KİVDF getdi, MEDİA gəldi:
Ümidlər vardı ki, Əhməd İsmayılov cəmiyyətdə “xeyirxahlıq”, “mərhəmət” kimi məfhumlarla assosiasiya olunan Heydər Əliyev Fondunda çalışdığı dönəmdə “korrektə” olunub
Həqiqətin tərəfdarları azdır. Çoxları həqiqəti yalnız kənardan tərifləyir. Digərləri təhlükə olmadıqda onun ardınca gedirlər, amma sonra ondan açıq-aşkar üz döndərirlər. Təmtəraqlı söhbətlərdə yüksək vəzifəli şəxslərin maraqlarına toxunmamaqdan ötrü hiyləgərlər həqiqətdən imtina edirlər.
Bu gün Azərbaycan jurnalistikası əsl həqiqətdən kənar salınıb. Yalnız böyük yalanlara xidmət edən kiçik həqiqətləri bəzəkli-düzəkli formada, əhəmiyyətini şişirdib təqdim etməklə məşğul olan mətbuatın fəaliyyəti stimullaşdırılır.
Kütləvi informasiya vasitələri oxucunu cəmiyyətdə cərəyan edən tendensiyaları başa düşməkdən azdırmağa, onun diqqətini xırda məsələlərə fokuslamağa çalışırlar.
KİVDF getdi, MEDİA gəldi, Vüqar Səfərli getdi, Əhməd İsmayılov gəldi. Sual olunur: Nə dəyişdi? Yenə də dövlətdən maliyyələşən müsabiqələrə, layihələrə əvvəlki qəzet və saytlar, onların əməkdaşları buraxılır, vaxtilə Əli Həsənovun “qoltuğunun altını iyləyən” baş redaktorlar indi də dövlət yardımını “pay-püşk” etməkdədirlər. Əvvəl yalnız qəzetlərinə pul verilirdi, indi qəzetlərinin saytlarına da verilir.
Əslində Vüqar Səfərlini təkcə jurnalistlər üçün tikilmiş binanın keyfiyyətindən oğurladığına görə mühakimə etmək az idi. Onu və digər işbaz ortaqlarını dövlətin jurnalistlərə verdiyi mənzillərin ədalətsiz bölgüsünə görə də ittiham etmək lazım idi, redaksiyaların icra etdikləri layihələrin smetasındakı yeyintilərə görə də təqsirləndirmək gərək idi. İndi o mənzillərə yiyələnənlərin heç biri çıxıb demir ki, əgər bizim yaşadığımız binanın keyfiyyəti oğurlanıbsa, seysmik həssas zonada yerləşən bu binanın möhkəmləndirilməsinə ehtiyac var. Demirlər, çünki dilləri gödəkdir. Bəs görəsən, Əhməd İsmayılov bu problemi niyə dilə gətirmir? Onundamı dili gödəkdir?
Ümumiyyətlə, informasiya siyasətində məzmun və mahiyyətin deyil, yalnız formanın dəyişdiyinə dəlalət edən çox misallar göstərmək olar. Məsələn, Media Reyestrini “ağ siyahı” adlandırmaq olar. Əvvəllər təkcə “reket” qəzet və saytların deyil, korrupsioner məmurları sərt tənqid edən müstəqil KİV-in də Mətbuat Şurasının “qara siyahısına” salınmaq problemi vardı. İndi isə “ağ siyahıya” düşə bilməmək problemləri var.
Bildiyimiz kimi, bir müddət öncə KİVDF tərəfindən çap mediasına göstərilən ikili standart bir çox qəzetlərin bağlanması, bunun nəticəsi olaraq da çoxlu sayda KİV nümayəndəsinin işsiz qalması ilə nəticələndi. Eyni ayrı-seçkilik indi də davam etməkdədir.
Ə.İsmayılov deyir ki, bu gün media subyektlərinin əsas vəzifəsi kütləvi informasiyanı toplamaq, ötürmək və bundan gəlir əldə etməkdir, media qurumları informasiyanın satışından və reklamdan gəlir əldə edir. Elə isə sual olunur: Əgər onsuz da kasad olan reklam bazarı monopoliyadadırsa, ədalətli paylaşılmırsa, jurnalistin satıb gəlir əldə edə biləcəyi informasiyanın çevrəsi məhdudlaşdırılırsa, Agentlik yalnız “müəyyən” layihələrə dəstək göstərməklə onların iqtisadi müstəqillik qazanmasına necə kömək edə bilər? Əgər vətəndaş baş vermiş hadisəni, üzləşdiyi haqsızlığı heç bir rəsmi KİV-ə ötürmədən onu sosial mediada paylaşırsa, demək, həqiqətin təhrif ediləcəyindən ehtiyatlanır, etibar etmir.
Adam təkliflər bankı yaratmaq istəyir. Deyir təcrübəli media işçilərindən fikirlər gözləyirik. Görəsən, Əhməd bəy fikir, təşəbbüs irəli sürmək səlahiyyətində olan təcrübəli jurnalistlər deyəndə kimləri nəzərdə tutur – Vaxtilə Əli Həsənovla, Vüqar Səfərli ilə iş çevirərək korrupsiya təcrübəsi toplayanlarımı, katibələrinə, qohum-əqrəbalarına mənzil alanlarımı?
Adam MEDİA-nın aktivinə yazılan işlər sırasında dəstək verilən qəzetlərin ənənəvi A3 formatından A2 formatına keçməsini, rəngli çap olunmasını müasirləşmə kimi qələmə verir, bu kimi “nailiyyətlərlə” Dunya Miyatoviç kimi Azərbaycanın informasiya siyasətini, yeni “Media haqqında” qanunun mürtəceliyini tənqid edən xarici ekspertlərin qarşısına çıxmaq istəyir. Sanki bu kosmetik dəyişikliklərlə Azərbaycan mediasının bütün problemləri düzəlirmiş!..
Sentyabrın 2-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti Məhəmməd Qulam Məhəmməd Bob ilə görüşüb. Bildirilir ki, görüş zamanı Əhməd İsmayılov qonağa Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Maraqlıdır, görəsən Ə.İsmayılov vaxtilə dünyada bir nömrəli terrorçu elan olunmuş, ABŞ kəşfiyyatının axtardığı Ben Ladendən müsahibə alaraq dərc etmiş “Əl Cəzirə”ni, onun baş müxbirini nə ilə təəccübləndirə bilər? Ölkədə vüsət alan intiharlardan, sosial ədalətsizliklərdən, məmur özbaşınalığından yazmağa belə cəsarəti çatmayan gözükölgəli “aparıcı” jurnalistlərləmi? Öz halal qazancı ilə mənzil almağa belə gücünün yetmədiyi ən yüksək tribunadan ölkə başçısı tərəfindən etiraf olunan yalavac jurnalistlərin rifahıylamı?
Biz Əhməd İsmayılovu Azərbaycan jurnalistikasının problemlərinin səbəbkarı olan monstr kimi təqdim etmək fikrindən uzağıq. Onsuz da Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinə rəhbər vəzifəyə təyin olunan kimi onun heç də Vüqar Səfərlidən yaxşı olmayacağı barədə fikirlər səslənmişdi. Daha əvvəl işlədiyi Dəniz Agentliyində heç də yaxşı reputasiya qazanmadığı da xatırladılmışdı (Hərçənd, ümidlər vardı ki, sonradan işlədiyi, cəmiyyətdə “xeyirxahlıq”, “mərhəmət” kimi məfhumlarla assosiasiya olunan Heydər Əliyev Fondunda çalışdığı dönəmdə özünü korrektə eləyib). Sözügedən sahəni inkişafdan saxlayan əsas səbəb ölkədə yürüdülən informasiya siyasətinin nöqsanlarıdır.

Şirin Cəfəri //gundemxeber.az//
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Keçmişimizi unudmamalıyıq...
16 İyun 2025 Dəliliyə qalib gələn dahi: “oyun kralı”nın acı aqibəti
16 İyun 2025 Gəncədə orta yaşlı kişi odlu silahla qətlə yetirilib
16 İyun 2025 Qəbələdə DƏHŞƏTLİ QƏTL
16 İyun 2025 Sibir meşələrində 42 il insan üzü görmədən yaşadılar
16 İyun 2025 Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət
15 İyun 2025 Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
15 İyun 2025 İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
14 İyun 2025 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
14 İyun 2025 Bu gün məzun olan şəhid övladları - SİYAHI
14 İyun 2025 Bu gün məktəblərdə “Son zəng” çalınacaq
14 İyun 2025 Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
14 İyun 2025 Jurnalist Əhməd Vəliyevin bankından narazıdır: Bunu sələmçilər belə etmirlər
14 İyun 2025 Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
14 İyun 2025 Bakının mərkəzində yol çökdü — FOTO
14 İyun 2025 Əlikram Bayramovun bir aydan çoxdur axtarılan qardaşı oğlu tapılıb
14 İyun 2025 Müharibələr nəticəsində məcburi köçkünlərin sayı rekord həddə çatıb
13 İyun 2025 DİQQƏT: yeni cəzalar gəlir!
13 İyun 2025 Bank kartlarından talamanın qarşısını alacaq qanun təsdiqləndi – PUL OĞRULARINI BELƏ TUTACAQLAR
13 İyun 2025 "Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti