Rusiya və Çindən Hindistana kapital axır –
“Deutsche Bank”ın rəhbəri Kristian Syuinqin sözlərinə görə, Hindistanın iqtisadi artım tempi böyük bankların və maliyyə mərkəzlərinin diqqətini cəlb edib. Bank rəhbəri hesab edir ki, dünya iqtisadiyyatında geriləmə qeydə alınarkən, Hindistan böyük investisiyalar cəlb etməyə müvəffəq olub. Əhalisi bir milyarddan çox olan Hindistan Çinlə rəqabəti gücləndirib.

Buna baxmayaraq, bölgədə siyasi risqlər Hindistan iqtisadiyyatının inkişafını əngəlləyə bilər. Misal üçün Kəşmirdəki vəziyyət hər an sabitliyi poza bilər. Dünyanın böyük maliyyə mərkəzləri isə sabit ölkələrə yatırımlar qoymaqda maraqlıdırlar, qeyri-müəyyənlik və hərbi toqquşma yatırımçıları ölkədən qaşırda bilər. Misal üçün Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə və ya Tayvan adasına görə Çinlə ABŞ arasındakı münasibətlərdə gərginlik beynəlxalq maliyyə mərkəzlərini Rusiya və Çindən uzaqlaşdırıb.

Rusiya və Çindən uzaqlaşan kapitalın Hindistana yönəldiyi bildirilib. Məşhur “Citigroup”un rəhbəri Manolo Falkonun sözlərinə görə, dünyada müxtəlif gərginliklər fonunda yatırımların Hindistana istiqamətlənməsi müşahidə olunur. Halbuki, yatırımlar əvvəlki illərdə Çinə yönəlirdi. Yatırımçıları Çindən uzaqlaşdıran Tayvan böhranı ilə yanaşı Pekinin koronavirusla mübarizədə sərt qapanmalar əmri olub. Pekin harda virus aşkarlayırdısa, həmin şəhəri həftələrlə qapadırdı. Bu isə həmin şəhərlərdəki müəssisələrin fəaliyyətini iflic edirdi. Nəticədə həmin müəssisələrə yatırım qoyanlar maliyyə itkisi ilə üzləşdilər və gəlirdən məhrum oldular, digər tərəfdən müəssisələr arasında zəncir halqası qırıldı.

Dehli bu vəziyyətdən öz məqsədləri üçün istifadə edib. Hindistan ötən il 83 milyard dollar yatırım cəlb etməyə müvəffəq olub. Bunu hindli milyarder və Asiya qitəsinin ən varlı adamı Qautam Andanı Sinqapurda keçirilən konfransda deyib. Ancaq baş nazir Narendra Modinin siyasətini Qərbdə tənqid edənlər də var. Tənqidçilərin sözlərinə görə, Hindistan hökumətində və idarəetmədə üstünlük hindlilərə verilir, müsəlmanlar və digər etnik qrupların imkanları məhduddur. Bu siyasət sabitliyi pozmaq və iqtisadi artıma mənfi təsir edə bilər. Ona görə də Narendra Modi hökuməti iqtisadi artımın dayanıqlı olmasını təmin etmək istəyirsə, ölkə içində sabitliyə zərər verəcək addımlardan çəkinməlidir.

“Atlas” Araşdırmalar Mərkəzi
 
 
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti