İsterik-sərxoş beyinlərin məntiqsiz məhsulu
Onların anlamında beynəlxalq hüquq: “Qarabağda mədənlərin işlənməsinə hansı əsasla və kim qadağa qoya bilər?”

Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəallar tərəfindən Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti dislokasiya zonasında qanunsuz mədən işlərinə etiraz olaraq ötən il dekabrın 12-də başladılan aksiyası davam edir. Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini bu vəziyyətə cəlb etmək üçün çoxsaylı cəhdlərinə baxmayaraq, Azərbaycan tərəfi öz gündəmini fəal şəkildə təbliğ edir. Erməni tərəfi Laçın yolunun “bağlandığı” iddiasındadır, lakin xatırlamır ki, bu dəhlizin yeganə məqsədi Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin humanitar ehtiyaclarını təmin etməkdir.

Bu məqam 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda öz əksini tapıb. Lakin bu sənədin imzalanmasından sonra baş verən hadisələr göstərir ki, Ermənistan Laçın dəhlizindən başqa məqsədlər üçün, yəni hərbi yüklərin və hərbi qulluqçuların daşınması üçün istifadə edib.

Azərbaycanın haqlı tələblərinə baxmayaraq, Ermənistan tərəfi Üçtərəfli Bəyanatın pozulması faktlarını tanımır və Ermənistanın özünün təqsiri ilə yaranmış vəziyyətə müdaxilə etmələri üçün aparıcı dövlətlərə və beynəlxalq təşkilatlara yalvarır. Ermənistan rəsmilərinin açıqlamalarına görə, belə mühakimə yürütmək olar ki, İrəvan Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdənsə, yaranmış vəziyyətdən növbəti anti-Rusiya isteriyası üçün istifadə edib, regiona beynəlxalq qüvvələri cəlb etməyə çalışır.

Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin dünənki iclasında bəyan edib ki, İrəvan Laçın dəhlizinin “blokdan çıxarılması” məsələsində beynəlxalq ictimaiyyətdən, o cümlədən Rusiyadan daha substantiv addımlar gözləyir: “Azərbaycan Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri birbaşa pozur və bu, onun danışıqlar aparmaq qabiliyyəti ilə bağlı böyük suallar yaradır”.

O ki qaldı kimin danışıqlar aparmağa qadir, kimin olmadığına, beynəlxalq ictimaiyyət bütün Dağlıq Qarabağ münaqişəsi boyu bunu yaxşı bilirdi və Üçtərəfli Bəyanatın bəndlərinin pozulmasından ən azı Paşinyan danışmasa, yaxşı olar. Yaranmış vəziyyətdə birbaşa Paşinyanın özü günahkardır - o, üçtərəfli bəyanata imza atır, lakin sənədin imzalandığı gündən iki il keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini sabotaj edir.

Erməni tərəfi konstruktiv yanaşmalar və düzgün qərarlar əvəzinə yalnız isterik qışqırıq və ənənəvi boşboğazlıq nümayiş etdirir, ölümcül səhvlərinə görə məsuliyyəti başqalarının üzərinə yıxır.

Bunun fonunda erməni təbliğatının özü və ermənipərəst bədnam ekspertlər Paşinyanın dediklərinə sanki dəstək verirmiş kimi, mövcud vəziyyəti izah etmək üçün gülünc və absurd açıqlamalar verirlər. Məsələn, Rusiyanın Avrasiya İqtisadi İttifaq ölkələri İnstitutunun direktoru Vladimir Lepyoxin deyib ki, “Azərbaycanın qaldırdığı Qarabağda yataqların qanunsuz istismarı məsələsi tamamilə qondarma və təxribat xarakterli mövzudur”.

“Mədənlərin işlənməsinə hansı əsasla və kim qadağa qoya bilər? Baxın, Bakı bu ərazini özününkü hesab edir, amma belə düşünmək onun haqqıdır. Bəs bu hadisələr özəl xarakter daşıyırsa və bizim xüsusi mülkiyyətə müqəddəs hüququmuz varsa, hansı əsasla (Azərbaycan - red.) qadağa qoymağa iddia edir?", - deyən Lepyoxin rus diplomatları və siyasətçilərini bu "sadə" vəziyyətdə siyasi və iqtisadi sahədəki kateqoriyalarda çaşqınlıqda ittiham edib.

Erməni yalanlarının və güclü spirtli içkilərin buxarlarının toruna həddən artıq qapılan dar düşüncəli Lepyoxinin beynində yaranan “parlaq fikir” heç cür məntiqli davam edə bilmədi. Qarabağ beynəlxalq hüquqa görə Azərbaycana məxsusdur, yəni Bakının icazəsi olmadan bu ərazidə faydalı qazıntıların işlənməsi qanunsuzdur.

Azərbaycanın Qarabağda yerləşən mədənlərin qanunsuz istismarına qadağa qoyulmasını tələb etmək üçün bütün əsasları var. Bu səbəbdən beynəlxalq birlik beynəlxalq hüququ tam anlamayan Lepyoxindən fərqli olaraq, Azərbaycanın addımlarını ciddi şəkildə qınamaqdan çox uzaqdır.

Müəllif: Asif Aydınlı
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti