Səhhəti ilə əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilə bilərmi?
Səhhəti ilə əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilə bilərmi? Bu hallarda işçilərin hansı hüquq və təminatları vardlr?
1. Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən: onun razılığı və tibbi rəyə uyğun olaraq daha yüngül işə müvəqqəti və ya daimi keçirməyə borcludur.
2. Daha uzun müddət müəyyən edilən hallar istisna olmaqla, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçilər-əmək funksiyasını yerinə yetirə bilmədikdə onlarla bağlanmış Əmək müqaviləsi ləğv edilə bilər.
3. Bu əsasla Əmək müqaviləsi ləğv edilmiş İşçiyə İşəgötürən - orta aylıq əmək haqqının ən azı iki misli miqdarında müavinət ödəyir.
4. Səhhətinı görə daha yüngül işə keçirmə və əmək qabiliyyətinin tam itirilməsi,Tibbisosial Ekspert Komissiyasın Rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə isə bu qurumun qərarı ilə işçiyə tam əmək qabiliyyətinin olmaması kimi başa düşülür. Səhhəti ilə əlaqədar işçi: öz razılıq və tibbi rəyə uyğun yüngül və ya oturaq işlərlə təmin edilməlidir.
5. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz.
6. İşçinun sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər.Bu halda işçinin bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır.
7.Xroniki ağır xəstəliyə tutulmuş və az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri vaxtdan dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır.
8. İş yerində bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş: həkim məsləhət komissiyası və ya tibbi sosial ekspert komissiyasının rəyi ilə yüngül işə müvəqqəti keçirilmiş işçilərə bu halda əvvəlki əmək haqqı ilə yeni iş yerində əmək haqqı arasındakı fərq ödənilir.
Azər Quliyev.
TEREF
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti