Yaşamağa çatmayan yaşayış minimumu -
2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Sadəcə, hökumət belə müəyyən edib. Hansı meyarlar əsas götürülüb, alternativ qiymətləndirmələr nəzərə alınıbmı, vətəndaş cəmiyyətinə, sadə vətəndaşlara, müxalifətə qulaq verilibmi? Birmənalı olaraq, yox!

Azərbaycanda dövlət büdcəsi dövlət qurumlarının təqdim etdiyi maliyyə ehtiyacları əsasında Maliyyə Nazirliyi tərəfindən tərtib olunur. Hesablama Palatası ona rəy yazır, riskləri qiymətləndirir, Milli Məclis qəbul edir, prezident də imzalayır.

Bu mərhələlərin heç birində cəmiyyətin digər üzvlərinin iştirakı yoxdur. Hələ indiyə qədər görünməyib ki, müstəqil iqtisadçıların, müxalifətin, vətəndaş cəmiyyəti institutları ilə birgə müzakirə, dinləmə keçirilsin.

Vətəndaş ən yaxşı halda Milli Məclisdə bir neçə iclasın büdcəyə həsr olunduğunu görür. Komitələrin birgə toplantılarında və plenar iclasda bir neçə deputat danışır, gileylənir, təklif verir, amma heç nə dəyişmir. Maliyyə Nazirli tərəfindən çox kiçik istisnalarla kosmetik dəyişikliklər edilir və proses bitir. Verilən təkliflər, səsləndirilən narazılıqlar da havada qalır.

Qayıdaq yaşayış minimumu ilə bağlı artım rəqəmlərinə. Xatırladaq ki, cari 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat olub. Ehtiyac meyarı isə 200 manatdır. Hökumət gələn il cəmi 20-40 manat civarında artım etməyə özündə güc tapıb. Ehtiyac meyarı isə ilk dəfə yaşayış minimumu ilə bərabərləşdirilərək, 246 manata çatdırılacaq. Amma pensiyaçılar, uşaqlar üçün təsdiq edilən rəqəmlər ehtiyac meyarından aşağıdır. Azərbaycanda yaşa görə verilən sosial müavinət də (180 manat) nə az, nə çox minimum istehlak zənbilini dolduracaq qədər deyil – 66 manat azdır. Nəzərə alaq ki, Azərbaycanda 65 yaşa çatan vətəndaşların böyük bir hissəsi arzusunda olduqları pensiya yox, yaşa görə 180 manat müavinət alırlar. Hökumətin qanunvericiliyə 2017-ci ildə etdiyi dəyişikliklər on minlərlə vətəndaşı pensiya hüququndan məhrum edib. Pensiya yaşı artırılıb, habelə, onu əldə etmək üçün təyin olunan pensiya kapitalı əlçatmaz həddə yüksəldib.

Statistik məlumatlara görə, kişilərin yalnız 47 faizi 65 il yaşayıb pensiyaya, yaxud, 180 manatlıq müavinətə iddia edə bilər. Qalan 53 faiz qocalıq yaşına çatmadan dünyadan köçür… Sosial qurumların proqnozuna görə, gələn il pensiya alanların sayında daha 16 faiz azalma gözlənilir. ƏƏSM bu yaxınlarda təmtəraqla elan etmişdi ki, qanunsuz (?) müavinətlərin, pensiyaların kəsilməsi nəticəsində büdcəyə 850 milyon manat qənaət ediblər!…

Hazırda ölkədə gündəlik istehlak, ərzaq mallarının, xidmətlərin dəyəri ehtiyac meyarından azı 2 dəfə yüksəkdir. Deputatlardan biri Milli Məclisdə bunu belə ifadə etmişdi: “Pensiyaları 50-100 manat artırsaq da azdır, insanların ehtiyacına yetməz…” Aşağıda təqdim olunan cədvəldə yaşayış minimumun əsasında duran istehlak səbətinin Dövlət Statistika Komitəsi tərəfindən tərtib olunan minimal rasional toplu ilə müqayisədə çatışmazlığın miqyasını görmək mümkündür. Göründüyü kimi, marqarin və çörəkdən başqa digər məhsullar üzrə istehlak səbəti lazım olan minimumdan geridə qalır.

Bura qədər aydındır, bəs minimum maaş, pensiyalar artırılacaqmı? Hazırda ölkədə minimum təqaüd 240, maaş isə 300 manatdır, vergi çıxıldıqda vətəndaşın əlində 270 manat qalır. Hökumət nə düşünür, yüz minlərlə insan minimum ehtiyac meyarı həddində gəlirə məhkum ediləcək, yoxsa, əhəmiyyətli artımlar olacaq?

Gələn ilin büdcə layihəsinə nəzər yetirdikdə ciddi artımların olacağı gözə dəymir. Ümumilikdə sosial yönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, cari illə müqayisədə 1 milyard 289 milyon manat, yaxud 9,3 faiz çoxdur. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da ötən ilki rəqəmlərdən təxminən 550 milyon manat çoxdur. Yəni ən yaxşı halda pensiyaçıların, minimum əmək haqqı alanların gəlirlərində 10-12 faiz artım gözləyə bilərik. Bu da illik bahalığın, inflyasıyanın üçdə biri qədər deyil. Qarşıdan isə böhranlı 2023-cü ilə gəlir…

Turqut
 
 
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti