Ardını oxu...
İsveçin Çalmers Texnologiya Universitetinin alimləri amputantlara protezin bütün barmaqlarını idarə etməyə imkan verən yeni bionik implant yaradıblar.

Teref.Az report-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Science Translational Medicine" jurnalında dərc olunub.

İtirilmiş əzanı əvəz etmək üçün protezlərə nəzarət çox vaxt çətindir. Xəstələr öz istəkləri ilə əzələləri daralda bildikləri üçün, başqa bir seçim də bionik qolları idarə etmək üçün digər əzələlərdən istifadə etməkdir. Amma qol dirsəkdən yuxarı amputasiya olunsa, daha çətindir. Bundan əlavə, protezlərin bərkidilməsi qalan əzanın sıxılmasına səbəb ola bilər ki, bu da diskomfort və mexaniki qeyri-sabitliklə müşayiət olunur.

Yeni araşdırmada tədqiqatçılar protez taxmaq üçün titan implantından istifadə ediblər. Saxlanılan sinirləri xüsusi sensorlarla birləşdiriblər. Əməliyyat olunan xəstə yeni bionik əlin hər barmağını özününkü kimi idarə edə bilib.

Əməliyyatı İsveçin Salqrensk Universiteti Xəstəxanasında daha əvvəl Skandinaviyada ilk əl transplantasiyası əməliyyatına rəhbərlik edən doktor Paolo Sassu həyata keçirib. Tədqiqatda ABŞ, İsveç, Avstraliya, İtaliyadan olan həkimlər və alimlər iştirak ediblər.
 
Ardını oxu...
AİF prezidenti: “Bütün ölkə üzrə internetlə bağlı problemlər öz həllini tapmalıdır, buna çox az vaxt qalıb, kifayət qədər iş var”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) internet xidmətlərinə görə təbii inhisar subyektlərinə qarşı maliyyə sanksiyaları tətbiq edib. Qurum “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” (Baktelecom) şirkətlərini cərimələyib, şirkətlərdən öz daxili sifarişləri ilə müəyyən edilmiş xidmət tariflərinin qanunvericiliyə uyğun gətirilməsini tələb edib. Söhbət “Telekommunikasiya haqqında”, “Tənzimlənən qiymətlər haqqında” qanunlardan və Tarif Şurasının qərarlarından gedir.

Bu dövlət şirkətlərinə qarşı antiinhisar qanunvericiliyini pozma maddəsi ilə iş ötən ilin dekabrında özəl internet provayderlərinin şikayəti əsasında başlanıb. AİBNDX maliyyə sanksiyalarının məbləğini açıqlamasa da, bu qərardan sonra hər iki şirkət məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz AYNA-ya şərhində deyb ki, təbii inhisarlar bu işdə səhvdir və uğrunda mübarizə aparacaqları heç nə yoxdur: “Çünki vəziyyət zahirdən görünür. Hər iki dövlət operatoru ötən il dövlət kabel-kanal infrastrukturundan və şəbəkə resurslarından istifadə tariflərini qaldıranda bu barədə düşünməli idilər. Özəl provayderlər adi şəbəkə mərkəzləri və icarəyə götürülmüş rabitə kanalları üçün əsassız yüksək qiymətlər ödəməli oldular. Təbii ki, bu, uzun müddət davam edə bilməzdi və münaqişə yaranırdı”.

Ekspertin fikrincə, son illər bu sahədə vəziyyət yaxşılaşıb və bu, yerli telekommunikasiya bazarında özəl provayderlərin sayının artmasına səbəb olub: “Məsələn, indi onların 200-dən çoxu var, lakin bu, son hədd deyil və özəl biznes getdikcə artan və perspektivli sahəni seçir. Görünür, belə mənzərəni görən dövlət şirkətləri qərara gəliblər ki, tarifləri qaldırmaqla öz maliyyə problemlərini həll edə bilərlər. Amma bu yanaşma təbii inhisar üçün qəbuledilməzdir”.

“Ona görə də ümumilikdə hesab edirəm ki, müvafiq nazirlik dövlət operatorlarının özbaşınalığına son qoymalı və onları infrastrukturla yanaşı, özəlləşdirməyə hazırlamalıdır. Düşünürəm ki, biz indi bu iki inhisarın birləşməsinə, onların sağlamlaşmasına və satışına diqqət yetirməliyik. Əks halda vəziyyət daha da pisləşəcək”, - deyə Gündüz söyləyib.

“Məsələn, “Aztelekom” bu yaxınlarda magistral provayder statusunu alıb və bu, bazarda vəziyyəti daha da çətinləşdirəcək. Dövlət qurumunun magistral xətt və pərakəndə ticarət hüququ alması yerli bazarın inkişafına ciddi ziyan vura bilər. Dövlət operatorları “Aztelekom” və “Baktelekom” bir-birini təkzib edən müxtəlif açıqlamalar verə, bu gün bir, sabah başqa tarif təyin edə, izahat vermədən istehlakçılar üçün müəyyən variantları ləğv edə bilməz. Bunun əvəzinə, onlar antiinhisar qurumu ilə mübarizə aparmaqdansa GPON infrastrukturunu genişləndirmək, həmin sahəni genişləndirmək üzərində işləsələr daha yaxşı olar. Axı gələn il bütün ölkə üzrə internetlə bağlı problemlər öz həllini tapmalıdır, buna çox az vaxt qalıb, kifayət qədər iş var”, - deyə həmsöhbətimiz vurğulayıb.

Bütün bu hekayə, təbii ki, normal biznes mühitinə, sağlam rəqabətə və sənayedə dövlət-özəl tərəfdaşlıq formatına xeyir gətirmir. Ona görə də AİF rəhbərinin fikrincə, nazirlik dövlət operatorlarının özəlləşdirilməsi və bu prosesin başlama vaxtı ilə bağlı açıqlama verməlidir.

"Cable.co.uk" analitik saytının məlumatına görə, Azərbaycan genişzolaqlı internetə çıxış üçün aylıq abunə haqqının nisbətən münasib olduğu dünyanın ilk 25 ölkəsi sırasındadır. Belə ki, Azərbaycanda genişzolaqlı internetin orta aylıq dəyəri 15 dollar təşkil edir ki, bu da MDB ölkələri arasında məqbul qiymət hesab olunur. Eyni zamanda, Rusiyada bu xidmətin qiyməti 8,07 dollar, Türkmənistanda isə 46,28 dollardır.

Ən ucuz genişzolaqlı internetə malik ilk 3 ölkə siyahısına Suriya - 2,15 dollar, Sudan - 4,8 dollar və Belarus - 7,39 dollar daxildir.

Eyni zamanda, hesabata görə, Burundidə ən bahalı internet 429,95 dollar, Syerra-Leonedə 316,69 dollar, Bruneydə isə 258,42 dollardır.

Müəllif: Emma Rzayeva
 
Ardını oxu...
Sosial şəbəkələrdə NATO-nun Vilnüs sammiti təşkilatçılarının məxfi məlumatlarına, o cümlədən sammit iştirakçılarının təhlükəsizliyinə görə məsuliyyət daşıyan şəxslərin adları və nümayəndə heyətlərinin hərəkət marşrutları barədə məlumatlar yayılıb.

APA yerli KİV-ə istinadla xəbər verir ki, Litvanın hüquq-mühafizə orqanları NATO sammiti ilə bağlı məxfi məlumatları ələ keçirməsi faktını araşdırır.
 
Ardını oxu...
Yəni, Qazaxıstan vətəndaşının eGov mobil tətbiqində olan aşağıdakı məlumatları tam olaraq "rəqəmsal sənəd" statusuna malikdir :
1. Şəxsiyyət vəsiqəsi
2. Pasport
3. Etibarnamələr
4. Sürücülük vəsiqəsi
5. Ali məktəb diplomu
6. Kollec diplomu
7. Müvəqqəti yaşamaq üçün icazə
8. Doğum haqqında şəhadətnamə
9. Nigah sənədi
10. Sığorta polisi
11. Və s.
Qazaxıstan vətəndaşı ölkənin istənilən yerində bu qeyd olunanları telefonunda eGov mobil tətbiqinə daxil olmaqla təqdim edə bilər, bu məlumatlar orijinal, kağız formada olan sənəd statusuna malikdir.
Yəni, artıq heç bir yerdə Qazaxıstan vətəndaşından ənənəvi şəxsiyyət vəsiqəsi tələb edilmir. Bunun üçün telefonda eGov mobil tətbiqindəki elektron məlumat, "Rəqəmsal şəxsiyyət vəsiqəsi" yetərlidir.
Kağız və rəqəmsal sənədlər eyni hüquqi qüvvəyə malikdir.
Bizim eGov mobil tətbiqdəki məlumatların hələlik belə bir statusu yoxdur. Həm də inteqrasiya tam başa çatmayıb, məlumatlar çox azdır.
Bizdə hətta, əksinə, hələ də adında "elektron" sözü olan sənədi yenidən kağıza çap etməklə tələb edən dövlət və özəl qurumları var.
Məsələn, bəzən elektron qaimənin, əmlak haqqında elektron məlumatın kağıza çap edib təqdim edilməsi tələb olunur.
Amma ayrı-ayrı dövlət qurumları, bu istiqamətdə addımlar atıb, elektron çıxarışlar, rəqəmsal sənədlər təqdim edir. Məsələn Ədliyyə Nazirliyi "Mobil notariat" tətbiqi vasitəsilə Etibarnamələrin rəqəmsallaşmasını tam həll edib.
Doğrudur, bəzi hallarda bu rəqəmsal sənədləri də tanımaqdan imtina edənlər, kağız formada tələb edənlər, vətəndaşın özünün gəlməsini tələb edənlər olur .
Amma Ədliyyə Nazirliyi ədliyyə xidmətlərin rəqəmsallaşması sahəsində nəhəng işlər görüb.
Hələlik ölkəmizdə vahid bir servisdən, məsələn, eGov mobil tətbiqindən, yaxud portaldan "rəqəmsal sənədlər" servisini almaq mümkün deyil.
Buradakı elektron məlumatlar , sadəcə məlumatlardı, sənəd statusuna malik deyil.
Bildiyim qədər hazırda İRİA bu istiqamətdə ciddi işlər görür.
Pərakəndə halda olan eGov portallarının birləşdirilməsi, superportalın yaradılması da ləngiyir.
Ümid edirəm RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaxın zamanlarda heç olmasa az sayda da olsa "rəqəmsal sənəd" statusuna malik olan məlumatları vahid bir servisdən telefonlarımıza inteqrasiya edə biləcək.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") yerin məsafədən müşahidə edilməsi məqsədilə yeni peykin orbitə çıxarılması üçün layihənin icrasına başlayıb.

Bunu "Report"a açıqlamasında "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

"Bu, hələ o demək deyil ki, yeni peyk dərhal hazır olacaq. Bu proses bir neçə il çəkir. Biz ehtimal edirik ki, 2025-2026-cı illərdə yeni peykimiz orbitə çıxarılacaq", - deyə o qeyd edib.

“Azərkosmos” rəsmisi əlavə edib ki, yeni peyklə bağlı keçirilmiş tenderin qalibi İsrail şirkətlərindən biri olub: "Tenderdə Avropa, Asiya və ABŞ-dan 20-dən çox şirkət iştirak edib, onların arasında qiymət və keyfiyyət üzrə ən yaxşısı, bu sahədə dünyada liderlərdən olan İsrail şirkəti seçilib. Şirkətin adını yayacağımız bəyanatda açıqlayacağıq”.

Bu ilin aprel ayında Azərbaycanın yeganə yerin məsafədən müşahidə peyki "Azersky" dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.
 
Ardını oxu...
Hazırda dünyanın texnologiya gündəminin əsas mövzusu “Meta” şirkətinin qurucusu Mark Zukerberqin “Threads” tətbiqini istifadədə verməsi ilə bağlıdır.

Tətbiq yeni yaranmasına baxmayaraq ilk 4 saat ərzində 5 milyondan çox insanı özünə cəlb edə bilib.

Bəs, tətbiq hansı özəlliklərə sahibdir?

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Threads” tətbiqində də tviterdə olduğu kimi status paylaşmaq mümkündür.

Lakin platforma həmin statusu 500 simvola qədər yazmaq imkanı verir.

Tviterdə olduğu kimi burada da linklər, şəkillər və videolar da paylaşıla bilər.

Həmçinin, istifadəçilər başqalarının hesablarını izləyə, onların paylaşımlarına rəy bildirə bilərlər.

İstifadəçilər bir-birləri ilə ünsiyyət qura bilmək imkanına da malikdirlər.

Mark Zukerberqin tviterə rəqib olaraq təqdim etdiyi “Threads” hazırda 100-dən çox ölkədə istifadə olunur.
 
Ardını oxu...
Avtomobillərlə bağlı müxtəlif məzmunlar təqdim edən “Carmegheddon” YouTube kanalı fərqli layihəyə imza atıb.
Bakupost.az xəbər verir ki, kanalın üzvləri dünyanın ən alçaq avtomobilini istehsal edib.
Bunun üçün italiyalı qrup normal ölçüdə olan avtomobili iki hissəyə ayırıb.
Kəsilən hissəyə təkər və avtomobil matoru yenidən dizayn edilərək əlavə edilib.
Avtomobilə düz şəkildə minmək isə mümkün deyil.
Sürücü avtomobili yanlız uzanaraq idarə edə bilər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda zəlzələ olub. Xəzər dənizində 5,7 maqnitudalı zəlzələ baş verib. Zəlzələ baş verən zaman Android tipli mobil telefon istifadəçilərinə anında zəlzələ ilə bağlı xəbərdarlıq mesajları gəlib. Xəbərdarlıqda, hətta zəlzələnin neçə bal gücündə olduğu da bildirilib. Maraqlıdır, hələ silkələnmə davam edərkən, telefonlarımıza belə dəqiq məlumat necə, hansı texnologiya vasitəsilə öütürülür?

Məsələ ilə bağlı İT mütəxəssisi Samir Əliyev açıqlamasında bildirib ki, zəlzələ haqqında heç bir proqram dəqiq şəkildə məlumat verə bilməz:

“Zəlzələ təbii fəlakət olduğu üçün onun dəqiq vaxtı və zamanı olmur. Lakin bəzi hallarda məlumat almaq olur. Alimlər tərəfindən müəyyən edilmiş ərazilərdə zəlzələ ölçən cihazlar quraşdırılır. Müxtəlif məlumatlar seysmoqraf cihazlarında bir yerə toplanır. Daha sonra toplanan məlumatlar Google tərəfindən çox sürətli şəkildə hesablanır və cihazlara yönləndirilir”.
Ardını oxu...
Mütəxəssisin sözlərinə görə, zəlzələ haqqında məlumat Google Yer bildirimlər xidməti aktiv olduğu halda gəlir:

“Həmçinin mesaj hər kiçik zəlzələdə gəlmir. Gərək zəlzələ 4,5 bal gücündən çox olsun. 4,5 baldan çox olarsa, telefonlara informasiyalar ötürür. Göndərilən mesajlarda zaman, məsafə və bal fərqləri olur.

Çünki hər bir telefonda saat və yer fərqlidir. Elə vaxt olur ki, ölkə xaricində zəlzələ olarkən bəzi şəxslərə bildirim gəlir. Bu kimin hallar normaldır. Lakin proqram heç bir halda zəlzələ anını deyə bilməz.


Ancaq müəyyən müddət sonra bizə məlumat gəlir. Bu da məsafəyə görə dəyişir”.

S. Əliyev əlavə edib ki, əslində iOS istifadəçilərinə də zəlzələ məlumatını göndərmək mümkündür. Amma çox təəssüflər olsun ki, bu xidmət Azərbaycanda işləmir.//Publika.az
 
Ardını oxu...
Məşhur Azərbaycan filmi olan “Asif, Vasif, Ağasif”in baş rol ifaçıları illərdən sonra görüşüblər.

Tribunainfo.az xəbər verir ki, bu barədə Emil Pənahov (Asif) məlumat verib.

Belə ki, “Ağasif” rolunda olan Hökümə Cəlilova, “Vasif” rolunda olan Ramin Aslanov və “Asif”i canlandıran Emil Pənahov 40 ildən sonra bir araya gəliblər.

Qeyd edək ki, film 1983-cü ildə lentə alınıb.

Həmin fotonu təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İnsanlı kosmik uçuşlar daha moskvalıları, hətta SSRİ-dən miras qalmış ənənəvi tərəfdaşları da orbitdə saxlaya bilməz

ABŞ Prezidenti ilə Hindistanın Baş nazirinin birgə bəyanatı geosiyasətdə gərginliyi bir qədər artırdı. ABŞ-Hindistan hərtərəfli qlobal və strateji tərəfdaşlığı hind işlərində moskvalıların iştirakını əhəmiyyətli dərəcədə azaldan xüsusiyyətlər əldə edir.

Bir çox fəaliyyət sahələrindən olan analitiklər ətraflı araşdırma üçün kifayət qədər "qidaya" sahib olacaqlar. İstiqamətlərin sırası, vaciblik dərəcəsini göstərsə də, ikinci dərəcəli əhəmiyyət kəsb etməməlidir:

gələcək üçün texnologiya tərəfdaşlıqlarının planlaşdırılması;

gələcək nəsil müdafiə tərəfdaşlığının təmin edilməsi;

təmiz enerjiyə keçid üçün katalizator;

strateji yaxınlaşmanın dərinləşdirilməsi (Ukraynaya yardım və burada onun bərpası məsələsi);

qlobal artımın stimullaşdırılması;

gələcək nəsilləri gücləndirmək və insanların sağlamlığını qorumaq və s.

Beləliklə, birinci trekin başlanğıcında hər iki tərəf 2023-cü ilin yanvarında Kritik və İnkişaf etməkdə olan Texnologiyalar (iCET) təşəbbüsünün açılışını alqışladılar və birbaşa kosmosa keçdilər. Bəyanatın bu bəndində deyilir: "Prezident Bayden və Baş nazir Modi kosmik əməkdaşlığın bütün sektorlarında yeni sərhədlərə nail olmaq yolundadırlar. Liderlər yer və kosmik elm və kosmik texnologiya sahələrində artan əməkdaşlığımızı alqışladılar. NASA və ISRO 2023-cü ilin sonuna qədər insanlı kosmik uçuşlar sahəsində əməkdaşlıq üçün strateji çərçivə hazırlayır”.

Liderlər NASA-nın 2024-cü ildə Beynəlxalq Kosmik Stansiyada birgə səylər qurmaq məqsədi ilə Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Mərkəzində hind astronavtları üçün təkmil təlim proqramını elan etməsini də alqışladılar.

Liderlər NASA-ISRO Sintetik Aperture Radarının (NISAR) Hindistanın Banqalor şəhərindəki ISRO Peyk Mərkəzinə çatdırılmasını qəbul etdilər və NISAR-ın 2024-cü ildə Hindistandakı kosmodromdan buraxılmasını səbirsizliklə gözlədiklərini dedilər.

“Hindistanın Kosmik Siyasəti 2023”ü alqışlayan liderlər, ABŞ və Hindistanın özəl sektoru arasında kosmik iqtisadiyyatın bütün dəyər zənciri üzrə kommersiya əməkdaşlığının artırılmasına, həmçinin ixraca nəzarət məsələlərinin həllinə və texnologiya transferinin asanlaşdırılmasına çağırıblar.

Prezident Bayden Hindistanın bütün bəşəriyyətin rifahı naminə kosmosun tədqiqi ilə bağlı ümumi baxışı təşviq edən Artemida Sazişlərini imzalamasını dərindən qiymətləndirdi.

İnsanlı kosmik uçuşlar daha moskvalıları, hətta SSRİ-dən miras qalmış ənənəvi tərəfdaşları da orbitdə saxlaya bilməz.

Son bir neçə ildə dörd Hindistan vətəndaşı "Soyuz"un uçuşları üçün bataqlıqlarda təlim keçib. Onlar hər biri üçün fərdi skafandr, tənəkə qutularına quraşdırmaq üçün şəxsi oturacaqlar və yataqxanalar tikiblər. Və... gələcək hind astronavtları artıq Hyustonda hazırlaşacaq və “SpaceX”dən “Crew Dragon”u öyrənəcəklər ki, gələn il Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedəcəklər. Və bunun birdəfəlik fəaliyyət hesab edilməməsi üçün təcili olaraq strateji çərçivə hazırlanır.

Hindistanın kosmos siyasətində bu il açıqladığı inqilabi qərar kosmosun kommersiyalaşdırılması və kosmik iqtisadiyyatın işə salınması dəb deyil. Hindistanın Baş naziri ilə “SpaceX” sahibi arasında praktiki görüş təsadüfi deyil. Hər iki ölkənin kosmik firmaları arasında kommersiya əlaqələrinin intensivləşməsinə maneələrin başa düşülməsi, həqiqətən də ABŞ ekspert nəzarətinin ciddi normalarında və onların ötürülməsi zamanı kosmik texnologiyaların qorunması məsələlərində istisnaların yaranmasına kömək edəcəkdir.

Kosmik iqtisadiyyat olmayan yerdə (məsələn, Rusiyada) gələcək də yoxdur. Hindistanın “Artemis” müqavilələrinə qoşulmaq istəyi ümumilikdə Yer kürəsində əhalinin sayına görə ən böyük ölkənin sivilizasiya seçimini nümayiş etdirir. Avtoritar rejimlərin təkəbbürlü münasibətinin olmadığı tərəfdaşlarla kosmosun dərin tədqiqi proqramlarının lehinə mərc etmək bunu təsdiqləyir.

Texniki qarşılıqlı fəaliyyət üçün standartlar məsələlərində bərabərlik, resursların və nəticələrin ədalətli bölüşdürülməsi, Artemida iştirakçılarının kosmik fəaliyyətinin davamlı inkişafı üçün əsas məlumatların operativ mübadiləsi - bu cəlbedicidir və ruhlandırır. Nəticədə, bataqlıqlarda hiyləgərliyə yalnız sürünmək qalır.

Müəllif: Andrey Kolesnik - Kosmik fəaliyyətlər üzrə analitik, Ukrayna Dövlət Kosmik Agentliyi sədrinin keçmiş müşaviri.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
 
 

Dünyapress TV

Xəbər lenti