“Ünvanlı sosial yardımı kasıblar deyil, imkanlılar alır”
Milli Məclisin deputatı Razı Nurullayev ünvanlı sosial yardımın verilməsində boşluqların olduğundan şikayətlənib.

Aidiyyəti qurumları məsuliyyətli olmağa çağıran deputat sosial yardımların vaxtında verilməməsi və çox zaman səbəbsiz yerə gecikdirilməsindən gileylənib:

“Ünvanlı dövət sosial yardımı kasıblar üçündür. O kasıblar ki, kənardan onlara kömək olmasa acından ölər. Əgər onlar bunu ala bilmirsə, demək ki, ciddi problemlər və qanunvericilik sahəsində ciddi boşluqlar var. Bu boşluqları isə onlar şəffaflıq sayır. Mən isə sübut etməyə çalışacam ki, o qaydalar şəffaflıq və dürüstlüyə deyil, əslində lap acınacaqlı durumda olan kasıbın yardımdan məhrum olunmasına xidmət edir. Amma, pis-yaxşı imkanı olanlar isə sosial yardımı daha asanlıqla ala bilir. Bu araşdırmamı isə təklifərımlə bərabər tribunadan səsləndirəcəm”.

Razı Nurullayev İmişlidə sosial yardıma ən azı 10 dəfə müraciət edən Günel Saleh qızı Nuriyevanın evində olub. Ailəni ziyarət edəndən sonra xanıma sosial kart təqdim edilib:

“Günel Nuriyeva Cəlilabadın Fətullahqışlaq kəndindən İmişli şəhərinə gəlin köçüb. Boşanıb və 4 uşaq böyüdür. Çox acınacaqlı bir vəziyyətdə yaşayır. Günelin kiçik yaşlarında da valideynləri boşanıb və atası ailəsinə baxmayıb. Anası isə Günel uşaqkən rəhmətə gedib. Qayınatası və qayınanası sağ olsun ki, Günelə torpaq verib və bir gecəqondu tikməyə kömək ediblər. Günel də onlardan razıdır. Keçmiş həyat yoldaşının valideynləri də kasıbdırlar.

Xanım deyir ki, azı 10 dəfə ünvanlı sosial yardım üçün müraciət edib, nazirliyin vəzifəli şəxsləri ilə görüşüb və söz veriblər ki, düzələcək. Mən bu ailəni ziyarət edəndən sonra gətirib Günelə sosial yardım kartını təqdim ediblər”.

Deputat qeyd edib ki, sözügedən məsələlər ictimailəşməsə çətin olur:

“Bunun isə səbəbləri var. Vətəndaşlar deyir ki, ünvanlı sosial müavinəti yalnız imkanlılar alır. Bu söz yüz faiz həqiqəti əks etdirir. Bu necə həqiqəti əks etdirir, oktyabrın 11-də Milli Məclisin toplantısında bu məsələnin fəlsəfəsini çılpaqlığı ilə açıqlayacağam. Doğrudan da ünvanlı sosial yardımı kasıblar deyil, imkanlılar alır. Həddindən artıq kasıb ailələr, 1 manat pula ehtiyacı olanlar bu yardımından məhrumdur. Bunun da səbəbi qanunvericilikdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanaşmasındadır. Dediyim kimi bunu yaxın günlərdə açıqlayacağam”.

DİA.AZ bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Bizim.Media-ya açıqlamasında millət vəkili Razi Nurullayevin qeyd etdiyi məsələyə münasibət bildirib.

O, qeyd edib ki, adıçəkilən vətəndaşa hələ iyulun 1-i tarixindən etibarən ünvanlı yardım təyin olunub:

“Cəlilabad rayonu Fətullahqışlaq kəndindən İmişli şəhərinə gəlin köçən Nuriyeva Günel Saleh qızının ünvanlı dövlət sosial yardımla bağlı 04.07.2022-ci il tarixli müraciətinə baxılıb. Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsini həyata keçirib. Nəticədə qeyd olunduğu kimi iyulun 1-dən etibarən ailəyə ünvanlı dövlət sosial yardım təyin olunub. Həmin vaxtdan da ailə bu yardımı alır”.

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti