Dehli BRİKS sammitində iştirakımıza necə MANE OLDU? - Hindistandan Azərbaycana ZƏRBƏ
Hindistan Azərbaycanın qarşıdan gələn BRİKS sammitində qonaq qismində iştirakına mane olub.

TEREF KONKRET.az-a istinadla xəbər verir ki, Hindistan Azərbaycanın qarşıdan gələn BRİKS sammitində qonaq qismində iştirakını əngəlləyib.

Belə ki, bu il Bakı Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu BRİKS sammitində qonaq qismində dəvət alıb. Moskva, Pekin, Pretoriya, Braziliya buna müsbət reaksiya verib, lakin Nyu-Dehli buna qarşı çıxıb.

Diplomatik mənbələrin məlumatına görə, diplomatik dairələrdə Hindistan son vaxtlar Azərbaycana qarşı bir sıra təxribat xarakterli hərəkətlər həyata keçirib.

Məlum olduğu ki, Hindistan Qoşulmama Hərəkatının yaradıcılarından biridir. Azərbaycan Qoşulmama Hərəkatının sədri (2019-2023) olmaqla 120 üzv ölkə arasında hörmət və böyük nüfuz qazanaraq bu strukturun institusional inkişafına böyük töhfə verib. Lakin Qoşulmama Hərəkatında az qala yeganə dövlət kimi Azərbaycanın kürəyindən gizlicə zərbə vurmağa başlayan Hindistan olub.

Bakının BRİKS sammitinə iştirakına Hindistan mane olub. Digər ölkələr buna müsbət reaksiya versə də, Nyu-Dehli gözlənilmədən buna qarşı çıxıb.

Hindistanın düşməncəsinə davranışının başqa bir nümunəsi isə, Qoşulmama Hərəkatı Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı olub. Qoşulmama Hərəkatı səfirliyə hücumla bağlı həmrəylik bəyannaməsi hazırlayırdı. Lakin Hindistan və onun əlaltısı Butan bu bəyannamənin qəbuluna mane olub.

İyulun 25-29-da Şuşada keçirilən Gənclər Zirvəsi çərçivəsində gəncləri birləşdirən Gənclər Təşkilatı yaradılıb. Zirvə toplantısında iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən təşkilatın yaradılması alqışlanıb və dəstəklənib. Lakin Hindistan yenə buna qarşı çıxıb və yekun sənədin imzalanmasına mane olmağa çalışıb.

44 günlük müharibədən əvvəl də və elə həmin günlərdə də Hindistanın Ermənistanı necə silahlandırdığını da yaxşı xatırlayırıq. 2020-ci ildə Hindistan 40 milyon dollar dəyərində yerli istehsal olan dörd Swathi radarını öz dəyərinə satmaqla Ermənistanla müdafiə müqaviləsi bağlayıb.

Hindistanın Azərbaycana qarşı bu cür təxribatçı, dağıdıcı davranışında heç bir məntiq yoxdur. Bakının Hindistanda, ümumiyyətlə, o regionda xüsusi maraqları yoxdur.

Hindistan Azərbaycan üçün dördüncü ixracatçı ölkədir. Bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Vinay Kumar deyib.

Qardaş Pakistanla sıx əməkdaşlığa baxmayaraq, Azərbaycan həmişə Hindistanla dialoqa meylli olub.

Bakı ilə İslamabad arasında müttəfiqlik münasibətləri Nyu-Dehlini gərginləşdirməməlidir, çünki onlar üçüncü tərəfə qarşı yönəlməyib.

Bununla belə, Hindistanın xarici siyasətində Bakıya mənfi münasibət açıq şəkildə üstünlük təşkil edir. Ermənistanı dəstəkləməklə Hindistan, açıq-aydın, Azərbaycan və Türkiyə ilə yanlış qarşıdurma kursu seçib.

Hindistanın Xəzər və Qara dənizdə xüsusi maraqları varsa, o zaman məğlub Ermənistanla deyil, yalnız Bakı və Ankara ilə sıx əməkdaşlıq etməklə təmin oluna bilər.

Hindistan Azərbaycanla ciddi şəkildə pozulmuş münasibətləri nə qədər tez normallaşdıra bilsə, bu, önun özü üçün yaxşı hal olar, Bakıya fərq etməz.
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
15 İyun 2025 Britaniya Yaxın Şərqdəki bazalarına əlavə döyüş təyyarələri yerləşdirəcək
15 İyun 2025 İsrail Təhlükəsizlik Kabineti fövqəladə iclas üçün yeraltı bunkerdə toplaşdı - İRAN HÜCUMA KEÇDİ
15 İyun 2025  Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
15 İyun 2025 İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
15 İyun 2025 Netanyahu: Tezliklə Tehran səmasında İsrail təyyarələrini görəcəksiniz, hər bir hədəfi vuracağıq
15 İyun 2025 İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
14 İyun 2025 İsrail-İran qarşıdurmasına Bakını "çəkmək" istəyirlər: feyk xəbərləri kim və niyə yayır?
14 İyun 2025 ABŞ senatoru Sanderz: “Biz Netanyahuya görə daha bir müharibəyə cəlb oluna bilmərik”
14 İyun 2025 Netanyahu iranlılara müraciət etdi: Ayağa qalxın!
14 İyun 2025 İsrailin ordu rəhbərliyinin brifinqi yarımçıq dayandırıldı
14 İyun 2025 İran rejimi parçalanıb, çökəcək – Pəhləvi çağırış etdi
14 İyun 2025 İran əhalisi ölkəni tərk edir - Video
14 İyun 2025 Ermənistanın keçmiş baş naziri saxlanıldı
13 İyun 2025 Netanyahunun təyyarəsi Yunanıstana qaçırıldı! - FOTO
13 İyun 2025 Pezeşkiandan TƏCİLİ AÇIQLAMA - “İsrail öz axmaq əməllərindən peşman olacaq!”
13 İyun 2025 Ərdoğandan İran-İsrail münaqişəsi ilə bağlı SON DƏQİQƏ açıqlaması
13 İyun 2025 Rusiya ən qiymətli təyyarəsini Ukraynadan uzaqlaşdırır: Nə baş verib
13 İyun 2025 ABŞ İsrailin İrana hücumlarında iştirakını təkzib etdi
13 İyun 2025 İsrailə ŞOK ittiham: Səudiyyə Ərəbistanı və Omandan sərt bəyanat

Dünyapress TV

Xəbər lenti