Ardını oxu...
Polşa Prezidenti Anjey Dudanın həyat yoldaşı Aqata Kornhauzer-Duda Ermənistana səfəri çərçivəsində İrəvanda “Missiya Ermənistan” təşkilatının baş qərargahında olub.

Teleqraf.com xəbər verir ki, o, burada təşkilat və BMT QAK-ın Ermənistan ofisinin nümayəndələri ilə görüşüb.

Polşanın birinci xanımı Ermənistanla beynəlxalq həmrəylikdən məmnunluğunu ifadə edərək, Varşavanın bu ölkəyə dəstək verən dövlətlər arasında olduğunu vurğulayıb.

Məlumatda deyilir ki, Kornhauzer-Duda Qarabağ erməniləri (separatçılar – red.) ilə də görüşərək, onlarla söhbətləşib.

Görüşün dünən baş tutduğu bildirilir.

Qeyd edək ki, Polşa Prezidenti Anjey Dudanın Ermənistana səfəri çərçivəsində atdığı bəzi təxribatçı addımlar Azərbaycan tərəfindən sərt təpki ilə qarşılanıb. Dudanın şərti sərhəddə Avropa İttifaqı missiyasının patrul xidmətinə qoşulması və binoklla Azərbaycanın mövqelərini müşahidə etməsi etiraz yaradıb.
 
Ardını oxu...
Hüquq müdafiəçiləri Təbrizdə 17 yaşlı yeniyetmə Nigar Dabbağinin təqribən 2 həftə nəzarətdən sonra müvəqqəti olaraq sərbəst buraxıldığını bildiriblər.

İranlı hüquqşünasların idarə etdiyi Dadban qrupu və Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) kimi mənbələrə görə, Dabbaği bazar ertəsi günü 400 milyon tümənlik mülki zəmanət qarşılığında Təbrizin mərkəzi həbsxanasından azad edilib.

Təbrizin Ümumi və İnqilab Prokurorluğu yeniyetmə gəncə qarşı “əhalini daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətməyə təşviq etmək”, “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyət” göstərmək, “İslamın müqəddəslərini təhqir etmək”, “İslam Respublikasının qurucusu və rəhbərini aşağılamaq” ittihamlarını irəli sürüb.
Nigar Dabbağinin gələn ilin fevral ayının 19-da Təbriz İnqilab Məhkəməsində hakim qarşısına çıxarılacağı bildirilir.

Təbrizin Ümumi və İnqilab Prokurorluğunun çıxardığı və surəti sosial şəbəkələrdə yayımlanan sənəddə yazılanlara görə, Nigar Dabbağinin öz “etirafları” və mobil telefonunda mövcud olan şəkillər və məzmunlar ona qarşı dəlil hesab edilib. Sənəddə həmçinin Dabbağinin fəaliyyətlərindən peşman olmadığını bəyan etdiyi dərc edilib.
 
Ardını oxu...
ABŞ-da Merilend ştatının sakini iki ay ərzində iki dəfə lotereya udaraq 150 min dollar qazanıb.

Noyabr ayında bir qadın hər birinin qiyməti 10 dollar olan beş ani tiraj bileti alıb. Biletlərdən biri ona 100.000 dollar qazandırıb. Eyni zamanda, oktyabr ayında o, 50 min dollarlıq da cek-potu vurub.

Dövlət lotereyasının təşkilatçıları ilə danışan şanslı amerikalı uduş strategiyasını açıqlayıb. O, Merilend Lotereyasının mobil proqramını diqqətlə öyrəndiyini və mümkün qədər çox yüksək mükafatların hələ oynanılmadığı rəsmləri seçdiyini söyləyib.

Qadın aldığı pulun bir hissəsini evin təmirinə xərcləyəcəyini də bildirib./Lent.az
 

Ardını oxu...
 

Yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) barəsində məhkəməyə axtarış qərarı çıxarıb.

Bu barədə qərar Abşeron Rayon Məhkəməsində elan olunub.

Belə ki, xüsusi ittihamçı Ağayeva Sürəyya İsrafil qızı Abıyeva Zümrüd İsrafil qızına qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məhkəməyə müraciət edib. Abşeron Rayon Məhkəməsi şikayəti icraata qəbul edib və Zümrüd Abıyeva barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Lakin o, 05 noyabr 2024-cü il tarixə, saat 16:00-a tarixə təyin olunmuş məhkəmə baxış iclası barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməyib.

Sonra barəsində xüsusi ittiham qaydasında şikayət verilən təqsirləndirilən şəxs Zümrüd Abıyevanın növbəti məhkəmə baxış iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilib. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə olunub. Lakin onun ölkə xaricində olduğu üçün barəsində axtarış qərarı çıxarılıb. Buna görə işin icraatı dayandırılıb.

Qeyd: Zümrüd Abıyeva barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən Sürəyya Ağayeva onun qohumudur. Xüsusi ittihamçının oğlu Əsgər Ağazadə Zümrüd Abıyevanın qızını zorlamaqda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sürəyya Ağayeva xüsusi ittihamda qeyd edib ki, Zümrüd Abıyeva ona şər-böhtan atıb, şərəf və ləyaqətini alçaldıb. /pravda.az/

 
 
 
Ardını oxu...
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın İnstaqram profili növbəti dəfə bağlanıb.

Gununsesi.info-nun məlumatına görə, son günlərdə Azərbaycanda bəzi həkimlərin saxta diplomlarla fəaliyyət göstərdiyini iddia edən paylaşmaları ilə diqqət çəkən Ataşovanın profili daha əvvəl də şikayətlər nəticəsində bloklanmış, lakin sonradan yenidən aktivləşmişdi.

Jurnalist bir neçə gün əvvəl təhdid edildiyini də bildirib.
Ardını oxu...
"Odlar Yurdu” Universitetində kadr dəyişikliyi olub.

TEREF "Yenisabah.az"a istinadən xəbər verir ki, universitetin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub.

Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub.

Qeyd edək ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, "Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır.

İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.

"Odlar Yurdu” Universitetinin rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyev tərəfindən həyata keçirilir.
 
Ardını oxu...
İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir il müddətinə azadlıqdan məhrum edilib.

İndex.az xəbər verir ki, məlumatı “Radio Farda” yayıb.

Bildirilib ki, o, 2023-cü ilin avqustunda elmi işinin müdafiəsi üçün universitetə hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozaraq gedib.

Leyla Hüseynzadə “İnstaqram” səhifəsində ona qarşı ittiham aktının fotosunu yerləşdirərək yazıb: “İttihamlar və məhkəmə prosesi barədə mənə məlumat verilmədiyi üçün hökmün təfərrüatlarından tamamilə xəbərsizəm”. O, bu hökmə etiraz etməyəcəyini bildirib: “Apellyasiya şikayətinə və ya başqa hüquqi münasibətlərə ümidim yoxdur”.

Məlumata görə, Tehran Universiteti Sosial Elmlər Fakültəsinin onlarla tələbəsi Leyla Hüseynzadənin müdafiəsi ilə bağlı bəyanat verib. Bundan başqa, onun magistratura işinin müdafiəsində iştirak etdiklərinə görə səkkiz tələbənin təhsil almalarına qadağa qoyulub.

İnformasiyaya əsasən, Tehran Universiteti bəyanat yayaraq Leyla Hüseynzadənin müdafiəsini “qanunsuz” adlandırıb. Bu məsələ ilə əlaqədar iki müəllimin ixtisası “etibarsız” elan edilib.

Qeyd olunub ki, Leyla Hüseynzadəni müdafiə edən tələbələr “qanunsuz və separatçı mitinqdə iştirak etmək” ittihamı ilə intizam komissiyasına çağırılıb və ümumilikdə, 8 semestr təhsildən kənarlaşdırılıblar.

Bildirilib ki, Tehran İnqilab Məhkəməsinin 26-cı Şöbəsinin yaydığı sənəddə tələbə fəal “Tehran Universitetində dini hicabsız oxumaqda” və “sistem əleyhinə təbliğat aparmaqda” ittiham olunur.
 
Ardını oxu...
“Beniz” ləqəbli məşhur tiktoker həbs olunub.
Məlumata görə, bu gün 1987-cu il təvəllüdlü Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Beniz” ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.//Unikal
 
Ardını oxu...
Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda azərbaycanlı qadın silahlı hücuma məruz qalıb.

Rayonun Cümhuriyyət Məhəlləsinin Baxçıvan küçəsində yolda gedən Şəlalə Mirzəliyə şəxsiyyəti məlum olmayan şəxs silahlı hücum edib.

Hadisə yerinə təcili yardım və polis cəlb olunub. Ağır yaralanan qadın ilkin tibbi yardımdan sonra Sakarya Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Polis şübhəlinin tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Hadisə yerində aparılan araşdırmalar zamanı 6 ədəd mərmi aşkar edilib./Qaynarinfo.az
 
Ardını oxu...
1 saylı Şəhər Poliklinikasının həkimi Günay İsmayılova Bakı Baş Səhiyyə Mərkəzini və poliklinikanın baş həkimi Təranə Nurəlibəyovanı məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, o, əmək münasibətlərinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. Lakin iddiası təmin edilməyib.

Günay İsmayılova qərardan apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim İkram Şirinovun icraatındadır.

Araşdırmalarımız zamanı məlum olub ki, Günay İsmayılova işdən çıxarılmayıb. O, hələ də poliklinikanın işçisidir. Lakin Günay İsmayılova hərbi komissarlıqlardan birinə ezam edilərək orada fəaliyyət göstərir. İddia olunur ki, o, bununla razılaşmayaraq, məhkəməyə müraciət edib.

Məsələ ilə bağlı Təranə Nurəlibəyov və Günay İsmayılovla əlaqə saxlamağa cəhd etsək də, nəticəsi olmadı.
 
 
 

Dünyapress TV

Xəbər lenti