Ardını oxu...
Suriyanın yeni hökuməti əvvəllər bu ölkənin Mərkəzi Bankı sədrinin birinci müavini vəzifəsini tutmuş Meysə Sabirinə bankın sədri işini həvalə edib.

"DogruXeber.az" xəbər verir ki, o, Suriya tarixində bu vəzifəni tutan ilk qadın olub.

M.Sabiri Mərkəzi Bankda karyerasına 2020-ci ilin noyabr ayından sədrin birinci müavini kimi başlayıb.

O, maliyyə və bank sahəsində 15 ildən çox təcrübəyə malikdir.
Ardını oxu...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib.

"DogruXeber.az" xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram!

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.
Ardını oxu...
Kanadalı supermodel və aktrisa Deyl Heddon vəfat edib.

O, qızı Rayan Haddonun Pensilvaniya ştatındakı evində dünyasını dəyişib.

Deylin ölümünə səbəb isə dəm qazından zəhərlənməsi olub.

Qeyd edək ki, məşhur brendlərin siması olan model “Harper’s Bazaar” jurnalı tərəfindən iki dəfə dünyanın ən gözəl on qadını siyahısına daxil edilib.
 
Ardını oxu...
"Azərbaycan təyyarə qəzası ilə bağlı çox təmkinli davrandı, spekulyasiyalara məhəl qoymadı".

Bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri, professor Aygün Attar "Haber Global"ın efirində deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan dövlət başçısı İlham Əliyevə zəngi sadəcə üzrxahlıq zəngi deyil.

"Bu həm də Kremlin təyyarə qazasının araşdırılması ilə bağlı prosedurların lazımi qaydada və sonadək icra olunacağına dair bir vəddir", - deyə professor bildirib.

O, bu məsələdə, 44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan dövləti və xalqının sarsılmaz birlik nümayiş etdirdiyini vurğulayıb.

 
Ardını oxu...
Aparıcı Lalə Azərtaş çəkiliş üçün yollandığı Kürdəmirdə hücuma məruz qalıb.

Aparıcı 15 yaşlı qızın ailə qurması xəbərini eşidərək, Kürdəmirə ailənin evinə yollanıb.

Çəkiliş zamanı Lalə Azərtaşa və Xəzər TV əməkdaşlarına balta ilə hücum edilib. Nəticədə, operatorun kamerası qırılıb.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ çıxan stüardessa Aydan Rəhimli sosial şəbəkə istifadəçilərinə müraciət edib.

TNS xəbər verir ki, A.Rəhimli müraciətində deyib:

"Xahiş edirəm, deyin, mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm, yaralarım isə göründüyündən daha dərindir".

Qeyd edək ki, Aydan Rəhimli hazırda Yeni Klinikada müalicə olunur.
 
Ardını oxu...
25 dekabr Bakı-Qroznı təyyarəsində baş vermiş qəza nəticəsində həyatını itirən kapitan İqor Kryaşkinovun qızı atası haqqında paylaşım edib.
Tribunainfo.az xəbər verir ki, o, paylaşımda yazıb:
“Ata, sən mənim qəhrəmanımsan, həmişə qəlbimdə yaşayacaqsan. Sən ən güclü insansan. Mən həmişə səninlə fəxr edəcəm ki, sənin kimi atam var. Sən öz həyatını qurban verərək onlarla insanın həyatını xilas etdin. Sən çox güclü və şən insan olmusan. Bizim xoşbəxt olmağımız üçün hər şeyi etmisən. Ən gözəl ata! Yerin cənnət olsun!”.
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Təəssüf ki, ümidlərimizə baxmayaraq, 3 dəyərli həmkarımızın həlak olması xəbərini qəbul etmək məcburiyyətində qaldıq. Bu, bizim üçün böyük bir itki və dərin kədərdir".

Oxu.Az xəbər verir ki, bu barədə AZAL-ın əməkdaşı, təlimatçı təyyarə bələdçisi Arzu Süleymanov bildirib.

O, Aktauda baş vermiş qəzada həyatını itirmiş stüardessa Hökumə Əliyeva ilə bağlı xatirələrini bölüşüb:

"Mən "Embraer-190 HG" təyyarəsi bizim aviaşirkətdə istismara qəbul olunan gündən təlimatçı təyyarə bələdçisi kimi uçuşlar yerinə yetirmişəm. Kapitanımız İqorl Kşnyakinlə 15 ilə yaxın birgə uçmuşam (yay mövsümündə uçuşlar çox olduqda həmişə deyərdi "Работать так работать) , Hökümə Əliyeva ilə isə 8 ilə yaxın bir çox uçuşlar həyata keçirmişik. İkinci pilotumuz Aleksandr Kalyaninov uçuşlara yenicə başladığı üçün onunla iki-üç birgə uçuşumuz olub.

Hökumə xanımın böyük təyyarə bələdçisi vəzifəsinə imtahan verdiyi zaman mən ona belə bir sual vermişdim:

"Hökumə xanım, fövqəladə hal baş versə, sərnişinlərə necə müraciət edəcəksiniz?"

Onun cavabı tam olaraq belə olmuşdu: "Heyətimizə inanın, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq". Hökumə xanım sözünün üstündə durdu və dediyi kimi hərəkət etdi. Qəhrəman pilotlarımızla və fədakar təyyarə bələdçiləri ilə bir şirkətdə çalışdığım üçün özümü çox qürurlu hiss edirəm.

Hökumə xanımla həmkar olduğum və ona təlim keçdiyim üçün fəxr edirəm. Onun cəsarətli hərəkətləri təkcə təyyarə bələdçisi peşəsinin nüfuzunu artırmadı, həm də təhlükəsizliyin hər şeydən üstün olduğunu bütün dünyaya bir daha sübut etdi".
 
Ardını oxu...
Qırğızıstan parlamenti üzünü örtən və vətəndaşların şəxsiyyətini müəyyən etməyə imkan verməyən paltar geyinməyə görə cərimənin tətbiqini dəstəkləyib.

Bu paltarı ictimai yerlərdə geyinməyə görə, iş və rəsmi fəaliyyətlə əlaqəli geyimlər istisna olmaqla, 20 min som (təxminən 373 manat) cərimə edilir.

Dini zəmində siyasi partiyaların yaradılması və dini tədris müəssisəsindən kənarda fərdi qaydada dini fənlərin tədrisi də qadağandır./Lent.az
 

Ardını oxu...
  

AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanlar arasında ekipaj üzvləri də yer alıb.

Musavat.com xəbər verir ki, onlardan biri də qəhrəman təyyarə bələdçisi Hökümə Əliyevadır.

Qəza anında təyyarənin içindən yayımlanan videoda Hökümə Əliyevanın titrək səsi gəlir: "Hər şey yaxşı olacaq..."

O, həyəcanını gizlədə bilməsə də sərnişinlərə təmkinli olmağı tövsiyə edir, onları təlimatlandırır. O, uçuş heyətinin əsl fədakarlıq simvoluna çevrilərək, vəzifə borcunu son anadək yerinə yetirib.

Hökümə Əliyevanın qəhrəmanlığı sosial şəbəkələrdə və mediada geniş əks-səda doğurub. Şəhid təyyarə bələdçisi həmkarları və vətən üçün əsl şərəf simvoludur.

Musavat.com Hökumə Əliyevanın xeyli əvvəl xarici səfərlərdən birində çəkilmiş videosunu təqdim edir. "Hər şey yaxşı olacaq", deyən yaxşı qızın həzin hekayəsi.

Allah rəhmət eləsin!

 

Musavat.com

 
 
 

Dünyapress TV

Xəbər lenti