Anadangəlmə lal və əqli geriliyi olan Zərdab sakininin pensiyası kəsilib - "DEDİLƏR Kİ, SUALLARIMIZI CAVABLANDIRA BİLMİR"
Zərdab rayonu, Qoruqbağı kənd sakini Xəlilova Yemən Vahid qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğlunun əlillik pensiyası haqsız yerə kəsilib:

“Mən, Xəlilova Yemən Vahid qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, oğlum Xəlilov Elvin İkrəm oğlu Ağcabədi rayonu, Şənlik kəndində yaşayır. 25 yaşı var. 24 ildir anadangəlmə əlildir. Yəni lal olmaqla yanaşı, əqli geriliyi var.

Oğlumda xəstəlik irsidir. Yoldaşım da oğlum kimi lal idi. Yoldaşım rəhmətə gedib. Özüm də onkoloji xəstəyəm. Bir uşağım var.

2024-cü ildə oğlum 2 dəfə Əlillərin Bərpa Mərkəzində olub. Əlillik pensiyası vermədilər. Bildirdilər ki, bizim sualları cavablandıra bilmir.

Laldır, əlillik vermirsiz, danışan adama niyə əlillik versinlər? Bizə dedilər ki, məhkəməyə müraciət edin".

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirildi ki, Ağcabədi rayon sakini Xəlilov Elvin İkrəm oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 18.09.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib:

"Müayinə zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib".

Aynurə MUSTAFAYEVA

Hurriyyet.az
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
17 İyun 2025 Lombard KREDİTLƏRİ: Asan çıxış, ağır nəticələr
16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?

Dünyapress TV

Xəbər lenti