Ardını oxu...
Axı mən nə deyim, bəs nə deyim?..
Məni guya kiminsə anasını söydüyümə görə içəri qoyublar və mən də hər gün Xəzər.tv-dən yayımlananlara baxmaya da bilmirəm, eşitməyə də bilmirəm - 3×4-ə olan kameradır. Və mən tamaşa edirəm reklam məhsullarının təbliğinə və təqdimatına. Siz allah, mətnə baxın:
"Hamilə qadınlar və süd verən analar preparatdan istifadə edə bilər!"
Deyəcəksiniz nə var ki burda?
Azərbaycan dilini bilməmək cəhənnəmə, anaları təhqir var və buna görə hətta böyük pullar da verirlər, böyük pullar da alırlar!
Hardadı o cümlədə təhqir?
İnək süd verir, camış süd verir, keçini sağırlar!!!
Analar əmizdirir dünyaya yeni gəlmiş körpəni. O körpə "südəmər" adlanır.
Reklam mətni "Südəmər körpəsi olan analar və hamilə qadınlar istifadə edə bilər" şəklində olmalıydı... ən azından!
Aydın Can
Teref.az
 
 
 
Ardını oxu...
Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Qaradağ rayon şöbəsinin rəhbəri Polad Ocaqovun həyat yoldaşı canlı yayıma çıxıb. O, illərdir yaşadığı ərinin bir andan ondan üz döndərməsini və balalarını əlindən aldığını açıqlayıb.

Teref.az xəbər verir ki, Space Tv-də yayımlanan «Gəl, Danış» verilişində çıxış edən Könül hələ rəsmi nikahda olduğu ərinin bu addımı atmasına aydınlıq gətirib:

«Qayınatam rəhmətə gedəndən sonra məndən üz döndərdi. Dedi səni istəmirəm. Başqa qadınla danışır. Uşaqlarım məndən ayrı qala bilməzdi. 1 yaşlı uşağım necə ola bilər ki, bir anda məni istəməsin? Polad hər yerə zəng edir, uşaqları məndən gizlədir. Məni evdən qovdu».

Könülün atası Əli bəyin də açıqlaması maraqla qarşılanıb: «Doğma əmim oğludur. Biz kasıbıq, onlar varlı. Mən onun bir neçə evində işləyirəm. Ona necə lazımdır xidmət eləmişəm. Budurmu yaxşılığım? Pulla indi hər şeyi ört-basdır edir».

Amil Xəlil Könülün 15 yaşında ərə getdiyini qeyd edib. Araşdırma zamanı bəlli olub ki, əldə olunan məhkəmənin uşaqla görüş qərarını belə Binəqədi rayon icra probasiya şöbəsi həyata keçirə bilmir.

Məsələ ilə bağlı canlı yayıma qoşulan Polad Ocaqov arvadı Könülü istəmədiyini qeyd edib: «Könül bir dəfə atam xəstə olanda evdən getdi. Mən onu qəbul etmirdim. Rəhmətlik atam xahiş etdi, onu geri qaytardım. Məndən evlərimi istəyir, deyir mənə şəhərdən ev al».

Məsələ canlı yayımda araşdırma ilə davam edib.

“Avroviziya 2011” qalibi Nigar Camalın başına iş gəlib.

Qaynarinfo xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə paylaşım edib. O bildirib ki, yolda gedərkən bir nəfər onun avtomobilinin qarşısını kəsib.

Daha sonra həmin şəxs maşından enərək Nigara yaxınlaşıb. Nigar pəncərəni açmadıqdan sonra, sürücü onun maşınına zərbələr endirib.

“KİA markalı avtomobilin sürücüsü mənim yoluma girmək istəyirdi. Tıxac idi, həm də böyük bir avtobus artıq yola girmişdi. Mən sol tərəfdən tam ortada idim, o isə maşını həmin yola müxtəlif hərəkətlərlə salmaq istəyirdi. Xəbərdarlıq etdim ki, siz neyləyirsiniz? Mən avtomobili avtobusa vura bilərəm. O da başladı bilə-bilə müxtəlif hərəkətlər etməyə. Mən də vəziyyətdən çıxmağa və yolumu davam etməyə çalışırdım. Gördüm ki, arxamca düşüb, yolumu kəsməyə çalışır. Aradan çıxa bilmirdim, ona görə də çəkməyə başladım ki, düşündüm əl çəkəcək. Birdən yolumu bağladı və mənə hücum elədi. Yuxarıda görüntüləri də təqdim etmişəm.

Mən başa düşmürəm bəzi kişi sürücülər qadınlara qarşı niyə belə aqressivdir?! Mən sağlamlığı yerində insanam, ancaq mənim yerimdə panik-atakı olan, epilepsiyadan və digər psixoloji xəstəliklərdən əziyyət çəkən bir xanım ola bilər – yaxud daha həssas biri. Onsuz ölkəmizdə qadına qarşı şiddət yayğındır. İndi isə bunu açıq-aşkar küçənin ortasında edirlər. Bu maşında Nigar Camal yox, haqqını tələb edə bilməyən, tez təsirə düşən biri də ola bilərdi. Bəlkə də daha pis hadisə yaşana bilərdi” deyə, ifaçı bildirib.

Ardını oxu...
Hatayda kişi zəlzələdə evi dağılmış keçmiş həyat yoldaşına qarşı ağılasığmaz cinayət işlədib.

Gununsesi.info xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, iki uşaq anası Alev Altun zəlzələdən sonra Hatayda minlərlə insan kimi evsiz qalıb. Onun əlacasız qaldığını görən keçmiş həyat yoldaşı Savaş Altun onu aldadaraq, öldürməyə cəhd edib.

Belə ki, o, Alev Altuna “mənim evim möhkəmdir, uşaqlar üçün də təhlükəsiz olar” deyərək evinə gəlməyə razı salıb. Sonra qaynar su tökərək ona ağır xəsarət yetirib.

Hazırda 25 yaşlı Alev Altun reanimasiya şöbəsində müalicə olunur.

Savaş Altun isə “zəlzələdə oldu” deyərək, işlətdiyi cinayətin məsuliyyətindən yayınmağa çalışıb.
 
Ardını oxu...
Bədəndə vitaminlərin, makro və mikroelementlərin hər hansı birinin çatışmazlığı sağlamlığın pisləşməsinə səbəb olur. Xüsusilə 30 yaşdan sonra qadınların əlavə qida mənbələrinə ehtiyacı var.

Publika.az xəbər verir ki, bu sözləri terapevt Yelena Bıstrova Ura.ru-ya verdiyi müsahibədə deyib. Həkim həmçinin qadınların sağlamlığı üçün lazım olan əsas vitaminləri və onların təsirini açıqlayıb.

Vitamin A

Beta-karoten böyümə, hüceyrələrin bərpası, dərinin sağlamlığı, qaranlıqda görmə qabiliyyəti və yumurtalıqların sağlamlığına cavabdehdir. A vitamini çatışmazlığı fonunda dəri quruyur və qalınlaşır, dabanların ətrafında çatlar əmələ gəlir. Eyni zamanda saçlar parlaqlığını itirir.

Vitamin E

Tokoferol hormonal dövrü tənzimləyir, hamiləlik şansını artırır, həmçinin xoşxassəli döş şişinin böyüməsinin qarşısını alır. E vitamini çatışmazlığı olarsa, qan axını pisləşir, üzdə qırmızı ləkələr görünür və həddindən artıq əsəbilik əmələ gəlir.

Vitamin C

Askorbin turşusu qadınların sağlamlığına cavabdehdir: onu qoruyur, bərpa edir və gücləndirir. C vitamini də xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.

Vitamin B9

Fol turşusu isə dünyaya sağlam uşaq gətirmək şansını artırır.

B vitaminləri (B1, B6, B12)

Onlar cinsi istəyi bərpa edir, sinir sisteminin və beynin inkişafında iştirak edirlər. Bu qrupun vitaminləri psixo-emosional balansdan məsuldur. Çatışmazlıq kəpəyə, saçların yağlanmasına, göz qapaqlarının qaralmasına, dodaqların yaxınlığında çatların və incə qırışların əmələ gəlməsinə, həmçinin dərinin qurumasına gətirib çıxarır.
Ardını oxu...
58 yaşlı məşhur aktrisa Monika Belluççinin 64 yaşlı rejissor sevgilisi Tim Burtonla səmimi görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, cütlük Paris küçələrində gəzərkən paparazzilərin kameralarına yaxalanıb. Aktrisanın 4 dörd aydır görüşdüyü yeni sevgilisi ilə fotoları isə "Daily Mail"də yayımlanıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Bir müddət əvvəl Media Reyestrində jurnalist kimi qeydiyyata düşmək üçün müraciət etmişdim. 9 gün sonra cavab gəldi ki, ali təhsil və əmək fəaliyyəti haqqında məlumatlarınız sistem üzərindən tam inteqrasiya olunmadığından diplomunuzun və əmək kitabçanızın notarial qaydada təsdiqlənmiş surətlərini Agentliyə təqdim etməlisiniz”.
Ardını oxu...
TEREF.AZ-ın yazdığına görə, Yeniavaz.com xəbər verir ki, bu sözləri İctimai TV-də departament rəhbərinin müavini, aparıcı Nigar Sabirqızı öz feysbuk hesabında paylaşıb.

“Daha sonra da zəng etdilər ki, siz İctimai TV-də departament rəhbərinin müavini olduğunuzdan jurnalist kimi qeydiyyata düşə bilməzsiniz. Birincisi, əgər mənim diplom və əmək kitabçam sistemə inteqrasiya olunmayıbsa, bu mənim günahımdır? Zəhmət çəkin, özünüz salın və ya müvafiq yerlərə müraciət edin! İkincisi, bəli, mən İctimai TV-də departament rəhbərinin müaviniyəm. Amma həm də aparıcıyam. Bütün ölkə məni aparıcı kimi tanıyır, media isə yox.

Deməli, mən 15 ildir boş yerə aparıcılıq etmişəm. Üçüncüsü, müraciət etdiyim gün mediaya bank hesabımdan 20 manat ödəmişəm. Müraciətimə rədd cavabı gəlsə də, 20 manatımı qaytarmayıblar. Bunun üçün əlavə bank hesabı açmalıyammış. Və bu durumla üzləşən yalnız mən deyiləm. Bir sözlə, media deyil, komediyadır. Bürokratiya ilə mübarizə aparmalı olan medianın özü bürokratiya yaradır. Siz mediadan nə gözləyirsiz?”, – deyə aparıcı bildirib.
 
Ardını oxu...
TANINMIŞ JURNALİST Arife Eliyeva İNTİHAR HƏDDİNƏ ÇATDIRILMAĞI BARƏDƏ
ÖLKƏ PREZİDENTİNƏ SƏFİRLİKLƏRƏ İNSAN HÜQUQLARI TƏŞKİLATLARINA MÜRAİCƏT ETDİ
MÜRACİƏT
Cənab Prezident! Yazıb diqqətinizə çatdırıram ki, mən 13 ildir mediadayam. Hazırda “Reportyor.info” saytına rəhbərlik edirəm. 13.02.2023 tarixdə Şıxəliyev Ramin ARB TV-nin efirində jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni Axtarıram” verilişində fırıldaqla üzləşdiyini iddia edərək, şikayətinin işıqlandırılmasını xahiş etdi. R.Şıxəliyevi dəvət edərək, onun şikayətini videoformatda hazırladım. Şikayətçi bildirirdi ki, həmin verilişdə xəstə övladının adına vəsait toplanıb, lakin həmin vəsait aidiyyatı üzrə xərclənməyib, övladı da lazımi müalicəni almayıb. X.Hidayətqızının köməkçisinə (0502204946) zəng edərək, qarşı tərəfin mövqeyini istədim. Onlar məni görüşə dəvət etsələr də, getməkdən imtina edərək cavabın onlayn göndərilməsini istədim. Lakin onlar cavab vermədilər. Mən həmin materialı ictimailəşdirdikdən sonra üzərimə hücumlar başladı. X.Hidayətqızı müəllifi və aparıcısı olduğu verilişdə, canlı yayımda şəxsi həyatımı müzakirəyə çıxarır, ünvanıma nalayiq ifadələr səsləndirir. Halbuki mən özüm o verilişdə iştirak etmirəm, cavab haqqım tanınmır. Bu isə peşəkarlıqdan uzaq olmaqla bərabər, həm də cinayət məsuliyyəti yaradır.
Cənab Prezident, hörmətli Ali Baş Komandan! Artıq üzərindən bir neçə gün keçməsinə baxmayaraq, verilirş mənim də yaxınlarımın adları hələ də çəkilməkdə davam edir. Müxtəlif tanıdığım və tanımadığım sosial şəbəkə istidadəçiləri, jurnalistlər (xüsusilə X.Hidayətqızının verilişində ekspert qismində iştirak edən Manşet.az Xəbər Portalı saytının rəhbəri Əli Vəliyev-A.Əliyeva) haqqımda əxlaqdan kənar şayiələr buraxmaqda, məni təhqir etməkdə davam edirlər. Artıq hədlərini o qədər aşıblar ki, mənim övladımın atasını, övladımı, yaxınlarımı məsələyə qatmaqdan belə çəkinmirlər. Qarşı tərəf nəinki mənəvi-əxlaqi dəyərlərə, hətta qanunlara belə məhəl qoymadan təhqirlərini davam etdirir. Şikayətçini belə ələ alaraq mənim guya onu çəkilişə, danışmağa məcbur etdiyimi canlı efirdən dedirdib. Bütün bunlarla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edəcəm. Lakin sosial şəbəkələrdə haqqımda yazılanlar artıq əndazəni aşıb. Sizdən xahiş edirəm, məsələ ilə bağlı tədbir görülməsini təmin edəsiniz. Əks halda mənim intihar etməkdən başqa əlacım qalmır. Bu təhqirlərin, şər-böhtanın qarşısında heç kim tab gətirə bilməz.
Cənab Prezident! Azərbaycan hüquqi dövlətdir və qanunlarla idarə olunur. Əgər mənim bir müstəqil jurnalist olaraq hazırladığım materialda hansısa neqativ vardısa, qarşı tərəf məni məhkəməyə verib, araşdırılmasını tələb edə bilərdi. O zaman mən də əlimdə olan sübutu ortaya qoyardım, ədalətli qərar çıxarılardı. Lakin bu hay-küy, bu hücumlar, qarşı tərəfin haqsız olduğunu sübut etməklə yanaşı, ölkəmizin hüquqi dövlət kimi imicinə böyük zərbədir. Belə çıxır ki, kimin əlində imkan varsa, haqlı və haqsız olduğu məqamlarda öz imkanlarından istifadə edərək, qarşı tərəfə öz təbirincə “cəza kəsir”. O zaman bizim məhkəmə sistemimiz, hüquq-mühafizə orqanlarımız nəyə yarayır? Azərbaycandakı söz və mətbuat azadlığı haqqında danışılanlar harda qalır? Əgər artıq 4-cü TV-dir dəyişən Xoşqədəm Hidayətqızı öz əlaltıları vasitəsilə bir ananı, gənc qadını ölümə sürükləyirsə, buna bir dur deyən qüvvə yoxdurmu?
Cənab Prezident! Bütün ümidim sizədir! Əgər bu təzyiqlər dayanmasa, mən ARB TV-nin qarşısında intihar edəcəm. Bu müraciətimlə bəyan edirəm ki, məni buna Xoşqədəm Hidayətqızı, Əli Vəliyev və onların əlaltısı olan bir qrup “reket jurnalist” məcbur edir.
Əliyeva Arifə Vahid qızı
21.02.2023
 
 

Ardını oxu...
Yevlax şəhərində 1988-ci il təvəllüdlü Kamal usta işlədiyi evin yetkinlik yaşına çatmayan qızı Kəmaləyə (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un məlumatına görə, Kamal 2016-cı il iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Səliməyə məxsus evin həyətində usta işləyərkən həmin evdə yaşayan 2006-cı il təvəllüdlü Kəmalənin köməksiz vəziyyətindən istifadə edib.

Evin birinci mərtəbəsindəki otaqda Kəmalə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Ustadan seksual hərəkət

Kamal Səlimənin evində usta kimi işinin davam etdirən zaman yenə də onun qızına qarşı iyrənc hərəkətlərini davam etdirib. İyul ayın sonlarında işdən sonra alətlərini aparmağa gələrkən yenə də Kəmalənin evdə tək olduğunu görüb. O, bundan istifadə edərək Kəmalə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bundan əlavə, Kamal axşam saatlarında qohumu Mahmuda məxsus evə qonaq gəlib. Həmin evdə yaşayan 2006-cı il təvəllüdlü Sadiqlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Kamalın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətmək) və 29, 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətməyə cəhd) maddələri ilə ittiham elan edilib.

“Zor tətbiq etməmişəm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamal ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, dayısı qızı Səlimənin evində usta işləyib: “Daha sonra Səlimədən qalıq 550 manat pulumu istədim. O da barəmdə polis şöbəsinə şikayət etdi. Polisdə təsir altında Səlimənin qızı Kəmalə ilə qeyri-təbii yola cinsi əlaqədə olmam barədə etrafedici ifadələr vermişəm.

Kəmaləyə, həmçinin digər zərərçəkmiş Sadiqə qarşı heç bir zor tətbiq etməmişəm. Onlarla cinsi əlaqədə olmamışam”.

Məhkəmədə təqsirləndirilən şəxsin bu ifadəsi özünü müdafiə xarakterlin hesab edilib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunub.

“Məni hamama apardı”

Kamal istintaq zamanı verdiyi ifadəsində göstərib ki, dayısı qızı Səlimənin evində təmir işi apararkən qızı Kəmalə onun yanına gəlib: “Evin otağında Kəmaləni soyundurduqdan sonra ona qarşı əxlaqsız hərəkətlər etsəm də, nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Sadiqə qarşı isə heç bir seksual xarakterli hərəkətlər etməmişəm”.

Cinayət işi üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, qohumları Kamal 2016-cı ilin iyun ayının ortalarında, dəqiq xatırlamadığı gündə günorta saatlarında evdə təmir işi apararkən onu yanına çağırib: "Mənə bir şey edəcəyini, amma bunu heç kimə deməməyi, əgər desəm, mənə kassa düzətməyəcəyini dedi. Mən heç bir şey başa düşmədim, razılaşdım.

Kamal məni evin birinci mərtəbəsinə, hamama apardı. Orada üzümü digər tərəfə, arxamı özünə tərəf çevirdi. Sonra mənə sakit durmağı tapşırdı. Mənimlə qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə oldu. Həmin vaxt ağrı hiss etsəm də, Kamalın mənə qarşı etdiyi hərəkətin mahiyyətini dərk etmədim”.
 

Dünyapress TV

Xəbər lenti