Paşinyanın "yol xəritəsi" tələbi -
Paşinyan Laçın yolunun açılması ilə bağlı Rusiyadan “yol xəritəsi” tələb edir. Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Rusiya sülhməramlı kontingenti Laçın yolundakı situasiya ilə bağlı müfəssəl açıqlama ilə çıxış etməlidir. Paşinyan hesab edir ki, Rusiya obyektiv, yaxud subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatı alması və ya bölgəyə əlavə çoxmillətli sülhməramlı kontingentin göndərilməsi üçün məsələ qaldırmalıdır. Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi üçün hər iki tərəfin - həm Ermənistanın, həm də Azərbaycanın razılığı olmalıdır: "Hər iki tərəf razıdırsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Tərəflər isə tək Ermənistan yox, həm də Azərbaycandır”. Kremlin sözçüsü Ermənistanın Rusiyanın yaxın müttəfiqi, Azərbaycanın isə çox dəyərli tərəfdaş olduğunu vurğulayıb.
TEREF.AZ-ın məlumatına görə, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Paşinyanın Qarabağ ermənilərinin taleyi ilə bağlı "qayğılarını" təbii qəbul etmək lazımdır. Ekspertə görə, Paşinyanın müxtəlif yollarla "ermənilərin mənafeyini qorumağa" çalışacağı aydın məsələdir: "Bunun üçün ağlagələn və gəlməyən yollara baş vuracaq. Baş nazir istəyir ki, tək Rusiyadan asılı vəziyyətdə qalmasınlar. BMT mandatı adı altında bir neçə ölkənin kontingenti də Qarabağa yerləşsin ki, nisbətən özlərini rahat hiss eləsinlər. Həmçinin bu kontingentin arasına Fransanın əsgərlərini də yerləşdirsinlər. Amma bunlar boş xəyallardır. Bir şeyi unudurlar ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir və ora hansısa kontingentin gəlməsi Azərbaycanın razılığı olmadan mümkün deyil. Bunu Lavrov da qeyd edib ki, bu məsələ Azərbaycanla razılaşdırılmalıdır. Azərbaycanın isə belə bir addımı atmağa nə tələbi, nə də marağı var. Azərbaycan beynəlxalq kontingentdən daha yaxşı Qarabağ ermənilərinin təhlükəsizliyini qorumaq iqtidarındadır. Rus sülhməramlıları ərazidən çıxandan sonra bunu edəcəyik. BMT kontingentini azərbaycanlıları Qərbi Zəngəzura köçürəndə dəvət edərik. Onda daha yaxşı effekt verəcək, çünki ermənilərin verəcəyi təhlükəsizlik vədinə ümid etmək olmaz".
 
 
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti