Ardını oxu...
Son illər Azərbaycanda maliyyə sistemi sürətlə inkişaf edir, amma bununla bərabər gələn böyük bir problem də var:

BOKT-ların (Bank Olmayan Kredit Təşkilatları) artan rolu və onların vətəndaşlar üzərindəki təsiri. Əhalinin bank xidmətlərinə çıxışı məhdudlaşdıqca, bir çox vətəndaş bu strukturlara üz tutur. BOKT-lar xüsusilə kasıb və orta təbəqə üçün “çıxış yolu” kimi təqdim edilən bir həll ola bilər, lakin bu həll əslində yeni maliyyə çətinliklərini də ortaya çıxarır.

Yüksək faizlərlə verilən kreditlər və şərtlərin sərtliyi, bu qurumların vətəndaşlara necə təsir etdiyini öyrənməyi vacib edir. Müasir iqtisadiyyatda banklardan kredit almaq gəliri aşağı olan və ya qeyri-rəsmi işlə təmin olunan şəxslər üçün asan deyil. Banklar yüksək kredit riskləri səbəbindən daha sərt şərtlər tətbiq edir, bu da bir çox vətəndaşın banklardan kredit almaq imkanlarını məhdudlaşdırır.

BOKT-lar isə daha rahat və sürətli kredit imkanı təqdim edirlər, amma bunun əvəzində faizlər çox yüksək olur və şərtlər adətən banklardan fərqli olaraq çox şəffaf olmur. Bu qurumların təqdim etdiyi təkliflər, adətən, yüksək riskli müştərilərə yönəlib, yəni əhalinin sosial cəhətdən zəif təbəqəsi və ya rəsmi gəliri olmayan şəxslər üçün əlverişlidir.

Ancaq bu, günlük həyatını təmin etməyə çalışan vətəndaşları borc bataqlığına salmaq təhlükəsi yaradır. BOKT-lar banklardan daha sərfəli görünən krediti təqdim edərkən, faizlər çox yüksək olur. Hətta bəzi hallarda bu rəqəm ildə 60%-ə qədər çıxır. Kredit götürən şəxs aybaay ödənişlər edə bilər, amma gecikmə olduğu təqdirdə faiz sürətlə artar və borc bir anda daha da böyüyər. Bu, əslində, borc alan şəxsi yoxsulluq spiralına salır.

Tanınmış hüquqsünas, bank mübahisələri üzrə ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu məsələyə bir qədər geniş baxmaq lazımdır. Onun sözlərinə görə, banklar üçün uyğun olmayan müştəri BOKT üçün daha uyğun ola bilər:

"Bunun səbəbi bankların fəaliyyətində Mərkəzi Bankın qoyduğu tələblərin daha sərt olmasıdır. Banklar əmanət qəbul etdikləri üçün onların qarşısında daha ciddi tələblər və daha yüksək risklər mövcuddur. Onlar müştəri hesabları aparır və maliyyə təhlükəsizliyi baxımından daha çox məsuliyyət daşıyırlar. Buna görə də banklar hər müştəriyə kredit vermir və kredit verərkən daha diqqətli və sərt yanaşırlar.

Digər tərəfdən, BOKT-lar üçün tələblər daha azdır. BOKT-lar əmanət qəbul etmədikləri üçün onların maliyyə şərtləri banklarla müqayisədə daha rahatdır. Bu, o deməkdir ki, BOKT-lar daha az tənzimlənir və bu, onları keyfiyyətsiz müştərilərə kredit verməyə daha uyğun edir. Təbii ki, bu vəziyyətdə faizlər yüksək olur, çünki BOKT-ların verdiyi kreditlər daha yüksək risk daşıyır".

Ekspert hesab edir ki, BOKT-ların fəaliyyətinin daha sərbəst olması onların daha çox yüksək faizlə kredit verməsinə səbəb olur:

“Çünki onların ucuz maliyyə mənbələri yoxdur. Banklar əmanət qəbul edərək daha ucuz pul əldə edə bilərlər, amma BOKT-lar əsasən banklardan və digər mənbələrdən daha yüksək faizlə kredit alırlar. Bu səbəbdən BOKT-ların verdiyi kreditlərin faizləri daha yüksək olur. Eyni zamanda, əgər dövlət BOKT-ları qadağan edərsə, belə olan halda vətəndaşlar daha yüksək faizlə lombardlar, sələmçilik və digər qeyri-rəsmi kredit mənbələrindən istifadə edərlər. Bu cür qeyri-rəsmi mənbələr faizlərin daha yüksək, nəzarət və tənzimləmələrin daha zəif olduğu yerlərdir. Bu, vətəndaşları daha da maliyyə çətinliklərinə sala bilər, çünki faizlər çox yüksək olur və borcun artması riski yaranır".

Ə.Həsənov qeyd edib ki, dövlətin BOKT-lara nəzarət etməsi və onların fəaliyyətinə şərait yaratması, ən azından sələmçilik və qeyri-rəsmi maliyyə bazarlarına qarşı daha sağlam bir alternativ təqdim edir:

"Ancaq burada da faizlərin yüksək olması vətəndaşları daha da borclandırmağa və onların həyatlarını çətinləşdirməyə gətirib çıxara bilər.

Sosial təminatı zəif olan şəxslər bu cür krediti alaraq, öz maliyyə vəziyyətlərini daha da pisləşdirərlər. Son olaraq, təhlükə budur ki, insanlar çox qısamüddətli ehtiyaclarını ödəmək üçün bu cür kreditlərə üz tuturlar, amma uzun müddətdə yüksək faizlər və ödənişlərin artması onların yoxsulluq spirallarına düşməsinə səbəb ola bilər. Buna görə də vətəndaşlara tövsiyə olunur ki, BOKT-lardan kredit almadan əvvəl yaxşıca düşünərək qərar versinlər və real zərurəti olmadıqda, kredit götürməsinlər. Bu, həm dövlətin, həm də vətəndaşın sağlam iqtisadi münasibətlər qurmasına kömək edə bilər".
Ardını oxu...
Tovuz rayonu, Bayramlı kənd sakini Priyeva Lamiyə Xavvər qızı tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu Tovuz rayon DOST Mərkəzindən haqsız yerə işdən çıxrıblar:

“Mən, Priyeva Lamiyə Xavvər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində DOST Agentliyində işləmişəm. Bir müddət sonra 7 nəfərlə birgə məni də işdən azad etdilər.

Həyat yoldaşım 1-ci qrup əlildir, iş qabiliyyəti yoxdur. 2 övladım var. Məni haqsız yerə işdən çıxarıblar. Xahiş edirəm DOST Mərkəzi məni yenidən işlə təmin etsin".
Ardını oxu...
Məsələ ilə bağlı Sosial Təminat Agentliyi - DOST Mərkəzinin mətbuat xidmətindən Hurriyyet.az-a bildirildi ki, “Məşğulluq haqqında” qanuna əsasən, haqqı ödənilən ictimai işlər ilkin peşə hazırlığı tələb etməyən iş yerləri olmaqla, daimi deyil, müvəqqəti məşğulluğun təmin olunmasına xidmət edir: "Bu da iş tapmaqda çətinlik çəkən şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün onların müəyyən bir dövr ərzində, müddətli əsasda işlə təmin edilməsi məqsədi daşıyır.
Məhz bu çərçivədə DOST İş Mərkəzi ilə 1992-ci il təvəllüdlü Priyeva Lamiyə Xavvər qızı arasında 3 may 2019-cu ildə əmək müqaviləsi bağlanıb.
Müqavilə əsasında Lamiyə Priyeva həmin tarixdən 12 dekabr 2024-cü ilə qədər DOST İş Mərkəzinin həyata keçirdiyi “İşsizin dostu” proqramı çərçivəsində Tovuz Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində təmizlik işləri üzrə köməkçi vəzifəsində çalışıb.
20 dekabr 2024-cü il tarixdə Lamiyə Priyevanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar xitam verilib.
Ödənişli ictimai işlərdə çalışanların əmək müqavilələrinin müddəti başa çatdığı halda belə, həmin şəxslərin əmək bazarına qayıtmaları üçün tədbirlər görülür. Belə ki, proqramda iştirak etmiş şəxsin əmək müqaviləsi müddəti başa çatdığı gün məşğulluq orqanına dəvət olunaraq qeydiyyata alınır. Fərdi Məşğulluq Proqramı tərtib olunmaqla, həmin şəxsin digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işlər aparılır.

Onu da qeyd edək ki, haqqı ödənilən ictimai işlərdə əmək müqaviləsi müddəti başa çatan həssas qruplar, o cümlədən əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və digərləri ilə müqavilə müddəti uzadılır. Hazırda da ictimai işlər proqramının icrası davam etdirilir və on minlərlə vətəndaşımız bu proqram çərçivəsində əmək fəaliyyəti ilə məşğuldur".

Jalə FAMİLQIZI
 
Ardını oxu...
Bu gün Azərbaycan əhalisinin 99 faizi “uşaqpulu” istəyir. Bu sahədə müəyyən müsbət siqnallar var. Milli Məclisin deputatı Razi Nurullayev Modern.az-a müsahibəsində deyib ki, artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə ümumi razılığa gəlinib və qısa müddətdən sonra üçuşaqlı ailələrə “uşaqpulunun” verilməsinə başlanılacaq. O qeyd edib ki, prosesin bu il və ya gələn ildən başlayacağı gözlənilir. Bu pul üçuşaqlı ailələrə veriləcək.

Bununla bağlı Lalə Mehralı Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, bu günə qədər bir neçə dəfə bu məsələ olub, müzakirə olunub və mənfi nəticələnib:

“Verilənədək bunun reallaşacağına o qədər də əmin deyiləm. Gələcək zaman göstərəcək ki veriləcək, yoxsa verilməyəcək. Biz çoxdan bunun təbliğatına aparırıq ki, uşaq pulu məsələsi gündəmə gətirilməlidir. Çünki ölkə əhalisinin sayının artmasına ehtiyac var. Doğum nisbəti aşağı düşür, insanlar nikahda maraqlı deyil, cırtdan ailələrin sayı artır. Nikah bağlayan insanlar belə dünyaya uşaq gətirmək istəmirlər. Təşviq etmək, ölkə əhalisinin sayını artırmaq naminə bu məsələdə bir prioritet olmalıdır ki, insanlar nəsil artırmanın və dünyaya uşaq gətirməninin marağında olsunlar. Çoxuşaqlılıq meyyarı ilə bağlı da ciddi müzakirələrə ehtiyac var. Çünki ölkədə 6 uşağı olan insanlar çoxuşaqlı sayılır və bu da ölkə əhalisinin çox az hissəsini əhatə edir. Odur ki, çoxuşaqlılıq məsələsində də o meyarlara diqqət salınmalıdır. Ümumiyyətlə, uşaqpulu və çoxuşaqlılığa görə ayrılan müavinət məsələsi ailələr üçün əlavə gəlir yeri olmaqla yanaşı, uşaqların sosial təminatı da deməkdir. Ona görə dövlət bu cür müavinətlərin marağında olmalıdır”.

Ardını oxu...
  

Ölkəmizin pensiya qanunvericiliyində bir sıra kateqoriyalar müəyyən olunub ki, bu kateqoriyalara uyğun olan kişilər  daha erkən dövrlərdə pensiya hüququ qazanır.

Maraqlıdır, 65-dən tez pensiyaya hansı kişilər çıxır?

Musavat.com xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun departament müdiri Rəşad Mehdili Bizim.Media-ya açıqlamasında pensiya yaşı azaldılan şəxsləri sıralayıb:

“Məsələn, qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla pensiya hüququna baxılır.

Bundan başqa əmək şəraitinin zərərli və ağır olmasına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sahələrdə 12 il 6 ay çalışmış kişilərin fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalı olduqda sığorta stajından aslı olmayaraq, bu kapitalı olmadıqda 25 il ümumi sığorta stajı olduqda  yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var” – deyə o, bildirib.

Rəşad Mehdili eyni zamanda diqqətə çatdırıb ki, bir çox hallarda pensiya yaşı 15 il azaldıla bilər:

“Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan kişilər, həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Hipovizqanizm xəstəliyinə tutulan kişilərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy kişilərin azı 5 il sığorta stajı olduqda yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər qanunvericiliyə uyğun olaraq tələb olunan xidmət müddəti olduqda onların yaş həddindən aslı olmayaraq (hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur) pensiya hüququ yaranır”.

Ardını oxu...
Mövcud qanunvericiliyə görə 10-dan çox qurum vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər. Yəni vergi borcu olanların, cinayət məsuliyyətinə cəlb edilənlərin, axtarışda olanların və s. ölkədən getmək hüququ aşağıdakı dövlət qurumlarının qərarı ilə məhdudlaşdırıla bilir :
1. Ədliyyə Nazirliyi
2. DİN
3. FHN
4. DVX
5. Baş Prokurorluq
6. DSX
7. DTX
8. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
9. DGK
10. MN
11. XKX
STOP məsələsi həmişə "incə" məsələ olub, diqqət mərkəzində olub və ictimai əhəmiyyət kəsb edib.
Xatırlayıram ki , Milli Məclisin İnsan hüquqları komitəsinin ötən il keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında Ombudsmanın 2024-cü il üzrə məruzəsində də STOP məsələsi öz əksini tapmışdı.
Məruzədə bildirilirdi ki, şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulduğu bəzi hallarda həmin şəxs bu barədə məlumatlı olmur. Belə olduqda şəxs onun barəsində məhdudiyyətin tətbiq edilməsinə dair məlumatı şəxsiyyət vəsiqəsini (ümumvətəndaş pasportunu) dəyişdirdikdə və ya sərhədi keçdikdə əldə etmiş olur. Bununla da onun hüquqları məhdudlaşdırılmış olurdu.
Amma hələ də bu problem öz həllini tapmayıb. Bu tip məlumatları adətən öncədən əldə etmək çox çətin olur. Kimsə xaricə getmək üçün Hava Limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki onun ölkədən çıxışına STOP qoyulub.
Yalnızı spesifik bir –iki məqamla bağlı STOP məsələsi haqqında öncədən məlumatı öyrənmək mümkündür.
DİN , DVX və Ədliyyə Nazirliyi bununla bağlı faydalı rəqəmsal imkanlar yaradıblar.
DİN-in E-polis mobil tətbiqində “axtarışda olan borclu fiziki şəxslər və cavabdehlər” haqqında məlumatları, DVX və Ədliyyə Nazirliyin e-xidmətlər bölməsindən də “borclunun ölkədən getməsinin müvəqqəti olaraq məhdudlaşdırılması” haqqında məlumatı ANINDA əldə etmək olar.
Digər hallarda tətbiq edilən STOP qadağası haqqında məlumatı qabaqcadan elektron formada əldə etmək mümkün deyil.
Yəni tutaq ki, DGK, yaxun FHN -nin hansıs abir vətəndaşa tətbiq etdiyi STOP qadağasını öncədən öyrənmək imkanları yoxdur.
Düşünürəm ki, myGov üzərindən də belə bir ictimai əhəmiyyət kəsb edən məlumatın əldə edilməsi imkanlarının yaradılması məntiqli və doğru olardı.
İlk öncə İRİA əlaqəli qurumlarla, Ədliyyə Nazirliyi və DİN ilə birlikdə vətəndaşın artıq rəqəmsal formada olan mövcud STOP məlumatlarını myGov-dakı şəxsi kabinetinə inteqrasiya etməsi faydalı olardı.
Eyni zamanda İRİA STOP qoymaq səlahiyyəti olan digər əlaqəli qurumlarla birlikdə bu məlumatların da myGov-dan əldə edilməsi imkanlarını nəzərdən keçirməsi doğru olardı.
Adətən STOP qadağası İAMAS sistemi vasitəsilə reallaşdırılır. Yaxşı olardı ki İRİA əlaqəli qurumlarla birlikdə bu tip məlumatların dərhal myGov-a yönləndirilməsi ilə bağlı qanunvericiliyə təkliflər hazırlasın.
Əlbəttə bəzi hallarda öncədən belə bir məlumatın verilməsi məntiqli olmaya bilər.
Amma istənilən halda vətəndaşa Hava Limanında bu məlumat verilirsə, bu məlumatı elə onun myGov-dakı şəxsi kabinetinə də öncədən göndərmək olardı.
Ümid edirəm İRİA və digər əlaqəli qurumlar STOP qadağasının öncədən öyrənilməsi imkanlarını daha effektiv qura biləcəklər.
Osman Gunduz
TEREF
 
Ardını oxu...
"Çox vaxt oğlan evi gələndə demək lazımdır ki, gedək qızılı birlikdə alaq. Vəssəlam, çünki bu, biabırçılıqdır. Biz nə vaxt belə olduq? Mən anlamıram. Bu adamlar bizim cəmiyyətə nə vaxt gəldi? Necə oldu? Azərbaycanda heç vaxt belə olmayıb".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" verilişində deyib. O, toydan sonra qızılları gəlindən alaraq qaytaran və ya satan ailələrdən danışıb:

"Qızın qulağına zinət əşyasını taxırlar və ərə gedəndən 1 həftə sonra gəlib qızılı barmağından, qulağından çıxarırlar ki, aparıram qaytarım və ya satım. Heç kimin xətrinə dəyməsin. Amma bu adətən tezbazar toy edən ailələrdə olur. Gəlirlər və deyirlər ki, bir aydan sonra toy edək. Söhbət hamıdan getmir. Amma əksər hallarda görürük ki, altından nəsə çıxır. Amma bir az çox nişanlı qalanda insan ailəni də tanıyır və bilir ki, imkanları nəyə qadirdir. Və şərin yarısından da qayıtmaq bir xeyirdir".
 
Ardını oxu...
“Uşaq sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması məqsədəuyğundur”.

Bunu millət vəkili Vüqar Bayramov deyib.

O, 3 uşaqlı analara erkən pensiyaya çıxmaq hüququnun verilməsini doğru hesab etdiyini bildirib:

“Polşada qadınlar kişlərlə müqayisədə daha tez pensiya hüququ əldə edirlər. Bu da onların pensiya yaşı ərəfəsində daha çox sosial dəstəyə ehtiyac duyması ilə bağlıdır. Eyni zamanda bir sıra keyfiyyət meyarlarının tətbiqi də təklif olunur. Xüsəsən də 3 və daha çox uşağı olan ailələrdə anaya daha tez pensiyaya çıxmaq hüququnun verilməsi məqsədəuyğun olar”.

Qeyd edək ki, hazırda kişilərin pensiya yaşı 65, qadınlarda isə 64-dür.

Ətraflı“Xəzər Xəbər”in videomaterialında:

 
Ardını oxu...
Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2025-ci ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 12 milyon 803 min manat təşkil edib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 576 min manat və ya 2,4% çoxdur.

2024-cü ilin yanvar-fevral aylarında bu göstərici 24 milyon 493 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 19 milyon 830 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 80 min manat və ya 18,4% çoxdur.

Əvvəlki ilin eyni dövründə 16 milyon 750 min manat sığorta ödənişləri edilmişdi.
 

Ardını oxu...
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və onun tabeliyində olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının(ATİAHİ) əlamətdar günlərdə müxtəlif sosial qruplardan olan olan şəxslərə göndərdiyi yardım və sovqatlar dəfələrlə geniş müzakirə və narazılıqlara səbəb olub.

Editor.az xəbər verir ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yerli strukturunun Fizuli rayonunda Şəhid Məhəmmədəli İsmayıllının ailəsinə göndərdiyi hədiyyə sovqatı ailə başçısı Elxan Quliyevin ciddi və haqlı narazılığına səbəb olub.

Şəhid atası Prezident İlham Əliyev və xalqa üz tutaraq ona göndərilən dəyəri 17-18 manatlıq yardıma etiraz edərək Həmkarlar İttifaqının fəaliyyətini sərt tənqid edib. O, Şəhid ailələrinin dilənçi olmadığını və onlara qarşı belə münasibətin qəbuledilməz olduğunu bildirib: “Bu cür yardımlara nə qədər vəsait yazıb mənimsəyiblərsə, onlara halal edirəm. Amma belə vəziyyətdə yardım gətirməsinlər. Bu Şəhid ailələrinə təhqirdir. Ayıb olsun”.

Qeyd edək ki, Şəhid atasının müraciəti “Təhsil Media” platformasının “youtube” kanalında yayınlanıb.

Editor.az xatırladır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri isə Araz Paşayevdir.
Ardını oxu...

Araz Paşayevin adı mediada mütəmadi olaraq, qalmaqallarda hallanır.
Ardını oxu...
Aprelin 15-dən etibarən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda abunəçilərin istilik təchizatını dayandıracaq.
Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib.
O bildirib ki, mövsüm ərzində 3 871 yaşayış binası, 185 mindən çox mənzil, yüzlərlə məktəb, baxça və səhiyyə müəssisəsi, eləcə də 2 mindən artıq social və təsərrüfat obyekti istiliklə təmin olunub.
Həmçinin respublika üzrə 557 qazanxana və 88 istilik məntəqəsi “Azəristiliktəchizat” ASC-nin balansında fəaliyyət göstərib.
İstisna olaraq qeyd olunub ki, ölkə üzrə 9 dağlıq və dağətəyi rayonda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) isə mövsüm may ayının 1-də yekunlaşacaq.
 

Dünyapress TV

Xəbər lenti