Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
Az əvvəl Azərbaycanın Müdafiə Nazirliyi aşağıdakı məlumatı paylaşıb:
Martın 28-də Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin və Silahlı Qüvvələrinin hərbi attaşelik aparatının nümayəndələri, həmçinin Belarusun Azərbaycan İcmaları Konqresi beynəlxalq ictimai birliyinin nümayəndələri birinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda əvəzsiz qəhrəmanlıqlar göstərərək döyüşmüş Azərbaycanın Milli Qəhrəmanı, Belarus əsilli mayor Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının 60-cı ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə hərbi orkestr tərəfindən hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Tədbir iştirakçıları, həmçinin Milli Qəhrəmanın anası Kima Davidoviçin evini ziyarət edib, onun səhhəti və qayğıları ilə yaxından maraqlanıblar. Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, A.Davidoviç 1992-ci ilin iyun ayının 13-də şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli Fərmanı ilə mayor Davidoviç Anatoliy Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

***

"DİA-AZ" bildirir ki, Müdafiə Nazirliyinin aşağıda təqdim etdiyi fotolar isə bir başqa mənzərədən xəbər verir...

Məlumdur ki, Davidoviç Anatoliy Nikolayeviç Azərbaycanın belorus əsilli yeganə Milli Qəhrəmanıdır. Azərbaycanın dövlət başçısının həm Belorusa, həm də elə xüsusi olaraq Azərbaycan uğrunda canını fəda edənlərə... - milli və sosial-siyasi kimliyindən asılı olmayaraq... münasibəti də bəllidir və hər zaman Azərbaycan dövləti onun uğrunda zərrə qədərində addım atanlara dünya qədərində dəyər verib...

İndi isə aşağıdakı fotolara diqqət yetirin və ölkəmizin Belorusdakı səfirliyinin bu günə qədər harda yatdığının yerini söyləyin...

Azərbaycan dövləti o qədər kasıb deyil ki, onun Milli qəhrəmanının uyuduğu məzarlıq o yolsuzluq şəriaitində olsun, qəhrəmanımızın anasının isə evinin divarları üstünə gəlsin...

Məlumdur ki, hər il dövlətimizin büdcəsindən səfirliklərimizə ciddi şəkildə vəsait ayrılır. Və bu vaxta qədər eşitməmişik ki, Belorusdakı səfirliyimiz harasa ciddi məbləğdə pul xərcləsin...

Hətta bu halda belə... Davidoviç Anatoliy Nikolayeviçin məzarının abadlaşdırılması, anasının yaşadığı evin isə təmiri bizim səfirlik üçün BİR ŞƏRƏF MƏSƏLƏSİ İDİ...

Amma biz fotolardan da aydın şəkildə həmin ŞƏRƏFLİ MƏNZƏRƏNİ görə bilmirik...

MALƏSƏF...
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1743183825_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1743183825_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1743183825_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1743183825_4.jpg
P.S. Bilmirik Belorsudakı səfirimiz kimdir... maraqlı və önəmli də deyil... Çünki önəmli olanı ORTADAKI AYIBDIR...
"DİA-AZ"
 
 
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM
24 May 2025 “Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan

Dünyapress TV

Xəbər lenti