Məmur həbsləri korrupsiyanın miqyasını niyə azaltmır? -
Azərbaycanda növbəti dəfə məmur həbsləri həyata keçirilib. Bu dəfə Lənkəran İcra Hakimiyyətində. Xəbər verildiyi kimi, rayonun baş memarı və psixiatriya xəstəxanasının şöbə müdiri tutulub.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında bununla bağlı deyilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciətləri əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Abdullayev Elgün Əzizulla oğlu və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlu xidməti vəzifələrinin icrası ilə bağlı vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıblar. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, Elgün Abdullayevə həmin Məcəllənin 311.3.2 (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilib.

Hazırda təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən çoxsaylı vətəndaş müraciətlərində göstərilən digər xüsusatlar ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun ”961" Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Bəllidir ki, son bir illər ərzində neçə-neçə məmur rüşvət və korrupsiya əməllərinə görə həbs edilib, yüksək cəzalar alıb. Lakin hələ ki, həbslər ölkədə məmurların korrupsiya iştahını elə azaltmayıb. Görəsən səbəb nədir: kadrların etibarsızlığı, maaş azlığı, yoxsa...

Millət vəkili Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, korrupsiyanın aradan qaldırılması və şəffaflığın təmin olunması rahat olmayan uzun bir prosesdir: “Ona görə də bir neçə gündə ölkədə korrupsiyanın kökünü kəsmək mümkün deyil. Hətta dünyanın inkişaf etmiş ölkələrində də müəyyən qədər korrupsiya var. Ona görə də belə qənaətə gəlmək olar ki, korrupsiyanın kökünü birdəfəlik kəsmək çətin məsələdir.

Amma dövlətimiz korrupsiyaya qarşı mübarizəsinin davamlı aparılmasında israrlıdır. Harada korrupsiya əməlləri müşahidə olunursa, o istiqamətdə operativ tədbirlər görülür. Çalışmalıyıq ki, korrupsiyanın səviyyəsi azalsın, minimuma ensin. Burada vəzifəli şəxsləri korrupsiyaya vadar edən kadrların etibarsızlığı, maaş azlığı və digər məsələlər deyil. Hesab edirəm ki, yeni şüur formalaşmalıdır. O şüur ki, insanlar vəzifəyə təyin olunanda əlavə pul qazanmaq üçün əyri yollara əl atmasın, xalqa xidmətlə şərəf duysun. Hesab edirəm ki, belə bir cəmiyyətin qurulmasına nail olacağıq. Ona görə də müvafiq orqanların korrupsiyaya qarşı mübarizəsini daha da ciddiləşdirməsinə ehtiyac olduğunu düşünürəm".

Hüquqşünas Əkrəm Həsənovun fikrincə, korrupsiya ilə məşğul olmayan məmurların sayı az olduğuna görə bir neçə məmurun həbs olunması kifayət deyil: “Korrupsiya əməllərinin hüquq-mühafizə orqanları tərəfindən üzə çıxarılmasını gözləmək əbəsdir. İctimai nəzarət olmalıdır. Dövlət başçısı bununla bağlı dəfələrlə fikrini bildirib. Müəyyən mexanizmlər olmalıdır. Məmurların və onların ailə üzvlərinin gəlir və xərc bəyannamələri olmalıdır. Daşınmaz əmlak reyestri və hüquqi şəxslər reyestri tam açıq olmalıdır. Biz bilməliyik ki, məmurların hansı biznesi, əmlakları var. Yəni şəffaflıq olmalıdır. Şəffaflıq olmayan yerdə ictimai nəzarət necə ola bilər? Başqa mexanizmlər də-dövlət hesabına güzəştli kreditlər və s. şəffaf olmalıdır. Eyni zamanda, etiraf edək ki, məmurların maaşı o qədər də yüksək deyil, yəni səlahiyyətlərə mütənasib deyil. Korrupsiya ilə məşğul olan məmurlar sərt cəzalanmalıdır. Mən dəfələrlə demişəm ki, onlar ömürlük azadlıqdan məhrum edilməlidirlər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti