Ardını oxu...
Son vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlaka yararsız bəzi ət məhsullarının satışının qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilir.

Oktyabrın 5-də vətəndaş şikayəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 1 ünvanında fəaliyyət göstərən ət satışı məntəqəsində aparılan yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, mənşəyi məlum olmayan, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ tələblərə cavab verməyən 40 kiloqram istehlaka yararsız ət aşkarlanıb.

Ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında yoxlanılıb, at DNT-si və bakterioloji çirklənmə aşkar edilib.

Mal əti adı altında istehlakçılara təqdim olunan məhsulların satışa çıxarılmasının və dövriyyəyə buraxılmasının qarşısı alınıb, müəssisənin fəaliyyəti dayandırılıb və sahibkar inzibati məsuliyyətə cəlb olunub.

Bununla bağlı “Bizim.Media”ya açıqlama verən aqrar sahə üzrə ekspert Eyyub Hüseynov, Azərbaycanda at ətinin satışının qadağan edilmədiyini bildirib:

“Çox təəssüf ki, bununla bağlı heç bir sənəd yoxdur. Ölkəmiz üçün yeyilməsi ənənəvi olmayan heyvan ətlərinin satışının qadağan edilməsi üçün bir sənədin olması mütləqdir. Belə çıxır ki, qadağalar olmadığı üçün eşşək, hətta it ətinin yeyilməsi mümkün hesab edilə bilər”.

Müsahibimiz, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bu kimi hallarla mübarizə tədbirlərində çox uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdırıb:

“İdarə təkcə cərimə etmir, eyni zamanda, ekspertiza edir, mənbəyini tapır, cinayət işi açır və bu işlə məşğul olanları həbs edir. Ancaq məhkəmələr qısa müddətdə onlara bəraət qazandıraraq həbsdən azad edir. Artıq bunun kökünü kəsmək çox müşkül bir işə çevrilib.
At kənd təsərrüfatında istifadə olunan bir heyvandır və sağlam heyvanı heç kim kəsmir. Qocalmış atı isə əti çox bərk olduğu üçün kəsmirlər. Yalnız xəstə olduğu zaman onu kəsirlər ki, bu zaman da onun xəstəliyi insana keçə bilər. AQTA küçə kəsimini və satışını qadağan etmək və ona qarşı mübarizə aparmaq istəyir, ancaq bacarmır”.

Eyyub Hüseynovun sözlərinə görə, insanlar belə faktları görsələr də, yenə də əti qəssablardan almaq istəyirlər:

“Amma mağazalara və marketlərə getmək istəmirlər. Gözləri ilə gördükləri məhsulu almağa üstünlük verirlər. Bəzən isə gözlərinin qarşısında kəsilən heyvan da sağlam olmaya bilər, bununla belə insanlar ət və eşşək ətindən qaçmaq üçün belə etməyə məcbur olurlar”.

Ekspert at ətini digərlərindən ayırmağın mümkün olduğunu da qeyd edib:

“At əti qırmızı olur, spesifik qoxuya malikdir və qabırğalarının enli olmasından tanınır. Əgər Maştağa kimi konservativ, milli adət və ənənələrinə malik bir məntəqədə at əti satılırsa, bundan artıq deməyə söz qalmır.

Bu ətin ölkəmizdə istifadəsinin qarşısı alınmalıdır. Eyni zamanda, alıcılar ehtiyatlı olsunlar və satış məntəqələrindən ətin mənşəyi ilə bağlı sənədləri tələb etsinlər, ona görə ki, bu hüquqa malikdirlər. Satıcı da bu sənədi göstərməyə borcludur”.
 
Ardını oxu...
İçki içməyə qısa fasilə vermək belə orqanizmə böyük fayda gətirir.
Tribunainfo.az xəbər verir ki, həkim Nikita Kotelniçskiy alkoqoldan cəmi 1 ay imtinanın 4 xeyrini açıqlayıb.

“Həftədə 7 dəfə içki içmək qaraciyəri yükləyir, maddələr mübadiləsini pozur.
İçən adamlarda piylənmə başlayır, çətin arıqlayırlar, ona görə arada içkiyə fasilə vermək bu adamlara lazımdır. Alkoqol boş kalorilər adlandırılsa da, əslində, kalorisi çoxdur, amma faydalı maddələri yoxdur.
Məhz bu boş kalorini həftəlik rasiondan çıxarmaqla çəki itkisini aktivləşdirə bilərsiz.
Alkoqol aclıq hissi yaradır,içən kimi iştaha artır, ona görə içən adamlar daha çox yağlı yeməklər yeyir.
Alkoqola 1 ay fasilə vermək psixi vəziyyəti də yaxşılaşdırır.
Çünki içki beyində informasiyanın qəbulu və həll olunması prosesini yavaşıdır, insana yalançı emosiya və reaksiyalar verir. Neqativ hiss və fikirləri artırır. Çünki alkoqolda olan maddələr beynin kimyəvi tamlığını pozur, orda naharatlıq mərhələsini akitvləşdirir.
Eləcə də alkoqoldan imtina orqan və toxumalara qan dövranını artırır, dəri yaxşılaşır, qaraciyər və qan alkoqol qalıqlarından, kimyəvi maddələrdən təmizlənir”.
 
Ardını oxu...
Qoz-fındıq, şirniyyat və spirtli içkilər sizi ağır yuxuya aparır.

Bu barədə endokrinoloq Natalia Tananakina xəbərdarlıq edib.

O, qeyd edib ki, yorğunluq hissi sadə karbohidratlar: desertlər, makaron, düyü, kartof və ağ çörək yedikdən sonra yarana bilər.

"Ölçülü şəkildə bu məhsullar enerjini saxlamağa kömək edir. Lakin, həddindən artıq olduqda, onlar qan şəkərinin kəskin artmasına səbəb olur, sonra isə yuxululuqla müşahidə olunur", - o bildirib.

Tananakina spirtli içki qəbul etdikdən sonra tez-tez yuxululuq hiss etdiyini də qeyd edib.

"Yuxu dərmanı əvəzinə onları qəbul etməyə ehtiyac yoxdur, çünki sərxoş halda yuxu səthi olur və fayda vermir", - endokrinoloq vuröulayıb.\\Redaktor.Az
 
Ardını oxu...
“Azərbaycan və Ermənistan dərhal sülh danışıqlarını bərpa etməlidir”.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən deyib.

“Dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri bərpa etməliyik və əlbəttə ki, kommunikasiyaların bərpasını müzakirə etməliyik. Bunlar sülh prosesinin üç əsas istiqamətidir və onların böyük perspektivləri var”, - o bildirib.

E.Əmirbəyovun sözlərinə görə, Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb.

O, Azərbaycanın bu yolda daha bir maneəni – öz suveren ərazisində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi mövcudluğunu aradan qaldırdığını da vurğulayıb.

Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan Qarabağ regionunun erməni sakinləri ilə fəal dialoq aparır və reinteqrasiya planları Qarabağ ermənilərinin sosial, iqtisadi, siyasi, mədəni və dini hüquqlarını həyata keçirə biləcəkləri müxtəlif sahələri əhatə edir.
Ardını oxu...
Ən asan yetişdirilən tərəvəzlərdən biri olan acı bibərin əslində bir çox faydaları var.

Cebhe.info antioksidant xüsusiyyətlərindən tutmuş qripin qarşısının alınmasına qədər acı bibərin 6 faydasını təqdim edir.

*Ağrıları azaldır

Yanma hissi verən acı bibər sinirləri yumşaldır və beyninizdə endorfin ifraz edir. Beyində ifraz olunan bu endorfin bütün bədən üçün ağrı kəsici rolunu oynayır.

*Qripdən qoruyur

Gündə ən az bir dəfə istehlak edilməsi lazım olan acı bibər tək başına bütün vücudunuzun beta-karoten ehtiyacını qarşılayır. Acı bibərdə yüksək miqdarda C vitamini var ki, bu da orqanizmdə dözümlülüyü artırır.

*Ürək-damar xəstələiklərinij qarşısını almağa yaxşı təsir edir

İnsult riskini minimuma endirən və qan dövranını sürətləndirən acı bibər, tərkibindəki antioksidantlar və C vitamini sayəsində xərçəng riskini də azaldır.
Həmçinin, bədəni infarkt riskinə qarşı davamlı edir.

*Xolesterolun aşağı salır

Bir çox elm adamı və universitet tərəfindən aparılan araşdırmalara görə, acı bibərin xolesterini aşağı saldığı müşahidə edilib.

*Qəbizlik probleminin qarşısını alır

Qəbizlik problemi olanlar adətən acı bibərdən istifadə edirlər. Maddələr mübadiləsini sürətləndirən acı bibər iştahaaçan qida olduğu üçün qəbizliyi aradan qaldırır, həmçinin, arıqlamağa kömək edir.

*Mədə xorasının qarşısını alır

Acı bibər mədədəki bir çox mikrobları öldürür, beləliklə mədəni təmizləyir və mədə xorası kimi mühüm mədə xəstəliklərinin aradan qaldırılmasına kömək edir.
 
Ardını oxu...
Qaraciyər insan bədəninin ən böyük və vacib daxili orqanıdır. Onun özünü bərpa etmək qabiliyyətinə malik olmasına baxmayaraq, qaraciyərə zərər vermək olduqca asandır.

Bu barədə rusiyalı həkim terapevt Tatyana Romanenko bildirib.

Mütəxəssisin sözlərinə görə, qaraciyərin zədələnməsinə yağlı və qızardılmış qidalar, həmçinin qeyri-sağlam həyat tərzi səbəb olur. Bu səbəbdən, insanda çəki və mədə-bağırsaq traktında problemlər yarana bilər.

Həkim yanlış qidalar qəbul etməklə yanaşı, insanın qəbul etdiyi dərmanların da qaraciyərə təsir göstərdiyini bildirib. Beləliklə, analgetiklər və antibiotiklər hepatotoksik təsir göstərir.
“Buna görə də bu dərman vasitələrindən sui-istifadə etməmək çox vacibdir və onları həkim resepti olmadan istifadə etməmək məsləhətdir. Özünümüalicə qaraciyər üçün ölümə bərabərdir”, - deyə həkim qeyd edib.

O xatırladıb ki, qaraciyərə zərərli təsir göstərən, o cümlədən onun məhv olmasına gətirib çıxaran digər mənfi amil isə alkoqoldur.

Mənbə: Medzdrav.info
Ardını oxu...
Əsrlərdən bu yana xalq arasında yayğın olaraq istifadə edilən və "nəzər qaytardığı" iddia edilən üzərlik bitkisinin tüstüsünə məruz qalan insanlar özlərini daha xoşbəxt hiss etməyə başlayırlar.
Buna səbəb heç də iddia edildiyi kimi "üzərimizdən nəzər götürülməsi" deyil.
Bitkinin tərkibində xüsusən də toxumlarında yüksək miqdarda mövcud olan Harman alkaloidləri təsirli monoamin oksidaza inhibitorlarıdır.
Yəni beynimizdə serotonin, noradrenalin və dopamin artıqlığı yaratdığı üçün təsirə məruz qalan insanların özlərini daha xoşbəxt hiss etməsinə səbəb olurlar.
Tibbdə antidepressiv vasitə kimi istifadə edilən bu maddələr yüksək dozada hallusinasiyaya da səbəb ola bilər.
 
Ardını oxu...
Sentyabrın isti keçən havaları bizi təəccübləndirsə də, qarşıdakı günlərdə temperaturun tədricən aşağı düşməsi gözlənilir. Havaların soyuması isə qrip, soyuqdəymə və koronavirus kimi artıq yayılan xəstəliklərin yayılmasını daha da sürətləndirir. Bəs immunitetimizi qışa hazırlamaq üçün nə etməliyik?

Publika.az mütəxəssislərin bu barədə rəylərini öyrənib:

Səhiyyə Nazirliyinin mütəxxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, fəsildən asılı olmayaraq sağlam həyat tərzi qaydalarına əməl etmək lazımdır.

“Bunun üçün düzgün qidalanmalı, kifayət qədər hərəkətli olmalı, yuxuya lazımı qədər vaxt ayırmalı, streslərdən yayınmalı, zərərli vərdişlərdən imtina edilməlidir. Havaların soyuması ilə əlaqədar immunitetimizdə müəyyən geriləmələrin müşahidə ediləcəyini nəzərə alaraq bu dövrlərdə xüsusilə diqqətli olmalıyıq. Qidada vitamin və mineralların azlığı varsa, onu kompensə etməliyik, havanın temperaturuna uyğun geyinməliyik. Bu dövrdə sağlamlığımıza zərər vura biləcək infeksion xəstəliklər əsasən hava-damçı üsulu ilə yayılan müxtəlif respirator viruslardır. Bu viruslardan qorunmağın yolları universaldır və biz bu qaydaları koronavirus pandemiyası dövründə sınaqdan keçirdik. Hər bir şəxs özünü və yaxınlarını qorumalıdır. Xüsusən də xəstələnən insan ətrafa virusu yaymamaq üçün özünü təcrid etməli, cəmiyyətdən uzaq durmalıdır”.

Professor Adil Qeybullanın fikrincə, koronavirusun omikron ştammının mutasiyaları davam etməkdədir:

“Bu, təbii ki, ayrı-ayrı ölkələrdə epidemik ocaqlar yaranır. Bununla bağlı olaraq xeyli xəstələnənlər var. O cümlədən də bizdə də var. Çünki Azərbaycan qloballaşan dünyanın tərkib hissəsidir. İnsanlar gəlir-gedir, koronavirus nəfəs və hava-damcı yolu ilə yayılan infeksiya olduğu üçün geniş yayılır. Bədənimiz qışa hazırdırmı? Əlbəttə ki, insanlarda artıq qazanılmış immunitet var, əhalinin böyük hissəsi vaksinasiya olunub, həmçinin yoluxub immunitet qazananları da unutmaq olmaz. Bəli, son vaxtlarda xeyli xəstəlik qeydə alınır, lakin xəstəlik artıq zəif keçir. Virusun yoluxuculuğu yüksək olsa da, ölüdürücülk və ağırlaşdırmaq qabiliyyəti aşağı düşüb. Bütün bunlarla birlikdə nəzərə almalıyıq ki, onkoloji, diabet və otoimmun xəstəlikləri olan insanların səhhəti üçün bu, daha təhlükəlidir. Bu baxımdan xəstələnməmək, immuniteti qorumaq, daha çox vitaminli qidalarla qidalanmaq və payız mövsümündə mövcud olan tənəffüs yollarının digər respirator infeksiyalarında da qorunmaq məsləhətdir”.

Allerqoloq, pulmunoloq Ramin Nərimanın sözlərinə görə, son dövrlərdə yuxarı tənəffüs yollarının infeksiyasının, qripin, koronavirursun artması fəsli xarakter daşıyan bir vəziyyətdir:

“Çünki koronavirus infeksiyasının əvvəllər də belə halları olub. Odur ki, fəsil dəyişməsi ilə əlaqədar olaraq yuxarı tənəssüf yolları xəstəliklərinin olması normaldır. Artıq koronavirus da digər tənəffüs yolları infeksiyaları kimi fəsillə bağlı kəskinlışməsi yarana bilər. Hazırda müşahidə olunan koronavirus infeksiyasına yoluxmalar artsa da, çox hallarda demək olar ki, ağırlaşma, ağciyər zədələnməsi olmur, yuxarı tənəffüs yollarının digər infeksiyası kimi adi tənəffüs yollarının zədələnməsi kimi keçib-gedə bilir. İstər tənəffüs yollarının digər infeksiyaları, istərsə də koronavirusa yoluxmaq immunitetin zəifliyi ilə bağlı olacaq hal deyil. İmmun sisteminin zəifləməsi sıradan olacaq bir vəziyyət deyil. Əksinə yuxarı tənəffüs yollarının infeksiyasına yoluxmaq immun sistemə stimulə edəcək, qıcıqlandıracaq təsir göstərir və nəticədə immun sistemi işlək vəziyyətdə saxlayır, sönməyə qoymur. Bir insanın il ərzində üç-dörd dəfə hər hansı virus infeksiyası, o cümlədən də yuxarı tənəffüs yollarının infeksiyası ilə yoluxması normaldır. Burda hər hansı qeyri-adi vəziyyət yoxdur və immun sistemini artırmaq üçün xüsusi bir tədbir görməyə gərək yoxdur. Gündəlik həyat rejiminə düzgün riayət etmək, yuxu-oyanıqlıq rejiminə, eləcə də normal qidalanmaya riayət etmək, fiziki aktivliyi saxlamaqla ümumiyyətlə, nəinki immun sistemə, bütün orqanizmin digər orqan toxumaların sisteminə də müsbət təsir göstərib öz həyat fəaliyyətimizə normal davam edə bilirik.

Son dövrlərdə artan koronavirus, eləcə də digər virus infeksiyaları üçünsə narahat olacaq ciddi bir vəziyyət yoxdur”.
 
 
 

Ardını oxu...
Rənglərin insan psixologiyasına təsiri artıq elmi tərəfdən təsdiqlənib. Fərqində olmasaq da, rənglər psixologiyamıza təsir edə bilir.

Psixoloqlar da rəng seçimlərini insanların xarakteri, əhval-ruhiyyəsi ilə əlaqələndirirlər. Maraqlısı odur ki, Azərbaycanda insanların demək olar ki, yarıdan çoxu qara rəngə üstünlük verirlər. Bu, istər geyim, aksesuar, istərsə də avtomobil seçimində özünü göstərir.

Qara rəngin psixologiyada mənası nələrdir?

Psixoloq Elmir Əkbər Bizim.Media-ya açıqlamasında, ümumiyyətlə, qara rəngə üstünlük verməməyi tövsiyə edib:


“İnsanların qara rəngə üstünlük verməsinin səbəbləri müxtəlifdir. Məsələn, səbəblərdən ən geniş yayılmışlarından biri odur ki, azərbaycanlılar Qafqaz, Şərq xalqı olaraq surətpərəstdir. Hamı istəyir ki, yaraşıqlı görünsün. Yaraşıqlı olmağın vacib yolu da çəkinin qaydasında olmağıdır. Təəssüf ki, belə ləzzətli mətbəxə malik olduğumuz halda əksəriyyət əziyyət çəkməyi, idman edib özünü formada saxlamağı istəmir.

Ona görə də qara rəngli geyimlə artıq çəkisini gizlətməyə çalışanlar da var. Qara rəngi həm də daha münasib və digər rənglərlə həmahəng olduğu üçün büdcəyəuyğun hesab edirlər. Məsələn, siz qara şalvarı istənilən köynəklə geyə bilərsiniz. Hamının imkanı yoxdur ki, hər rəngə və dəbə uyğun rəngdə paltarı olsun. Bu da bir səbəb ola bilər”.

Psixoloqun sözlərinə görə, sözsüz ki, rənglərin psixoloji mənaları və insan psixikasına təsirləri var:

“Ümumiyyətlə, qara sirlilik, qapalılıq, ecazkarlıq, hətta bir çox hallarda eleqant görünüş rəngidir. Lakin etnik olaraq nəinki Azərbaycanda, bir sıra ölkələrdə qara, həm də matəm rəngidir. Ona görə də həddən artıq qara rəngə məruz qaldıqda insan psixikasında məyusluq və bədbinlik arta bilər. Buna görə də mən tövsiyə edərdim ki, insanlar qara rəngə çox da aludə olmasınlar.

Maddi imkanları yer verdiyi qədər rəngarəng geyimlərə üstünlük verməyə çalışsınlar. Hələ təkcə geyim deyil, ev dekoru məsələsində də çoxu qara rəngli interyer detallarından geniş istifadə edirlər. Yaxşı olardı ki, heç olmasa ev interyerinin dizaynında müxtəlif rənglərə üstünlük versinlər”.
Ardını oxu...
Çeçenistan rəhbəri Ramzan Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı jurnalist Pavel Zarubinin teleqram kanalında məlumat verilib.

Kadırov onun səhhəti ilə bağlı yalan məlumat yayanlardan danışaraq, belə insanların “dövləti, dinləri və xalqları məhv etmək” niyyətində olduğunu vurğulayıb.

“Mən tamamilə sağlamam”, - deyə Kadırov bildirib.

Qeyd edək ki, daha öncə Kadırovun xəstəxanaya yerləşdirilməsi barədə sosial şəbəkələrdə məlumat yayılmışdı.
 

Dünyapress TV

Xəbər lenti