“Yelo Bank” Arif Hacılının qardaşının evini əlindən alır – FOTO
“Yelo Bank” evimi əlimdən almaq istəyir. Bank 2008-ci ildə manatla verdiyi krediti indi dollarla tələb edir.

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının sabiq başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli bildirib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739811321_2.jpg
Mustafa Hacıbəyli

M.Hacıbəyli qeyd edib ki, vaxtıyla “Nikoyl Bank” kimi fəaliyyət göstərən bu bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib, amma əməlləri, müştərilərinə soyğunçu münasibəti dəyişməyib: “Bankın sahibi rusiyalı oliqarx Vahid Ələkbərov olub. 2022-ci ildə Rusiyanın bir sıra oliqarxları ilə yanaşı, Vahid Ələkbərova qarşı da sanksiyalar tətbiq edildikdən sonra bankın səhmləri Marina Kulişova adlı bir bank işçisinin adına rəsmiləşib. 2005-ci ildən 2017-ci ilə qədər “Nikoil Bank”ın İdarə Heyətinin sədri olmuş Vasili Xamaza bankdan 20 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunub və bu səbəbdən Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. 2018-ci ilin sentyabr ayında o, Moskva şəhərində həbs edilib. 2008-ci ildə yaxın dostum və tələbə yoldaşım Azər Səlimov çətin problemlərlə üzləşmişdi və bu problemləri həll etmək üçün kredit götürməli oldu. O vaxt məndən xahiş etdi ki, onun evinin kupçası olmadığı üçün mənim evimin girov qoyulmasına razılıq verim. “Nikoyl Bank”ın öz təklifi ilə formal ipoteka rəsmiləşdirildi və mən dostumu vəziyyətdən çıxarmaq üçün evimin girov qoyulmasına razılıq verdim. Dostum bankdan 33 540 manat kredit götürüb, faizlər də daxil olmaqla ümumilikdə 58 355 manat qaytarıb. Ödənilən məbləğ, götürülən məbləğdən 24 815 AZN artıqdır. Amma bank bir saxta cədvəl tərtib edərək yenə 40 min dollar tələb edir. İpoteka müqaviləsi manatladır. Bankın tərtib etdiyi ödəniş tapşırığı manatladır. Pul manatla verilib. Pul verilərkən yazılan qəbz də manatladır. Amma bank “40 min dollar” deyir. Halbuki, ipoteka müqaviləsindən qabaq dollar ilə kredit müqaviləsi imzalansa da, həmin müqavilə icra olunmayıb. O zaman bank məzənnə hansı tərəfə də dəyişsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib. “Yelo bank” bu tələblə Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Ekspertiza rəyləri borcun manatla olduğunu təsdiqləsə də, bank “dirəniş” göstərərək işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub. Müştərilərinin qanına susamış bankın “dirənişi” o qədər güclü olmuşdu ki, hakim Leyla Talıbova apelyasiya şikayətinin verilməsinə məhəl qoymadan mənzilimin açıq hərraca çıxarılması haqda qətnaməni icraya yönəltmişdi. Böyük bir stress yaşadım və vəkilin ərizələrindən sonra hərrac dayandırıldı. Fevralın 19-da Bakı Apelyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə bizim apelyasiya şikayətimizə baxılacaq. Apelyasiya məhkəməsi mərhələsində yenə “Yelo Bankın” vəsatəti əsasında iş Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilib. Auditor Palatasının keçirdiyi ekspertiza və verdiyi auditor rəyi, kreditin bank tərəfindən manatla verildiyini və artıqlaması ilə ödənildiyini təsdiqləyib. Əslində bundan sonra məhkəmənin bankın xeyrinə qərar çıxarması mümkünsüz görünür. Amma yenə də çox narahatam, çünki bankın “dirənişi” çox güclüdür. Mən Qarabağ qazisi, 3-cü qrup əliləm. Dövlətdən nə ev, nə maşın almışam. Öz halal pulumla 21 il əvvəl aldığım, təmirini hələ də tam başa çatdıra bilmədiyim evi əlimdən almaq istəyirlər. Ona görə hər kəsdən bu məsələdə ictimai dəstək istəyirəm”.
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti