Lavrovun balans siyasəti -
Rusiya xarici işlər naziri Sergey Lavrov “balans” naminə həm Azərbaycana, həm də Ermənistana daş atıb. Sergey Lavrov ötən ilin yekunlarıyla bağlı mətbuat konfransında deyib ki, Laçın dəhlizi 9 noyabr 2020-ci il tarixli razılaşmaya əsasən, yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır. Yəni sözlərindən belə çıxır ki, guya azərbaycanlıların yoldakı aksiyasına görə bu sərbəstlik indi yoxdur. Lavrov azərbaycanlıların məlumatı əsasında ermənilərin bu yoldan minalar keçirməsiylə bağlı narazılığını bu şəkildə yekunlaşdırıb: “İndi hərbçilərimiz bu məlumatı öyrənirlər”. Bu adam dolamaqdır. Sizə bu məlumat aksiyadan aylar əvvəl ötürülüb və Siz yoldan silahın, sursatın və minaların keçirilməsinə seyrçi qalmısız. İndi üstündən aylar keçəndən və aksiya başlayandan sonra Lavrov deyir ki, “məsələni araşdıracaqlar”. Minalar keçirilib, müxtəlif istiqamətlərdə basdırılıb, müharibədən sonra minaların partlaması nəticəsində yüzlərlə vətəndaşımız həlak olub və bu faciələrə şərait yaradan Rusiyanın bölgədəki hərbi kontingenti olub. Bundan sonra Rusiya hərbi kontingenti “araşdırma” nəticəsində öz paxırını açarmı?
Sergey Lavrov Ermənistana da daş atıb. O deyib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi barədə sənədi yerinə yetirmək əvəzinə Avropa İttifaqının missiyasına üstünlük verib. Lavrov bu mövzuda fikirlərini belə yekunlaşdırıb: “Bu əlbəttə ki, Ermənistanın hüququdur. Lakin unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq. Sərhəddə etimadın möhkəmlənməməsi əlavə gərginliklər yarada bilər”.
Lavrov bu məsələdə haqlıdır. Avropa İttifaqının missiyası təmas xəttində monitorinqi uzatmaqla heç nəyə nail olmayacaq, əksinə Brüssel iki mənfi nəticə ilə üzləşəcək. Birincisi, rəsmi Bakı Brüsselin bundan sonrakı vasitəçiliyinə şübhəylə yanaşacaq. İkincisi, Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsi uzanacaq ki, bu da əslində Avropa İttifaqının maraqlarına cavab verməməlidir.
Elxan Şahinoğlu
Teref.az
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti