"Manatın sabit qaldığı vaxtda, bu qədər bahalaşma ola bilməz"
"Ölkədə təkcə marketlərdə deyil, bütövlükdə istehlak bazarında müxtəlif sahələr üzrə qiymət artımı ilə günü gündən rastlaşırıq və bu bütövlükdə Azərbaycan cəmiyyətini, əhalisini, hər birimizi narahat edən amilə çevrilib. Kommunal xidmətlərin qiymətləri bir müddət bundan əvvəl qalxıb, yanacağın qiyməti qalxıb və bu fonda təbii ki, ərzaq məhsullarının, dərman və digər istehlak məhsullarının, əhalinin daha çox gündəlik tələbat məhsullarının günü gündən qiymətlərinin pərakəndə şəkildə nəzarətdən kənar artması hər birimizi narahat eləməlidir. İlk əvvəl onu deyim ki, Azərbaycanda istehlak bazarında qiymət artımının heç bir obyektiv əsası yoxdur. Bu daha çox subyektiv amillərlə əlaqələndirilə bilər".

DİA.AZ xəbər verir ki, bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
O, hesab edir ki, hazırki dönəmdə sahibkarlar mövcud yaranmış vəziyyətdən, cəzasızlıqdan, nəzarətsizlikdən sui-istifadə edərək günü gündən qiymətləri qaldırmaqla məşğuldurlar: "Diqqət eləsək görərik ki, Azərbaycan manatı dollara nisbətdə, digər valyutalara nisbətdə dəyişməyib. Həmçinin ölkədə son bir neçə ildə manatın devalvasiyası da baş verməyib. Ölkədə qıtlıq yoxdur, müxtəlif ərzaq, dərman və digər məhsullarda qıtlıq yoxdur. Yəni tələb təklifi üstələmir. Belə bir vəziyyətdə təbii ki, qiymət artımı yalnız möhtəkirlərin, sahibkarların vəziyyətdən sui-istifadə edərək qiymətləri süni şəkildə qaldırması nəticəsində ortaya çıxır və bu narahatlığa səbəb olur. Təbii ki, ilk növbədə dövlət bu məsələlərə nəzarət eləməlidir. Süni qiymət artımının qarşısı alınmalıdır".

A.Əlizadə bildirdi ki, Azərbaycanda bu sahədə qanunvericilik bazası formalaşıb və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunu var: "Eyni zamanda "Antiinhisar fəaliyyəti haqqında" qanun var. Təəssüflər olsun ki, bu qanunvericilik bazasının olmasına baxmayaraq, faktiki olaraq qanunun məcburedici gücündən dövlət qurumları istifadə etmir. Həmçinin bu sahəyə bilavasitə nəzarət etməli olan Antiinhisar və İstehlak Bazara Nəzarət Dövlət Xidməti də var ki, biz bu son dövr ərzində bu dövlət xidmətinin bahalaşmanın qarşısının alınması istiqamətində hər hansısa bir addım atılmasının şahidi olmamışıq. Bu təbii ki, heç bir halda qəbul olunan məsələ deyil, insanların onsuz da maddi rifah halı günü-gündən pisləşir. Bunun fonunda qiymətlərin pərakəndə şəkildə nəzarətdən kənar artırılması iqtisadi vəziyyəti yaxşı olmayan Azərbaycan vətəndaşının günü-gündən kasıblaşmasına, iqtisadi vəziyyətinin çətinləşməsinə səbəb olur. Bu da hər birimizi narahat eləməlidir. İlk növbədədə hesab edirəm ki, dövləti, dövlət qurumlarını narahat eləməlidir və dövlət qurumları bu məsələlər üzrə ciddi addımlar atmalıdırlar".

Partiya sədri qeyd etdi ki, mövcud hakimiyyət bunu bilavasitə qəbul eləməlidir ki, yalnız vətəndaşı iqtisadi cəhətdən güclü olan dövlət güclü dövlət ola bilər: "Vətəndaşı zəif, incidilmiş vəziyyətdə olan, vətəndaşının iqtisadi vəziyyəti pis olan, gündəlik çətinliklərlə üzləşən vətəndaşı olan dövlət heç bir halda güclü dövlət ola bilməz. Ona görə bu sahədə hesab edirəm ki, ciddi təxirəsalınmaz addımlar atılmalıdır, dövlətin gücündən istifadə olunmalıdır, mövcud müvafiq qurumlar bu məsələlərlə bağlı Azərbaycan qanunvericiliyinə müvafiq addımlar atmalıdırlar.
Mütəxəsislər qeyd edirlər ki, bir dövlət tam təhlükəsizliyini təmin etmək üçün ən azından istehlak bazarının 80%-ni özü istehsal etməlidir. Azərbaycanda bu yoxdur düzdür, hələ o həddə gəlib çatmamışıq.Bir çox məhsullar ölkə kənarından idxal olunur, amma bütün bunlara baxmıyaraq bu əsas vermir ki, ölkədə bu cür bahalaşmanın qarşısı alınmasın. Çünki ölkədə ən azından qıtlıq yoxdur, məhsul bolluğu var, kənd təsərrüfatı sahəsində irəliləyişlər var və digər sahələrdə istehsal artımı da var. Manatın devalvasiyaya uğramadığı, məzənnənin qorunub saxlandığı dönəmdə heç bir halda belə bahalaşma ola bilməz. Bu onu deməyə əsas verir ki, bahalaşma obyektiv amillərlə deyil, subyektiv amillərlə baş verir. Bu subyektiv amillərin qarşısının alınması bilavasitə dövlət qurumlarının vəzifə borcudur".

Bölmənin digər xəbərləri

14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

Dünyapress TV

Xəbər lenti