Özəl pensiya fondları minimum pensiya məbləğinin artmasına təsir edəcək? - AÇIQLAMA
"Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq" - bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, "Qeyri-dövlət pensiya fondları haqqında" Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.

Bəs görəsən bu fondlar minimum pensiya məbləğinin artmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova Sonxeber.az – a açıqlamasında bildirib ki, bu pensiya məbləğinin artımına təsir etməyəcək:

"Özəl pensiya fondlarının yaradılması yaxşı bir addımdır. Bu, ona görə əhəmiyyətlidir ki, insanın işlədiyi dövr ərzində onun pensiya kapitalını müəyyənləşdirən sosial ayırmalar var. Həmin ayırmalar özəl fondda toplanır və vətəndaşlar 50-55 yaşlarında həmin pulu götürə bilir. İndiyə qədər ölkəmizdə belə bir sistem olmayıb. Gələn ildən bunun tətbiqinə başlanılması düşünürəm ki, vətəndaşlar üçün əlverişli və əhəmiyyətli olacaq. Çünki, bizim ölkəmizdə vətəndaşlar müəyyən yaşa çatmadan pensiya ala bilmirlər. Lakin, bu sistem tətbiq olunduqdan sonra vətəndaşlar 50-55 yaşlarında həm özəl pensiya fondlarında toplanan pulu götürüb biznes qura biləcək, həm də yaşları çatdıqda öz pensiyalarını ala biləcəklər. Ancaq, hal-hazırda belə bir sistem olmadığına görə vətəndaşların pulu yığılır və orda qalır. Hətta bizdə bir pensiyaçı vəfat etdikdən sonra onun illərlə pensiya fonduna verdiyi kapital da batır. Həmin pul vəfat edən şəxsin ailəsinə verilmir. Amma pensiya fondları yarandıqdan sonra pul orda qalacaq və vətəndaş istədiyi vaxt onu əldə edə biləcək. Əgər vəfat edərsə, ailə üzvləri də həmin pulu əldə edə biləcək.

Lakin, özəl pensiya fondlarının yaradılması o demək deyil ki, bu, minimum pensiya məbləğinə təsir edəcək. Bu, mümkün deyil. Çünki, bizdə pensiya minimum əməkhaqqı əsasında formalaşır. Yəni, ölkədə minimum əməkhaqqı artdıqda bütün kateqoriyalardan olan maaş sistemi, pensiyalar, təqaüdlər də artır. Bu da dövlət başçısının sərəncamı ilə həyata keçirilir. Pensiya fondları sadəcə insanların öz həyatlarını yaxşılaşdırmasına dəstək olmaq üçün yaradılır. Bu, pensiya məbləğinin artımına təsir etməyəcək".
 
 
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
17 İyun 2025 Lombard KREDİTLƏRİ: Asan çıxış, ağır nəticələr
16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?

Dünyapress TV

Xəbər lenti