Ardını oxu...
İsti yay günlərində çoxumuzun sevimli qidasına çevrilən dondurma süd məhsulu olduğu üçün riskli məhsullar sırasındadır. Uşaqdan-böyüyə, yaşlısından cavanına qədər, demək olar ki, hər kəs dondurmanı ya sevərək ya da sərinlik üçün qəbul edir.

Marketlərdə və açıq havada satılan dondurmalar isə bəzən yaxşı vəziyyətdə saxlanılmır. Bəzi marketlərdə bunu açıq-aşkar görmək olar ki, ya dondurmanın qablaşdırması bərbad durumdadır, ya da saxlanıldığı soyuducuda onunla bərabər ət və ət məhsulları kimi yerləşdirilib. Bəzən isə dondurma zəhərlənməyə səbəb olur ki, bunun da bir çox səbəbləri var.

Bəs, hansı amillərə diqqət edilməlidir ki, dondurmadan zəhərlənməyək?

Sualı cavablandıran Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, dondurma alarkən alıcılar onun düzgün qaydada saxlanılmasına və əsasən də paketləşdirilməsində bir neçə amilə diqqət etməlidirlər:

“Dondurmalar yüksək risk qrupuna aid olduğu üçün keyfiyyət önəmlidir. Dondurmanın tərkibindəki əsas qida məhsulları süd, yağ və qaymaqdır. Bunlar keyfiyyətli olduqda və doğru istehsal qaydalarına əsasən hazırlanıbsa, yaxşı olar ki, son istifadə tarixi keçən məhsullardan istifadə olunmasın.

Çünki saydığımız məhsullar tez xarab olduğu üçün onlara bir çox imilqatorlar, stalibiqatorlar , aramizatorlar və bir çox korvensantlar vurulur ki, uzun müddət rəf ömrünü saxlasın və keyfiyyəti, dadı, qoxusu və rəngi pozulmasın”.

Mütəxəssis həmçinin istehsalçı və satış yerlərində yol verilən nöqsanlardan söz açaraq, doğru şəraitdə saxlanılmayan dondurmaların, xüsusən həssas qruplardan olan insanlarda müəyyən problemlərə yol aça bildiyini qeyd edib:

“Təbii ki, əgər məhsul doğru şəkildə, düzgün temperaturda və doğru soyuducuda saxlanılmırsa riskli hesab olunur. Eyni zamanda işıqların sönməsi və ya qənaət etmək üçün işıqları bəzən elektriktən ayırıb soyuducunun müvəqqəti söndülməsi halları baş verir. Bu məhsul donu açılıb yenidən dondurulduqda belə tərkibində mikrobioloji çirklənmələr və dəyişikliklər baş verir ki, bu da zəhərlənməyə səbəb olur.

Eyni zamanda mal qonşuluğu prinsipi pozulduqda , düzgün şəkildə saxlanılmadıqda dondurma ilə birlikdə digər qida məhsulları saxlanılan soyuducuda da mütləq çarpaz çirklənmə olur ki, bu da məhsulun tərkibinin dəyişməsi və bir çox zərərli bakteriyaların çoxalmasına gətirib çıxarır.
İnsanlar elə dondurmaları qəbul etdikdən sonra qusma, ishal, ürək bulanması, şişkinlik, köp, bağırsaqlarda mikrofloranın pozulması və həzimsizlik kimi problemlərlə rastlaşırlar.

Yaxşı olar ki, paketlənmiş məhsulları aldıqda paket pozulmamış olmasına diqqət edilsin. Həmçinin dondurmanı yeyərkən buz kristalları ilə rastlaşırıqsa, məhsul ağızda qum kimi ovulursa və xoşagəlməz dadı varsa, bu dondurmanın xarab olmasının əlamətləridir.

Mütləq şəkildə paketin üzərində istehsalçı şirkətə aid bütün məlumatlar tam səkildə yerləşdirilməlidir ki, hər hansı xoşagəlməz hallar olduqda müraciət etmək üçün ünvan bəlli olsun. Eyni zamanda, etiketdə məlumatlar və məhsulun içindəki inqiridentlər də tam şəkildə göstərilməlidir”.

Məshəti Hüseynova açıq havada satılan dondurmaların yarada biləcəyi təhlükələrdən də söz açıb:

“Açıqda satılan dondurmalar var ki, ən çox risk qrupuna aid olan onlardır. Xüsusilə də, əgər sadə dondurmadırsa, bunu uzun müddət saxlamaq olar, amma meyvəli və ya qarışımlardan yəni dadlandırıcı olaraq şokolad, aramizatorlardan digər qatqılardan istifadə olunubsa, belə dondurmaların saxlanma müddəti çox azdır.

Xüsusən, tərkibinə meyvə qatılıbsa, dondurmanın saxlama müddəti 3 günü keçməməlidir. Yaxşı olar ki həmin məhsullar günəş şüaları altında saxlanılmasın. Əks halda, tərkibində milribioloji çirklənmələr olur ki, belə məhsulları qəbul edən həssas yaş qrupunda olan uşaqlarda ,xroniki xəstəliyi olanlarda və eyni zamanda yaşlı insanlarda öz mənfi təsirini göstərir.

Bəzən insan gün ərzində fərqli qidalarla qidalandığı üçün hansı məhsuldan zəhərləndiyini və hansı məhsulun pis təsir etdiyini bilmir. Buna görə də dondurmanı mənşəyi, keyfiyyəti bəlli olan yerlərdən almaq lazımdır.

Eyni zamanda dondurmanı gün ərzində 150-200 qramı keçməmək şərti ilə qəbul etmək faydalıdır. Günün birinci yarısında qəbul olunması isə dondurmanın enerjiyə çevrilməsinə səbəb olur. Axşam saatlarında qəbul olunduqda kalorili olduğu üçün qaraciyər yağlanması və piylənməyə səbəb olur ki, bu məqamlara da diqqət yetirmək vacibdir”.
 //Bizim.Media//
Ardını oxu...
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.

Tribunainfo.az Agentlikdən verilən məlumata istinadən xəbər verir ki, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən “Ovçular ət və ət məhsulları” MMC-nin Hindistandan ölkəmizə idxal etdiyi 27 ton 675 kq mal əti məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aparılan sınaq nəticəsinə əsasən, ət məhsulunda salmonella bakteriyası aşkarlanıb və məhsulun qida sahəsində normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv olunması və ya utilizasiya edilməsi barədə barədə qərar qəbul olunub. Həmçinin aşkarlanan mal əti məhsulunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyulub və Hindistanın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

 

Ardını oxu...
İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət tibb müəssisələrinə axın artıb. Bu vəziyyət poliklinika və xəstəxanalarda hər gün sıxlığa səbəb olur.

Lakin bu sıxlığın aradan qaldırılması istiqamətində indiyə qədər demək olar ki, iş görülməyib.
Ətraflı

Vətəndaşlar Xəzər TV-yə açıqlamasında bildirib ki, xidmətlərdən yararlanmaq üçün saatlarla, bəzən isə günlərlə gözləməli olurlar.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, vətəndaşların ailə həkiminə müraciət zərurəti olmadığından birbaşa ixtisaslı həkimlərə müraciət edirlər. Bu da kifayət qədər növbə yaranması ilə nəticələnir.
Ətraflı vdieomaterialda izləyə bilərsiniz:

 
 
 
Ardını oxu...
Qanda şəkərin yüksək olması halını təkcə diabet xəstələrinə şamil etmək olmaz.

Qlükozanın qanda nəzərdə tutulduğundan çox olması halına hər kəsdə rast gəlinə bilər. Bu da, insanın əsəb sistemi, damar və digər orqanlarda fəsadların yaranmasına səbəb olur.

Qanın tərkibində şəkərin normadan çox olmasını necə müəyyən etmək olar?

Məlumata görə, qanda şəkərin yüksək olması , hüceyrələrin qlükozayla təmin olunmasını əngəlləyir. Bu da, enerji itkisinə səbəb olub. Bütün bu proseslər isə insanda problemlərin əmələ gəlməsinə gətirib çıxarır.

Mütəmadi aclıq hissinin olması, səbəbsiz yerə yorğunluq, halsızlıq, ağızda quruluq, çəkinin azalması və digər bu kimi hallar qanda qlükozanın çox olduğuna işarə edir.\\METBUAT.az
 
Ardını oxu...
Vaşinqton Universitetinin alimləri tərəfindən aparılan araşdırma təsdiq edib ki, gündəlik yerimə xroniki xəstəliklər riskini azaldır.

Teref.az bunu “MedikForum”a istinadla bildirir.

6 042 amerikalı müntəzəm olaraq özü ilə hər gün atılan addımların sayını hesablayan portativ cihazlar daşıyıb. Bu müşahidələr təsdiq edib ki, piyada gəzmək vərdişi müəyyən növ xəstəliklərin inkişaf riskini azaldır. Bu xəstəliklər arasında şəkərli diabet, hipertoniya, depressiya və yuxu apnesi. Bundan başqa piyada gəzinti piylənmə ehtimalını da azaldır.

Bundan əvvəlki tədqiqatlarda analoji nəticələrə gəlinib, lakin indi ilk dəfə olaraq elektron tibbi kartlarla birbaşa əlaqədə olan fəallığın izləmə cihazlarından istifadə olunurdu. Bu isə xroniki xəstəliklər riski ilə əlaqəli olan aktivlik səviyyələri barədə yeni empirik məlumatları əldə etməyə imkan verib.

Tədqiqatçılar güman edirlər ki, portativ kommersiya cihazlarının inteqrasiyası pasiyentlərin sağlamlığına nəzarət üçün faydalı ola bilər. Onlar hər bir iştirakçıda, orta hesabla, dörd aktivlik ili qeydə alıblar. Seçim təxminən altı ay ərzində hər gün 10 və ya daha çox saat öz bilərziklərini taxan insanlar arasında aparılıb. Gündəlik addımların sayı və onların intensivliyi daha sonra qrupdaxili xəstəlik halları ilə müqayisə edilib və daha sonra ümumi populyasiyada xəstələnmə göstəriciləri ilə müqayisə aparılıb. Ən faydalısı gündə 8200 və daha çox addım atmaq olub.
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden diş ağrısı səbəbindən həkimə müraciət etməli olub.

Bu barədə “The Washington Post” qəzeti Amerika liderinin terapevti Kevin O’Konnora istinadən yazıb.

Həkimin sözlərinə görə, Bayden sağ alt azı dişinin kök kanalını müalicə edir. O’Konnorun sözlərinə görə, prezident artıq kök kanalının ilkin müalicəsini keçirib və səhhətində heç bir ağırlaşma olmayıb.

Tibbi müdaxilə səbəbindən ABŞ lideri iyunun 12-nə planlaşdırılan ictimai tədbirdə iştirak edə bilməyəcək.

Ağ Ev Baydenin yerinə vitse-prezident Kamala Harrisin iştirak edəcəyini bildirib. Eyni zamanda, amerikalı liderin NATO-nun Baş katibi Yens Stoltenberqlə də görüşü nəzərdə tutulmuşdu, lakin tədbirin baş tutub-tutmayacağı hələlik bəlli deyil.
 
Ardını oxu...
Mütəxəssislər bazarda “şəkərsiz” etiketi ilə satılan qazlı içkilərin sağlamlıq üçün yaratdığı risklərlə bağlı açıqlamalar verib.
Tribunainfo.az xəbər verir ki, Britaniya mediası qazlı içkilərlə bağlı diqqətçəkən xəbər dərc edib.

Ölkənin ən çox oxunan qəzetlərindən olan “The Sun” alimləri və elmi araşdırmaları bir araya toplayıb və bazarda “şəkərsiz” ifadəsi ilə satılan məhsulların sağlamlıq üçün ciddi risklər yaratdığını bildirib.
Qəzetə danışan diş həkimi Rac Juneja deyir: “Bu növ pəhriz içkisi digər qazlı içkilər kimi çox turşudur. Diş minasını zədələyərək bədənin yağ saxlama mərkəzlərini aktivləşdirə bilər. Əgər belə içkiləri içəcəksinizsə, içdikdən dərhal sonra su içməyi məsləhət görürəm.”
Digər həkim Metyu Snelson şəkərsiz qazlı içkilərin orqanizmdə ciddi fəsadlara səbəb olduğunu deyib: “Vücudumuz qida qəbuluna cavab olaraq insulin ifraz edir və bu, xüsusilə tərkibində karbohidrat olan qidalarda baş verir. İnsulin bədəndə yağ yığılmasında rol oynayır”.
Digər tərəfdən, may ayında Ümumdünya Səhiyyə Təşkilatı araşdırma apararaq şəkəri az olan içkilərin zərərlərini gündəmə gətirib. Bu cür məhsulların arıqlamaq üçün istifadə edilməməsi açıqlanıb.
Mütəxəssislər pəhriz üçün qazlı içkilər içdikdən 40 dəqiqə sonra “qısa asılılıq vəziyyəti”nin tətikləndiyini və 60 dəqiqədən sonra belə içkilərin tərkibindəki kofeinin susuzluğu artıracağını bildiriblər.
 
Ardını oxu...
Spirtli içki içmək 60 xəstəliyin inkişaf riskini artıra bilər.

Onlardan 33-ü atipik deyil və alkoqol ilə əlaqəsi yoxdur. Bu, məsələn, ağciyər xərçəngi, sınıqlar, qan dövranı sistemi xəstəlikləridir.

Cebhe.info xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazır.

Tədqiqatçıların fikrincə, hətta kifayət qədər təhlükəsiz hesab edilən minimum doza tez-tez istifadə edildikdə belə xəstəliklərə səbəb olur.

Müvafiq siyahıya əvvəllər alkoqol ilə əlaqəli olmayan 33 xəstəlik, məsələn, podaqra, mədə xorası, katarakta, sınıqlar, ürək işemiyası, naməlum etiologiyalı bronxit, artroz və sistemli birləşdirici toxuma xəstəlikləri daxildir.
 
Ardını oxu...
Bədənimizin 70 % – i sudan ibarətdir. Ana bətnində olarkən bədənin 95 %-ni su təşkil edib. Doğulduqdan sonra bədəndə suyun həcmi 77% -ə düşür.
Tribunainfo.az xəbər verir ki, əgər orqanizm normal su qəbul etməzsə, insan üçün dəhşətli nəticələr olacaq.

İlk öncə sidik tündləşir. Çünki böyrəklər qana daha çox maye göndərir və buna görə də sidiyi tünd sarıya çevrilir. Bir sutka sonra siz heç sidiyə getməyəcəksiniz. Daha sonra beyniniz kiçilməyə başlayacaq.
Orqnizimdə su balansını tənzimləməsəniz, beyindəki zədələr sağalmaz olacaq. Nəticədə beyniniz hər hansı bir işi görmək üçün yuklənməyə məruz qalacaq.
Enerjiniz get – gedə aşağı düşəcək, diqqətiniz dağılacaq. Yaddaşınızda unutqanlıqlar əmələ gələcək. Həmçinin daha da qıcıqlı və əsəbi olacaqsınız.
Su oynaqlarınızı və sümüklər arasındakı boşluğu yağlandırır, bədəndə suyun olmaması səbəbindən bütün vücudunuz qırılmağa başlayacaq.
Hətta dərinizdəki qırışlar və xəttlər daha çox görünəcək. Dəri quruyacaq və qıcıqlanma yaranacaq. Beyin bu zaman daha çox yuklənir deyə, baş ağrıları ola bilər.
Bununla yanaşı gözləriniz də ağrıyacaq. Az da olsa çəkidə artma müşahidə olunacaq. Çünki orqanzm bu yolla mövcud suyu saxlayır ki, sizi susuzluq problemindən qorusun.
Su içmədiyiniz 3 -5 gündə yaşınızdan asılı olaraq, beyinə qan dövranı hərəkət etmədiyindən siz ölə bilərsiniz. Bu dəhşətli faktorlar bədənin sudan imtina etməsi səbəbindən baş verə bilər.
 
 
 
Ardını oxu...
Regionda ən keyfiyyətsiz içməli suyun Azərbaycanda olduğu bildirilir. Bununla bağlı məlumat Yel Universitetinin (ABŞ) hazırladığı “Dünyanın su xəritəsi” adlı hesabatda dərc olunub.

Hesabatda içməli suyun keyfiyyəti 100 ballıq şkala ilə ölçülüb və Azərbaycana 46.5 bal verilib. Suyun keyfiyyəti Ermənistanda 61.7, Rusiyada 55.8, Gürcüstanda 52.3, İranda 48.8, Türkiyədə 47 bal qiymətləndirilib.

Balakən rayonunda yaşayan Elman Mehtiyev (adı şərtidir) AzadlıqRadiosuna deyib ki, hər dəfə yağış yağandan sonra krandan su yox, palçıq gəlir: “Heç yağışa ehtiyac yoxdur. Evə birbaşa çaydan təmizlənməmiş su gəlir, yayda su qrafik üzrə verirlər”.

Dövlət Su Ehtiyatları Agentliyindən “Turan”a bildirilib ki, may ayından etibarən Azərbaycanda “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartı qüvvəyə minib: “Bu standart Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi tərəfindən təqdim olunan tövsiyələr, insan istehlakı üçün nəzərdə tutulmuş suyun keyfiyyətinə dair Avropa Parlamenti və Avropa Şurası Direktivi… nəzərə alınaraq tərtib olunub”.

Vurğulanıb ki, indiyə qədər ölkədə içməli suyun keyfiyyətinə nəzarət SSRİ dövrü qəbul olunmuş ГОСТ 2874-82 standartları əsasında aparılırdı.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin (İB) sədri İlqar Hüseynlinin AzadlıqRadiosuna deməsinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda suyun çirklənməsi daha çoxdur: “Azərbaycan o ölkələrdəndir ki, onun su təchizatının 70 faizi transsərhəd çayların hesabına formalaşır. Yəni, bu çaylar başqa ölkələrin ərazisindən keçərək çirklənir. Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantıları Araz çayına axıdılır. Amma Ermənistanda, Gürcüstanda su təchizatı dağ mənşəli daxili sulardan formalaşır. Bizdə bu mənşəli suların həcmi cəmi 30 faizdir”.

Ekspertin fikrincə, ikinci faktor daxili idarəetməyə bağlıdır: “Məsələn, Ceyranbatan su hövzəsindəki təmizləmə işləri alman şirkətləri tərəfindən həyata keçirilir. Amma orada tətbiq olunan qurğular tam olaraq dünya standartlarına cavab verirmi?”.

İ.Hüseynli deyir ki, Mərkəzi Aran bölgəsi bəzi hallarda Araz çayından götürülüb durulaşdırılmış sudan istifadə edir: “Demək olar ki, Azərbaycanda Mərkəzi Aran əhalisinin təmiz su imkanları sıfırdır, təmizlənmiş su verilmir. Hələ indi modul tipli qurğular quraşdırılıb. Həmin qurğuları biz yenə də xlorlaşdırırıq. Dünya artıq xlordan imtina edib, amma Azərbaycan bu gün xlorlu su içir”.

İB sədrinin sözlərinə görə, suya pul xərcləmək lazımdır, amma Azərbaycanda bu sahədə ortada korrupsiya var. O hesab edir ki, dəniz kənarında bəzi məmurlara məxsus villaların dəyərində Azərbaycanda 20 yerdə müasir standartlara uyğun su təmizləyici qurğular quraşdırmaq olar.
 

Dünyapress TV

Xəbər lenti