"İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
Biləsuvar rayon sakini Babayev Rəhman Mirzəbaba oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

"Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Mən, Babayev Rəhman Mirzebaba oğlu, İkinci Qarabağ müharibəsi veteranıyam. Hazırda Biləsuvar rayonu, Mübariz İbrahimov küçəsində kirayədə yaşayıram. Himayəmdə 2 azyaşlı qız övladım var. Qızımın biri epilepsiya xəstəsidir. Nə uşağım üçün müavinət, nə də ailəm üçün sosial yardım düzəldə bilməmişəm. 80 manat veteran pulu ilə dolanmağa çalışırıq.

Çox çətin və çıxılmaz vəziyyətə düşmüşəm. Ev sahibi evdən çıxarır. Uşağım xəstədi, müalicəsini edə bilmirəm. İcra hakimiyyətinə gedirəm, orada mənə “dilənçi gəldi" deyirlər.

Sizdən xahiş edirəm ki, mənə 1 otaqlı ev verin, ailəmi içinə yığım. Ev yiyəsi bizi çıxarıb çölə töksə küçələrdə qalacağam.

Bir daha xahiş edirəm, uşağımın müalicəsi və ev üçün bizə kömək edəsiniz. Özümün müalicəmi heç demirəm.
Mən vətənim üçün döyüşmüşəm, bu gün də haqlı olaraq İcra başçısından kömək istəyirəm. Orada isə mənə qarşı hörmətsizlik olunur...”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1744146383_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1744146383_3.jpg
 
 
 

Bölmənin digər xəbərləri

14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

Dünyapress TV

Xəbər lenti