Azərbaycan Xankəndiyə girir: üç qurumun səfərinə Putin və Paşinyan niyə susdu...
Laçın dəhlizi həmişə strateji əhəmiyyətə malik olub. Hələ I Qarabağ müharibəsi zamanı, ondan öncə DQMV mövcud olduğu illərdə bu yol müstəsna önəm daşıyıb. Vətən müharibəsindən sonra da üçtərəfli sənəd əsasında dəhlizi açıq qoyduq, hətta Laçın şəhərini geri almaq üçün yeni yol inşa etdik. Bu, Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişini nəzərdə tutur. Yəni biz onları blokadaya salmadıq. Amma ötən 2 ildə yoldan humanitar yox, militarist məqsədlər üçün istifadə edilib - hərbi texnika daşınıb, mina gətirilib, qanunsuz səfərlər olub... Azərbaycan yola nəzarəti təmin etməsə də, rus hərbçilərindən bunu tələb edib. Amma ruslar da bəzən qulaqardı edib, bəzən eşidib. Sadəcə, son vaxtlar həddi açdılar və Bakı açıq dedi ki, ya yolu bağlayarıq, ya da özümüz nəzarət edərik. Anaxeber.info yazır ki, Azərbaycanın ümumiyyətlə Laçın dəhlizini bağlamaq planı yoxdur. Bakının tələbi budur ki, humanitar məqsədlər üçün nəzərdə tutulan yoldan təxribat və hərbi məqsədlər üçün istifadə edilməsin; son olaraq, Sarıbaba yüksəkliyinə basdırılan minaların Laçın dəhlizindən gətirilməsi, o cümlədən, İran vətəndaşlarının Qarabağa qeyri-qanuni olaraq keçidinə icazə verildiyinə dair məlumatlar da bunun zəruriliyini bir daha ortaya çıxardı. Xankəndi-Gorus yolunda baş verənlər də Azərbaycanın öz suveren ərazilərində hərəkət etməsidir. Son məlumatlara görə, azərbaycanlı mütəxəssislər Xankəndiyə yollanıblar. Orada Qarabağ iqtisadi rayonunda regionunda ekoloji monitorinqin təşkili ilə bağlı müzakirələr aparılacaq. Bu o deməkdir ki, birincisi, Azərbaycan Qarabağ iqtisadi rayonunda ekoloji monitorinqlərə start verir; İkincisi, Azərbaycan öz suveren ərazisində istədiyi addımı ata biləcəyini nümayiş etdirir. Bu, həm də Bakının sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə ekoloji monitorinq üzərindən daxil olması deməkdir. Artıq proses başlayıb və şübhəsiz ki, davamlı olacaq. Ermənilər anlayırlar ki, gün gələcək və Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan gömrük və sərhəd postları fəaliyyətə başlayacaq. Yolun təxminən 3 saat bağlı qalması və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının Rusiya sülhməramlı qüvvələri ilə yolda danışıqlar aparması buna misaldır. Nəbz yoxlaması uğurla həyata keçirildi. Azərbaycan məmurlarının daha sonra Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdirməsi də ermənilərə mesajdır ki, bu yerlərdə azərbaycanlıları görməyə alışmalıdırlar. Maraqlıdır ki, Ermənistan hakimiyyəti baş verənləri soyuqqanlı qarşıladı, kəskin reaksiya vermədi, Qarabağdakı separatçılar isə haray-həşir saldılar. Onlar qorxu içindədirlər və cavab tapmağa çalışdıqları sual budur: “Rusiya yolun Azərbaycan hərbçiləri tərəfindən nəzarətə götürülməsinə seyrçimi qalacaq, yoxsa buna imkan verməyəcək və Azərbaycan məmurları bundan sonradamı Xocalıya və ya Xankəndiyə gələcəklər? Ekspertlər analiz edirlər ki, ermənilərin nəfəsliyi olan Laçın dəhlizinə nəzarət 3 mərhələdə icra olunmalıdır. Əvvəla, Dövlət Təhlükəsizlik Xidməti rəisinin 1-ci müavini Ceyhun Şadlinskinin “Qarabağa hərbi texnika daşınır”, açıqlaması, o cümlədən son 3 ayda Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaları, bölgədə yeni hərbi qarşıdurma riskini artırıb. Bu da ermənilər üçün nəfəslik olan Azərbaycanın Laçin yoluna (dəhliz) nəzarət sistemini həyata keçirməsi məsələsini vacibliyini diqtə edir. Bəllidir ki, separatçıların təchizat məsələləri Laçın dəhlizi vasitəsilə Ermənistandan Qarabağa doğru həyata keçirilir. Erməni separatçılarının aktivləşməsi bu təchizat yolunun nəzərdə tutulduğu kimi təkcə humanitar məqsədlər üçün istifadə olunmadığına dair fikirləri təsdiqləyir. Demək, Ermənistan əvvəllər olduğu kimi 2020-ci ildə 44 günlük müharibədən sonra məğlub olmasına baxmayaraq, Qarabağdakı erməni separatçılarının hərbi vasitələrlə təchizatını davam etdirib. Rusiyanın həmin humanitar təchizat yoluna nəzarət edən sülhməramlı hərbi birləşmələri isə bu missiyanın öhdəsindən ya gəlməyiblər ya da ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində olduğu kimi ermənilərin silahlandırılması prosesində iştirak ediblər, yaxud da edirlər. Belə olan təqdirdə Azərbaycan özünü və beynəlxalq qanunları əsas götürərək, inşa etdiyi Laçın dəhlizinə nəzarət funksiyasını həyata keçirməlidir. Bu nəzarət funksiyası 3 mərhələdə icra olunmalıdır. Bir, Dövlət Sərhəd Xidmətinin mənsubları dəhlizdə sərhəd-keçid məntəqəsi formalaşdırmalı və hər iki istiqamətə Ermənistandan Qarabağa və əks tərəfə hərəkət edən vasitələrin (həmçinin, şəxslərin) yoxlanışını həyata keçirməlidir; İki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Laçın dəhlizinin ümumi təhlükəsizliyini təmin etməlidir. Üç, Azərbaycan Ordusu strateji mövqelərdən və yaxın ərazidən Laçın dəhlizinin müdafiəsini təşkili prosesini davam etdirməlidir. Bu hadisəyə reaksiyalara gəlincə, Putinin başı Ukraynaya qarışıb, Bakını narazı salmaq da istəmir, Paşinyan isə anlayır ki, hər şey itirilib, sülh sənədi imzalanmalıdır...

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti