“Sputnik-Azərbaycan”ın işçilərini hansı aqibət gözləyir? - AKTUAL
Artıq bir müddətdir bildirilir ki, “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin ölkəmizdə filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanacaq. “Rossiya seqodnya” ölkəmizdə AZƏRTAC-ın Rusiyadakı müxbirinin sayı qədər, yəni bir nəfərlə təmsil olunacaq. Nəzərə alsaq ki, “Sputnik-Azərbaycan”da 40-dan çox Azərbaycan vətəndaşı çalışır, o zaman belə anlaşılır ki, qarşıdakı günlərdə xeyli sayda jurnalist işsiz qalacaq. Maraqlıdır, bu məsələnin ölkənin media siyasətinə məsul qurumlar tərəfindən hansısa formada tənzimlənməsi mümkündür? Həmin jurnalistləri qısa müddətdə hansı formada işlə təmin etmək olar?
Bakupost.az -ın mövzu ilə bağlı sullarına Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli cavab verib.

Q.Məhərrəmli əvvəlcə “Sputnik-Azərbaycan”ın bağlanma səbəbinə aydınlıq gətirib:
““Sputnik-Azərbaycan” Azərbaycanda qeydiyyatdan keçmiş bir media qurumudur, orada çalışanlar da bizim həmvətənlərimizdir, həmkarlarımızıdır və kifayət qədər istedadlı insanlardır. Təəssüf doğuran odur ki, həmin media qurumunun yayım siyasətini orada çalışanlar yox, qurumun rəhbərləri və təsisçiləri müəyyənləşdirir. Müxtəlif dönəmlərdə baş verən hadisələrlə bağlı həmin media qurumunun verdiyi məlumatlar birmənalı şəkildə Azərbaycanın maraqlarına zidd olur. O mənada ki, reallığı, gerçəyi demir, manipulyasiya ilə məşğul olurlar, materiallar anti-Azərbaycan ruhunda hazırlanır. Həqiqət təhrif olunur, məlumatlar doğru-dürüst olmur, jurnalistikanın prinsipləri ilə zidd gəlir”.
Professor daha sonra orada çalışan jurnalistlərin işsiz qalmaması ilə bağlı təkliflərini irəli sürüb: “Nə qədər zərərli, manipulyativ məlumatlar yayılsa belə, “Sputnik-Azərbaycan”da bizim də tanıdığımız, hörmət etdiyimiz peşəkar, savadlı, intellektual jurnalistlər çalışır. Burada çıxış yolu ondan ibarətdir ki, onlar özləri yığılıb bir media qurumu təsis edə bilərlər. Ancaq bu heç də məsələnin həlli deyil. Çünki burada maddi, təşkilati problemlər, ofis məsələsi var. Digər tərəfdən, hökumətin məsələyə sözün yaxşı mənasında müdaxiləsi ola bilər. Bilirsiniz ki, son vaxtlar medianın vəziyyəti acınacaqlıdır, “Turan” kimi informasiya agentliyinin bağlanması, bu istiqamətdə gedən proseslər, medianın məhək daşlarının dağılması, bünövrənin uçması təəssüf doğurur. Ona görə də formalaşmış, yetkinləşmiş jurnalistlərin qorunub-saxlanılması, sözün yaxşı mənasında bizim media resurslarımızın möhkəmlənməsinə xidmət edər. Yaxşı olar ki, bununla bağlı ciddi, fundamental addımlar atılsın. Yaxud da elə bir ağıllı yol tapılmalıdır ki, nə insanlar, nə də Azərbaycan informasiya mühiti bundan zərər çəksin...”
”Bu kimi halların ümumiyyətlə baş verməməsi üçün başqa bir ölkənin media şəbəkəsinin fəaliyyəti necə tənzimlənməlidir” sualına gəldikdə isə Əməkdar jurnalist bunları deyib:
“Ümumiyyətlə bir ölkənin daxilində başqa bir ölkənin media siyasətini gerçəkləşdirən qurumların mövcud olması sərt dönüşlərdə çox ciddi problemlər yaradır. Burada hətta akreditə olunmuş informasiya agentliklərinin taleyi, orada çalışan peşəkar jurnalistlərin vəziyyəti də göstərir ki, bu barədə çox strateji düşünmək lazımdır. Ölkəmizdə fəaliyyət göstərirlərsə belə, doğru-dürüst, Azərbaycana zidd olmayan məlumatların yayılmasını təmin etməlidirlər. Bir mexanizm, qayda, prinsip olmalıdır ki, insanlara zərər verməsinlər.
Vaxtilə media siyasətini müəyyənləşdirən məmurların zamanında “Sputnik-Azərbaycan” kimi başqa ölkələrin maraqlarına xidmət edən media qurumları yaradılırdı və bunun əbədi olacağını düşünürdülər. Ancaq tarix və təcrübə göstərdi ki, ötəri maraqlara bağlı olan düşüncələr əsasında siyasət yeritmək olmaz. Media siyasəti media fəslsəfəsinə, jurnalistikanın prinsiplərinə uyğun reallaşdırılmalıdır ki, böyük bir peşəkar kollektiv təhlükə qarşısında qalmasın”.
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti