Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var -
Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir.

Vətəndaşlar bayram günlərini müxtəlif səviyyədə qeyd edirlər. Bir sıra vətəndaşlar bayram tətilində məhz başqa yerlərə səfər edirlər. Bəzi insanlar xarici ölkələrə üstünlük verdiyi halda, bir qrup vətəndaş bölgələrə gedir. Qarşıdan gələn bayram günlərində tətllə bağlı bölgələrdəki istirahət məkanlarının qiymətləri açıqlanıb.

Məsələn, dekabrın 31-2 yanvar tarixində Park Chalet (Qusar) - 3599 manat, Basqal Resort SPA (İsmayıllı) - 1460 manat, Shabran Wellbeing Resort (Şabran) - 1490 manat, Qalaaltı Hotel Spa (Şabran) - 1380 manat, Macara Quba 1790 manat, Marxal Resort SPA (Şəki) 1220 manat təşkil edir. Qeyd edək ki, qiymətlərə gecələməklə bərabər, səhər yeməyi, Yeni il əyləncə tədbiri daxildir. Yeni il proqramlarına canlı musiqi, şoular, rəqs və diskotekalar, hədiyyəli viktorinalar, atəşfəşanlıq və s. var.

Bir çoxları hotellərdəki qiymətlərin çox yüksək olduğunu düşünür və buna görə xarici ölkələrdə istirahətə üstünlük verəcəklərini qeyd edirlər. Turizmin inkişafını və vətəndaşların gəlirini nəzərə alsaq, bu gün bölgələrdəki istirahət məkanlarında qiymətlər baha deyilmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, dövlətin, yaxud hansısa qurumların qiymətləri təyin və yaxud müdaxilə etmək imkanı yoxdur:

“Doğru olan budur, yəni bazar qərar verməlidir. 3600 manata iki gecəlik tətil təyin edənlərin alıcısı varsa, ona görə təyin edirlər. Yəqin ki, boş bir zalda Yeni il keçirməzlər. Deməli, vətəndaşlar o qiymətə tətil paketi alacaqlarsa, həmin qiymətə də satacaqlar. Görsələr ki, alan yoxdur, qiyməti aşağı salacaqlar.

Deməli, tələbat var ki, bu qədər yüksək qiymətlər olur. Dövlətin burada müdaxilə edəcəyi məsələ əldə etdikləri qazancından vaxtında həmin obyektlərin vergi ödəmələridir”.

O bildirib ki, bu məsələyə bir qədər başqa cür yanaşmaq lazımdır:

“Bu, vətəndaşların davranış qaydaları ilə bağlı məsələdir. Vətəndaş almayacaqsa, qiymətlər düşəcək. Onlar da öz ziyanlarına işləməyəcəklər. Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar.

Ona görə bu məsələdə kənar müdaxilələrə ehtiyac yoxdur”.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
17 İyun 2025 Lombard KREDİTLƏRİ: Asan çıxış, ağır nəticələr
16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?

Dünyapress TV

Xəbər lenti