Nikol 44 günlük savaşdan öncəki “ritorika”ya qayıdır
Paşinyan bildirir ki, Azərbaycanla sülh müqaviləsinə Qarabağ məsələsi daxil edilməyə bilər.

Bu, rəsmi Bakının “Qarabağ Azərbaycanın daxili məsələsidir” mövqeyinə uyğundur, hərçənd, erməni baş nazir fikrinin davamında gerçək niyyətini açıqlayır:

- “Dağlıq Qarabağ üzrə danışıqlar prosesində əsas söz sahibi Qarabağ xalqının seçdiyi nümayəndələr olmalıdır”;

- “Azərbaycan “Dağlıq Qarabağ”la danışıqlar aparmalıdır”.

Nikolun “Qarabağ yükü”ndən azad olmaq və separatçı-terrorçuların gələcəyi ilə bağlı məsuliyyəti Rusiyanın üzərinə qoymaq, həmçinin, Bakı-Moskva xəttində münaqişə nöqtəsi yaratmaq niyyəti bəllidir. Hərçənd, müharibədən sonra Qarabağla bağlı dəyişən ritorika diqqət çəkir.

Erməni baş nazir müharibədən sonra “status iddiasının aşağı salınması” və “Qarabağda etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” çıxışları ilə İrəvanı prosesdən ayırır, Bakının gündəliyinə yaxın mövqedən çıxış edirdisə, indi 44 günlük müharibədən öncə Qarabağı danışıqlarda tərəf kimi daxil etmək mövqeyini başqa formada təkrarlayır.

Müharibədən sonra ilk dəfə “Azərbaycanla “Dağlıq Qarabağ” arasında danışıqlar başlasa yaxşı olar” tezisini Fransada Makronla görüş zamanı dilə gətirməsi bölgədə şərtlərin dəyişməsi, daha doğrusu, dəyişmək perspektivinin yaranmasından qaynaqlanır və bu, bölgəyə dair siyasətini “münaqişənin bitmədiyi”, “status” və “Minsk qrupu” üzərindən həyata keçirən Qərb ölkələrinin, xüsusilə Fransanın əlinə oynamaqdır.

Bütün hallarda – Qarabağ məsələsi Bakı və Moskvanın məsələsinə çevrilərsə, yaxud “tərəf” olması iddiası aktuallaşarsa - nəticənin nə olmasından asılı olmayaraq, Paşinyan “yük” olaraq gördüyü bu məsələni üzərindən atır və “Qarabağ ərazi yox, hüquqi münaqişədir” tezisini gücləndirməyə çalışır.

Buna paralel olaraq, Qarabağda müəyyən proseslərin yaşanması istisna deyil. Xüsusilə separatçıları “tərəfə” çevirmək məqsədilə “etnik ermənilərin hüquqlarının pozulması, təhlükəsizliyinin təmin edilməməsi” halları yaradıla, Bakının irəli sürdüyü “birgəyaşayış” prinsipinin mümkünsüzlüyünü ispatlamağa hesablanan addımlar atıla bilər.
 
 
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti