Ardını oxu...


Bakıda marşrut avtobusuna əlində bıçaqla daxil olan qadın digər sərnişinlərin təşviş keçirməsinə səbəb olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

“Çinar Trans” MMC-yə məxsus olan “King Long” markalı avtobusa (bu avtobuslar yalnız 133 və 165 saylı xətlərdə istismar edilir) bıçaqla daxil olan yaşlı qadın digər sərnişinləri hədələməyə başlayıb.

Sərnişinlərin əksəriyyəti bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.

Xəbəri rus dilində oxuyun: “Европа выступает за продолжение конфликта в Украине” - Рубио

Videodan qadının psixi sağlamlıq vəziyyətinin yerində olmadığını ehtimal etmək mümkündür.

***

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

PAYLA

Ardını oxu...
Xəbər verdiyimiz kimi, bir zamanların məşhur "Kamerton" verilişinin aparıcısı Gülnarə Məmmədova Bakıya qayıdıb.

Uzun illərdən sonra onun Türkiyədən Bakıya qayıtması geniş müzakirələr yaradıb.

Sosial şəbəkə istifadəçiləri Gülnarənin türk həyat yoldaşından ayrıldığı üçün geri qayıtdığını iddia ediblər.

Bakıya əri ilə gəldiyini deyən aparıcı dedi-qoduya belə reaksiya verib:

"Yazırlar ki, Türkiyədə ət bahalaşıb, ona görə Azərbaycana qayıdıb. İllər sonra qayıtmağım insanlara qəribə gəlir. Vətəninə gəlmək üçün mütləq boşanmalısan? Yalandır, ayrılmamışam. Olsa, gizlədiləsi bir şey yoxdur. Ərim işi ilə bağlı gedib qayıdır. Öz işini Bakıda qurmaq istəyir. Uşağımızı burada böyütmək istəyirəm. Yoldaşım Azərbaycanı çox sevir, bizim dildə çox təmiz danışır. Mən öyrətmişəm. Mənə deyirdi ki, türk dilini öyrən, uşaq burada dərsə gedəcək. Sonunda isə mən deyən oldu"/Milli.Az
Ardını oxu...
15 yaşlı qız marketdə tanış olduğu 24 yaşlı şəxslə evlənmək məqsədi ilə qaçıb. Onlara mağarda toy da edilib.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, hadisə bölgələrdən birində baş verib. Onların 2024-cü ildə toyları olub və hazırda övladları var.

15 yaşı tamam olan Nanə (ad şərtidir) mağazada satıcı işləyirmiş. 24 yaşlı Qafar (ad şərtidir) həmin mağazaya müştəri kimi gəlib. Onlar bir-birlərini bəyəniblər və evlənməyi qərarlaşdırıblar.

Onların kənddə, mağarda toyları da keçirilib. 15 yaşı tamam olmayan qızın toyunun olmasına ailəsi etiraz edib. Lakin qız Qafara verilməyəcəyi təqdirdə özünə bıçaqla xəsarət yetirəcəyini deyib.

Sonra ailələr toya razılıq veriblər. Qafarın dediyinə görə Nanə ona 18 yaşı tamam olduğunu deyib. Nanə də bildirib ki, Qafardan yaşını gizlədibmiş.

15 yaşlı qızın ərə verilməsi toy məclisindən sonra məlum olub və polis araşdırmaya başlayıb. Qafar buna görə məsuliyyətə cəlb edilib.

Onlar hazırda ər-arvad kimi birlikdə yaşadıqlarını deyiblər. Tərəflər bir-birindən şikayətçi olmayıb. Qafara yüngül cəza verilməsini xahiş ediblər.

Məhkəmə Qafar barəsində 1 il 6 ay şərti cəza təyin edib.
Ardını oxu...
Neftçala Rayon Mərkəzi Xəstəxanasında insident olub.

Oxu.Az-ın məlumatına görə, xəstəxananın operatoru işləyən qadın öz rəfiqəsi tərəfindən döyülüb.

Qeyd olunur ki, Neftçala şəhərinin 20 yanvar küçəsində Ülkər adlı qadın ətir satışı ilə məşğul olub. Xəstəxananın statistika bölməsində operator vəzifəsində çalışan Cəmalə adlı qadın isə onunla rəfiqə olub. Cəmalə Ülkərin mağazasından nisyə ətirlər götürərək satıb sonradan pulunu ödəyirmiş .

Cəmalə sonuncu dəfə Ülkərdən 350 manat dəyərində ətirlər götürsə də, onların pulunu 4 ay ödəməyib. O, Ülkərlə razılaşıb ki, maddi vəziyyəti ilə əlaqədar ona hər ay 50 manat ödəyə biləcək. Ülkər də onunla razılaşıb.

Bir müddət sonra Cəmalə oğluna kiçik toy məclisi edib və Ülkəri də dəvət edib. Amma işlə əlaqədar Ülkər toya gələ bilməyib, buna görə Cəmalədən üzr də istəyib. Cəmalə isə onun üzrünü qəbul etməyib. Ülkər ona deyib ki, borclu olduğu 350 manatın 50 manatını oğlunun toyuna çıxsın.

Bir neçə gündən sonra Cəmalə sosial şəbəkələrdə Ülkəri təhqir etməyə başlayıb. Ülkər bu barədə ona dəfələrlə xəbərdarlıq etsə də, xəstəxana işçisi onun bu xəbərdarlığına məhəl qoymayıb.

Çarəsiz qalan Ülkər özü ilə bir nəfər qadın da götürüb xəstəxanaya, Cəmalənin iş yerinə gəlib və yanındakı qadına tapşırıb ki, Cəmalə ilə olan davasını videoya çəksin. Ülkər xəstəxananın giriş koridorunda Cəmalə ilə rastlaşıb və ondan etdiyi hərəkətin səbəbini soruşub. Cəmalə ona cavab vermədən getmək istəyəndə Ülkər Cəmalənin saçında tutub dəhlizdə sürüməyə, onu şillə və təpik zərbələri ilə vurmağa başlayıb. Mühafizəçilərin müdaxiləsindən sonra dava sakitləşdirilib və hadisə yerinə polis gəlib.

Faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ülkər qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum olunub.
 
Ardını oxu...
Qanlı Adaya - Narginə qurudan ən yaxın məsafədəyik...
Zığ Burnunda... Sona xanım Hacıyevadan danışırıq...
Nargin uzaqdan görünür, qüssəsi isə qəlbimizdədir...
Bu adanın hər dönəmi acı dastandı. Həm də milli özünüdərk dastanıdı. Kitablara sığmaz müsibəti var...
Bu adada nələr oldu...
Düşmən, bu susuz, bir adı da `İlanlı Ada` olan bu məkanda kimlərimizi ilana-çayana yem etdi...
kimlərimizi sənədsiz-sübutsuz öldürdü...
Kimlərimizin ayağına daş bağlanıb dənizə atdı...
Hələ də doğru-dürüst araşdırılmır. Hələ də xalqın tarixi xalqa açılmır...
Hansı xalqın tarixində belə bir ADA olsaydı muzeyə çevirər və gələnə, gedənə görk edərdi...
Təkcə gələnə-gedənə deyil, elə özünə də görk edərdi... Vətəndaşını məktəb yaşından ali məktəbə kimi NARGİN MUZEYİNƏ gətirməyi, öyrətməyi, günahsız qurbanları, ağır dönəmləri tanıtmağı təhsil proqramına salardı.
Biz etmərik...
Dövlətin bir vəzifəsi də vətəndaşının yaddaşına tarixi ayar verməkdir ki, bu sahədə yüzillik axsaqlığımız davam edir.
Biz bu məkana zamanının ən böyük XANIMI olan Sona xanım Hacıyevadan danışmağa gəldik.
Sona xanım çox zəngin, çox hünərli, çox mədəni, çox cəsarətli və... damarlarında axan türk qanının haqqını vermiş bir şəxsiyyətdir.
Necə ki Ümmugülsüm 37 repressiyasında Bayıl türməsində olarkən qanlı sovet rejiminə etiraz şeirləri yazan yeganə şairdir... eləcə də Sona xanım Hacıyeva Nargin adasından əsir türk zabitləri qaçıran, onları hazır ölümün caynağından qoparan tək qadındır.
Əlbəttə, o əsirlərin xilaskarları bütün Bakı camaatı, Abşeron kəndliləri idi. Amma Sona xanımın hünəri bir başqadır...
O gördüyü işlərlə YEGANƏ bir xanımdır...
Ömrünü xilaskarlıq ruhuna qurban vermiş İTKİN QADINDIR.
Mehriban Vezir
TEREF
Ardını oxu...
ABŞ-da 43 yaşlı Çariti Klark balıqçılıq ipinə dolaşmış akulanı əlləri ilə xilas edib.

32gun.az xəbər verir ki, bu barədə Good News Network məlumat yayıb.

Hadisə Bİg-Payn-Ki adası yaxınlığında baş verib. Klark həmin gün dostları ilə birlikdə qayıqla gəzintidə olarkən krab tələsinin qəribə hərəkət etdiyini görüb. Araşdırdıqda məlum olub ki, suyun altında bir akula var və o, quyruğundan başına qədər qalın balıqçılıq ipinə bərk şəkildə dolaşıb.

“Heyvanın çətin vəziyyətdə olduğunu görəndə bir an belə tərəddüd etmədim. Dərhal kömək etməli olduğumu düşündüm,” – deyə Klark bildirib.

Əlində heç bir vasitə olmayan qadın akulanı ehtiyatla sudan çıxararaq bədəninə dolaşmış metrlərlə ipi açmağa başlayıb. Onun sözlərinə görə, həmin vaxt akula tonik vəziyyətdə olub – bu, akulalar çevrildikdə baş verən müvəqqəti iflic halıdır. Bu səbəbdən Klark yırtıcının ona zərər verməyəcəyindən əmin olub.

Lakin prosesin gərgin anı akulanın qəfildən özünə gəlib çırpınmağa başlaması ilə yaşanıb.

“Bu, həm də inanılmaz bir rahatlıq anı idi – çünki onun yenidən hərəkət etdiyini gördüm,” – deyə Klark qeyd edib.

Son ip parçası da açıldıqdan sonra akula yavaş-yavaş özünü toplayıb və açıq suya doğru üzərək gözdən itib. Hadisənin şahidləri balığın xilas edildikdən sonra özünü daha yaxşı hiss etdiyini bildiriblər.

 
Ardını oxu...
“İlk çocuğumu 40 yaşında, ikinciyi 45 yaşında doğurdum. 50 yaşında bir James Bond filminde oynadım. Ve tüm bunları, yeniden 20 yaşında olmakla asla değişmem.
Gençken, Fransızların dediği gibi, ‘tehlikeli bir çekiciliğe’ sahip olursun: ham, umursamaz, neredeyse tehlikeli bir güzellik bu.
Ama 50 yaşında… içinden bambaşka bir güzellik doğar.
Onay aramayan, var olmak için ne makyaja ne bakışlara ihtiyaç duyan bir güzellik.
Varoluşunun derinliklerinden beslenen bir güzellik.
Ve bu güç, fiziksel bir şey değildir.
O, özgürlükten, deneyimden, kendini sevmekten doğar.”
Monica Bellucci
TEREF
 
Ardını oxu...
Gürcüstanın paytaxtı Tbilisidə Kür çayında aşkarlanan avtomobil və içindəkilərin axtarışı zamanı qadın meyiti tapılıb.

Oxu.Az 24News.ge portalına istinadla xəbər verir ki, tapılan meyit ekspertizaya göndərilib.

Ekspertiza nəticələrinə əsasən, meyitin 40 gün əvvəl itkin düşən Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya aid olduğu müəyyən edilib.

Qeyd edək ki, Aytac Məmmədova ötən ay itkin düşmüş və aparılan axtarışlar nəticə verməmişdi.

Hadisə ilə bağlı araşdırma davam edir.

 

Ardını oxu...
  

Türkiyədə iş görüşməsinə gedən qadın həyatının şokunu yaşayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı Sibel. M-nin idman zalının sahibi ilə aralarında mübahisə yaranıb.

Eyni zamanda boks müəllimi olduğu deyilən Furkan. K adlı şəxslə Zeynəbin arasında mübahisənin nə üstündə düşdüyü məlum deyil.

Mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə Furkan Sibeli bıçaqlayıb və yerə yıxaraq yumruqlamağa davam edib.

Sibelin imdadına isə qonşular və ətrafdakılar çatıb. Bu zaman şübhəli hadisə yerindən qaçıb. Qanlar içində qalan qadın təcili olaraq xəstəxaya çatdırılıb. Onun həyati təhlükəsinin davam etdiyi bildirilib.

Hadisəni törədən Furkan isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 


Ardını oxu...
Turizm sahəsində çalışan Leyla İbrahimovanın törətdiyi dələduzluq cinayətlərinə görə həbsi ilə bağlı iddialara aydınlıq gətirilib.

DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, sosial şəbəkələrdə L.İbrahimovanın həbsi ilə bağlı barəsində şəxsi mülahizələrə əsaslanan iddialar onun törətdiyi cinayət əməlləri ilə uzlaşmır, 60 nəfər zərərçəkmiş var və onların hər biri vurulan maddi zərərin geri qaytarılmasını tələb edir.

Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş İbrahimova Leyla Rahib qızı özünü turizm xidməti göstərən "Romance Travel" şirkətinin rəhbəri kimi təqdim edib 51 nəfər zəvvarın ziyarətə getmələri üçün 8880, Amerikaya və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə ayrı-ayrı şəxslərdən 5600, 2120, 1797, 6000, 2202, 3500, 2780, 5858 manat pulu alıb verdiyi vədlərə əməl etməyərək 9 nəfərin 38737 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

Vətəndaşların şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılaraq L.İbrahimova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə onun barəsində ibtidai istintaq davam etdirilir.

Dünyapress TV

Xəbər lenti