Ardını oxu...
Azlıq yüksək əməkhaqqı alır, əksəriyyət isə orta səviyyəyə də çatmır

2023-cü il başa çatmaq üzrədir və ölkədə növbəti maliyyə dövrü üçün dövlət büdcəsinin hazırlanması tam sürətlə aparılır. Və bunun fonunda ənənəvi olaraq vətəndaşlarımızın pensiya, maaş və sosial müavinətlərin gələcəyi ilə bağlı suallar ön plana çıxır.

Son illər əhali minimum əməkhaqqı və pensiyaya hər ilin əvvəlində yenidən baxılmasına vərdiş edib. Yerli təcrübədə minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin indeksləşdirilməsi adətən “sosial paketlər” adlanır, baxmayaraq ki, nəzəri cəhətdən bu tərif adətən əlavə sosial müavinətlərin verilməsi kimi başa düşülür.

Media və hökumət əhalinin rifahını xeyli yaxşılaşdıran dörd sosial paketdən danışır. Düzdür, bu müavinətləri, sözün əsl mənasında, yeyən son illərin rekord inflyasiyasını unudurlar.

Buna görə də gəlin, “sosial islahatlar paketləri”ni bir kənara qoyub, müntəzəm indeksləşdirməni müzakirə edək. Nəzəri olaraq, minimum əməkhaqqı və minimum pensiya adətən inflyasiyanı nəzərə almaq üçün tənzimlənir. Lakin gələn il Hesablama Palatasının bu yaxınlarda açıqladığı proqnozlara əsasən, minimum əməkhaqqı və pensiyaya yenidən baxılmayacaq və onlar 345 və 280 manat səviyyəsində qalacaq. Pensiya minimumu yalnız ilin əvvəlində pensiya ödənişlərinin əmək haqqı artımı və inflyasiya səviyyəsinə qədər artırılmasının vahid mexanizmi çərçivəsində indeksləşdiriləcək.

Yadında olmayanlar üçün: pensiyamıza yenidən belə baxılır - sığorta ödənişləri, yəni ələ alınan məbləğlər maaş artım tempinə uyğun olaraq, pensiya kapitalı isə qiymət artımına uyğun olaraq artırılır. Amma pensiyaların indeksləşdirilməsi üçün əsas təşkil edən bu göstəricilərin hər ikisi bu il ötən illə müqayisədə xeyli aşağıdır. Məsələn, Mərkəzi Bank inflyasiya proqnozlarını 4,3 faizə, Maliyyə Nazirliyi isə 5,3 faizə endirib. Eyni zamanda, Hesablama Palatası pensiyaların indeksləşdirilməsinin 10,7 faizi ötməyəcəyini gözləyir.

Ali audit orqanının məlumatına görə, orta aylıq əmək pensiyası 2019-cu ilin sonuna 263,59 manat, 2020-ci ilin sonuna 302,24 manat, 2021-ci ildə 331,75 manat, 2022-ci ildə 372,13 manat təşkil edib. 2023-cü ilin sonuna qədər ölkədə orta pensiyanın 435 manata yüksələcəyi gözlənilir. Hesablama Palatası onu da bildirir ki, gələn il orta əməkhaqqı 980 manat təşkil edəcək. Yada salaq ki, ötən il orta əməkhaqqı 839,4 manata çatıb, bu il isə 930 manat məbləğində proqnozlaşdırılır.

“Keçən illə builki orta nominal əməkhaqqı arasındakı fərqi nəzərə alsaq, yeni ildə pensiyalar 10,7-11 faiz arasında artacaq”, - deyə iqtisadçı ekspert Eldəniz Əmirov AYNA-ya bildirib.

Onun sözlərinə görə, gələn il maaşların 5,37 faiz artaraq 980 manata çatacağı gözlənildiyi üçün 2025-ci ildə pensiyalar daha 6 faiz artacaq: “Bu gün 400 manat alan pensiyaçı gələn ilin yanvarından 440 manat alacaq, bir ildən sonra onun pensiyası da eyni sürətlə artaraq 470 manat olacaq. Bütün bu hesablamalar orta əməkhaqqının artım tempinə əsaslanır”.

Bunun fonunda pensiya yaşının aşağı salınması ilə bağlı çox danışılır. Lakin iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, bütün bunlar qeyri-peşəkar səviyyədə müzakirə olunur: “Azərbaycanda əsas problem pensiya yaşı deyil, pensiyaların az olmasıdır. Bir çox sahələrdə çalışanlar, xüsusən də dövlət sektorunda çalışanlar təqaüdə çıxmaq istəmirlər. Yeri gəlmişkən, bu sahədə 900 minə qədər insanımız var”.

“Vətəndaşlarımızın pensiyaya çıxmağa tələsməməsinin səbəbi pensiyaların azlığı ilə bağlıdır. Bu, çox ciddi problemdir və onu həll etmək əvəzinə pensiya yaşı məsələsini birdən-birə gündəmə gətirmək yanlış və məntiqsizdir. Axı biz insanların pensiya yaşını qaldırmazdan və ya endirməzdən əvvəl normal pensiyanın qayğısına qalmalıyıq ki, o, xərclərə və əhalinin real həyat səbətinə uyğun olsun”, - deyə həmsöhbətimiz vurğulayıb.

Onu da qeyd etmək lazımdır ki, orta əməkhaqqı və pensiyanın hesablamaları etibarlı deyil, çünki rəqəm bunun üçün ayrılan bütün vəsaitləri işçilərin və ya pensiyaya çıxan vətəndaşların sayına bölmək yolu ilə əldə edilir. Analitiklərin fikrincə, azlıq nisbətən çox yüksək maaş və pensiya alır, əksəriyyət isə orta səviyyəyə də çatmır.

Müəllif: Emma Rzayeva
 
Ardını oxu...
Bir müddət öncə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli cari ilin 9 ayı ərzində 1031 tenderin nəticəsinin ləğv olunduğunu bildirmişdi.
Səbəb olaraq satınalmalarla bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən edildiyi göstərilmişdi.
Bu, həmin dövrdə imzalanan müqavilələrin 14.2 faizini təşkil edirdi.
Əlbəttə , bunlar ciddi rəqəmlərdi, diqqət cəlb edəndir, güman ki, onların ləğvi Antiinhisara da asan başa gəlməyib.
Amma, düşünürəm ki, reallıqda bu rəqəm daha çoxdur. Güman etmək olar ki, Antiinhisar Dövlət Xidməti bu nəticələri də yalnız daxil olan müraciətlər əsasında ləğv edib.
Müşahidələrimizə əsasən qeyd edə bilərik ki, son dövrlərdə vəziyyət elədir ki, bir çox tender iştirakçıları öncədən separat sövdələşmə apararaq tenderləri qazanırlar. Yəni, ciddi rəqiblərə bildirilir ki, artıq "danışılıb" və onların tenderə qoşulması mənasızdır.
Bəzi dövlət qurumlarının isə uzun illərdi ki, öz şirkətləri, hətta şirkətlərinin "şirkətləri" də formalaşıb.
Layihələrin dəyəri bəzən bir neçə dəfə şişirdilir.
Xüsusilə də, müşahidələr göstərir ki, İKT sektorunda, İT sahəsində satınalmalarla bağlı problemlər daha da çoxalıb, vəziyyət pisliyə doğru dəyişib.
Effektivlik və səmərəlilik hədsiz azalıb.
Ən biabırçı hallar isə texniki şərtlərlə bağlı olur.
Texniki şərtlər bilərəkdən elə tərtib olunur ki, öncədən kimin qalib gələcəyini müəyyən etmək olur.
Ümid edirəm satınalmalarla bağlı yeni qanunun qəbulundan sonra Antiinhisar Dövlət Xidməti dövlət nəzarətini gücləndirəcək, şəffaflığı və ictimai nəzarət imkanlarını genişləndirəcək.
Osman Gunduz
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Milli Məclis siqaret və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılmasına dair sənədi I oxunuşda təsdiqləyib.

AzFakt.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.

Layihədə qeyd edilib ki, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Hazırda isə aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdır.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata çatdırılır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
 

Ardını oxu...
Şimali Makedoniya ilin sonuna qədər qaz saxlanclarını Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstandakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalları ilə birləşdirəcək qaz kəməri layihəsi üzərində işə başlayacaq.

Bu barədə Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski Vyana İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Biz qonşu ölkələrlə, xüsusən də Yunanıstanla birlikdə strateji layihələr üzərində işləyirik və ilin sonuna qədər Şimali Makedoniyaya Trans-Adriatik Boru Kəmərinə, Revituzadakı LNG terminallarına, eləcə də Aleksandrupolisdə tikiləcək yeni terminala qoşulmağa imkan verəcək yeni boru kəməri layihəsinin həyata keçirilməsinə başlayacağıq. Bu, ölkənin enerji müstəqilliyini və enerji təchizatı mənbələrinin şaxələndirilməsini təmin edəcək”, - D.Kovaçevski deyib.

Qeyd edək ki, 2022-ci ildə Aleksandrupolis şəhərində üzən maye qaz terminalının tikintisinə başlanılıb. Yeni terminal 2023-cü ilin sonuna kimi fəaliyyətə başlamalıdır, onun gücü ildə 5,5 milyard kubmetr təbii qaz olacaq. Revituza adasındakı mövcud terminal Afinanın qərbində yerləşir.

Xatırladaq ki, 31 dekabr 2020-ci il tarixində Azərbaycan Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya məqsədli qazın tədarükünə başlayıb. 25 il müddətinə nəzərdə tutulan tədarüklər Avropa bazarına illik 10 milyard kubmetrdən çox ixracı təmin edir ki, bunun da 8 mlrd. kubmetri İtaliyanın payına düşür. Yunanıstan və Bolqarıstan isə hərəyə 1 milyard kubmetr paya malikdirlər.
TASS
 
 
 
Ardını oxu...
"Əgər hər addımda adi mal və xidmətlərin qiymətlərinə dövlətin müdaxilə etməsinə ehtiyac yaranırsa, deməli “bazarın görünməyən əli”ndə problem var.

Mərkəzi Bankın plastik kartdan vəsaitin nağdlaşdırılması zamanı haqqların aşağı salındığını bildirməsilə, kommersiya banklarından SMS xəbərdarlıq tarifinin 250 faiz artım xəbəri gəldi.

Maraqlıdır, SMS benzin istəmir, su istəmir, elektrik istəmir, rabitə tarifləri də stabildir.

Sual yaranır, bəs niyə qalxdı? Bəlkə kartlardan nağdlaşdırılmə haqqları aşağı salınma səbəbindən əldən çıxacaq gəliri digər yolla kompensasiya etmək üçün?"

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O, "Mərkəzi Bank buna da müdaxilə edə bilərmi?" sualına belə cavab verib:"


“Yox” cavabı doğru olmaz. Amma bilməliyiki ki, istehlak səbətinə daxil olan 528 adda mal və xidmətin qiymətinə hansı istiqamətdə dövlət müdaxiləsinə ehtiyac artırsa, o istiqamətdə biz bazar iqtisadiyyatının ana prinsiplərindən uzaqlaşırıq".
 
Ardını oxu...
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gununsesi.info bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən prosesdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyev ifadə verib. O, ifadəsində “Azərbaycan Beynəlxalq Bankı”ndan adına 3 dəfə kredit götürüldüyünü deyib:

“Cahangir Hacıyevin sürücüsü olmuşam. Mənə zəng elədi ki, sənədləri götürüb banka getməliyəm. Mən də getdim, 3 dəfə kredit kartı verdilər. İçində olan məbləğdən xəbərim olmayıb. 2017-ci ildə işdən çıxmışam”.

Hazırda həbsdə olan Cahangir Hacıyevin şahid qismində dindiriləcəyi gözlənilsə də o, məhkəmədə iştirak etməyib.

Qeyd edək ki, Gununsesi.info Hacıyevin məhkəməyə qatılması üçün 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüldüyünü yazıb.

Ancaq məhkəmədə məlum olub ki, Hacıyev istintaqa ifadəsini təsdiqləyib.
Onun prosesdə ifadəsi elan olunub.

Cahangir Hacıyev ifadəsində bildirib ki, bankdan götürülmüş milyonlarla manatlıq kreditlərin indiyədək ödənilməməsinə görə “Aqrarkredit” QSC məsuliyyət daşıyır.
Noyabrın 13-də məhkəmədə dindirilən şahidlər bildirib ki, onlar gedib Beynəlxalq Bankın müxtəlif filiallarında böyük məbləğdə kredit götürmələri haqda sənədlərə imza atıblar. Ancaq onlara pul verilməyib.
Məsələn, C.Hacıyevin sürücüsü işləmiş Aydın Mehdiyev deyir ki, Beynəlxalq Bankın rəhbərinin tapşırığıyla gedib kredit sənədlərini imzalayıb. Onun sözlərinə görə, adına kredit ayrılsa da, pulu bankdan almayıb:
“Bildiyimə görə, o kredit Əhmədlidəki tikinti işlərinə sərf olunacaqdı…”
Keçmiş deputat D.Xəlilovun rəhbərlik etdiyi tekstil fabrikində – “İntertekstil”də fəhlə işləmiş Abuzər Əliyev də bildirib ki, adına 500 min manat kredit rəsmiləşdirilib. Amma özünün bundan xəbəri olmayıb. 2015-ci ildə sağlamlığında problem olan uşağını Gürcüstana müalicəyə aparanda sərhəddə saxlanılıb. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar:
“İdarədə bilmişəm ki, adıma 500 min kredit götürülüb, amma ödənilməyib. 2010-cu ildə bir həftəydi işə girmişdim. Dedilər ki, şəxsiyyət vəsiqəni də götür, gedib bankda sənədlərə qol çəkəcəksən. Getdim, heç bilmədim ki, kredit məsələsinə qol çəkmişəm…”
Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyev ifadəsində təsdiqləyib ki, müxtəlif adamların adına iri məbləğdə kreditlər rəsmiləşdirilib. Onun sözlərinə görə, ayrılan kreditlər mənimsənilməyib, ayrı-ayrı layihələrə, müəssisələrin açılışına sərf olunub.
“Həmin müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində kreditlər ödənilməliydi. Lakin 2015-ci ildə prezidentin fərmanıyla o müəssisələr “Aqrarkredit”in balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”, – C.Hacıyevin sözləridir.
D.Xəlilov və A.Cavadov başqalarının adına kredit kimi götürülmüş 6 milyon 600 min manatı mənimsəməkdə ittiham olunur. Onların məhkəməsində Beynəlxalq Bank da zərərçəkmiş qismində tanınıb. Amma bankın nümayəndəsi 6.6 milyon manatlıq ziyanla razı deyil. O, iddia edir ki, dəymiş ziyanın məbləği 17 milyon 765 min manat olmalıdır:
“Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu cinayət işi üzrə istintaq dövründə Beynəlxalq Bankın zərərçəkmiş qismində tanınanması haqda qərarda da dəymiş ziyan 17 milyon 765 min göstərilib. Biz 6 milyon 600 min manatı qəbul eləmirik”.
“Aqrarkredit” QSC-nin nümayəndəsi də bu məhkəmədə mülki iddiaçı qismində iştirak edir. 2015-ci ildə Beynəlxalq Bankın problemli kreditlərinin həll olunmasından ötrü prezident fərmanıyla yaradılmış “Aqrarkredit”in nümayəndəsi deyir ki, onlar Beynəlxalq Bankın açıq qalmış kreditlərini ödəyiblər:
“Biz “Aqrarkredit” olaraq, bankın kreditlərini bağlamışıq. Bu səbəbdən həmin kreditlər bizə ödənilməlidir. Biz də 6.6 milyon manat ziyan məsələsilə razı deyilik. Hesab edirik ki, məbləğ 17 milyon 765 min olmalıdır”.
Prokuror isə bildirib ki, ziyanın məbləği artırılanda ittiham da ağırlaşır. Məhkəmə özbaşına ittihamı ağırlaşdıra bilməz. Çünki məhkəmə işə verilən ittiham çərçivəsində baxır:
“İttihamın ağırlaşdırılması üçün vəsatət verilməlidir ki, iş istintaqa qaytarılsın…”
Xatırladaq ki, Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib.
Son 8 ildə D.Xəlilov üçüncü, A.Cavadovsa ikinci dəfədir ki, Beynəlxalq Bank işi üzrə mühakimə olunur. Onların hər ikisi bundan öncə bir dəfə C.Hacıyevlə birlikdə mühakimə olunub.
C.Hacıyev də 2015-ci ildən bu yana iki dəfə hakim önünə çıxarılıb. İlk mühakimədə (2016-cı ildə) ona 15 il, A.Cavadova 10 il 6 ay həbs cəzası kəsilmişdi. İkinci dəfə (2019-cu ildə) onun cəzası 16 il 3 ayadək artırıldı. Həmin vaxt D.Xəlilov haqqında isə 14 il 6 aylıq hökm çıxarılmışdı.
Adları çəkilənlərin heç biri özünü təqsirli saymır. Hər üçü bildirir ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.
 
Ardını oxu...
Banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2.5 dəfə artırmaq qərarı veriblər. Belə ki, əvvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Vətəndaşa bankdan hansı halda SMS gəlir?
Vətəndaş həmin bankın müştərisi olanda. Həmin bankda maliyyə əməliyyatları, hesabları olanda, nağdlaşdırma, vəsait köçürmə və sair hallarda. Eyni zamanda bankın reklamları olanda müştərilərinə SMS göndərir. Niyə bu xidmət ümüumiyyətlə ödənişli olmalıdır? Axı vətəndaşın pensiya kartından, əmək haqqı kartına, depozit və ya sabit plastik kart hesabına qədər pulu o bankda olur. Həmin bank dövlət sifarişi ilə müvəkkil bank seçilir və buna görə 4 faizlik dövlətdən pul alır.
Eyni zamanda bankda pulu olan vətəndaş da banka hər dəqiqə üçün pul qazandırır Niyə bank SMS-i pulsuz etmək əvəzinə əksinə bahalaşdırır?
Təsəvvür edin ki, bir vətəndaş gün ərzində hər dəfə 10 manatdan 4 dəfə vəsait nağdlaşdırır. Bunun üçün bank müştərisinə hər dəfə SMS yollayır və ümumilikdə 4 manat vətəndaşın hesabından silinir.
Düzdür bu xidmətə qoşulmaq könüllüdür. Amma milyonlarla insan (pensiyaçı, əlil, sosial yardım alanlar, əmək haqqı alanlar) artıq bu xidmətə qoşulub və xidmət gələn aydan avtomatik olaraq yenilənəcək, daha doğrusu bahalaşacaq.
Bank sistemində başqa bir oxşar absurd da var. Məsəllən vətəndaş banka müraciət edir və kredit götürmək istəyir.
Bank kifayət qədər yüksək faizi olan kredit təklif edir. Amma kredit sənədləşməsi zamanı bank əlavə olaraq "komissiya haqqı" da alır, kredit istəyən vətəndaşdan. Əsaslandırma da belədir ki, kredit üçün müraciət edən vətəndaşla bağlı məlumatların toplanmasına işçilərimiz zaman və əmək sərf edir. Sual olunur, həmin o işçilərin başqa işi bankda divarları rəngləməkdirmi?
O işçilərə gördükləri işə uyğun əmək haqqı almırlarmı?
Mövzudan kənar olsa da mobil operatorlarla bağlı da eyni vəziyyətdir. Mobil operatorun "müştəri xidmətləri"nə telefon edib aqrar sektordan, neft sənayesindən yox elə mobil nömrəsi ilə bağlı məlumat almaq istəyən vətəndaşın hesabından da pul çıxılır.
Bütü bunların sözün həqiqi mənasında dünyada analoqu yoxdur.
Razi Abasbəyli
QEYD: Bu gün Azərbaycan bankları müştərilərə dünya praktikasında qəbul olunmuş qaydalar çərçivəsində (dost gözü ilə) deyil, sadəcə əllərinə keçşmiş bir yollunması vacib olan qaz kimi baxırlar. Sadə bir misal, reklamlarda hamımız bankların 10.9-dan başlayan və ya bir az yuxarı faizlərlə kredit verdiklərini bəyan etsələrdə, siz elə faizlə kreditləri heç bir bankdan götürə bilməzsiniz!!
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu
 

Ardını oxu...
Gənclər və İdman Nazirliyi “Gənclər və İdman Nazirliyinin bəzi tabeli qurumları üçün avadanlıqların (havalandırma, soyutma, isitmə, nəmalma) satın alınması” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi “Klimatex” MMC olub.

Şirkətlə 4 741 216 manat məbləğində müqavilə imzalanıb.

Bu müqaviləyə əsasən 20 ədəd kondisioner qurğusu (Rooftop - Heat pump), 12 ədəd kondisioner qurğusu (Rooftop - Təbii qaz odluqla), 4 ədəd kondisioner qurğusu (Rooftop - Sulu isitmə ilə), 6 ədəd hovuz nəmalma qurğusu, 10 ədəd hava sorucu qurğu, 53 ədəd divar tipli yoğuşmalı su qızdırıcı qazan, 4 ədəd yer tipli su qızdırıcı qazan və 10 ədəd odluq (Oransal) satın alınacaq.

Mənbə: DİA.AZ (Ərsoyun Bloqu)
 
Ardını oxu...
Böyük istehsalçılar tərəfindən almaz və brilyant qiymətlərini bərpa etmək üçün qeyri-adi sürətli həllər tapılıb.

Cebhe.info xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Qeyd olunur ki, bu ilin əvvəlindən almaz və digər daşların qiyməti 25-30 faiz ucuzlaşıb. Bu baxımdan qiymətlərin kəskin ucuzlaşması fonunda almaz şirkətlərinin nümayəndələri xüsusi tədbirlər görürlər.

Beləliklə, əvvəllər diqqətlə seçilmiş alıcılarla satışı ciddi şəkildə tənzimləyən brilyant korporasiyası “De Beers” çeviklik nümayiş etdirməyə başlayıb. Şirkət müqavilə şərtlərinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Rusiyanın ALROSA almaz hasilatı şirkətləri qrupu iki ay ərzində daş satışını dayandırıb.
 
Ardını oxu...
Son bir neçə həftədə bölgələrdə quzu ətində ucuzlaşma olduğu deyilir.

Xezerxeber.az-ın məlumatına görə, bunu paytaxtda qəssabxana işlədən şəxslər də təsdiqləyiblər.

Ancaq hələlik ucuzlaşma Bakıda satılan ətə təsir etməyib. Yəni, indi də quzu əti 18 manata satılır.

Quzu ilə yanaşı, dana ətinin də qiyməti hələlik dəyişməyib. Bununla belə, bəzi qəssabxanalarda 15 manata satılan dana ətini bəziləri 14 manata təklif edir.
Satıcılar bildiriblər ki, əgər bölgələrdə quzu və dana əti uzunmüddətli ucuzlaşarsa, bu, mütləq paytaxtda satılan ətin qiymətinə də öz təsirini göstərəcək.

Ətraflı süjetdə:

 
 
 

Dünyapress TV

Xəbər lenti