Qanunla qadağandır, amma... –
Azərbaycanda son illərdə lotereya köşklərinin çoxalması, xüsusilə orta məktəblərin və universitetlərin yaxınlığında yerləşməsi ciddi müzakirələrə səbəb olub.

Bu köşklər gənclərin asudə vaxtını keçirdiyi və təhsil aldığı yerlərə yaxın ərazilərdə fəaliyyət göstərir ki, bu da onların təhsil və gələcək həyatlarına mənfi təsir edə bilər. Gənclərin həyatında mühüm bir mərhələ olan məktəb və universitet dövrü müxtəlif sosial təsirlərə açıq olduqları bir perioddur və lotereya kimi fəaliyyətlər onların diqqətini yayındıra, maddi və psixoloji zərər vuraraq gələcək inkişaflarını poza bilər. Müşahidə etsək görərik ki, bu tip köşklərin böyük bir qismi uzun illərdir bu tip fəaliyyətlərlə məşğul olan "Azərlotoreya"ya məxsusdur.

Lotereya köşklərinin gənclər üzərindəki təsirlərininin qarşısını almaq üçün görülməsi lazım olan tədbirlər hansılardır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədlinin fikrincə, lotereya oyunları həm böyüklər, həm də gənclər üçün maraqlı olsa da, bu oyunların yerləşdiyi məkanların seçimi əhəmiyyətli bir məsələdir:

"Lotereya köşklərinin məktəb və universitetlərə yaxın bölgələrdə yerləşməsi, xüsusilə yeniyetmələr və tələbələr üçün böyük risklər yaradır. Gənclər bu oyunları sadəcə bir fəaliyyət kimi qəbul etsələr də, bəzən bu oyunlara olan maraq asılılıq və ya asan zənginləşmə xəyalına çevrilə bilər. Məktəblərin və universitetlərin yaxınlığında yerləşən lotereya köşkləri gəncləri bu riskli oyunlara cəlb edir. Gənclərin həyatında bu cür oyunların yeri onların həyat və işlə bağlı qərarlarını təsir edə bilər. Sosial və psixoloji olaraq bu cür oyunlar təhsil və karyera inkişafını önə çıxaran sağlam hədəfləri zədələyə bilər".

Onun sözlərinə görə, "Azərlotoreya"ya məxsus olan bu köşklər dövlətə məxsus olsa da, dövlətin iqtisadiyyatına müsbət təsir göstərsə də, bu tip oyunların gənclər üzərində yaratdığı potensial zərərlər nəzərə alınaraq dövlətin nəzarəti altında daha sərt tənzimləmələrə ehtiyac duyulur:

"Gənclərin həyatını qorumaq və onlara sağlam bir mühit təmin etmək üçün "Azərlotereya"nın fəaliyyətləri sosial məsuliyyət çərçivəsində daha çox izlənməli və bu oyunların yayılmasının qarşısı alınmalıdır. Dövlətin bu sahəyə müdaxiləsi sosial və psixoloji sahələrdə gənclərə dəstək olmalıdır. Lotereya köşklərinin məktəb və universitetlərin yaxınlığından uzaqlaşdırılması bu təhlükələrin qarşısını almaq üçün atılacaq ilk addım olmalıdır. Bununla yanaşı, gənclərə bu tip oyunların yaratdığı risklər haqqında maarifləndirici təbliğatlar aparılmalı və psixoloji dəstək proqramları təşkil edilməlidir. Dövlət qurumları lotereya oyunlarının yerləşdirilməsi ilə bağlı ciddi tənzimləmələr tətbiq etməli və gənclərin bu tip asılılıqlardan qorunması üçün müvafiq qanunvericilikdə dəyişikliklərlə bağlı müzakirələr etməlidir".

Hüquqşünas bildirib ki, hazırda bu tip köşklərdə lotoreya biletlərinin 18 yaşdan aşağı şəxslərə satılması ilə bağlı məlumatlar mövcuddur. A.Məmmədlinin fikrincə, bu yolverilməzdir və qanunvericilik çərçivəsində ciddi tədbirlər görülməlidir:

"Gündəlik olaraq müşahidə də etsək, görə bilərik ki, sözügedən köşklərin bir qismində azyaşlı şəxslərə də lotoreya biletləri satılır, onların mərc oyunları oynamasına şərait yaradılır. Təbii ki, bunu böyük çoxluğa aid etmək olmaz. Azərbaycanda 18 yaşdan aşağı şəxslərə lotereya biletlərinin satılması, qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır və müəyyən cəza tədbirlərini nəzərdə tutur. Bununla bağlı konkret hüquqi normativlər var. Əgər 18 yaşdan kiçik şəxslərə lotereya bileti satılırsa, bu, inzibati xətaya səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsi çərçivəsində lotereya biletlərinin qanunsuz şəkildə satışına qarşı müəyyən cəzalar nəzərdə tutulur.Lotereya biletlərinin 18 yaşdan aşağı şəxslərə satılması, yalnız inzibati məsuliyyətlə məhdudlaşmır. Əgər bu fəaliyyət çoxsaylı hallar üzrə təkrarlanır və ya məqsədli şəkildə aparılırsa, daha ciddi hüquqi nəticələrə yol aça bilər. Məsələn, Cinayət Məcəlləsi çərçivəsində qeyri-qanuni fəaliyyətlərlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb oluna bilər".

Son olaraq A.Məmmədli qeyd edib ki, 18 yaşdan aşağı şəxslərə lotereya biletlərinin satılması Azərbaycan qanunvericiliyinə əsasən, ciddi şəkildə qadağandır və bu fəaliyyəti həyata keçirən şəxslər və ya təşkilatlar inzibati cərimələr və hətta cinayət məsuliyyəti ilə üzləşə bilərlər. Bu qaydaların pozulması gənclərin psixoloji və sosial sağlamlığına zərər verə biləcək ciddi təhlükələrə yol açdığından dövlət tərəfindən ciddi nəzarət və müvafiq cəzalandırma tədbirləri daha da artırılmalıdır.

Əli Hüseynov
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti