Ardını oxu...
Son illərin ən çox narahatlıq doğuran problemlərindən biri də yaddaş pozğunluğudur. Yetkin insanlarda müxtəlif səbəblərdən tez-tez rast gəlinən bu fəsad bəzən azyaşlı övladı olan valideynləri də əndişələndirir. Uşağının hansısa vacib olmayan məlumatı unutması, dərsə hazırlığında nəyisə yadda saxlaya bilməməsi onları bədgüman eləyir. Bu səbəbdən də uşağının yaddaşını gücləndirə biləcək yaxşı həkim soraqlamağa, güclü dava-dərman axtarmağa başlayırlar.

Bəs, uşaqların yaddaşsızlığının səbəbi nədir? Bu diqqətsizlikdir, yoxsa patologiya?

“Cüzi davranış pozğunluğu görən kimi autizm diaqnozu qoyuruq, yazıq valideynlər qapılarda qalır”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış pediatr Vaqif Qarayev bildirib ki, valideynlər çox zaman uşaqlarda yaddaş zəifliyini təhsillə bağlayırlar:

“Kimsə soruşanda ki, uşaq necə oxuyur, deyirlər, oxumur, yaddaşı yoxdur. Onda valideyndən soruşuram, evdə buyura bilirsiz, gedib mağazadan nəsə ala bilir, yadında nəsə qalır? Deyir, hə, onların hamısını yaxşı bilir. O zaman problem nədədir? Əslində gerçək yaddaş pozğunluğu çox ciddi problemdir. Böyüklərdə bunun səbəbləri bəllidir. Amma uşaqlarda yaddaş niyə pozulsun ki?!

İndi bir autizm bəlası var. Onlarda həm yaddaş, həm davranış, həm də nitq pozğunluğu görünür.

Bizim autizmə fərqli bir yanaşmamız var, bu da bir başqa problemdir. Cüzi bir davranış pozğunluğu görən kimi mütləq autizm diaqnozu qoyuruq. Yazıq valideyn də qapılarda qalır. Amma son zamanlar bizim psixoloqlar, bu yöndəki mütəxəssislər bir az insafa gəlib autizm yox, autizm spektri yazıb diaqnozu bir qədər yüngülləşdirirlər.

Bütün hallarda uşaqla anadan olan gündən məşğul olmaq, danışmaq lazımdır! Hər yaşın özünə görə inkişaf parametrləri var. Tutaq ki, 1 yaşında uşaq bir neçə heca, bir neçə söz deyirsə, ananı tanıyırsa, dediklərinə reaksiya verirsə, bu, normaldır.

Ancaq 2 yaşından sonra uşaq heç nə anlamırsa, danışmırsa, bax, bu, artıq ciddi problemdir. Danışanda yaşına uyğun olmayan hərəkətlər eləyirsə, narahat olmağa əsas var. O halda dərhal sahə həkiminə, o lazım bilərsə, psixoloqa, psixiatra və yaxud digər mütəxəssislərə müraciət edilməlidir. Amma bizim anaların kütləvi surətdə narahat olduğu və yaddaş pozğunluğu dedikləri o deyil”.

“Poema əzbərləyən uşaq var ki, ikiyə vurmanı yadda saxlaya bilmir”

Həkim bildirib ki, uşaqların yaddaşları fərqli, individual olur: “Məsələn, riyazi hesablamaları əla bilən uşaq iki hecalıq şeri yadda saxlaya bilmir. Yaxud da bir poemanı əzbər bilən uşaq 2 dəfə 2 neçə eləyir, onu bilmir. Belə hallar var, amma bunu ciddi problem kimi qəbul etmək doğru deyil.

Uşağın yaşına uyğun nəyi qavraya bilirsə, biz onunla razılaşmalıyıq. Yoxsa “yanındakı hər şeyi bilir, sən niyə bilmirsən” deyə uşağı sıxma-boğmaya salmaq olmaz. Bilmir də... O da belə yaranıb. Buna görə uşağı əzmək kökündən yanlışdır.


İndi elə siniflər var 40 uşaq olur. Bu qədər uşaq olan sinifdə müəllim yazıq hamısını öyrədə bilmir axı... Uşaq da hər şeyi yadda saxlaya bilmir, öyrənə bilmir. Ona görə də yük valideynlərin boynuna düşür. Bizim valideynlər də bir az kampaniyaçılığa meyllidirlər. Həmin dəqiqə əl-ayağa düşüb başlayırlar filan hazırlığa aparım, bu biri kursa qoyum... Daha deyən yoxdur ki, 6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiz?! Qoyun, uşaqlığını eləsin!


Əgər uşaq öz paltarını, oyuncaqlarını tanıyırsa, özünə aid olanları müəyyənləşdirə bilirsə, həmin əşyalarla normal davranırsa, burda yaddaş pozğunluğundan söhbət gedə bilməz. Demək ki, onun psixikası normaldır və intellekt var. Ona görə də uşağın yaddaşı zəifdir deyə onu həkimlərə, kurslara daşımaq gərəksizdir”.

“Yaddaş dərmanları faydasızdır”

Pediatr onu da bildirib ki, uşaqlara yaddaş gücləndirmək üçün dərman preparatlarının verilməsi də doğru deyil: “Uşaqların təhsil yükü ağırdır. Bəzən mənə irad tuturlar ki, təhsilin əleyhinə çıxıram, amma bu, mənim işimin bir hissəsidir. Çünki analar uşağın yaddaşsızlığından çox şikayət edir və həkimdən normal cavab gözləyir ki, qavraması niyə belədir. Onlara izah edirəm ki, bu, yaddaşsızlıq deyil.

Yeri gəlmişkən, onu da deyim ki, apteklərdə nə qədər desəniz, “yaddaş dərmanı” var, hamısı faydasızdır. Baha və faydasız. Uşağın yaddaşını dərmanla gücləndirmək olmaz, bu, mümkünsüzdür. Yaşlı insanlarda bu, başa düşüləndir. Beyin damarları kirəcləşir, bu təbiidir. Onlara dərmanla kömək eləmək, sklerotik proseslər daha dərinə getməsin deyə əlac eləmək olar. Amma bunu uşağa niyə verək?

“Zavallı uşaqların beynini yükləyir, sonra deyirlər, yaddaşı yoxdur”

Autistik spektri demirəm, cüzi davranış pozğunluğu olan uşaqlar var ki, kompüteri, telefonu əla bilirlər. Yenə deyirəm, çünki İQ var. Amma qonşunun uşağı, sinifdə yanında oturan uşaq bunu daha yaxşı bilirsə, onu problem eləmək doğru deyil. 6 yaşında uşağın məktəbə ayağını qoyan kimi dərnəklərə, kurslara, hazırlıqlara yazdırıb yormaq olmaz. Zavallı uşağın beynini yükləyirlər, sonra da şikayət eləyirlər ki, yatmır, yemir, oyanıqdır, aqressivdir, ya da da özünə qapılır.

Yükləməyin uşaqları, buraxın, qoy uşaqlığını yaşasınlar. Amma nə edəsən ki, bu yanaşma uşaq məktəbi qurtarana qədər davam edir. İndi qəbul imtahanlarının vaxtıdır, evlərdə bal davası gedir. Deyən yoxdur ki, tutaq ki, 600 bal yığdı, sonra? Sonrasını kim izah edəcək? Bizdəki gərgin təhsil modeli heç yerdə yoxdur. Bu nə kampaniyaçılıqdı axı...”

“Bizdə valideynlər təhsili sağlamlıqdan öndə tuturlar”

Həkim valideynlərə çağırış etməyi də unutmadı: “Məişətdə uşağın yaddaşı varsa, təhsilə görə onun üstünə getməyin! Kim olacaqsa, olacaq. Heç bir uşağın sağlamlığını təhsilə dəyişmək olmaz! Valideynə də, həkimə də, cəmiyyətə də sağlam uşaq lazımdır. Təhsil ondan sonra gəlir. Amma təəssüf ki, bizdə birinci yerə təhsili qoyurlar. Sağlamlığa gələndə də artıq gec olur.

Hər il may ayından övladı abituriyent yaşına çatan valideynlər psixoloq axtarışına çıxır. Çünki uşaq yorulub. Beyin adekvat reaksiya vermir. Qəbul kampaniyasından sonra da intiharlar, canına qəsd etmələr başlayır. Çünki uşaqlar bu basqıya dözmür”.

Rəna Cumaqızı, Bizim.Media
 
Ardını oxu...
Son zamanlar bir sıra ölkələrdə sosial rifah məqsədilə pensiya yaşında olan vətəndaşlara dəstək tədbirləri gücləndirilib. Rusiya, Türkiyə və Gürcüstanda pensiyaçılara yönəlik atılan bu addımlar çərçivəsində onların kommunal xidmətlər üzrə yaranmış borclarının müəyyən faizi dövlət büdcəsi hesabına ödənməyə başlanılıb. Bu təcrübə xüsusilə aşağı gəlirli yaşlı insanların sosial yükünün azaldılması baxımından müsbət qarşılanır.

Bəs görəsən, Azərbaycanda da oxşar bir sosial dəstək mexanizminin tətbiqi mümkün ola bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Elçin Rəşidov News24.az-a açıqlamasında bildirib ki, kommunal borcların bir hissəsinin dövlət tərəfindən ödənilməsi iqtisadi cəhətdən səmərəli və davamlı həll yolu hesab edilə bilməz:

"Əgər problem pensiyaçıların gəlir səviyyəsinin aşağı olmasıdırsa, bu zaman əsas diqqət pensiya məbləğlərinin artırılmasına yönəldilməlidir. Qeyd edilən təcrübə, yəni pensiyaçıların kommunal borclarının bir hissəsinin dövlət tərəfindən ödənilməsi iqtisadi baxımdan ağlabatan bir yanaşma deyil. Əgər pensiyalar aşağıdırsa, bunu göstərmək və pensiya məbləğlərini artırmaq lazımdır. Əgər pensiyaçıya kommunal xərcin əvəzinə vəsait verilsə, o, bu pulu daha düzgün və ehtiyacına uyğun şəkildə xərcləyə bilər".

Ekspert onu da qeyd edir ki, kommunal xərclərdə edilən güzəştlər insanlarda istehlak davranışlarını mənfi yöndə dəyişə bilər. Belə hallarda vətəndaşlar resurslardan qənaətlə yox, daha məsrəfli şəkildə istifadə etməyə başlayırlar:

“Kommunal xidmətlərdə edilən güzəştlər insanlarda istifadə davranışını korlayır və israfa səbəb olur. Vətəndaş həmin pulu özü alsa, bəlkə də kommunal ödənişlərdən əlavə, başqa zəruri tələbatlarını qarşılayacaq. Ona görə də birbaşa dəstək daha səmərəlidir".

Elçin Rəşidov əlavə edir ki, mövcud sistemdə hər kəsə eyni səviyyədə dəstək göstərmək əvəzinə, ehtiyacı olan, gəlirləri aşağı səviyyədə olan pensiyaçıları fərqləndirmək və onlara hədəflənmiş yardım göstərmək daha məqsədəuyğun olardı:

“Bəzi şəxslər kifayət qədər yüksək pensiya alır. Bu şəxslərə də əlavə yardım etmək ədalətli deyil. Dəstək yalnız ehtiyacı olanlara yönəlməlidir. Bəzi ölkələrdə tətbiq edilən pensiyaçılara kommunal borc dəstəyi modeli Azərbaycanda da nəzərdən keçirilə bilər. Lakin bunun əvəzinə pensiyaların artırılmasını və sosial yardımların daha hədəfli şəkildə verilməsini daha effektiv mexanizm hesab edilməlidir".

Ardını oxu...

SSRİ-nin mövcud olduğu illər ərzində işğal edilən dövlətlərin ərazisində sıravi vətəndaşların hüquqlarını sakit formada ciddi məhdudlaşdırılıb. İttifaqda insan hüquqları anlayışı çox fərqli olub. Məsələn, hüquq sistemi siyasətin bir qolu, məhkəmələri isə hökumət orqanları hesab edilib.

Cinayət anlayışı isə sovet dövlətinə və cəmiyyətinə təhlükə yarada biləcək hər hansı bir hərəkət kimi qəbul edilib. Elementar qazanc əldə etmək istəyi ölümlə cəzalandırılan əks-inqilabi fəaliyyət kimi də şərh edilib.
Odur ki, SSRİ-də fərziyyə yürütmək, “samaqon” hazırlamaq, eynicinsli sevgi, hətta uşaqların olmaması kimi sadə və nisbətən zərərsiz şeylərə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Möhtəkirlik

Ardını oxu...

RSFSR Cinayət Məcəlləsinin 154-cü maddəsinə uyğun olaraq mənfəət üçün malların alınması və yenidən satılması “möhtəkirlik” (“spekulyasiya”) anlayışına düşüb. Böyük miqyasda möhtəkirlik əmlakın müsadirəsi, həmçinin 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılıb. Təkrarlanan, lakin kiçik işlərə görə, 200 rubla qədər cərimə, bir ilə qədər islah işləri və satılan əşyaların müsadirəsi tətbiq edilib.
XXI-ci əsrdə böyüyən indiki gənclik cinayətin ünsürlərini dərk etməyə bilər, çünki bu gün marketlər və onlayn mağazalar belə “spekulyantlarla” dolub-daşır. SSRİ-də alverçilikdən əldə edilən vəsait “zəhmətsiz gəlir” sayılıb. Bununla bağlı maddə 1960-cı ildə tətbiq edilib və yalnız 1991-ci ildə SSRİ-nin dağılması ilə ləğv edilib.

Kasıbçılıq

SSRİ-də kasıb olmaq qanuni olaraq qadağan edilib. RSFSR Cinayət Məcəlləsinin 209-cu maddəsinə əsasən, dilənçilik və avaralıq təkrar xəbərdarlıq edildikdə bir ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə nəticələnib. Bolşeviklər sosial yönümlü dövlət qurduqları üçün SSRİ-də kasıbların adi avaralar olduğuna rəsmən inanıblar. Dilənçilik isə köhnə rejimin qalığı hesab olunub.

Ardını oxu...

Sovet hökuməti imkan daxilində yoxsullara, xüsusən də “qəşəng gəlir” əldə edən “peşəkarlara” (məsələn, kilsə və məbədlərin yaxınlığında “işləyənlər”) qarşı mübarizə aparıb. İmkansız uşaqlar sığınacaqlara göndərilib, “işsiz” böyüklər isə işlə təmin olunub. Xüsusilə II dünya müharibəsindən sonra dilənçilər ölkədə hədsiz çoxalıb.

Həmin şəxslər müharibə vaxtı sağlamlığını, qohumlarını, evlərini itirmiş əlillər olub. Evsiz veteranların çoxu qatar vaqonlarına yüklənib və ən böyüyü Valaam adasında yerləşən qapalı əlillər evlərinə aparılıb.

Spirtli içkini çox qəbul etmək

Spirtli içkini çox qəbul etməyə görə cəza RSFSR CM-nin 209-cu maddəsində nəzərdə tutulub. Bu, “əyyaş həyat tərzi sürmək” kimi formalaşdırılıb. Cəzanın təyin olunduğu konkret hərəkət növləri də təsvir edilib. Qanunu pozanlar islah işləri və ya 4 ilə qədər həbs cəzası ilə hədələnib.

Ardını oxu...

Gənclik illərində yanğınsöndürən, mühəndis, maşinist işləmiş, lakin pensiya yaşına çatdıqdan sonra xidməti tərk edib, dovşan yetişdirməklə və ya öz bağçasında yetişdirdiyi kartofu satmaqla pul qazanan xeyli vətəndaş çox vaxt bu maddə ilə məhkum ediliblər. Əyyaşlıqla bağlı iddia edilən siyasi təqib halları da məlumdur.

Evdə hazırlanmış spirtli içki

Müasir dövrdə satış üçün nəzərdə tutulmayan evdə hazırlanmış spirtli içki insan üçün qanun qarşısında heç bir məsuliyyət yaratmır. Sovet İttifaqı dövründə isə RSFSR CM-nin 158-ci maddəsində evdə hazırlanmış spirtli içki. habelə onu satmaq məqsədi olmadan saxlamağa və ya istehsal etməyə görə cəza nəzərdə tutulub.

Ardını oxu...

Bu cür pozuntulara görə 100 rubla qədər cərimə və ya 6 aya qədər islah işləri tətbiq edilib. Söhbət satış məqsədi ilə içki istehsalına gəldikdə, maddəyə uyğun olaraq 300 rubla qədər cərimə və ya 3 ilə qədər həbs cəzası olub.

Din

SSRİ-də əsas ideologiya ateizm (marksizm və leninizm) hesab olunub. Rəsmi olaraq kilsə dövlətdən, məktəb isə kilsədən ayrı olub. İnanmaq qadağan olmasa da, dini icmaların fəaliyyətinə nəzarət edilib.
RSFSR CM-nin 142-ci maddəsinə əsasən, hər hansı dini təşkilatlar üçün məcburi pul yığılması, kultlar haqqında qanunvericiliyin pozulmasına çağırış edən vərəqələrin, broşürlərin, mesajların yayılması və ya hazırlanması tamamilə qadağan edilib.

Ardını oxu...

Qanunu pozmağa görə cəza 50 rubl cərimə və bir ilə qədər islah işləri olub. Əslində, kilsələrin yaxınlığında yaşayan və monastırlarda işləyən dindarlar daha çox dilənçilik və içkilərə görə cəzalandırılıblar.
Eyni zamanda bir çox dini abidələr, xüsusən də məscidlər heç bir səbəb göstərilmədən müxtəlif layihələr adı altında sökülüb. SSRİ-nin işğal etdiyi müsəlman ölkələrində dini etiqad azadlığı heç vaxt qorunmayıb, insanlar evlərində gizli şəkildə namaz qılıblar.

Uşaqsızlıq vergisi

Bu vergi SSRİ-də 1941-ci ildən tətbiq edilib və 20-45 yaşlı evli qadınlar, 20-50 yaşlı uşaq sahibi olmayan bütün kişilər gəlirlərinin 6 faizini dövlət xəzinəsinə ödəməli olublar. Rəsmi olaraq təsdiqlənmiş sonsuzluğu olan insanlar, gəliri 70 rubldan az olan vətəndaşlar, uşaqları müharibə zamanı ölən və ya itkin düşənlər, subay qadınlar və uşaqları övladlığa götürən ailələr vergidən azad edilib.

Güzəştlər isə əsasən gəliri 71-91 rubl olanlara, hərbi qulluqçulara və onların ailə üzvlərinə, 25 yaşadək tələbələrə, SSRİ qəhrəmanlarına və üçüncü dərəcəli “Şöhrət” ordeni sahiblərinə tətbiq olunub.

Qanunda edilən müəyyən dəyişiklikdən sonra hətta yeni evlənənlər də vergidən azad olunmayıb. Qadın hamilə olanda belə, gənc ailə vergi ödəyib. Nəticədə 1950-ci ildə vergidən büdcəyə 7,4 milyard rubl, 1955-ci ildə isə 8,4 milyard rubl vəsait daxil olub. Ödənişlər uşaq doğulduqdan sonra dayandırılıb. 1980-ci illərə qədər evləndikdən sonra ilk ildə vergi ödəməmək mümkün olub və SSRİ-nin dağılması ilə vergi ləğv edilib.

İşə gecikməyə görə cəza

Hələ II dünya müharibəsindən əvvəl işə gec gəlməyə görə kifayət qədər sərt cəza nəzərdə tutan qanun qəbul edilib. Üstəlik, işçinin zavoda cəmi 5 dəqiqə sonra gəlməsi gecikmə halı sayılıb.

Eyni zamanda 20 dəqiqədən az gecikdiyinə görə işçi töhmət, xəbərdarlıq və müvəqqəti (üç aya qədər) azmaaşlı işə keçirilmə ilə üzləşib. Əgər səhlənkarlıq edən işçi ikinci dəfə müəssisəyə müəyyən edilmiş vaxtdan 20 dəqiqə gec gəlibsə, o, yalnız işdən çıxarılamyıb, onun barəsində milisə məlumat verilib.
1940-cı ildə əmək intizamı ilə bağlı daha bir qanun qəbul edilib. Sonra SSRİ Ali Sovetinin Rəyasət Heyəti səkkiz saatlıq iş gününə keçid haqqında fərmanla birlikdə işçilərin iş günü bitənə qədər təhkim edildikləri yeri icazəsiz tərk etməyi qadağan edən sənəd qəbul edib. Qaydanın pozulmasına görə cəza kifayət qədər ağır olub. İş yerini tərk edən şəxs altı ay islah işləri ilə cəzalandırılıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Ardını oxu...
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” yeni dövlət standartını qəbul edib. Yeni dövlət standartı distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini ehtiva etməklə, bu sahədə beynəlxalq tələblərə uyğunluğu təmin edir.

Sözügedən dövlət standartının ölkədə tətbiq edilməsinin məqsədi yeni texnologiyaların imkanlarından yararlanmaqla təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eləcə də dünyanın istənilən nöqtəsindən keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır. Yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirəyə çıxarıb və AZSTAND onu təsdiq edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Qeyd edək ki, uzun müddətdir ölkədə distant təhsilin təbiqinin vacibliyi ilə bağlı fikirlər səslənsə də, bu təhsil forması tətbiq edilmir. Səbəbini isə Elm və Təhsil Nazirliyi ölkədə texniki təchizat bazasının olmaması ilə əlaqələndirir. Bir sıra dünya ölkələrində distant təhsil geniş yayılıb və hətta bir çox tələbə məhz bu təhsil forması vasitəsilə digər ölkələrin ali təhsil ocaqlarında təhsil alır.

Əvvəlcə onu qeyd edək ki, distant təhsil tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.

Distant təhsillə bağlı qəbul edilən standartlar ölkədə bu sistemin tətbiqində nə rol oynayacaq?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elmin Nuri “Cebheinfo.az”-a bildirib ki, bu, son illər ən yaxşı təhsil xəbərlərindən biri kimi qəbul olunmalıdır:

“Doğrudur, distant təhsillə bağlı məsələlərdə gecikirik. Dünyanın süni intellekt tərəfindən idarə edildiyi XXI əsrin tələbləri özünü həm də distant təhsil sistemində daha çox göstərir. Təhsil daim yenilənən, mühitə görə dəyişə bilən canlı prosesdir. Biz bu prosesi köhnə detallarla saxlaya bilmərik. Təhsildə bəzi məsələlər var ki, ona məhz dövrün tələbləri qərar verir. Bu, onsuz da olmalı idi.

Əksər ölkələrdə həyata keçirilir. Keçməsə, təhsil keyfiyyəti, effektivliyi geri düşəcək. Bizdə də distant təhsillə bağlı dövlət standartı qəbul edildi. Ona görə də distant təhsillə bağlı boşluqlar aradan qalxmalıdır.

Azərbaycanda distant təhsil forması “Ümumtəhsil haqqında” Qanunda öz əksini tapsa da, hazırda iki -əyani və qiyabi təhsil forması tanınır. Distant təhsil forması və bu formada xaricdən alınan diplomlar bizdə keçərli deyil.

Ancaq dünyanın gələcək təhsili distant yox, hibrid təhsil olacaq. Hibrid həm klassik, həm də onlayın tədris formasında istifadə edilən qarışıq təhsil metodudur. Artıq dünyanın bir neçə ölkəsində hibrid təhsil ənənəsi qoyulur. Beynəxalq təhsil mütəxəsisləri bildirirlər ki, artıq dünya hibrid təhsil formasına doğru gedir.

Biz gələcəkdə hibrid təhsil formasında uğur qazanmaq istəyiriksə, onun bir qolu olan distant təhsilə də yer verməliyik. Distant təhsil kompüter üzərindən, məsafədən, monitorun hər iki tərəfində olmaq deyil. Onun özünün metodoogiyası, prinsipləri, nəzəri aspektləri var.

Şagird, öyrənci psixologiyasına necə təsir etmək olar? Ona monitor arxasından məsafədən, metodiki baxımdan necə təsir göstərmək olar? Bunlar hamısı dərin məsələlərdir. Dünyanın bir çox ölkələrində distant təhsilin nəzəri metodologiyası artıq öyrənilməyə başlanılır. Biz bu gün bundan başlamalıyıq. Bu gün müəllimlərimizin böyük əksəriyyəti distant təhsil nəzəri metodologiyasından xəbərsizdirlər. Onlarda günah yoxdur.

Çünki bizdə bu ənənə olmayıb. Bu gün istənilən müəllim kompüter arxasından dərs keçə bilər. Ancaq burada şagirdə hansı dəqiqədə istirahət vermək, hansı dəqiqədə dərs ağırlığını yüngülləşdirmək lazımdır kimi aspektləri bilmək lazımdır”.

Ekspertin sözlərinə görə, bu metodları bildikdən, bu metodlarla işləyən kadr potensialı formalaşdıqdan sonra distant təhsildə uğur gözləyə bilərik:

“Disdant təhsildə uğur qazandıqdan sonra da gələcəyin təhsili olan hibrid təhsil variantı bizim üçün işlək olacaq. O zaman biz hibrid təhsilə böyük məmnuniyyətlə müraciət edə biləcəyik. Dünyada birbaşa distant təhsilə keçidin olacağını gözləmirəm. Bu, yeni pandemiya, yaxud hansısa fövqəladə halda ola bilər.

Ancaq digər hallarda hansı coğrafiyada olmasından, sosial rifahından, təhsil imkanlarından asılı olmayaraq, hər hansı bir dövlətin tamamən distant təhsilə keçəcəyini düşünmürəm. Keçməyə qalsaydı, bu gün təhsili, IT imkanları çox güclü olan Cənubi Koreya, Çin, Sinqapur, Yaponiya, Amerika, Finlandiya, Kanada kimi ölkələr buna çoxdan keçərdi. Əgər keçməyiblərsə, deməli, distant təhsil heç zaman birbaşa gələcəyin təhsili ola bilməz. Gələcəyin təhsili hibrid təhsildir”
Ardını oxu...
Yay mövsümü yaxınlaşır və bir çoxumuz istirahət və səyahət planları qurmağa başlayırıq.

Ancaq büdcə məsələsi, xüsusilə az xərc qoyaraq səyahət etmək istəyənlər üçün əhəmiyyətli bir faktordur. Tribunainfo.az xəbər verir ki, səyahət etmək istəyirsiniz, amma böyük məbləğlər xərcləmək istəmirsinizsə, bu yazı sizin üçündür.

Yayda gedə biləcəyiniz ən ucuz ölkələrin siyahısı:

1. Türkiyə

Türkiyə həm keyfiyyətli xidmət, həm də münasib qiymətləri ilə səyahətçilərin ən çox seçdiyi istiqamətlərdən biridir. İstanbul, Antalya və Kapadokya kimi məşhur yerləri ziyarət edərək tarix, mədəniyyət və gözəl təbiətin dadını çıxara bilərsiniz. Türkiyədəki otel və yemək qiymətləri, bir çox Avropa ölkələrinə nisbətən olduqca əlverişlidir.

2. Albaniya

Əgər Avropada ucuz səyahət etmək istəyirsinizsə, Albaniya mükəmməl seçimdir. Alban sahilləri, mavi dənizi ilə tanınır və xüsusilə yaz aylarında gözəl tətil təklif edir. Albaniyada nəqliyyat, otel və yemək qiymətləri digər Avropa ölkələri ilə müqayisədə olduqca münasibdir.

3. Serbiya

Serbiya həm tarix, həm də mədəniyyət baxımından zəngin bir ölkədir. Belqrad və Novi Sad kimi şəhərləri gəzərək həm gözəl mənzərələri, həm də əlverişli qiymətləri təcrübə edə bilərsiniz. Serbiyada ucuz yemək və nəqliyyat qiymətləri ilə əla bir tətil keçirə bilərsiniz.

4. Bolqarıstan

Bolqarıstan xüsusilə Qara dəniz sahilindəki kurortları ilə məşhurdur. Varna və Burgaz kimi şəhərlərdə çox sərfəli qiymətlərlə tətil edə bilərsiniz. Həmçinin, Sofiya kimi paytaxt şəhərlərində də mədəniyyət və tarix turizmi ilə maraqlanmaq mümkündür.

5. Vyetnam

Yayda Asiya qitəsində səyahət etmək istəyirsinizsə, Vyetnam mükəmməl seçim ola bilər. Yüksək keyfiyyətli otellər, ucuz restoranlar və təbii gözəlliklər ilə Vyetnam, turistlər üçün çox cazibədar bir istiqamətdir. Xoş bir yay tətili üçün çox münasib qiymətlərə maraqlı təcrübələr əldə edə bilərsiniz.

6. Macarıstan

Macarıstan xüsusilə Budapeştdəki termal hamamları və tarixi məkanları ilə tanınır. Macarıstanda hər şey münasib qiymətlərlə təklif olunur: otellər, yeməklər və nəqliyyat. Bura həm büdcə dostu, həm də zəngin mədəniyyətə sahib bir ölkədir.

7. Gürcüstan

Gürcüstan həm təbii gözəllikləri, həm də zəngin mədəniyyəti ilə səyahətçilərin marağını cəlb edir. Batumi və Tbilisi kimi şəhərlər yay mövsümündə səyahət etmək üçün mükəmməl məkanlardır.

Gürcüstanda xərclər daha azdır və büdcə dostu bir tətil keçirmək mümkündür.

8. Peru

Peru Cənubi Amerika qitəsində maraqlı bir seçimdir. “Machu Picchu” kimi məşhur turistik yerləri ilə zəngin olan bu ölkə, həm də ucuzluq baxımından cazibədardır. Peru yemək və nəqliyyat xərcləri ilə səyahətçilərə sərfəli seçimlər təklif edir.

9. Hindistan

Hindistan həm təbiəti, həm də zəngin mədəniyyəti ilə tanınır. Yayda bu ölkəni ziyarət etmək istədiyinizdə, xüsusilə “Goa” və “Kerala” kimi sahil bölgələrində çox sərfəli qiymətlərlə tətil edə bilərsiniz.

10. Meksika

Meksika həm gözəl plajları, həm də zəngin mətbəxi ilə məşhurdur “Yucatan” və “Cancun” kimi turistik məkanlar yay mövsümündə səyahət etmək üçün mükəmməl yerlərdir. Meksikada həm ucuz otellər, həm də sərfəli qiymətlərə yemək tapmaq mümkündür.

İmran Kərimli
 

Ardını oxu...
 

Yeni həftə ilə birlikdə bürclərin həyatında da yenilənmələr başlayır.

Musavat.com xəbər verir ki, bəzi bürclər üçün bu dövr xüsusi uğur vəd edir – həm şəxsi, həm də peşəkar sahədə parlaq nəticələr əldə etmək mümkündür.

Bu həftə (6–12 may) astroloji proqnozlara əsasən, ən uğurlu 3 bürc aşağıdakılardır:

Buğa (20 aprel – 20 may)

Həftə boyunca uğurlar Buğaları müşayiət edəcək. Xüsusilə maliyyə və şəxsi münasibətlər sahəsində müsbət dəyişikliklər gözlənilir. Daxili gücünüz və səbrinizlə istədiyiniz nəticələrə nail ola bilərsiniz.

Qız (23 avqust – 22 sentyabr)

Peşəkar uğurlar bu bürc altında doğulanlar üçün ön planda olacaq. Yaxşı planlaşdırma və diqqət sayəsində yeni imkanlar qazanmaq mümkündür. Qərar qəbul etmək üçün də ideal bir həftədir.

Balıqlar (19 fevral – 20 mart)

İlham və yaradıcılıq enerjisi Balıqlara yeni başlanğıclar üçün güc verəcək. Hisslərinizə güvənin – həm şəxsi münasibətlərdə, həm də layihələrdə uğur qazanacaqsınız.

 

Musavat.com

Ardını oxu...
Əmlak bölgüsü boşanma zamanı üzə çıxan əsas məsələlərdən biridir.

Bu barədə Tribunainfo.az-a açıqlama verən hüquqşünas Elşad İsayev bildirib ki,
Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur.

Hüquqşünasın sözlərinə görə, ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur. Qanunvericilikdə ümumi birgə mülkiyyətə daxil olan əmlakların müəyyən dairəsi əks olunmuşdur:

Ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak.

Ər-arvadın əmlakının bölünməsi zamanı nəzərə almaq lazımdır ki, boşanma zamanı uşaq varsa nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Eyni zamanda, nikaha daxil olanadək ər-arvaddan birinə məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.

Ər-arvadın birgə mülkiyyətin bölünməsi
Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Birgə mülkiyyətin bölünməsi ər-arvadın qarşılıqlı razılığı əsasında, bu razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvad arasında başqa cür razılaşdırılmayıbsa, ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Boşanmadan sonra yaranan mübahisələrin bir qismi daşınmaz əmlakın bölgüsü ilə bağlıdır. Əgər ev, torpaq sahəsi və ya digər növ daşınmaz əmlak birgə nikah dövründə əldə edilibsə, boşanmadan sonra ər və ya arvad məhkəmə qaydasında həmin əmlakın bir hissəsini və ya ona çatası hissəni pul şəklində əldə edə bilər.

Həmçinin, əgər qadın nikaha daxil olduqdan sonra ərin və ya onun ailə üzvlərindən birinin evinə qeydiyyata düşübsə, nikaha xitam verildikdən sonra arvadın həmin evdə yaşamaq (istifadə) hüququ var. Daşınmaz əmlakın mülkiyyətçisi şəxsi öz mənzilindən qeydiyyatdan çıxarmaq üçün ilk növbədə məhkəmə qaydasında qeydiyyatdan çıxarmaq istədiyi şəxsə ağlabatan miqdarda kompensasiya ödəməklə onun istifadə hüququna xitam verməli, daha sonra ümumi qaydada onun qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.

Boşanma zamanı cehiz və zinət əşyaları
Nikaha daxil olan zaman və ya nikah dövründə qadına hədiyyə şəklində, vərəsəlik qaydasında və ya hər hansı əvəzsiz əqd üzrə verilən cehiz və zinət əşyaları onun özünə məxsusdur və əmlak bölgüsünün predmeti qismində çıxış etmir. Lakin, zinət əşyaları nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilibsə ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

Birgə nikah zamanı yaranmış borc öhdəliyi
Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Yəni, əgər ər və ya arvad birgə nikahda olan zaman bankdan kredit götürmüşsə, boşanandan sonra krediti götürən tərəf sübut etsə ki, həmin məbləğ birgə təsərrüfat aparılan zaman ailənin saxlanmasına sərf edilib, o zaman qarşı tərəfdən həmin kreditin müəyyən hissəsini ödəməyi tələb edə bilər.

Nikah müqaviləsi
Nikaha daxil olan zaman gələcəkdə yarana biləcək əmlak bölgüsünə dair mübahisələrin qarşısını almağın ən effektiv vasitəsi nikah müqaviləsidir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.

Dəniz Pənahova
 
Ardını oxu...
Bakının bəzi ərazilərində köhnə tikililərin sökülməsinə başlanılıb.

TEREF İTV-yə istinadən xəbər verir ki, paytaxtın 20-ci sahə adlanan ərazisi, Çernyaxovski küçəsində artıb sakinlərin bir qismi köçürülür.

Lakin verilən kompensasiya ilə razılaşmayanlar da var.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, mövcud evlərin sökülməsi və ərazinin abadlaşdırılması planlaşdırılır. Artıq həmin ünvanlarda yerləşən 34 mənzil üzrə kompensasiya ödənilib.

Sakinlərin köçürülməsi təmin edilib.

Digər ərazilərdə yaşayan vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələrinin bağlanması və ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Goranboy rayonu, Təklə kənd sakini Əliyev Emin Tahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, maddi cəhətdən vəziyyəti zəifdir, heç bir qurumdan kömək ala bilmir:

“Mən, Əliyev Emin Tahir oğlu, yazaraq bildirim ki, 3-cü qrup əliləm. Ailəliyəm, 3 uşağım var.

2019-cu İldə heyvan almaq məqsədilə Goranboy rayonunun Özünəməşğulluq İdarəsinə qeydiyyata yazılmışdım. Çəkiliş gəldi, baxış keçirildi. Bundan sonra dəfələrlə müraciətlərimə cavab ala bilməmişəm.

09.02.2024-cü ildə idarədə Fərid müəllimin və İqbal müəllimin qəbulunda oldum. Onlar bildirdilər ki, sənə heyvan düşmür, səbəb isə əmək qabiliyyətinin olmamasıdır.

09-02-2024-cü ildə yoldaşım Mehtiyeva Aysel Vahid qızının adı ilə Goranboy rayonunun Özünəməşğulluq İdarəsinə müraciət etdik. Məqsədimimiz heyvan alıb, baxmaq idi. 1 ildir cavab verilməyib.

09-04-2025-ci ildə Goranboy rayonunun icra başçısı Məhərrəm Quliyevin də qəbulunda oldum. Məhərrəm müəllim Goranboy rayon Dövlət Məşğulluq Agentliyinin rəhbəri Anar müəllimə tapşırıq verdi ki, mənə köməklik göstərilsin. Lakin o, bu tapşırığı heçə saydı.

Dolana bilmirik, müraciətimə cavab almaq üçün mənə kömək etməyinizi xahiş edirəm".

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinın Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Goranboy rayonu, Təhlə kənd sakini Əliyev Emin Tahir oğlunu müraciəti araşdırılıb: "Vətəndaşın üçüncü dərəcə əlilliyi mövcuddur və əmək qabiliyyətsizdir. Bu səbəbdən, onun həyat yoldaşı Mehdiyeva Aysel Vahid qızı 2024-cü ildə “Qoyunçuluq təsərrüfatı” zərfi üzrə özünüməşğulluq proqramına qeydiyyata alınıb və hazırda növbədədir.

Qeyd edək ki, özünüməşğulluq proqramının hər bir mərhələsi növbəli qaydada icra olunur və bu qaydaya uyğun olaraq vətəndaşın növbəsi çatdıqda mütləq şəkildə ilkin monitorinqə və daha sonra təlimlərə cəlb ediləcək".
 
Ardını oxu...
Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi dövlətə vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumatınha görə, sözükeçən müəssisənin vergi borcu 46388.48 AZN-dir.

Qeyd edək ki,“Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi” Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində və ya onun aidiyyəti qurumlarının (Sumqayıt Kommunal Təsərrüfatı İdarəsinin) tərkibində fəaliyyət göstərir. Sumqayıtın indiki icra başçısı Zakir Fərəcovdur.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti