Ardını oxu...
Ata qızının üzünə sulfat turşusu tökərək onu yandırıb. Hadisə Paytaxtın Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, döngə 1, ev 66 ünvanında baş verib.

Teref.Az xəbər verir ki, hadisə ilə bağlı zərərçəkənin həyat yoldaşı Elnur Əhmədov Baku TV-yə bildirib ki, qaynatası İldız İbayev səhər saat 9 radələrində onların yaşadığı ünvana gələrək, qızı Yeganə Əhmədovanın üzünə sulfat turşusu töküb.

E. Əhmədovun sözlərinə görə, yoldaşı Yeganə Əhmədova uşağı bağçaya apararkən həyətin qapısını açanda əskiyə yandırıcı maddə tökərək hazır vəziyyətdə əskini onun onun ağzına sıxıblar. Y. Əhmədova müqavimət göstərdikdə onu buraxıblar.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Y. Əhmədovanın vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırmalara başlanılıb.

Ətraflı sujetdə:

 
Ardını oxu...
"Mənim düşüncəmə görə bu, bir mesajdır. Bu mesajı verənlər layiq olduğu cavabı alacaqlar".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Deputat hüquq-mühafizə orqanlarının tezliklə cinayətkarı tapacağını vurğulayıb: "Təbii ki, araşdırılacaq. Dövlətimiz bu kimi hadisələri törədən cinayətkarların tapılmasını, cazalandırılmasını qısa zaman içərisində həyata keçirir. Bu hadisə də həmçinin araşdırılır.

Ümumiyyətlə, Fazil Müstafa hər zaman dövlətimizə, xalqımıza yönəlmiş addımlara qarşı hər zaman səsini ucaldıb, açıqfikirli olub".
 
Ardını oxu...
AzTV QSC-nin sabiq sədri Arif Alışanovla özündən 28 yaş kiçik həyat yoldaşı Ayşən Alişanovanın yeni videosu üzə çıxıb.

32gun.az-a daxil olan videoda, cütlük baş tutan toy mərasimlərinin birində vals oynayıb.

Onların rəqsi kənardakı şəxslər tərəfindən də maraqla qarşılanıb.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, Ayşən Alişanovs (Məstanova) müğənni və aparıcı olub. A.Alişanov 2019-cu ildə vəzifəsindən azad olunduqdan sonra həyat yoldaşı Mehriban Alışanova ilə da boşanmışdı.

Çox keçməmişdi ki, özündən 28 yaş kiçik Ayşən Məstaniva ilə ailə qurmuşdu. Mətbuatda gedən məlunatlara görə, onlar uzun müddət sevgili olub.

 
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) sabiq şöbə müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə barəsində məcburi gətirilmə qərarı çıxarılmış sabiq rektor Nurlana Əliyevanın iştirakı təmin olunmayıb.

İclasda iş üzrə bir nəfər- Dinarə Əliyeva mülki iddiaçı qismində tanınıb. İddia üzrə cavabdeh Dürdanə Əliyevadır.

Daha sonra iş üzrə bir neçə sənəd elan olunub. Dürdanə Əliyevanın müvafiq qrumlara etdiyi müraciətlər oxunub.

Növbəti proses aprelin 3-ə təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
 //trend//
Ardını oxu...
Rus model Kristina Pimenova 4 yaşında olarkən “Uşaqlar arasında dünyanın ən gözəl qızı” seçilmişdi.

Referans.az xarici mediaya istinadən xəbər verir ki, hazırda 18 yaşı olan model son halı ilə sosial medianın diqqətini çəkib. İnstaqram hesabında milyonlarla izləyicisi olan Kristina Pimenovanın paylaşımları maraqla qarşılanır, minlərlə izləyicinin reaksiyasına səbəb olur.

Modelin fotolarını təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ayrılıq xəbərləri ilə gündəmdə olan aparıcı İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni açıqlaması ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, Aysel Həsəni İlkin Həsəni ilə boşanması haqqında yayılan dedi-qodulara belə münasibət bildirib: “Artıq alışmışam və boş verirəm. Həyatımı yaşayıram”.

O, “Bir insanda ən çox axtardığınız özəllik hansıdır” sualına isə “İlk və ən əsası güvən. Güvən olmasa heç bir hissin önəmi yoxdur”, – deyə cavab verib.

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların Alisa adlı bir qızı var.

Ardını oxu...
“Bu uşaq dişləmir, ya nəsə eləmir, yanımda gəlir. Sırf üzünün görünüşündə daun sindromludur deyə valideynlər uşaqlarının yerini dəyişir, biz oturan yerdən durub gedirlər”.
Bakı sakini Sevda Məmmədova belə deyir. Onun 3 uşağından biri daun sindromludur.
2006-cı ildən bəri hər ilin bu gün- 21 mart Ümumdünya Daun Sindromu Günü olaraq qeyd edilir. Bu günün məqsədi onların qarşılaşdığı çətinliklərə diqqət çəkməkdir. Azərbaycanda da təqribən 1000-ə yaxın daun sindromlu şəxs həm cəmiyyətin, həm də dövlətin qayğısından kənarda qalır.
Sevda Məmmədovanın 9 yaşlı qızı Leyla inklüziv məktəbə gedə bilmir. Anası deyir ki, inklüziv məktəblərdə sinifdə 1 müəllim 20 tipik şagirddən savayı atipik uşaq olduqda dərsi keyfiyyətli keçə bilmir. Ona görə də gərək köməkçi müəllim də olsun.
“Düzdür, daun sindromu xromosom anomaliyasıdır, onun müalicəsi yoxdur, amma misal üçün beyinə siqnallar getmir, bundan ötrü müalicələr var, o da çox bahadır. Bir valideyn daun sindromlu uşağa ayda bir 1000 manat xərcləməlidir ki, o uşaq hərtərəfli inkişaf eləsin”, - Sevda Məmmədova deyir
Ananın sözlərinə görə, daun sindromlu uşaqlara qarşı həm cəmiyyətin, həm də dövlətin də diqqəti yetərli deyil:
“Daun sindromlu uşaqlara 1-ci qrup əlillik verilmir. Daun sindromlu şəxs uşaq ikən əgər 2-ci qrup əlildirsə, 200 manat pensiya, 100 manat isə baxım pulu, 3-cü qrup əlildirsə, 100 manat pensiya, 50 manat baxım pulu alır”
“ Valideyn işləyə bilməz, uşağa qulluq lazımdır. Niyə mən dayə tutmalıyam? Dayə də aparıb-gətirə bilmir. Ya elə dayə tutmalıyam onu aparsın, gətirsin, baxsın, onda da bütün maaşımı ona verməliyəm. Ya da bu uşaq evdə qalmalıdır. Qapını bağlayıb çıxmalıyam. Mən ya uşaqların ehtiyaclarını ödəmək ümün qazancı seçməliyəm, ya da bu uşağı seçməliyəm. Yəni bu dəqiqə inklüziv təhsil də, mərkəz də bizim ehtiyaclarımızı ödəmir”, - Sevda Məmmədiva bildirir.
Xumar Kərimli xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı uzun illər sosial işlə məşğul olan fəallardan biridir.
O deyir ki, ölkədə daun sindromlu uşaqlarla işləyən mərkəzlər yetərli deyil:
“İnsanlar daha çox Bakıya diqqət ayırırlar, bölgələr yaddan çıxır. Ən pis vəziyyət kənar yerlərdədir. Mən belə fikirlər səsləndirəndə deyirlər ki, buradan başlamalıyıq. Razıyam, buradan başlamalıyıq, sadəcə olaraq illərdir hər şey burada davam edir, amma Azərbaycan təkcə Bakıdan ibarət deyil”.
Xumar Kərimli inklüziv cəmiyyətin, təhsil müəssisələrinin azlığından narazıdır. O,
Azərbaycan üzrə cəmi 5 məktəbin inkluziv təhsil verməsini yetərsiz hesab edir:
“Niyə çoxalmır? Niyə bu bölgələrə keçmir? Niyə bu kəndlərə keçmir? Mənə misal üçün maraqlı olan odur. Azərbaycan kimi hal-hazırda, fərqli fərqli yarışlar keçirən, fərqli-fərqli işlər görən bir ölkə üçün və kifayət qədər də büdcəsi olan bir ölkə üçün bunu etməmək bir az absurd gəlir. Mən çox istəyərdim ki, hər məktəbdə inklüziv siniflər, bağçalar olsun. Artıq köhnə nəsildən keçdi, heç olmasa bizim nəsil anlasın ki, bu uşaqlar digər uşaqlarımız kimidir və onlar hər şeyi bir yerdə edə bilərlər və diskriminasiya olmamalıdır”.
 //meydan.tv//

 
Ardını oxu...
"Seversin", "Aşk məntiq intiqam" və "Yeni gəlin" seriallarında oynadığı rollarla yadda qalan aktrisa Zeynep Kankonde ölümdən dönüb.

32gun.az Türkiyğ KİV-nə istimadən bildirir ki, aktrisa Zeynep Kankonde Şişlidə rəfiqəsi ilə gəzərkən tikilməkdə olan binanın 7-ci mərtəbəsindən başına daş düşüb.
Hadisədən sonra tikintidə çalışan 2 işçiyə səslənsə də cavab almayan Kankonde öz imkanları ilə xəstəxanaya gedib. Başında şiş olan Kankonde müdaxilədən sonra polis bölməsinə gedərək şikayət edib.

Hadisə ilə bağlı araşdırmaya başlayan polis əməkdaşları inşaat işçiləri Bəkir Susoy və Sadi Türkmeni məhkəmə prosesi üçün polis bölməsinə çağırıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Şəkinin Baş Zəyzid kəndində yaşayan Müşviqə İbrahimxəlilova ölmüş kimi qeydiyyata salınıb.

Teref.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Müşviqə İbrahimxəlilova 1982-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində doğulub. O zaman kəndləri Aydınbulaq sovetliyinin tabeliyində imiş. Qız ərazi üzrə qeydiyyata götürülüb. 5 il sonra isə Aydınbulaq sovetliyi onu ölü kimi qeydiyyata salıb.

Maraqlıdır ki, xanım ailə həyatı qurarkən nikah şəhadətnaməsi alıb, özünün şəxsiyyət vəsiqəsi bir neçə dəfə yenilənib. Bu zaman heç bir problem yaşanmayıb.

Məsələni araşdıran Şəki Vəkillər Bürosun üzvü Zaur Bayramov bildirib ki, ailə Ədliyyə Nazirliyinin Şəki rayon Qeydiyyat şöbəsinə müraciət edib.

Qurumdan bildirilib ki, Aydınbulaq inzibati dairəsinin nümayəndəliyində 24 iyun 1987-ci ildə 6 nömrəli ilkin ölüm aktı qeydiyyata alınıb. Məsələ məhkəmədə həll edilməlidir.

İndi Müşviqə İbrahimxəlilova həyatda olmasını sübut etmək üçün məhkəmənin qərarını gözləməlidir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti