdirilib” və yalnız TƏBİB-in göndərişi ilə tibbi uçotunda olduğun qospitalda müalicə olunmaq hüququn gerçəkləşə bilər. Göndərişin verilməsindən isə, vurğuladığımız kimi, imtina edilir ki, dövlət (agentliyi ) ziyana düşəcək. Ümumiyyətlə, istənilən tibbi xidmətlər zərfindən əlillərin pulsuz yararlanması qanunun, beynəlxalq konvensiyaların tələbidir. Yoxsa, adi bir qan analizi, kovid testinə görə əlillərdən zorla ödəniş alınması dövlətin əlillərlə bağlı siyasətini heçə çıxarır.
Sanatoriya – kurort müalicəsinə gəldikdə isə, durum daha ağırdır. Təsəvvür edin, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi Qarabağ əlillərinə xidmətdən imtina edir ki, NK-nın qərarına görə, ƏƏSMN -in səlahiyyətlərinə aid deyil. Bəs kimin səlahiyyətlərinə aiddir? Nə bu suala aydınlıq gətirilir, nə də NK qərarının Prezident fərmanından qanundan üstün ola bilməzliyinə. Prezident fərmanı ilə Sosial Xidmətlər Agentliyinin üzərinə əlillərin reabilitasiyasını, sanatoriya-kurort müalicələrinin təşkil edilməsi görəvi qoyulub. Sosial Xidmətlər Agentliyi isə görəvini yerinə yetirməkdən imtina edir ki, müharibə əlillərinə, qazilərə xidmət etmək NK qərarı ilə səlahiyyətlərinə aid edilməyib. Özbaşınalığa baxın, ümumi əlillərlə müharibə əlilləri arasında ayrı – seçkilik edilir. Reabilitasiya mərkəzləri də eləcə. Hansı müharibə əlili müraciət edir, reyestrdə adının olmadığı, komissiyadan keçib əlilliyi təsdiq ediləndən sonra, NÖVBƏLİLİK ƏSASINDA (?) reabilitasiya müalicəsi ala biləcəyi vurğulanır. Əlill isə müddətsiz əlilliyinə baxmayaraq, tibbi ekspert komissiyasından “sağlam” çıxır və müalicə növbəsinə (?) də götürülmür.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), özəlliklə müharibə əlillərinə özəl diqqət və qayğısını vurğulamamaq olmur. Di gəl, son illərdə əlillərə sanatoriya – kurort yollayışlarının verilməsində problemlər var. Başlıca problem isə əlillərin iş yerlərinin olmaması, hərbi qurumların və ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin xidmətdən imtinasından qaynaqlanır. Təsəvvür edin, ürək – tənəffüs çatmazlığından əziyyət çəkən müharibə əlilləri bu il “Bilgəh” kardioloji sanatoriyasında müalicədən məhrum edildilər. AHİK yollayışın verilməsini yerli şöbəsinə tapşırır, yerlərdə isə elə qiymət oxuyurlar ki , bilmirsən, həmkarın pulunu ödəyəsən, yoxsa həkimin.
Şağandakı reabilitasiya mərkəzinin də adı reabilitasiyadır , artıq real müalicə yoxdur. Əlillər şikayətlənir, amma kimdir şikayəti dinləyən. Nə yazıq, yazıq əlillərin nə sosial, nə tibbi, nə hüquqi müdafiəsi gerçəkləşir. Əlillərin ombudsmanı da yoxdur. Əlillərin hüquqlarının qorunması yalnız sözdədir, işə gələndə “qadağa hüquqları” işə düşür. Qadağa ilə əlil reabilitasiya, müalicə oluna bilər?
Ritorik sualdır, amma dövlət bu ritorikliyə cavab verməyə borcludur.
Məğrur Bədəlsoy
Teref.az
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti