
“Babək” filminin çəkilişi zamanı Rasim Balayevi yaxından tanıyan, onu qrim edən xarici ölkələrin birindən dəvət edilmiş qrimyor demişdi ki, sizin Rasimdən Babək çıxmazdı, onu mən Babək etdim!
Adam yaratdığı obrazların mahiyyət və məzmununu da tam dərk etməyib, oynadığı obrazların ictimai əhəmiyyətini və siyasi tərəflərini qiymətləndirə bilmir.
Özünün də etiraf etdiyi kimi, oynadığı obrazlarla eyniləşməyib.
Adamın kino sənətinin əsas prinsipi olan “eyniləşmə” prinspindən xəbəri yoxdur.
Təəssüf ki, yaratdığı obrazların məzmununu, mahiyyətini şəxsi həyatına daşıya və şəxsi keyfiyyətə çevirə bilmədi.
Adam nə şəxsi həyatı ilə, nə həyat tərzi ilə, nə də xarakteri ilə fərdi nümunə ortaya qoymadı.
Müsahibələri və baş verən hadisələrə münasibəti qeybət səviyyəsindən o tərəfə keçmir.
“Prezidentin fərdi təqaüdünü alan Rasim Balayevin həmin təqaüdün bir ayını pandemiya dövrü və 44 günlük müharibə vaxtı hansısa fonda keçirdiyini görmədik.
Həmçinin bir xalq artisti kimi hansısa qaziyə, şəhid ailəsinə fərdi dəstək olmayıb.
Rasim Balayev 3 ildən çoxdur kino sahəsinə aid olan ən böyük təşkilatlardan birinə rəhbərlik edir.
Kinemotoqrafiya təşkilatı dövlət tərəfindən ən çox maliyyə ayrılan QHT-dir və əsas vəzifələri kino sahəsində olan probləmləri müəyyən etməkdir.
Amma Rasim Balayev illərdir ki, kino sahəsində olan problemlərdən ancaq üstü örtülü danışır, kinonun inkişafı üşün heç bir iş görmür.
Ancaq işdən çıxarılan məmurların arxasınca danışır.
Məsələn, keçmiş mədəniyyət naziri haqda 20 il ərzində bir kəlmə də danışmadı, həmin nazir işdən çıxarılan kimi arxasından kino sahəsində olan nöqsanlardan danışdı.
Rasim Balayevin kino savadı çox aşağı səviyyədədir, ümumiyyətlə, kino nəzəriyyəsi, kino siyasəti haqda bilgisi yoxdur.
Nə insani kefiyyəti, nə də kino biliyi onun Kino İtiffaqının sədri vəzifəsini daşıması ilə uyğun gəlmir. Adam bu vəzifəni haqq etmir.
Təsəvvür edin, adam kino festivallarının çoxunun adını belə bilmir, uzun illərdir festivallarda yer tutan filmlərə baxmayıb, özü də bir neçə il bundan öncə etiraf etdi ki, son illər ölkəmizdə çəkilən yeni filmlərə baxmır.
Gəncliyində isə bəxti gətirib ki, kinomuzun inkişaf etdiyi dövrdə yaşayıb. Özünün dediyi kimi, uzun müddət sınaq çəkilişlərindən keçə bilməyib, depresiyaya düşüb, sonra bəxti gətirib və yaxşı rejissorlar onu filmə çəkiblər. Yəni uğurunun səbəbi fərdi göstəriciləri yox, yaxşı rejissorlardır.
Rza Drakon
TEREF