Rayonlarda qiymətlər "ceyran belindədir" -
“...İl ildən pis gəldiyi üçün indiki qazancımız dolanışığımıza birtəhər çatır. Ən yaxşı halda bir həftə, on gün hansısa rayona üz tutmaq imkanımız olur. Sərhədlər bağlandıqdan sonra rayonlarda kirayə evlərin qiyməti ikiqat bahalaşıb. İsmayıllıda, Şəkidə, Qubada, Qusarda sutkası 60 manatdan ucuz ev tapa bilməzsən. Qəbələdə yaxşı evlərin bir günlük kirayəsi 100-150 manatdır. Dərd odur ki, bir həftə üçün 700-1000 manat ödədiyin həmin evlərdə əl yumağa 50 qəpiklik sabun tapa bilmirsən... Restoranlarda, istirahət məkanlarında qiymətlər od tutub yanır. Bazarda meyvə-tərəvəz "su qiyməti"nə olsa da, bir ədəd pomidor və bir ədəd xiyardan hazırlanmış 200 qramlıq salatı müştərilərə 4 manata sırıyırlar. Allahın çayını 5 manata satırlar. Qəbələdə elə restoranlar var ki, bir şiş kabab üçün müştəridən 18 manat tələb edir. Varlanmaq, daha çox qazanmaq ehtirası bu adamların gözünü tutub”. Bunları Yeni Sabah” saytının baş redaktoru Seymur Verdizadə Qəbələ istirahətindən sonra qələmə alıb.

Daxili turizmdə qiymətlərin, elə ölkənin hər yerində olduğu kimi “ceyran belində” olması, zatən sirr deyil. Heç səbəb də sirr deyil, əslində. Təəccüblənmirsən. Sadəcə, təəssüflənirsən. İl boyu çalışan, işləyən insan yay mövsümündə 1 həftəlik istirahətə 11 ayda topladığı əməkhaqqını xərcləmək zorunda qalır. Buna həm təəssüflənir, həm də az da olsa, hiddətlənir insan. Yəni bizim “...Cəbiş müəllim”dəki Əbülfəzin təbirincə desək, “ildə bir dəfə istirahət etmək hüququmuz yoxdu”? Var. Hüququmuz var. Amma istirahət edə bilmirik, çünki pulumuz çatmır. Həmkarımız Seymur Verdizadə də bundan yazıb.

TEREF.AZ xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov “Sherg.az"a açıqlamasında daxili turizmdə qiymət bahalığının bəlli səbəbləri olduğunu bildirdi: "Hamımız yaxşı bilirik ki, quru sərhədləri bağlı saxlandığına görə, insanlar daxili turizmə üz tutmağa məcburdur. Bu da sahibkarların əlinə fürsət verir. Qiymətləri birə-on artırırlar. Soruşursunuz, dövlət niyə nəzarət etmir? 1991-ci ildə biz seçimimizi etmişik; bazar iqtisadiyyatını seçmişik. Bazar iqtisadiyyatında qiymətləri bazar tənzimləyir, dövlət yox. Dövlət harada inhisar varsa, orada tənzimləmə apara bilər. Turizmdə isə inhisar yoxdur. Doğrudur, turizm obyektlərinin çoxu məmurlarındır.Amma inhisardan danışa bilmərik. Burada müəyyən rəqabət var. Bazar iqtisadiyyatında qiymətləri tələb-təklif müəyyən edir. Alan varsa, deməli, qiymət budur. Sahibkar qiyməti endirməyəcək. Yəni istirahət mərkəzləri, restoranlardakı qiymətləri, əslində, biz sizinlə müəyyənləşdiririk. Onlar satışa çıxarır, biz alırıq. Niyə endirim etsinlər ki?!

Ə.Həsənov qeyd etdi ki, qiymət artımı xərclərlə bağlı da deyil:

- Bəzən səhv olaraq belə düşünülür ki, vergi tutulmaları yüksəkdir, nə bilim, icarə haqqı böyükdür, xərclər çoxdur, ona görə qiymətlər bahadır. Xeyr. Bunun xərclərə heç bir dəxli yoxdur. İcarə haqqından 14 faiz vergi ödənilir. Mənfəət vergisi isə 20 faizdir. Sahibkar xərclədiyindən qat-qat artıq qazanc əldə edir. Bizim hesabımıza. Çünki biz onun diktə etdiyi qiyməti ödəməklə onunla razlaşırıq. Bu başqa məsələdir ki, aztəminatlı kəsimin istirahət etməyə maddi imkanı yoxdur. Bu sosial bərabərsizliyi dövlət aradan qaldıra bilər. Varlılardan daha çox vergi tutub, kasıblara daha artıq ödəməklə.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
17 İyun 2025 Lombard KREDİTLƏRİ: Asan çıxış, ağır nəticələr
16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?

Dünyapress TV

Xəbər lenti