Zəngəzur dəhliz:
Ermənistan heç vaxt Azərbaycana öz ərazisində dəhliz verməyə razı olmayıb.
bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Antalya Diplomatik Forumunda deyib.
“Azərbaycan “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdə davam edir. Ermənistanda Zəngəzur yoxdur. Ermənistan heç vaxt Azərbaycanın öz ərazisindəki hər hansı dəhlizə çıxışına razı olmayıb. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü əsasında Cənubi Qafqazın kommunikasiyasını açmaq istəyirik”, - Rubinyan bildirib.

Rubinyanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a vurğulayıb ki, İkinci Qarabağ müharibəsini yekunlaşdıran 2020-ci il üçtərəfli Bəyanatda Ermənistan “bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi” öhdəliyini üzərinə götürüb:
“Bəyanatın 9-cu bəndində göstərilib ki, “Bölgə­dəki bütün iqtisadi və nəqliyyat əlaqələ­ri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbay­canın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasın­da nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir".
Bəyanatdan keçən 3 ildən artıq zaman ərzində Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək Zəngəzur dəhlizi ilə bağlı işləri sürətli şəkildə davam etdirir. Ermənistan isə sadəcə prosesləri sabotaj etməklə məşğuldur. Eyni zamanda, Fransa və Hindistan tərəfindən silahlandırılan Ermənistan Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymayaraq götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu baxımdan da Azərbaycan və Ermənistan tərəflərinin görüşlərindən, sülh müzakirələrindən ciddi nəticələr əldə edilməyəcəyi görünür. Çünki humanitar məsələlərdən olan mina xəritələri Ermənistan tərəfindən Azərbaycana verilməyib. Digər bir tərəfdən Ermənistanın Azərbaycanla şərti sərhəddə üzbəüz mövqelərində Avropa İttifaqı missiyasının və Fransa Jandarmasının həyətlərindən ibarət muzdlu döyüşçülərin də yer aldığı, hər an ciddi təxribata hazır olan dəstələr var. Bu da o anlama gəlir ki, Ermənistan sülh müzakirələri masasından Qərb, xüsusilə də Fransa tərəfindən qaldırılıb”.

Ekspert qeyd edib ki, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəblərindən biri də 2024-cü ilin Zəngəzur dəhlizinin reallaşmasını baxımdan əhəmiyyətli tarixin olmasıdır:
“Oxşar iddialara nəzər salsaq görərik ki, 2023-cü ilin sonunda ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanın Ermənistana hücum edəcəyini bildirməsi, Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin oxşar fikirləri, həmçinin Fransanın Ermənistanı silahlandırmasının guya ona hücumla əlaqələndirməsi yaxın zamanlarda şərti sərhəddə vəziyyətin kəskinləşəcəyini deməyə əsas verir. Fransanın, Hindistanın, hətta İranın da ehtiyat etdiyi Zəngəzur dəhlizinin açılması və Türkiyə ilə Azərbaycanın birləşməsi məsələsinin reallaşmaması üçün İrəvana dəstək göstərilir. Bu da Ermənistanda özgüvən yaradır və onu yeni təxribatlara ruhlandırır. Türkiyə, Rusiya, Çin, Böyük Britaniya isə Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılması ilə razılaşmasa, Azərbaycan böyük güclərin siyasi və mənəvi dəstəyini alaraq, alternativ imkanlardan istifadə edəcək”.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti