Bayroyt Universitetinin (Almaniya) tədqiqatçıları CRISPR gendəyişmə sistemini ilk dəfə hörümçəklər üzərində sınaqdan keçiriblər.
Oxu.Az knife.media-ya istinadən xəbər verir ki, təcrübə uğurlu olub.
Məlumata görə, genləri dəyişdirilmiş hörümçəklər artıq parlaq qırmızı tor hörə bilirlər.
Qeyd edək ki, "CRISPR-Cas9" insan genomunu öyrənməyə və nadir xəstəlikləri effektiv müalicə etməyə imkan verən innovativ gendəyişmə sistemidir. Onun köməyi ilə bitki və heyvanların genomunu dəyişmək mümkündür.